Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Şəmkir sakini Yusif Yusifovun idarə etdiyi “VAZ-2106” və Sahib Nəsibovun idarə etdiyi “Prado” markalı avtomobillər toqquşub.
Qəza zamanı Y.Yusifov hadisə yerində ölüb, sərnişini olan Tovuz rayon sakini Mübariz Əsgərov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.