az en
 
Ana səhifə Əlaqə Linklər
 
 
  Dörd futbolçu ilə müqavilə bağladıq
   
   Turnir cədvəli
 
 
     
 

Abuzərov, Namazov, Ostap və Stolpa "Qəbələ"li oldular

Birinci dövrədən sonra 9 futbolçu ilə yollarını ayıran "Qəbələ" heyətini 4 nəfərlə gücləndirdi. Artıq Mikayıl Namazov, Yaşar Abuzərov, Anatoli Ostap və Tomaş Stolpa komandamızın üzvüdürlər.


Adları çəkilən futbolçulardan Mikayıl növbəti 2010-cu ilin yayına qədər, digərləri isə cari ilin sonuna qədər "Qəbələ"nin formasını geyinəcəklər. Müqavilələr imzalandıqdan sonra keçirilən görüşdə komandamızın vitse-prezidenti Fariz Nəcəfov onların hər birinə uğurlar arzuladı və "Qəbələ"nin şərəfini layiqincə qoruyacaqlarını ümidvar olduğunu söylədi. Futbolçular da öz növbələrində üzərlərinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirəcəklərinə dair söz verdilər.

Qeyd edək ki, yeni transferlərin hər biri özlərini sübut etmiş oyunçulardır. 31 yaşlı Yaşar (9 sentyabr 1977-ci il) uzun müddət "Bakı" və "Olimpik" kimi klublarda oynayıb. Yarımmüdafiəçi hətta bir müddət kapitan funksiyasını da yerinə yetirib.

25 yaşlı (17 oktyabr 1983-cü il) Mikayıl Namazov isə universallığı ilə seçilən müdafiəçilərdəndir. İndiyədək "Xəzər Universiteti", "İnter", "Xəzər-Lənkəran", "Masallı" və MOİK-də çıxış etmiş futbolçu həm də uzun müddət olimpiya yığmamızın da üzvü olub. Maraqlıdır ki, o da həm milli komandada, həm də son dövlər çıxış etdiyi klublarda kapitan funksiyasını yerinə yetirib.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 30 yaşlı Anatoli Ostap Moldova yığması ilə yanaşı, Qazaxıstan "Tobol"unda, vətəninin bir neçə klubunda oynadıqdan sonra üzünü Litva çempionatına tutub. "Vetra" ilə müqavilə bağlayan futbolçu ötən mövsüm bürünc medal qazanan komandanın əsas simalarından biri olub. O, "Qəbələ"nin düşərgəsinə bu yaxınlarda gəlməsinə baxmayaraq, ağıllı oyunu, dəqiq ötürmələri və meydançanı görmə qabiliyyəti ilə bütün kollektivin rəğbətini qazanıb.

Elə Tomaş Stolpa haqqında da xoş sözlər söyləmək mümkündür. Universallığı, dəqiq və qüvvətli zərbələri, eləcə də yüksək fiziki göstəriciləri ona böyük ümidlər bəslənilməsinə səbəb olub. 188 sm boyu olan 25 yaşlı forvard Polşa vətəndaşıdır. O, ölkəsində "Zaqlebye" və s., Norveçdə "Tromso", İsveçdə "Gefle" klublarında çıxış edib, son komandası isə İslandiya "Qrindavik"i olub. Tomaş bu klubun əsas simalarından biri hesab edilib.

 
   

 

                 

 

  Klub O Q H M F X  
1   İnter 13 9 4 0 28-8 31  
2   Bakı 13 9 2 2 31-6 29  
3   Simurq 13 8 4 1 18-8 28  
4   Xəzər-Lən. 13 8 2 3 24-12 26  
5   Olimpik 13 7 4 2 17-10 25  
6   Karvan 13 8 1 4 19-11 25  
7   Qarabağ 13 7 3 3 19-15 24  
8   Standard 13 6 2 5 12-13 20  
9   Neftçi 13 3 4 6 11-11 13  
10   QƏBƏLƏ 13 3 3 7 13-14 12  
11   Bakılı 13 1 3 9 9-32 6  
12   Muğan 13 1 2 10 9-24 5  
13   MOİK 13 1 2 10 6-26 5  
14   Turan 13 0 4 9 3-29 4  

    Bombardirlər  

    Növbəti oyun

 
         
  İ.Svetkov 10  
  A.Muciri 9  
  V.Quqlemon 6  
  F.Hatəmi 4  
 
   
NBC | Qəbələ

  Turnir: Premyer Liqa
  Gün: 14.02.2009
  Vaxt:14.00
  Yer:Tovuz şəhər stadionu
 
           
 
Copyright © 2008. Qəbələ Peşəkar Futbol Klubu Design by Rashad & Latif