.::Riyaziyyat alimleri::.

Səsvermə

Bu  saytı bəyənirsinizmi?







Nəticələrə  bax
 

Kalendar

 
 

Sayğac

 

 

.::Məşhur riyaziyyat alimləri::.

Borel (1871 - 1956)

Feliks Eduard Emil Borel 7 dekabr 1871 günü Fransada Saint Affrique deyilən kiçik bir qəsəbədə anadan olmuşdur.Atası əhalisi protestant olan bu şəhərin keşişi idi.Anası tacir ailəsindən idi.Borel ilk dəfə 1889-cu ildə Ecole Normale məktəbində təhsil almışdır.Bu məktəbi bitirincə Linne Universitetində,Ecole Normale-də və Sorbonda riyaziyyat müəllimi olmuşdur.Analiz və ehtimal nəzəriyyəsində çox önəmli kəşfləri vardır.

Boole (1815 - 1864)

2 noyabr 1815-ci ildə Linkolnda anadan olan Corc Boole sadə bir dükançı oğlu idi.O vaxtın İngiltərəsində  dükançılıq olduqca səviyyəsiz bir peşə idi.Öz-özünü yetişdirən bu dahinin yüksək zəkası ən aşağı xalq təbəqəsinə verilmişdi.Qaydalara görə bu dahi insan yüksək təbəqələrin oxuduğu məktəblərdə oxuya bilməzdi.

Bolzano (1781 - 1848)

Bernhard Bolzano,Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur.Atası bir italyan köçkünü idi.Anası Praqada mədəncilik ilə məşğul olan bir ailənin qızı idi.Bolzano, Praqa Universitetində fəlsəfə,fizika,riyaziyyat və ilahiyyat oxumuşdur.1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı.1816-ci ilə qədər bu univeristetdə dərslər keçdi.1816-ci ildə Xirstian kilsəsincə mənimsənən inam,duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı.

Beyr (1874 - 1932)

Rene Beyr 1874-cü ildə Parisdə anadan olmuşdur.Ecole Normal məktəbində təhsilini tamamlamışdır.Daha sonra Dijon Fənn Fakultəsinin riyazi analiz dərslərini tədris etmişdir.Özü kimi fransız riyaziyyatçıları olan Henri Poincare,Emil Borel və Henri Lebeski ilə bərabər həqiqi dəyişənli funksiyalar üzərində yeni cığırlar açdı.Həqiqi analizə aid çox dəyərli kitablar yazmışdır.

Evklid (e.ə.325-e.ə.265)

Bizim eradan əvvəl yaşamış Evklid Afina qəbiləsindən olan Platonun şagirdi olmuşdur.Evklid Qədim Yunanıstanın ən böyük astronomu olan Klavdi ptolemeyin dəvəti ilə İsgəndəriyyə şəhərinə gəlmiş və orada riyaziyyat məktəbi təşkil etmişdir.Evklid “Başlanğıclar” əsərində planimetriya,stereometriya və ədədlər nəzəriyyəsinə aid bir çox məsələlərin həllini vermişdir.Onun “Fiqurların bölünməsi haqqında” və s. əsəri ərəb dilinə tərcümə edilmiş və günümüzə qədər gəlib çatmışdır.Evklidin paralellər aksiomunu teorem şəklində isbat etmək etmək istəyənlər çox olmuşdur,amma nəticəsiz qalmışlar.Yalnız 1826-cı ildə dahi rus alimi Lobaçevski bu ruyazi təklifin isbatının qeyri-mümkünlüyünü isbat etdi və onun həqiqətən aksiom olduğunu göstərdi.

Qauss (1777 - 1855)

Karl Fridrix Qauss görkəmli alman riyaziyyatçısıdır.O,Qottingen Universitetində oxuduğu müddətdə riyaziyyata aid ciddi tədqiqat işləri aparmış və universiteti qurtararkən “Ədədi tədqiqatlar” adlı əsərini yazmışdır.Bu əsərdə kvadratik çıxıq nəzəriyyəsi,kvadratik formaların qısa ifadəsi,n-dərəcəli tənliklər nəzəriyyəsi öz əksini tapmışdır.Qauss da başqa alimlər kimi paralel xətlərlə maraqlanmışdı.O,XVIII əsrin sonunda Evklid həndəsəsindən fərqli başqa həndəsələrin olmasının mümkünlüyü ideyasına gəlmidi.Qauss bu sahədə xeyli tədqiqat işləri apararaq varlığı mümkün olan həndəsəni anti-evklid həndəsəsi alandırmışdı.

Laplas (1749 - 1827)

Markiz Pyer Simon de Laplas fransız materialisti,astronomu,riyaziyyatçısı və fizikidir.O,Paris və Fransa Elmlər Akademiyasının üzvü olmuşdur.1766-cı ildə Jan Dalamberin təklifi ilə ona Paris hərbi məktəbinin professoru adı verilmişdir.Laplasın elmi irsi kainat mexanikasına,riyaziyyata və riyazi fizika sahələrinə aiddir.O,mexanikanın,diferensial tənliklər nəzəriyyəsinin,xəta nəzəriyyəsinin və ehtimal nəzəriyyəsinin əsasını qoyanlardan biridir.Riyazi fizikada Laplasın sadə elliptik tənliyi geniş mövqe tutmuşdur.Laplas Fransada ali təhsil sisteminin təkmilləşdirilməsində önəmli rol oynamışdır.

Lebesqyu (1875 - 1941)

Bir fransız riyaziyyatçısı olan Henri Leon Lebesqyu Fransada Bove şəhərində 28 iyun 1875-ci ildə anadan olmuşdur.Çox yaxşı bir təhsil alaraq 1897-ci ildə Paris Universitetində Ph.D. diplomunu aldı.Dirixle funksiyasının Reyman anlamında inteqralının olmadığı o zamanlar bilinirdi.Rasional funksiyalarda bir,irrasional funksiyalarda sıfır qiymətini alan funksiya riyaziyyatda Dirixle funksiyası adı ilə tanınır.Lebesqyu bu inteqralın olduğunu isbat etmişdir.

Leybnits (1646 - 1716)

"Məndə o qədər yaxşı fikir var ki,əgər məndən daha yaxşı görməsini bilənlər bir gün onları dərinləşdirəcək və mənim zehn əməyimə öz beyinlərinin gözəlliyini əlavə edəcəklərsə sonralar bəlkə nəyəsə lazım olar" deyən Qotfrid Vilhelm Leybnits 1 Tiyul 1646-cı ildə Leypsiqdə anadan olmuşdur.

Abel (1802-1829)

Nils Henrik Abel görkəmli Norveç riyaziyyatçısıdır,müasir cəbrin və cəbri funksiyalar nəzəriyyəsinin əsasını qoymuşdur.Abel beşinci dərəcəli tənliyin radikallarla həlli üzərində çalışmış və dərəcəsi dörddən böyük olan hərfi əmsallı cəbri tənliklərin ümumi halda həll olunmadığını isbat etmişdir.O,radikallarla həll edilən ixtiyari qüvvətdən tənliklər sinfi yaratmışdır.O,bir sıra inteqrallamanmayan funksiyalar tapmış və öz adını daşıyan “Abel inteqralları”nı tədqiq etmişdir.Abel elliptik funksiyalar nəzəriyyəsinin əsasını qoymuşdur.

Laqranj (1736-1813)

Jozef Lui Laqranj böyük fransız riyaziyyatçısı və mexanikidir.O,Berlin və Paris elmlər akademiyasının üzvü,Peterburq akademiyasının isə fəxri üzvü olmuşdur.Napoleon onu “Laqranj riyaziyyat elminin möhtəşəm ehramıdır” sözləri ilə ifadə etmişdir.laqranjın riyaziyyata aid əsas əsərləri variasiya hesabına,analitik və nəzəri mexanikaya həsr olunmuşdur. “Analitik mexanika” əsəri onun ən klassik əsəridir.Laqranj bir sıra araşdırmalar apararaq Teylor sırasının qalıq həddinin düsturu,sonlu artımlar düsturu,şərti ekstremumlar nəzəriyyəsi, simmetrik funksiyalar,kəsilməz kəsrlər nəzəriyyəsi və s. kimi kəşflər etmişdir.

  

Copyright (c) 2010. Vüqar Qənbərov.