Rusiya və Ermənista prezidentləri Dmitri Medvedev və Serj Sarkisyan strateji müttəfiqliyə və ikitərəfli münasibətlərin gələcək inkişafına sadiqliklərini ifadə ediblər.
Milli.Az xəbər portalı “Novosti-Armeniya” agentliyinə istinadən xəbər verir ki, bu gün Dmitri Medvedev və Serj Sarkisyan arasında görüş keçirilib. Dmitri Medvedev deyib ki, Ermənistana səfəri, eləcə də prezidentlər arasında mütəmadi görüşlər ölkələr və xallar arasındakı xüsusi münasibətlərin nümunəsidir: “Bunlar həqiqi strateji müttəfiqli münasibətləridir”. Rusiyanın dövlət başçısı əmin olduğunu bildirib ki, Yerevana səfəri dostluq münasibətlərinə töhfə verəcək.
Serj Sarkisyan isə deyib ki, Dmitri Medvedevin səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. O qeyd edib ki, səfər çərçivəsində həyati məsələlər müzakirə ediləcək.