Search
 
 
 
Home Feedback English
 
Milli Bank fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir
16/10 Azərbaycan Respublikasının Milli Bankının Avtomatlaşdırılmış Bank Əməliyyatları Sisteminin yaradılması üzrə TENDER ELANI  
2006

1.Azərbaycan Respublikasının Milli Bankı Avtomatlaşdırılmış Bank Əməliyyatları Sisteminin yaradılması üzrə açıq tender keçirir.

Tender proseduru 10 noyabr 2006-cı il tarixində saat 10.00-da Azərbaycan Respublikası Milli Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
-iki əsl nüsxədə Azərbaycan dilində tender təklifi. Xarici iddiaçılar tender təklifini İngilis dilində təqdim edə bilərlər. Xarici iddiaçılar tərəfindən təqdim olunan tender təkliflərinin Azərbaycan dilində də olması arzu olunandır. Tender təklifi 25 dekabr 2006-cı il tarixinədək qüvvədə olmalıdır.
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) müvafiq qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-maliyyə vəziyyəti barədə bank arayışı;
-son 3 (üç) ilin kənar auditor tərəfindən təsdiq olunmuş maliyyə hesabatları;
-tender təklifinin qiymətinin 2 (iki) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);
-tenderin Əsas şərtlər toplusunun V-ci bölməsində iddiaçıya dair tələblərə uyğunluq barədə məlumat.

3.Tenderin Əsas şərtlər toplusunda və əlavələrində göstərilən ixtisas göstəricilərinə uyğun olmayan İddiaçılar Tenderdə iştirak edə bilməz və belə İddiaçılar Tenderdən kənarlaşdırılacaqdırlar.

4.  İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 2006-cı il 09 noyabr saat 18.00-a qədər qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 2006-cı il 30 oktyabr saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikası Milli Bankına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

5. Tender təklifinin təminatı 07 fevral 2007-ci il tarixinədək qüvvədə olmalıdır.

6. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Milli Bankının aşağıdakı hesabına 1000 (bir min) AZN məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Milli Bankı, hesab № 0170690001944, kod 501004, VÖEN 9900071001, SWIFT kod NABZAZ2C.

7. Avtomatlaşdırılmış Bank Əməliyyatları Sisteminin yaradılması və təhvil verilməsi vaxtı: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 1 (bir) il ərzində.

8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Milli Bankdan tenderin Əsas şərtlər toplusunu əldə edə bilər. Əsas şərtlər toplusu Azərbaycan və İngilis dillərində tərtib olunmuşdur. Əlaqələndirici şəxs: Fərid Osmanov (İnformasiya Texnologiyaları departamentinin əməkdaşı). Telefon: (+99412) 493-11-22 (507), (+99412)  493-83-41.

Tender komissiyas

 
R.Behbudov küç. 32,
Bakı AZ 1014 Azərbaycan
Telefon: (99412) 4931122
Faks: (99412) 4935541
 
   02.05.2007   03.05.2007   
 1 USD   0.8645 AZN   0.8642 AZN 
 1 EUR   1.1727 AZN   1.1754 AZN 
 1 RUR   0.0335 AZN   0.0336 AZN 
 1 GBP   1.7240 AZN   1.7202 AZN 
 1 AUD   0.7110 AZN   0.7128 AZN 
Tam siyahı
Arxiv
Normativ hüquqi baza
Sorğular və Cavablar

Ipoteka Fondu
 
© Azərbaycan Milli Bankı
MEGA şirkətinin istehsalı