"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bhai dualar

Həzrət Bəhaullah, Həzrət Bab və Həzrət Əbdül-Bəha tərəfindən nazil olan dualardan seçmələr

© 2004-2008, Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

 


 

Mübarəkdir o yer, o ev

o məskən, o şəhər,

o ürək, o dağ,

sığınacaq, o mağara,

o vadi, o torpaq,

o dəniz, o ada

və o çəmən ki,

orada Allah xatırlanıb

və Onun tərifi ucaldılıb.

 


 

Allah yaxın olanların oxuduqları kimi, Ey mənim bəndəm, xoş avazla oxuyarsan aldığın İlahi ayələri. Ta ki, sənin nəğmələrinin şirinliyi sənin öz qəlbini nurlandırsın və bütün insanların ürəklərini cəzb etsin. Hər kim Allahın nazil etdiyi ayələri öz otağında tənhaliqda oxusa, onun dodaqlarının söylədiyi sözlərin ətri, Qüdrətlinin mələkləri tərəfindən hər yana yayilacaq və hər bir möminin ürəyini cuşa gətirəcəkdir. Həttə əgər o, əvvəlcə onun təsirindən bixəbər olsada belə, ona inayət edilmiş mərhəmətin gücü gec-tez təsirini göstərəcəkdir. İlahi Vəhyin sirləri qüdrət və hikmət Mənbəyi olan Kəsin İradəsinin gücü ilə hökm olunmuşdur.

- Bəhaullah 


NAMAZLAR

QISA NAMAZ

ORTA NAMAZ

BÖYÜK NAMAZ

ÜMUMİ DUALAR

AİLƏLƏR

VALİDEYNLƏR

HƏYAT YOLDAŞI (ƏR)

ALLAHA YAXINLIQ DUASI

AXŞAM DUASI

GECƏ YARISI OXUNAN DUA

BAĞIŞLANMA DUALARI

BƏŞƏRİYYƏT ÜÇÜN DUALAR

VƏFAT EDƏNLƏR ÜÇÜN DUALAR

VƏFAT EDƏNLƏR ÜCÜN NAMAZ

VƏFAT EDƏNLƏR ÜÇÜN ÜMUMİ DUALAR

VƏFAT ETMİŞ QADINLAR ÜÇÜN DUALAR

QADINLAR ÜÇÜN DUALAR

HAMİLƏ ANALAR

ƏMRİN ZƏFƏRİ ÜÇÜN

ƏHDDƏ MÖHKƏMLİK DUALARI

İANƏ HAQQINDA DUA

İNQİTA DUALAR

KÖMƏK VƏ YARDIM DUALARI

GƏNCLƏR ÜÇÜN DUALAR

DƏYANƏTLİLİK

RUHANİ İNKİŞAF ÜÇÜN DUALAR

SİNAQ VƏ ÇƏTİNLİKLƏRDƏ OXUNAN DUALAR

SƏHƏR DUALARI

TƏBLİĞ DUALARI

İLAHİ PLAN LÖVHLƏRİNDƏN TƏBLİĞ ÜÇÜN DUALAR

TOPLANTILARDA OXUNAN DUALAR

ON DOQQUZ GÜN ZİYAFƏTİ

UŞAQLAR ÜÇÜN DUALAR

KÖRPƏLƏR ÜÇÜN DUALAR

XİDMƏT HAQQINDA DUALAR

HİFZ DUALARI

ŞƏFA DUALARI

QADINLAR ÜÇÜN ŞƏFA DUASI

KÖRPƏLƏR ÜÇÜN ŞƏFA DUASI

BÖYÜK ŞƏFA DUASI

ŞÜKR VƏ MINNƏTDARLIQ DUALARI

MÜƏYYƏN BİR MÜNASİBƏTLƏ OXUNAN DUALAR

ƏYYAMİ-HA (ƏLAVƏ GÜNLƏR)

ORUCLUQ

NOVRUZ

HÜQUQULLAH: ALLAHIN HÜQUQU

NİGAH DUALARI

RUHANİ MƏHFİLDƏ OXUNAN DUA

ŞƏHİDLƏR VƏ ONLARIN AİLƏLƏRİ

XÜSUSI LÖVHLƏR

ATƏŞ LÖVHÜ

ƏHMƏD LÖVHÜ

MÜQƏDDƏS DƏNİZÇİ LÖVHÜ

HƏZRƏT ƏBDÜL-BƏHANİN OSMANLİ TÜRKCƏSİNDƏ NAZİL ETDİYİ DUALAR

HƏZRƏT ƏBDÜL-BƏHANIN AZƏRBAYCAN HAQQINDA DUA VƏ LÖVHLƏRİ

NAXÇIVANIN ARTUZ KƏNDİ

ZİYARƏTNAMƏLƏR

HƏZRƏT BAHAULLAH VƏ HƏZRƏT BAB

HƏZRƏT ƏBDÜL-BƏHA

 


NAMAZLAR

"Gündəlik namazların sayı üçdur... Mömin bu üç namazdan birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmaqda borcludur və namazları onları müşayiət edən səciyyəvi hərəkətlərə uyğun qılmalıdır."

- Sovqi Əfəndi

 

"Namazla əlaqədar işlədilən "Səhər", "Günorta" və "Axşam" ifadələrinin mənası müvafiq olaraq, günçıxandan saat on ikiyədək, saat on ikidən gün batanədək və gün batandan iki saat keçənədək olan vaxtı bildirir."

- Kitabı-Əqdəs

QISA NAMAZ

İYİRMİ DÖRD SAATDA BİR DƏFƏ GÜNORTA QILMALI

Ey mənim Allahim, Səni tanımaq və Sənə ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm. Bu anda öz acizliyimə və Sənin qüdrətinə, öz zəifliyimə və Sənin zənginliyinə şəhadət verirəm. Səndən başqa Allah yoxdur. Sən Əzəmətli və Qəyyumsan.

- Bəhaullah

ORTA NAMAZ

SƏHƏR, GÜNORTA, AXŞAM QILMALI

Namaz qılmaq istəyən kəs əllərini yusun və yuyarkən söyləsin:

Mənim əlimi qüvvətləndir, Ey mənim Allahım, o Sənin kitabını elə mətinliklə saxlasın ki, dünyanın qoşunları onu sarsıda bılməsin. Sonra, ona məxsus olmayan hər şeyə toxunmadan onu qoru. Sən, həqiqətən, Qüdrətli və Qüvvətlisən.

Üzünü yuyarkən söyləsin:

Üzümü sənə tərəf çevirmişəm, Ey mənim Rəbbim! Onu Öz camalının nuru ilə nurlandır. Sonra onu Səndən başqasına dönməkdən hifz eylə.

Sonra üzü qibləyə tərəf (Bəhci, Əkka) ayaq üstə duraraq bu ayəni oxusun:

Allah şəhadət verir ki, Ondan başqa Allah yoxdur. Vəhy və xilqət səltənətləri Onundur. O, həqiqətən, o Kəsi aşkar etmişdir ki, Zühurun Məşriqidir, o Kəs ki, Turda danışdı və Onun vasitəsilə Ən uca Üfüq nurlandı və Sidrətül- Müntəha danışdı və Onun vasitəsilə yerdə və göydə onlara çağırış nidası ucaldı: "Baxın, hər şeyin Maliki gəldi. Yer və göy, izzət və hökmranlıq Allahındır, bütün bəşərin Mövlası, göydəki və yerdəki Taxtın Sahibi Odur."

Sonra əyilib əllərini dizinə qoysun və söyləsin:

Sən mənim tərifimdən və məndən başqa hər kəsin tərifindən, mənim vəsfimdən və göydə və yerdə onların vəsfindən ucasan

Sonra əllərini qoşalaşdırıb göyə qaldısın və söyləsin:

Ey mənim Allahım, yalvaran barmaqlarla Sənin rəhmət və fəzl ətəyindən yapışan kəsi məyus etmə, Sən Ey Rəhimlilərin Rəhimlisi!

Sonra dizi üstə otursun və söyləsin:

Sənin birliyinə və Sənin təkliyinə və ona şəhadət verirəm ki, Sən Allahsan və Səndən başqa Allah yoxdur. Sən həqıqətən, Öz Əmrini aşkar etdin, Öz Əhdinə vəfa etdin və Öz fəzl qapını göydə və yerdə onların hamısının üzünə açdın. Xeyr-dua və əmin-amanlıq, salamlar və Bəha sənin o sevimli bəndələrinin üzərinə olsun ki, dünyanın dəyişiklikləri və hadisələri onların Sənə tərəf yönəlmələrinə mane ola bilmədi və onlar Sənin yanında olanları əldə etmək ümidi ilə bütün malik olduqlarından keçdilər. Sən, həqiqətən, Bağışlayan və Sahəvətlisən. (Əqər kimsə uzun ayənin əvəzinə "Allah şəhadət verir ki, Ondan başqa Allah yoxdur, O, Himayədar və Öz-Özünə Var Olandır" söyləsə, bu kifayət edər. Eynilə də bu kifayət olardı ki, əyləşdiyi zaman bu ayəni oxusun: "səhadət verirəm Sənin birliyinə və təkliyinə və ona ki, sən Allhsan, Səndən başqa Allah yoxdur.")

- Bəhaullah

BÖYÜK NAMAZ

İYİRMİ DÖRD SAATDA BİR DƏFƏ QILMALI

Bu namazı qılmaq istəyən şəxs ayaq üstə dursun və üzünü Allaha tərəf tutaraq durduğu yerdə Mərhəmətli vı Şəfqətli Allahın rəhmətini gözləyirmiş kimi, sağına və soluna baxsın. Sonra söyləsin:

Sən Ey bütün adların Allahı və göylərin Qurucusu! Səni and verirəm Sənin

gözəgörünməz, Ən Uca, Ən Nurlu Zatının Məşriqləri olan Kəslərə - mənim bu namazımı atəşə çevir ki, Cənin Cəmalını görməkdən məni məhrum edən pərdələri yandırsın və nura çevir ki, Sənin vüsal dənizinə gedən yolu mənə göstərsin.

Sonra əllərini yalvarişla Uca və Mübarək Allaha tərəf qaldırsın və söyləsin:

Sən Ey Aləmlərin Məqsudu və ümmətlərin Məhbubu! Görürsən, üzümü Sənə tərəf çevirmişəm, Səndən başqa hamı ilə əlaqəmi kəsmişəm və Sənin bütün varlıq dünyasını silkələyən ipindən yapışmışam. Mən Sənin bəndənəm, Ey mənim Rəbbim və bəndənin övladıyam. Mənə nazar sal, Sənin iradəni və Sənin istəyini yerinə yetirmək üçün hazır durmusan və Sənin razılığından başqa heç nə arzulamıram. Sənin Rəhmət Dənizinə və Fəzl Günəşinə and olsun! Sən hər nə zahir etmisən, o mənim qəlbimin məqsədi və ürəyimi diləyidir. Ey Allah, mənim Allahım! Mənim Arzu və əməllərimə baxma, xeyr, Özünün göyləri və yeri bürüyən iradənə bax. Sənin Ən Böyük Adına and olsun, Sən Ey ümmətlərin Rəbbi! Mən yalnız onu istəyirəm ki, Sən istəyirsən və yalnız onu sevirəm ki, Sən sevirsən.

Sonra o dizi üstə çöküb alnını yerə qoyaraq (səjdə) söyləsin:

Sən, Özündən başqa hər bir kısin vəsfindən və Səndən özgə hər şeyin dərkindən ucasn.

Sonra ayaq üstə durub söyləsin:

Mənim namazımı, Ey mənim Rəbbim, diriıil kövsəri eylə ki, mən onunla \sənin səltənətin durduqca yaşayım və Sənin bütün aləmlərinə Səni zikr eyləyim.

O əllərini yenə yalvarışla qaldırsın və söyləsin:

Sən Ey hicrnianından qəlblər və könüllər əriyən və məhəbbətinin atəşdən bütün dünyanın Alovlandığı! And verirəm Sənin o Adına ki, Onunla bütün xilqəti tabe etmisən, məni öz yanında olanlardan məhrum etmə, Ey bütün insanların Hakimi!

Görürsən, Ey mənim Rəbbim, bu qərib Sənin əzəmət Çadırının altında və Sənin rəhmət sarayının yanında olan yüksək vətəninə gəlməyə tələsir və bu günahkar Sənin əfv dənizini və bu zəlil Sənin izzət sarayını və bu fəqir Sənin Sərvət üfüqünü diləyir. Nə cür Sən istəsən,əmr etmək ixtiyarı Sənindir. Şəhadət verirəm ki, Sən Öz əməlində Bəyənilən, Öz hökmündə itaət Olunan və Öz əmrində ixtiyar Sahibisən.

Sonra o əllərini qaldırsın və Allahın Ən Uca Adını (Allahu-Əbha) üc dəfə təkrar etsin. Sonra əllərini qaldırsın dizinə qoymaqla (ruku) Allahın qarşısında əyilərək söyləsin:

Görürsən, Ey mənim Allahım, mənim ruhum əzalarım və vücudum daxilində Sənə ibadət etmək, Səni zikr və tərif etmək arzusunda nrcə də həyəcanlıdır və Sənin Hökm Dilinin Sənin bəyan nsəltənətində və elm səmanda şəhadət verdiyinə necə şəhadət verir, Ya Rəbb! Mən bu anda Sənin yanında olan bütün şeyləri diləyirəm ki, onlar mənim ajizliyimi göstərir və Sənin Qüdrət və Qüvvətini aşkar edir.

Sonra o ayaq üstə dayanaraq əllərini iki, dəfə yalvarışla qaldırsın və söyləsin:

Səndən başqa Allah ypxdur, Sən Ən Qüdrətli və Ən Kəramətlisən. Səndən başqa Allah yoxdur, Sən əzəli və əbədi Hökm Edənsən. Ey Allah, mənim Allahım! Sənin əfvin mənə cəsarət vermiş, Sənin mərhəmətin məni qüvvətləndirmiş və Sənin nidan məni yuxudan oyatmış və Sənin fəzlin məni qaldırmış və Sənə tərəf yol göstərmişdir. Əks halda mən kiməm ki, Sənə yaxınlıq şəhərinin qapısında dayanmağa cürət edim, yaxud Sənin iradə Səmandan parlayan nura üz tutum? Sən görürsən, Ey mənim Rəbbim, bu miskin Sənin Fəzl qapını döyür və bu fani Sənin Səxavət əllərindən əbədi həyat suyu istəyir. Hökm etmək ixtiyar hər zaman Sənindir, Sən Ey bütün adların Mövlası: mənimki, isə razı qalmaq və Sənin iradənə təslim olmaqdır, Ey göyləri Yaradan!

Sonra o əllərini üc dəfə qaldırsın və söyləsin:

Allah bütün ulularda Uludur!

Sonra səcdə etsin və söyləsin:

Sən Sənə yaxın olanların tərəfinin Sənin yaxınlıq göyünə ucalmasında yetişməsindən çox yüksəksən. Şəhadət verirəm ki, Sən bütün sifətlərindən pak və bütün adlardan müqəddəssən. Səndən başqa Allah yoxdur. Sən Ən Uca və Ən Nurlusan.

Sonra əyləşsin və söyləsin:

Mən ona şəhadət verirəm ki, bütün yaranmişlar, uca Mələklər və ən uca Cənnətin sakinləri və onlardan da yüksək Əzəmət Dilinin Özü Ən Üfüqdən ona şəhadət vermişdir ki, Sən Allahsan, Səndən başqa Allah yoxdur və O Kəs ki, zühur etmişdi, O gizli bir Sirr, Pünhan bir Rəmz idi; Onun vasitəsilə "O" və "L" hərfləri birləşmişdir. Şəhadət verirəm, bu O Kəsdir ki, Onun Adı Uca Qələmlə nazil olmuşdur və O göydə və yerdə olan Taxtın Sahibi olan Allahın Kitablarından xatırlanmışdır.

Sonra o ayağa qalxsın və söyləsin:

Ey bütün varlıqlqrın Rəbbi, görünən və görünməyən bütün şeylərin Maliki! Sən mənim göz yaşlarımı və ah-naləmi görürsən; mənim siziltımı, ağlamağımı və qəlbimin iniltisini eşidirsən. And olsun Sənin Qüdrətinə! Xətalarım Sənə yaxınlaşmaqdan məni geri qoyub və günahlarım sənin Müqəddəs Dərgahından məni uzaq saxlayıb. Sənin məhəbbətin, İlahi, məni zənginləşdirib, hicranın həlak edib və Səndən uzaqlıq məni yandırıb-yaxib. And verirəm Sənin bu çöllərdə atdiğın qədəmlərinə və sənin Seçilmişlərinin bu sonsuz fəzada bəyan etdikləri "Ləbbeyk" sözlərinə və Sənin Vəhyinin nəsimlərinə və Sənin Zühur Səhərinin xəfif küləklərinə - Sənin Camalını görməyi və Sənin Ən Uca Adı(Allahu-Əbha) üc dəfə təkrar etsin və əyilərək əllərini dizinə qoyub (ruku) söyləsin:

Sənə şükrlər olsun ki, Ey mənim Allahım, Səni zikr etməkdə və Səni tərif etməkdə mənə kömək edin, Sənin nişanələrinin məşriqi Olan Kəsi mənə tanıtdırdın və məni Sənin Rəbliyin qarşısında təzim etməyə və Allahlığın qarşısında baş əməyə və Sənin əzəmət Dilinin buyurduqlarini etiraf etməyə qabil etdin

Sonra ayaq üstə dursun və söyləsin:

Ey Allah, mənim Allahım! Günahlarının ağırlığından belim bükülüb və laqeydliyim məni həlak edib. Nə zaman ki, öz şər əməllərimi və Sənin lütfkarlığını düşünərəm, onda ürəyim içimdə əriyir və damarımda qanın qaynayır. And olsun Sənin Camalında, Sən Ey Aləmin Məqsudu! Utanıram üzümü Sənə tərəf qaldırım və ümid əllərim sənin səxavət göyünə qalxmağa xəcalət çəkir. Görürsən, Ey mənim Allahım, göz yaşlarım Səni xatirlamağıma və Sənin sifətlərini tərif etməyimə nrcə mane olur, sən Ey göydə və yerdə olan Taxtın Rəbbi! Səni and verirəm, Səltənətinin nişanələri vəHökmranlığının sirlərinə, Öz sevimlilərinlə Sənin Səxavətinə yaraşan və Sənin Fəzlinə layiq olan tərzdə raftar eylə, Ey görünənlərin və görünməyənlərin sulatnı.

Sonra o Ən Uca Adı (Allahu-Əbha) üç dəfə təkrar etsin və sonra səcdə edib söyləsin:

Şükrlər olsun Sənə, Ey bizim Allahimiz, Sən onu bozə nazil etmisən ki, bizi Sənə yahinlaşdırır və Sənin Kitab və Yazılarında yazdığın bütün xeyirli şeyləri bizə verir. Yalvarırıq Sənə, Ry mənim Rəbbim, bizləri şəkk və şübhə qoşunlarından qoru. Sən həqıqətən, Qüdrətli və hər şey Bilənsən.

Sonra o sacdədən başını və əyləşərək söyləsin:

Ey mənim Allahım, Sənin seçilmişlərinin şəhadət verdiklərinə şəhadət verirəm və ən uca Cənnətin sakinlərinin və Sənin qüdrətli Taxtının ətrafında təvaf edənlərin etiraf etdiklərini etiraf edirəm. Yerin və göyün səltənəti Sənindir, Ey aləmlərin Rəbbi!

- Bəhaullah

ÜMUMİ DUALAR

AİLƏLƏR

Alqışlar olsun Sənə, Ey Rəbbim, mənim Allhım! Yalvarıram Sənə, məni və Sənin Əmrinə kömək edən kəsləri bağışla. Həqiqətən, Sən hökmran Allahsan, Bağışlayan və Ən saxavətlisən. Ey mənim Allahım! Səndən bixabər qalmış bəndələrini Öz Əmrinə daxil olmağa qabil eylə; çünki onlar Sənin haqqında bilən kimi, Qiyqmət Gününün doğruluğuna şəhadət verərlər və Sənin fəzlinin təzahürləri ilə mübahisə etməzlər. Sənin fəzlinin nişanələrini və Sənin bəndələrin arasında ən möminlərinə müəyyən etdiyindən onlara göndər, harada yaşasalar da, onlara bol pay nəsib eylə. Sən, həqiqətən, Ali Hökmran, Ən Kəramətli və Ən Lütfkarsan.

Ey mənim Allahım! Qoy Sənin nemətlərin və xeyr-bərəkətin, Sənin mərhəmətinin bir nişanəsi və inayətinin bir əlaməti kimi, sakinləri Sənin Əmrini qəbul etmiş evlərin üzərinə yağsın. Həqiqətən, bağışlamaqda Səndən ucası yoxdur. Əqər Sənin mərhəmətin kimsədən kəsilsə, Sənin Gününə o Sənin Dininin ardıcılları arasında necə sayıla bilər? Mənə, Ey mənim Allahım və təyin olunmuş Gündə Sənin əlamətlərində iman gətirəcək kəslərə və onlara xeyir-dua ver ki, ürəklərində mənim məhəbbətimi bəsləyirlər - o məhəbbət ki, Sən onların ürəyinə salmısan. Həqiqətən, Sən adillərin Mövlası və Ən Ucasan.

- Bab

VALİDEYNLƏR

Yalvarmaqla Sənin bağışlamanı diləyirəm, Ey mənim Allahım və Özün bəndələrinin Sənə necə üz tutmalarını istədiyin kimi, Sənin əvfini rica edirəm. Yalvarıram sənə, Rəbbliyyinə layıq olan tərzdə bıizim günahlarımızı sil və Öz əzəmətinin şərəfinə layiq və qüdrətinin cəlalına yaraşan şəklidə məni, mənim valideynlərimi və o kəsləri bağışla ki, sənin meyarınla Sənin məhəbbətinin məkanına daxil olublar.

Ey mənim Allahım! Sənə üz tutub yalvarmaq üçün mənim ruhumu Sən ilhamlandirdin, Sən olmasaydın, mən Səni çağırmazdım. Alqişlanan və təfıflənən Sənsən; Sənə şükrlər edirəm, çünki Sən Özünü mənə aşkar etdin və yalvarıram Sənə, bağışla məni, ona görə ki, Səni tanimaq borcumu yerinə yetirmə bilmirəm və Sənin məhəbbətin yolunda addimlamaqda müvəffəq ola bilmədim

- Bab

Ya Rəbb! Bu Ən Əzəmətli Zühurda Sən uşaqların öz valideyinləri üçün zaminliyini qəbul edirsən. Bu zühurun xüsusi və sonsuz baxşişlərindən biri budur. Ona görə də, Ey mehriban Rəbbim, bu bəndənin Sənin təklik astananda xahişi qəbul eylə və onun atasını Sənin rəhmət dəryana qərq eylə, çünki bu oğul Sənə xidmət etmək üçün ayağa qalxib və Sənin məhəbbətin yolunda hər vaxt səy göstərməkdədir. Həqiqətən, Sən Verici, Bağışlayan və Mehribansan.

- Əbdül-Bəha Abbas

HƏYAT YOLDAŞI (ƏR)

Ey Allah, Mənim Allahım! Sənin bu kənizin Səni çağırır, Sənə inanir, üzenü Sənə tutur və yalvarır ki, Öz rahmani lütflərini onun üzərinə nazil edəsən, ruhani sirlərini ona aşkar edəsən və Sənin İlahi işıqlarını onun üzərinə saçasan.

İlahi! Mənim həyat yoldaşımın gözlərini görən eylə. Səni tanımağın nuru ilə onu ürəyini şad eylə, onun fikrini Öz parlaq camalına cəzb eylə və Öz aşkar cəlalın ona açmaqla ruhunu sevindir.

İlahi Onun gözü önündəki pərdəni qaldır, onun üzərinə Özünün bol bəxşişlərini yağdır, onu Sənə məhəbbətin şərabından məst eylə, onu ayağı yerdə gəzdən, ruhu göylərdə uçan mələklərindən biri eylə. Onu parlaq bir çıraq eylə ki, insanların arasında Sənin hikmətinin nuru ilə işıq saçsınş. Həqiqətən, Sən Əziz, Həmişə Əta Edən və Səxavətlisən.

- Əbdül-Bəha Abbas

ALLAHA YAXINLIQ DUASI

Alqışlar olsun Sənə, Ey mənim Allahım! Sənin hicranindan ötrü hərarətli aşıqlərinin fəryadını və Səni hüzürundan uzaq düşdükləri üçün Səni tanıyanların naləsini eşidirsən. Onların üzenə, Ey mənim Allahım, Öz fəzl qapılarını aç ki, onlar Sənin izninlə və Sənin iradənə uyğun olaraq bu qapılardan içəri daxil olsunlar və Sənin əzəmət taxtının qarşısında dursunlar, Sənin ahəngini tuta bilsinlər və Sənin üzünün nuru ilə işıqlqnsinlar.

Sən istədiyi etməyə qadirsən. Heç kəs Sənin hökmranlıq qüdrətinə qarşı çıxa bılməz. Əzəldən sən tək olmusan, Sənin bərabərin olmayıb və əbədiyyətə qədər də bütün düşüncə və təsvirlərdən uca olaraq qalacaqsan. Onda, bəndələrini Öz fəzlin və səxavətinlə rəhm eylə, imkan vermə ki, Sənə yaxınliq dəryasının sahillərdən kənar qalsınlar. Əgər Sən onları tərk etsən, kin onların dostu olar; əgər Rəbbi, Səndən başqa sitayış edəcəkləri yoxdur. Öz bol fəzlinə onlara səxavətlə yanaş.

Sən, həqiqətən mən Sənin bəndənəm, Ey mənim Allahım Sənin fəqir, yalvaran, həqir bir məxluqunam. Mən sənin qapına yetişmişəm, Sənin sığınacağını axtarıram. Mənim raxılığım ancaq Sənin məhəbbətində, coşğunluğum Səni vüsalındadır, bununla belə, mən bilirəm ki, bütün yaranmış şeylərin Sənin uca Zatına yolu bağlıdlr və bütün xilqət Sənin batini Varlığına yol tapmaqdan məhrum edilibdir. Nə zaman mən Sənə yaxınlaşmağa cəhd edirəm, özümdə Sənin fəzlinin nişanələrindən başqa heç nə tapmıram və öz varlığımda Sənininayətinin aşkar olmasını görürəm. Sadəcə Sənin bir məxluqun olan bir kimsə Səninlə qovuşmağa və Sənin hüzuruna yetişməyə necə can ata bilər,baxmayaraq ki, yaradılmış heç nə əsla nə Sənə şərik qoşula bilər, nə də şey Sənidərk edə bilər. Bu necə mümkün ola bilər ki, müti bəndə Səni tanısın və sənin Tərəfini söyləsin, baxmayaraq ki, Sən Öz səltənətinin ələmətlərini və Öz hökmranlığının ecazkardəlillərini onun üçün təyin etmisən? Beləliklə, hər yaranmış sey şəhadət verir ki, onun Sənin dərgahına yolu onun batini mahiyyətində qoyulmuş məhdudiyyətlərlə bağlanmışdır. Bununla belə bu şübhəsizdir ki, Sənin cazibən həmişə Səninyaratdıqlarının zatına xas olmuşdur, hərçənd ki, Sənin inayatinin müqəddəs dərgahına yaraşan şeylər bütün məxluqatın yetişməsindən çox ucadır. Bu, Ey mənim Allahım, Səni tərif etməklə mənim təmamilə acız olduğumu göstərir və Sənə şükr etməkdə mənim hədsiz gücsüzlüyümə dəlalət edir. Xeyr, Sənin qüdrətinə and olsun, mən Sənin Özündən başqa heç nəyin həsrətində deyiləm, nə də Səndən qeyri bir kimsəni axtarıram.

- Bab

Ey məni Allahım! Səndən başqa bir kimsə yoxdur ki, mənim qəlbimin möhnətini azaltsın. Sən mənim ən yüksək arzumsan, Ey mənim Allahım. Səndən və Sənin sevdiklərindən başqa mənim ürəyim heç kimə bağlanmayıb. Mən təntənə ilə bəyan edirəm ki, mənim həyatım da, ölümüm də Sənin üçündür. Həqiqətən Sən bənzərsiz və şəriksızsən.

İlahi Yalvarıram, özümü səndən kənar saldığım üçün məni bağışla. Sənin cəlalına və əzəmətinə and olsun, Mən Səni Sənə yaraşan tərzdə tanıya və ibadət edə bilmədim, halbuki, Sən Özünü tanıdırsan və Səin məqamına layiq olan kimi zikr etəyə çağırırsan. Vay mənim halıma, İlahi, Sən mənim xətalarım və günahlarıma görə məni tutasan. Səndən başqa pənah gətirəcək bir sığınacağım yoxdur. Sənin yaratdıqların arasında Sənin iznin olmasa, heç kəs sənin Özünlə vasitəçi olmağa cürət bilməz. Sənin taxtın qarşısında Sənin məbbətindən möhkəm yapışmışam və Sənin əmrinə uyğun olaraq, Sənin cəlalına yaraşan terzdə inadla sənə dua edirəm. Yalvarıram Sənə, çağıırşma diqqət ver, necə ki, Özün mənə söz vermisən. Həqiqətən, Sən Allahsan; Səndən başqa Allah yoxdur. Tək və yardım olmadan, Sən bütün yaranmış şeylərdən asılı deyilsən. Nə sənin sevimilərinin möminliyinin Sənə faydası var, nə də imansızların şər əməlləri sənə zərar vurar. Həqiqətən, sən mənim Allhımsan, Öz vədini heç zaman pozmayan Alahım. Ey mənim Allahım! Sənin lütfünün əlamətlərinə and verirəm, mənə izn ver, sənin müqəddəs hüzurunun ən yüksək zirvəsinə cəzb ounum və məni səndən başqa hər şeyin sezilməyən cazibəsinədüşməkdən hifz eylə. Mənim addimlarımı, Ey mənim Allahım, Sənin qəbul etditin və razı qaldığın şeylərə yönəlt. Sənin qəzəbinin şiddətindən və sənin cəzandan Öz qüdrətinlə məni qoru və Sənin arzu etmədiyin yerlərə daxil olmaqdan məni saxla.

- Bab

Ey Allah, mənim Allahım, mənim Məhubum, mənim ürəyimin Arzusu.

- Bab

Ya Rəbb, mənim Allahım və sıxıntıma mənim Pənahım! Kədərimdə mənim Qalxanim və Sığınacağım! Möhtac vaxtı mənim Pənahım və yuvam, tənhalığımda mənim Munisim! Əzablarımda Təsəllim, təkliyimdə sevgili Dostum! Dərdimin ağrılarını Qaldıran və günahlarımı Bağışlayan!

Mən bütünlüklə Sənə tərəf dönürəm, bütün urəyim, ağlım və dilimlə coşqunluqla sənə yalvarıram, sənin bu İlahi birlik dövründə Sənin iradənə qarşı gələn bütün şeylərdənməni qoru və sənin mərhəmət ağacının kölgəsını təmiz və saf bir halda axtarmağıma mane olan bütün ləkələrdən pal eylə.

Bu zəifə rəhmin gəlsin, Ya Rəbb, bu xəstəni sağalt, bu susuzun yanğısını söndür. Sənin məhəbbətinin yandığı bu ürəyi sevindir və onu sənin İlahi məhəbbətinin və ruhunun oduna yax.

Tovhid heykəllərin müqəddəslik geyiminə bürü və mənim başıma sənin lütfünün tacını qoy.

Sənin bəxşiş günəşinin şuaları ilə üzümü nurlandır və Sənin müqəddəs astananda xidmət rtməyimə lütfkarlıqla kömək eylə.

Mənim ürəyimi Sənin yaratdıqlarının məhəbbəti ilə doldur və qoy mən sənin mərhəmətinin əlaməti, Sənin fəzlinin nişanəsi, Sənin sevimlilərin arasında birlik carçısı, sənə sədaqətli, Səni xatırlayan və özünü unudan, lakin Sənin olan hər şeyi həmişə yadda saxlayan bir kəs olum.

Ey Allah, mənim allahım! Sənin əfvinin və fəzlinin nəvazişli yellərini məndən saxlama və sənin yardım və nemət çeşmələrindən məni məhrum etmə. Qoy Sənin qoruyucu qanadlarının altında yuva qurum və qoruyan gözünlə mənə nəzər sal. Aç mənim dilimi, ənin adını insanların arasında ucaldım, ta ki, mənim səsim ən böyük məclislərdə ucalsın və mənim dodaqlarımdan səni tərif çayları axsın.

Sənsən, dogrudan da, Fəzl Sahibi, Alqışlanan, Qüvvətli və Qüdrətli.

-Əbdül-Bəha Abbas

Odur şəfqətli, Ən Səhavətli! Ey Allah, mənim Allahım! Sən göürsən məni, Sən tanıylrsa məni; Sənsən mənim Pənahım və Sığınacağım. Hec kəsi axtarmadım Səndən başqa, nə də bir kəsi axtaracağam Səndən qeyri; Sənin məhəbbətinin yolundan başqa bir olda addımlamadım, nə də qeyri bir yolda addımlayacağam. Ümidsizliyin zülmət gecələrində intizar çəkən və ümidlə dolu gözlərim, Sənin hüdudsuz fəzlinin səhərinə doğru yönəlir, sübh çağı isə mənim üzülmüş qəlbim Sənin ğözəlliyin və kamilliyinin zikri ilə təravətləndır və güclənir. Sənin mərhəmət fəzlinin kömək etdiyi kəs, hətta o bir damla da olsa, sahilsiz bir ümmana çevrilər, Sənin inayət yağışlarının yardım etdiyi kiçicik bir zərrə, parlaq ulduz kimi şöylə saçar.

Öz hifzin altında, Sən Ey paklıq Ruhu, sən Ey Səhavətli Pərvərdigar, bu məftun, bu alovlanmış bəndənə pənah ver. Bu varlıq dünyasında ona kömək eylə ki, Sənin məhəbbətində dəyanətli və möhkəm qalsın və izn ver ki, qanadı sınmış bu quş səmsvi ağacın üzərində sənin cənnət yuvanda pənah və sığınacaq tapsın.

- Əbdül-Bəha Abbas

AXŞAM DUASI

Ey mənim Allahım, mənim Mövlam, mənim Məqsudum! Sənin bu bəndən sənin qayğı və hifzin diləməklə sənin Rəhmətin sıgınacağinda və Sənin fəzl çadırının kölgəsində dincəlmək istəyir.

Yalvarıram Sənə, İlahi, Sənin yumulmayan gözünlə səndən başqa hər şeyə baxmaqdan mənim gözlərimi qoru. Sonra onların görmə qabiliyyətini qüvvətləndir ki, Sənin nışanələrini görsünlər və sənin Vəhy Üfüqünə baxsınlar. Sən O Allahsan ki, Onun qüdrətinin zühuru qarşisinda qüvvətinin zatı titrəmişdir.

Səndən başqa Allah yoxdur. Sən Qüdrətli, Qalib və İxtiyar Sahibisən.

- Bəhaullah

Mən necə yat bilirəm, Ey Allah, mənim Alahım, Sənin həsrətini çəkənlərin gözləri Sənin hicranından oyaq ikən; və mən necə uzanıb dincələ bilirəm, sənin aşıqlərinin qəlbləri səndən uzaqlıqdan pərişan ikən?

Mən ruhumu və bütün varlığımı, İlahi, Sənin qüdrət və hifzinin sağ əlinə təslim etdim və başımı Sənin qüvvətinlə yastığa qoyur və Sənin iradən və razılığınla qaldırıram. Sən, həqiqətən, Qoruyan, Saxlayan, Qüdrətli və Ən Qüvvətlisən.

And olsun sənin Qüdeətinə! Yatarkən və ya oyaqkən, Sənin ixtiyarındayam. Mənə mərhəmətlə kömək eylə ki, sənin razılığının ətrını saçan işləri görüm. Bu, həqiqətən, mənim və sənə yaxın olanların arzusudur. Şükr olsun sənə, Ey aləmlərin Rəbbi!

-Bəhaullah

GECƏ YARISI OXUNAN DUA

Ey həqiqət axtarn! Əgər Allahın sənin gözlərini açmasını istəyirsənsə, Sən gecəarası Allaha yalvarmalı, Ona dua etməli və Onunla ünsiyyət edərək söyləməlisən:

Ya Rəbb! Mən üzümü sənin vahidlik səltənətinə çevirmiş və Sənin inayət dəryanda qərq olmuşam. İlahi, bu qaranlıq gecədə sənin işığını görməyimlə gözlərimi işıglandır və bu ecazkar əsrdə sənin məhəbbət şərabınla məni xoşla eylə. İlahi, Sənin çağırşını eşıtməyə məni qadir eylə və Sənin səma qapılarını mənim üzümə aç ki, Sənin cəlalının nurunu görə bilim və Sənin camalına cəzb olunum.

Doğrudan da, Sən Vericisən, Səxavətli, Mərhəmətli və Bağışlayansan.

- Əbdül-Bəha Abbas

BAĞIŞLANMA DUALARI

Alqışlar olsun Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Öz Seçilmişlərinə, sənin Əmanətini Daşıyanlara və Öz Peyğəmbərlərının və Elçilərinin möhürü etdiyin Kəsə - izn ver ki, Sənin zikrin mənim munisim olsun, Məhəbbətin məqsədim, Üzün mətləbim, Adın çırağım olsun, istədiyin muradım və Razılığın mənim fərəhim olsun. Mən günahkaram, İlahi, Sənsə Uca Bağışlayansan. Mən Səni tanıyan kimi, Sənin İnayətinin uca Sarayına çatmağa tələsdim. İlahi, mənim o günahlarımı əfv rt ki, Sənin razılığını qazanmaq yolu ilə getməyimə və Sənin vahidlik dənizinin sahilinə çatmağıma mane oldu.

Bir kəs yoxdur ki, İlahi, mənimlə iltifatla davransın, o kəs ki, üzümü ona tuta bilərəm. Nə də mənə şəfgəti olan bir kəs var ki, onun mərhəmətini diləyim. Yalvarıram sənə, məni Ğz fəzlinin qapısından qovma və məni Öz səxavət və kəramət yağışlarından məhrum etmə. İlahi, Səni sevənlərə nəsib etdiklərini mənə nəsib eylə və Öz seçilmişlərinə yazdıqlarını mənə də yaz. Baxışlarım hər zaman sənin İnayətinin üfüqünə dikilib və gözlərim Sənin lütflərinin sarayına baxır. Sənə layiq olan tərzdə mənimlə rəftar eylə. Səndən başqa Allah yoxdur, Qüvvətli allah, Cəlalı allah ki, bütün insanlar Onun köməyini diləyirlər.

- Bəhaullah

Mən o kəsəm ki, İlahi, üzünü Sənə tutub, ümidini Səni Fəzlinin möcüzələrində və kəramətin təzəhürlərinə bağlayıb. Səndən diləyim budur ki, məni mərhəmət qapından peşiman qaytarmayasan və Sənin Əmrini inkar edənlərin ixtiyarına buraxmayasan.

Mən Sənin bəndənəm, Ey mənim Allahım və Sənin oğluyam. Sənin günlərində Sənin həqqaniyyətinini tanımışam və Sənin təkliyini etiraf edərək, sənin birliyini qəbul edərək və Sənin əfv və bağışlamana ümid edərək addimlarımı sənin təkliyinin sahilinə yönəltmışəm. Sən istədıyını etməyə qadirsən. Səndən başqa Allah yoxdur, Sən Ən Cəlallı, Həmi.ə Bağışlayansan.

- Bəhaullah

Sən görürsən məni, İlahi, üzümü Sənin səxavət və əta dəryana tutmuşam. Rica edirəm, Sənin Turdakı Zühur Nurunun parıltıları və Həmişə Bağışlayan Adının üfüqündən doğan fəzl Günəşinin şuaları xatirinə, Öz əfvini mənə qismət et və mənə onu yaz ki, Sənin Adınla məni xilqət aləmində ucaltsın. Yardım et mənə, İlahi, üzümü Sənə tərəf tutum və Sənin övliyalarının nidasını eşidim o kəslər ki, dünyanın gücləri onları səndən uzaq saxlamaqda aciz qaldı, o kəslər ki, Sənə tərəf gələrək söyləmişlər: "Allah bizim Rəbbimizdir, bütün göydə və yerdə olanların Rəbbidir."

-Bəhaullah

Alqışlqr olsun Sənə, Yy Allah, mənim Allahım! Hər dəfə mən Səni zikr etməyə cəsarət edəndə Sənə qarşı işlətdiyim böyük günahlarım və ağır xətalarım mənə mane olur və mən özümün Səndən məhrum olduğumu və səni Zıkr etməkdə acız olduğumu görürəm. Lakin Sənin kəramətınə mənim böyük inamım mənim ümidimi yenidən canlandırır və Sənin Səxavətinə yəqinliyim məni cürətləndirir ki, Səni tərif edim və Sənin malik olduqlqrını səndən rica edim.

Səni and verirəm, Ey mənim Allahım,Sənin o mərhəmətinə ki, bütün şeyləri bürüyüb və Sənin adlarının dəryasına qərq olanlar ona şəhadət verir - məni öz nəfsimə buraxma, çünki mənim nəfsim xətaya meylidir. Ondan məni Öz himayətinn qalasında və ismətinin sığınacağında hifz eylə. Mən o kəsəm ki, İlahi, onun yeganə arzusu odur ki, onu Özün Sənin qüdrətin və qüvvətinlə müəyyən etmisən. Özüm üçün seçdiyim yalnız odur ki, sənin səxavətli qismət payından və iradənin hidayətindən kömək alım və Sənin fərmanın və mühakimənin nişanələrindən yardım alım.

Yalvarıram sənə, Ey müştaq qəlblərın məhbubu! Sənin Əmrimin Məzhərləri, Sənin İlhamının Məşriqləri və Qüdrətinin Təzahürləri və Elminin Xəzinələri xairinə, məni Sənin Mübarək Sarayından, Sənin Məbəd və Məqamından məhrum qoyma. Kömək eylə mənə, İlahi, Onun müqəddəs sarayına daxil olum və Onun camalının ətrafında təvaf edim və Onun qapısında itaətkarlıqla dayanım.

Sən o Kəssən kki, qüdrəti əzəldən ədəbiyyətə qədərdir. Heç bir şey Sənin elmindən gizli qala bilməz. Sən həqiqətən, qüdrət Allahı, cəlal və hikmət Allahısan.

Şükrlər olsun Allha - aləmlərin Rəbbinə!

- Bəhaullah

Alqiş Sənin adına, Ey mənim Allahım və bütün şeylərin Allahı, mənim Şərəfim və bütün şeylərin Məqsudu, mənim Qüvvətim və bütün şeyləri Qüvvəti, mənim Sultanım və bütün şeylərin Sultanı, mənim Mətləbim və bütün şeylərin Mətləbi, mənim Hərəkətə Gətirənim və bütün şeylərin Hərəkətə Gətirəni! Diləyirəm səndən, Öz mərhəmət dəryandan məni məheum etmə və Sənə yaxınlıq sahilindən məni uzaq salma.

Səndən başqası, İlahi, mənə fayda verməz və Səndən özgəsinə yaxın olmağın mənə köməyi yoxdur. Səndən rica edirəm, sənin o sərvətinin zənginliyi xatirinə ki, onunla Sən Özündən savayı hər kəsdən ehtiyacsız oldun - məni üzünü sənə tərəf tutanların və Sənin xidmətinə qalxanların cərgəsinə daxil eylə.

Sonra, İlahi, Öz bəndələrini və kənizlərini bağışla. Sən, həqiqətən, Həmişə Bağışlayan və Ən Şəfqətlisən.

-Bəhaullah

Ey bizim Rəbbimiz Allah! Səninrazı qalmadığın hər şeydən Öz fəzlinlə bizi qoru və bizə sənə layiq olanı bəxş eylə. Öz xeyir-bərəkətini bizə çatdır və bizi bəxtiyar eylə. Törətdiklirimizə görə bizi əfv et, günahlarımızı sil və mərhəmətli güzəştinlə günahımızdan keç. Həqiqətən Sən Ən Uca və Öz -özünə Var Olansan.

Sənin mərhəmətin göydə və yerdə olan bütün yaranmışları əhatə edib və sənin əfvin bütün yaradılışı bürüyüb. Hökmranlıq Sənə məxsusdur; əmr və xilqət aləmləri Sənin əlindədir; bütün yaradılışı sən sağ əlində saxlayırsan və afvin təyin olunmuş mizanı Sənin ovcundadır. Bəndələrin arasından kimi istəsən, Sən bağışlayırsan. Həqiqətən Sən həmişə Bağışlayan və Mehribansan. Hec bir şey Sənin elmindən qaça bilməz və heç nə yoxdur ki, Səndən gizli olsun.

Ey bizim rəbbimiz Allah! Öz qüdrətinin gücü ilə bizi qoru, bizi Sənin ecazkar, təlatümlü dənizinə daxil olmağa qadir eylə və Sənə yaraşanı bizə əta eylə.

Sənsən Hökmran Hakim, Qüdrət Qapısı, Uca və Ən Sevimli.

-Bab

Şükrlər olsun SƏnə, Ya Rəbb! Əfv et bizim günahlarımızı, bizə rəhm eylə və sənə qayıtmağa qadir eylə. İzn vermə ki, səndən başqasına bel bağlayaq və Öz kəramətinlə bizə bəyəndiyin, razı qaldığın və sənə yaraşanları qismət eylə. Sənə səmimiyyətlə iman gətirənlərin məqamını ucalt və öz bağışlayıcılıq fəzlinə onları əfv eylə. Həqiqətən, sən Himayədar və Öz-Özünə var Olansan.

-Bab

Yalvarıram Sənə, İlahi, bağışla məni, Sənin zikrindən başqa hər bir zikr üçün, Sənin tərifindən başqa hər bir ləzzət üçün, Səninlə ünsiyyət zövqündən başqa hər bir zövq üçün, Sənin məhəbbət və razılığının sevincindən başqa hər bir sevinc üçün və mənə aid bir şey üçün, Sən Ey Rəbblərin Rəbbi, Ruzi Verən və Qapıları Açan.

-Bab

Şükrlər olsun sənə, Ey Allah! Sən bütün aləm əhlinin zikrindən uca ikən, mən səni necə zikr edə bilərəm. Alqış sənin Adına, İıahi, Sən Sultansan, Əbədi Həqiqətsən; göylərdə və yerdə olanlar Sənə agahdır və hamı sənə qayıdacaqdır. Sən Öz İlahi Əmrini müəyyən və ayıd bir meyarla nazil etmisən. Alqışlar sənə, Ya Rəbb! Sən istədiyin kəsi Öz əmrinlə, göyün bə yerin qoşunlqrı və onların arasındakı hər şeylə qalib edirsən. Sən həqiqi Hökmran, Əbədi Həqiqət və yenilməz qüdrət Rəbbisən.

Təriflər olsun Sənə, İlahi! Sən Öz bəndələrin arasından Səni afvin üçün yalvaranların günqhından həmişə keçirsən. Mənim və sübh çağı Sənnin afvin diləyənlərin, gecə-gündüz dua edənlərin, allahdan başqa heç nə istəməyənlərin, Allahın Öz fəzli ilə onlara ehsan etdiyini ianə edənlərin, gecə-gündüz sənin tərəfini şadlıqla ucaldanların və öz borclarına laqeyd qalmayanların günahlarını sil.

-Bab

Anlayiram Mən, Ya Rəbb, xətalarım Sənin hüzurunda üzümü xəcalətlə qaraldıb, Sənin qarşında belimi əyib, mənimlə sənin camalın arasında pərdəyə çevrilib, hər yandan məni əhatə edərək və hər tərəfdən məni bürüyərək, Sənin qüdrətinin təzahürlərinə yetişməyimə mane olub.

İlahi! Əgər Sən məni bağışlamasan, onda kim məni əfv edər və əgər sən mənə rəhm etməsən, onda kim mənə şəfqət göstərər? Alqış Sənə, sən məni yox ikən yaratdın, heş nə analamadığım vaxt məni bəslədin. Təriflər olsun sənə, kəramətin hər bir təzahürü Sənin tərəfindən hasil olur və hər bir fəzilət rəmzi sənin fərman xəzinələrindən qanayaqların.

-Bab

Sən, Ye Bağışlayan Rəbb! Sənsən bütün bu bəndələrin sığınacağı. Sən bütün sirlərdən agahsan və hər şeydən xəbərdarsan. Biz hamımız acizik, Sən isə Qüdrəti və Qüvvətlisən. Biz hamımız günahkarıq, Sən isə günahları Bağışlayan, Mərhəmətli və Şəfqətlisən. İlahi! Bizim qüsurlarımıza baxma. Öz fəzl və bəxşişinlə bizimlə rəftar eylə. Bizim qüsurlarımız çoxdur, amma Sənin əfv dənizin tükənməzdir. Bizim acizliyimiz böyükdür,lakin sənin kömək və yardımın bəllidir. Ona görə də yardımınla bizi müvəffəq eylə və qüvvətləndir. Bizi Sənin Müqəddəs Astanana layiq olan əməllər etməəy qadir eylə. Ürəklərimizi nurlandır, bizə bəsirət gözləri bağışla və eşidən qulaqlar əta eylə. Ölülərə həyat ver və xəstələrə şəfa bağışla. Yoxsullara zənginlik və qorxaqlara əmin-amanlıq ver. Bizi Öz Mələkutuna qəbul eylə və hidayət nuru ilə işıqlandır. Sən Rəhmli və Mehribansan.

-Əbdül-bəha Abbas

BƏŞƏRİYYƏT ÜÇÜN DUALAR

Mənim Allahım, Sitayiş Etdiyim və Səcdəgahım! Sənin birliyinə və təkliyinə şəhadət verirəm, Sənin həm keçmışdəki və həm də indiki bəxşişlərini etiraf edirəm. Sən elə Kəramətli allahsan ki, Sənin mərhəmətinin yağışları həm yüksək və həm də adsız-sansız adamların üzərinə yağıb və sənin fəzlinin şuaları həm itaətkarların, həm də asilərin üstünə saçıb.

Ey Mərhəmətli allah, mərhəmət cövhərinin özü sənin bütün batini ruhu ilə sənin Əmrinin məbədi ətrafında təvaf edir - Sənə yalvarırıq, Sənin qədim fəzlini diləyirik, indiki lütfünü axtarırıq ki, varlıq qləminin təzahürləri olanlara rəhm edəsən və Öz günlərində onları sənin fəzlində binəsib qoymayasan.

Hamımız fəqir və möhtacıq, Sən isə həqiqətən, Hər Şeyə Malik, Hər Şeyə Qalib və Ən Qüdrətlisən.

-Bəhaullah

Sən Ey Şəfqətli allah, Sən Ey Səxavətli və Qadir Olan! Biz Səninİlahi qüvvətinin altında pənah tapmış bəndələrik. Öz lütfünlə bizə bir nəzər sal. Gözlərimizə işıq ver, qulaqlarımızı eşıdən et, qəlblərımızə anlayış və məhəbbət sal. Öz müjdələrinlə ruhlarımızı şad və xoşhal eylə. Ya Rəbb! Sənin mələkutuna gedən yolu bizə göstər, Müqəddəs Ruhun nəfəsilə bizim hamımızı dirilt. Bizə əbədi həyat əta eylə və heç vaxt sonu gəlməyə şərəf bəxş et. Bəşəriyyəti birləşdir və insan aləmini işqlandır. Qoy hamı sənin yoluna getsin, Sənin razılığını arzu etsin və Sənin mələkutunun sirlərini axtarsı. İlahi! Bizi birləşdir, Sənin qırılmaz tellərinlə ürəklərimizi bir-birinə bağla. Həqiqətən, sən Bəxşedən, Mehriban və Qüdrətlisən.

-Əbdül-Bəha Abbas

Sən Ey Mehriban Allah! Sən Ey Səxavətli və Mərhəmətli! Biz Sənin astananın bəndələriyik və sənin İlahi birliyinin kölgəsinə sığınmışıq. Sənin mərhəmət işığın hamımın üstünə saçır və Sənin inayət buludlarının yağışları hamının üzərinə yağır. Sənin bəxşişlərin hamını bürüyüb və sənin fəzlin hamını saxlayır, Sənin himayən hamıya kölgə salır, Sənin lütf nəzərin hamının üzərindədir. İlahi! Sonsuz lütfünü bəxş et və qoy hıdayət çırağı şölə sacsın. Gözləri nurlandır və daimi sevınclə ürəkləri sevindir. Bütün xalqlara yeni ruh əta eylə və əbədi həyat baxş eylə. İrfan qapılarlnı aç və iman nurunu parlat. Bütün xalqları Öz inayətinin kölgəsinə topla və onları barış içində birləşdir ki, bir günəşin şuaları tək, bir dənizin dalğaları və bir ağacın meyvələri kimi olsunlar. Qoy onalr eyni bir çeşmədən su içsinlər. qoy onlar eyni bir nəsimə təravətlənsinlər. qoy onlar eyni bir nur mənbəyindən nur alsınlar. Sən Ətaedən, Mərhəmətli və Qadirsən.

-Əbdül-Bəha Abbas

Ey Allah, Sən O Allahsan ki, bilik və hidayətin parlaq şüalarını insanların üzərinə saçaraq, Öz şəfaqlərini onların parlaq zatının üzərinə səpdi və onları bütün yaranmışların arasında bu yüksək fəzl üçün seçdi və onları qeyd aləmindən görünən aləmə getirməklə hər şey əhatə etməyə, onların sirlərini açmağa qabil etdi! "O, həqiqətən istədiyinə Öz xüsusi mərhəmətini göstərir"1 (Quran, 51:56)

Ya Rəbb, Sənin sevimlilərinə kömək et ki, bilik, elm və sənət əldə etsinlər və bütün yaradılmış şeyləri açsınlar. Qoy onlar mövcüd olan hər şeyin məğzində yazılmış və qoyulmuş gizli həqiqətlərdən xəbərdar olsunlar. Onları bütün yaranmışlar arasında hidayət bayraqları və əqlin nüfuzedici şüaları eylə ki, özlərinin nuruna bunda, "ilk həyatda"2 (Quran, 55:19-22) saçırlar. Onları Sənə aparan rəhbər, Sənin yoluna bələdəçi, insanları Sənin Mələkutuna can atmağa ruhlandıran yürüşçülər eylə.

Sən, həqiqətən, Qüdrətli, Hifzedən, Qadir, Qoruyan, Əzəmətli və Səxavətlisən.

-Əbdül-Bəha Abbas

Sən Ey Mehriban Allah! Sən bütün bəşəri bir kökdən yaratmışsan. Sən hökm vermisən ki, hamı bir ailəyə mənsub olsun. Sənin Müqəddəs Hüzurunda onların hamısı Sənin bəndələrindir və bütün bəşər Sənin Çadırının altında pənah tapıb; hamı Sənin Kəramat Süfrənin ətrafındə toplaşıb; hamı Sənin inayətinin işığı ilə nurlanıb.

Ey Allh! Sən hamıya mehribansan, SƏn hamıya ruzi verirsən, hamıya sığınscsq verirsən, hamiya sığınacaq verirsən, hamıya həyat bəxş edirsən. Sən hər kəsə və hamıya istedad və qabiliyyət vermisən və hamı Sənin mərhəmət Dəryana qərq olub.

Sən Ey Mehriban Allah! Bütün insanları birləşdir. Qoy dinlər razılığa nail olsunlar, millətləri bir millət eylə, ta ki, onlar bir-birinə bir ailə kimi baxsınlar və bütün yer üzünü bir vətən saysınlar. Qoy onların hamısı ən mükəmməl uyğunluq içərsındə birgə yaşasınlar.

Ey Allah! Bəşərin birlik bayrağını ucalt.

Ey Allah! Ən Böyük Sülhü bərqərar elə.

Ey Allah, ürəkləri bir-birinə möhkəm bağla.

Sən Ey Mehriban Ata Allah! Sənin məhəbbətinin rayihələrilə bizim ürəklərimizi sevindir. Sənin Hidayət Nurunla gözlərimizi işıqlandır. Bizim qulqqlqrımızı Sənin Kəlmənin təranəsilə oxşa və bizim hamımıza Özünün İnayət Qalanda pənah ver.

Sən Qüdrətli və Qüvvətlisən, Sən Bağışlayansan və Sən O Kəssən ki, bütün bəşərin qüsurlarına göz yumur.

-Əbdül- Bəha Abbas

Ey mənim Allahım, Ey mənim Allahım! Sənə xıdmət edənlərin qəlblərini birləşdir və Öz ali məqsədini onlara aşkar eylə. Qoy onlar Sənin hökmlərinə riayət etsinlər və Sənin qanununu yerinə yetirsinlər. Ey Allh, cəhdlərində onlara kömək eylə və sənə xidmət etmək üçün onlara qüvvət bağışla. Ey allh! Onları özbaşına buraxma, onların qədəmlərini Öz hikmət nuraunla istiqamətləndir və qəlblərini sənin məhəbbətinlə sevindir. Həqiqətən, Sənsən onların Köməyi, Sənsən onların Mövlası.

-Bəhaullah

Ey mənim Allahım! Ey mənim Allahım! Doğurdan da, Səni çağırıram və sənə iltimas edirəm, Sənin astananda diləyirəm ki, Sənin bütün məhəmətin bu ruhların üzərinə tökülsün. Onları Öz lütf və qəqiqətin üçün hazırla.

Ya Rəbb! Ürəkləri birləşdir, onlarə bir-birinə baöla, bütün əlbləri uyğunluq içində birləşdir və ruhları öz paklıq və təkliyinin rəmzləri canlandır. Ya Rəbb! Sənin hidliyinin nuru ilə bu üzləri işıqlı ilə. Sənin bəndələrinin qurşaqlarını sənin səltənətinə xidmətdə gücləndir.

Ya Rəbb, Ey nəhayətsiz mərhəmətin Maliki! Ey bağışlama və əfv eylə, Sənin qüdrət və qüvvət səltənətinə yalvaran halda, Sənin məbədində təvəsökar və Səni dilillərinin əzəmətli qarşısında müti vəziyyətdə Sənin rəhm səltənətinə bizi döndər.

Ya Rəbb Allah! Bizi bir dənizin dalğaları, bir bağçanın gülləri kimi Öz məhəbbətinin bəxşişləri ilə birləşdir, bizi yekdil eylə. İlahi! Sənin təkliyinin nişanələri ilə sinələri genişləndir, bütün bəşəri eyni bir cəlal yüksəkliyində parlayan ulduzlar və Sənin həyat ağacındə yetişən gözəl mevələr eylə.

Həqiqətən, Sən Qüdrətli, Öz-Özünə Var olan, Bəxşedən, Bağışlayan, Əhfedən, Hər Şeyin Bilən və Tək Yaradansan.

-Əbdül-Bəha Abbas

VƏFAT EDƏNLƏR ÜÇÜN DUALAR

Vəfat edənlər üçün qılınar namaz yeganə Bəhai namazlar ki, cəm halında oxunur, igər iştirakçılar isə sükutda dayanirlar. Həzrət Bəhaullah buruymuşdur ki, bu namaz vəfat edən on beş yaşdan yuxarı olduqda qılınır və dəfndən qabaq oxunmıdır. Namaz oxuyan zaman üzü qibləyə durmaq məcburi deyildir. Bir dəfə Allahu-Əbha deyilir; sonra altı ayədən birincisi on doqquz dəfə oxunur. Sonra on doqquz dəfə oxunan dəfə oxunur. Sonra on doqquz dəfə oxunan ikinci ayənin arxasında yenə "Allahu-Əbha" deyilir və belə davam etdirilir. Əgər rəhmətə gedən qadın olarsa, bu zaman duadakı "bəndən və bəndənin oğlu" ifadəsi avəzinə "kənizin və kənizinin qızı" deyilir.

VƏFAT EDƏNLƏR ÜCÜN NAMAZ

Ey mənim Allahım! Bu sənin bəndən və bəndənin oğludur* ki, Sənə və Sənin nişanələrinə iman gətirmişdi və Səndən başqa hər şeydən tam əlini ürək üzünü Sənə çevirmişdi. Sən, həqiqətən, Rəhimlisisən.

Sən Ey İnsanların günahlarıni Bağışlayan və eyiblərini Ortən, Öz mərhəmət dənizinə və səxavət səmana layiq bir tərzdə ona yanış və izn ver ki, Sənin hədsiz mərhəmətin hüdudlarına daxil olsun, o yer ki, avvəllər yerin və göyün təməli idi. Səndən başqa Allah yoxdur. Sən əzəldən Bağışlayan, Ən Səxavətlisən.

(Qoy namazı qılan şəxs hər bir ayəni oxumazdan əvvəl bir dəfə "Allahu-Əbha" söyləsin və sonra ayəni on dogguz dəfə oxusun.)

Biz hamımız həqiqətən, Allaha ibadət edənlərik.

Biz hamımız həqiqətən, Allaha səcdə edənlərik.

Biz hamımız həqıqətən, Allaha sədaqətli olanlarıq.

Biz hamımız həqiqətən, Allahı tərif edənlərik.

Biz hamımız həqıqətən, Allaha şükr edənlərik.

Biz hamımız həqiqətən, Allaha səbr edənlərik.

-Bəhaullah

VƏFAT EDƏNLƏR ÜÇÜN ÜMUMİ DUALAR

Alqışlar olsun Sənə, Ya Rəbb mənim Allahım! Öz əzəli hökmranlığının ğücü ilə ucaltdıgın kəsi hədir etmə və Sənin əbədiyyət çadırina daxil etdiyin kimsəni Özündən uzaqlqşdırma. Qovacaqmısan, Ey mənim Allahım, Özünün himayə etdiyin kəsi və rəddmi edəcəksən, Ey mənim Məqsudum, o kəs ki, Sən Özün ona sığınacaq olmusan, Xar rdərsənmi o kəs ki, Özün şərəfləndirmisən, ya unudarsanmı o kəs ki, Səni xatırlamağa Özün qadir etmisən?

Şərəflisən Sən, nəhayətsiz Şərəflisən! Sən o Kəssən ki, əzəldən bütün məxluqatın Sultanı və İlkin Hərəkətvercisi olmusan və Sən əbədiyyətədək bütün yaranmışların hökmdarı və Mövlası olaraq qalacaqsan. Şərəflisən Sən, Ey mənim Allahım! Əgər Sən bəndələrinə rəhm etməsən, onda kim onlara mərhəmət göstərər; və əgər Sən Öz sevimlilərinin ələni tutmasan, kin onların əlindən tutar!

Şərəflisən Sən, nəhayaətsiz Şərəflisən! Sən Öz dəqiqətində ibadət olunansan, Sənə bizim hamımız, həqiqətən, ibadət edirik; Sən Öz ədalətinlə aşkarsan, Sənə biz hamımız, həqiqətən, şəhadət veririk, Sən, həqiqətən, fəzilətinlə Məhbubsan. Səndən başqa Allah yoxdur, Sən Himayədar və Öz Özünə var Olansan.

-Bəhaullah

Odur Allah, Ucadır O, O İnayət və kəramət Mövlasıdır!

Alqışlar olsun Sənə, Sən Ey mənim Allhım, Qüdrətli Rəbb! Sənin Qüdrətinə və Qüvvətinə, Sənin səltanətinə və inayətinə, Sənin fəzlinə və gücünə, Sənin varlığının vahidliyinə və Zatının birliyinə, Sənin paklığına və məxluqat aləmindən və onun içində olan hər şeydən yuksəkliyinə şəhadət verirəm.

Ey mənim Allahım! Sən məni görürsən.

Səndən başqa hər şeydən əlimi üzərək Sənə möhkəm yapışmısam və Sənin bəxşiş dənizinə, səxavət səmana və mərhəmət Günəşinə üz tutmuşam.

İlahi! Şəhadət verirəm ki, Sən Əmanətini Öz bəndəndə qoymusan və bu həmin Ruhdur ki, onun vasitəsilə aləmə həyat bəxş etmisən. Amd verirəm Sənin Vəhy Günəşinin təcəllilərinə, Sənin günkərində onun etdiklərini lütfünlə qəbul eylə. Sonra izn ver, qoy o Sənin razılığının şərəfinə bürünsün və Sənin qəbulunla zinətlənsin.

Ey mənim Rəbbim! Mənim özüm və bütün yaranmişlar Sənin Qüdrətinə şəhadət veririk və Sənə dua edirəm ki, Sənin səmavi məskəninə, Sənin uca Cənnətinə sə Sənə yaxınlıq məkanına yuksələn bu ruhu özündən uzaqlaşdırmayasa, sən Ey bütün bəşərin Mövlası! Sonra isə lütf eylə, Ey mənim Allahım, qoy bu bəndən Sənin seçilmişlərinlə, Sənin övliyaların və Sənin Elçilərində qələmin təsvir edən və dilin söyləyə bilmədiyi səmavi məkanda ünsiyyət etsin.

Ey mənim Rəbbim, bu fəqir, həqiqətən, Sənin zənginlik Mələkutuna və bu qərib Sənin yaxınlığındakı vətəninə tələsdi, o kəs ki, Sənin bəxşişinin səmavi çeşməsi üçün susamışdı. İlahi, Sənin fəzlinin nemətlərindən və kəramətinin lütflərindən ona düşən paydan onu məhrum etmə. Sən, həqiqətən, qüdrətli, Fəzl Sahibi və ən Kəramətlisən.

Ey mənim Allahım, Sənin Əmanətin Sənə qayıtdı. Sənin Mülk və Mələkutu bürüyən Kərəm və Fəzlinə layiqdir ki, Öz təzə qonağın ücün nemətini, bəxşişini və fəzl ağacının meyvələrini nazil eyləyəsən! Sən istədiyini etməyə Qadirsən, Səndən başqa Allah yoxdur. Yalnız Sən Fəzl Sahibi, Kəramətli, Şəfqətli, Əta Edən, Əvf Edən, Əziz və Hər Şey Bilənsən.

Şəhadət verirəm ki, Ey mənim Allahım, Sən insanlara qonağa ehtiram göstərməyi əmr etmisə, və o kəs ki, Sənin yanına yüksəldi, o həqiqətən, Sənə yetişdi və Sənin fəzlinə və kəramətinə layiq olan tərzdə rəftar eylə! And olsun Sənin izzətinə, mən yəqin bilirəm ki, Sən Özünü bəndələrinə əmr etdiyindən kənar tutmazsan və sənin zənginlik üfüqünə yüksələni məhrum etməzsən.

Səndən başqa Allah oxdur, Tək, Vahid, Qadir, hər Şeyi bilən və Kəramətli Allah.

-Bəhaullah

Ey mənim Allahim! Sən Ey günahları Bağışlayan, bəxşişlər Əta Edən, qəm-qüşəni Dağıdan!

Həqiqətən, yalvarıram Sənə, cismani libaslarını tərk edib, ruhani aləmə yüksələnlərin günahlarını bağışla.

Ey Mənim Rəbbim! Onları günahlardan pak eylə, onların kədərini dağıt və onların zülmətini nura çevir. Onları ruhani şadlıq bağına daxil eylə, onları ən saf su ilə pak eylə ən uca zirvədə Sənin şəfləqələrini görməyi onlara nəsib eylə.

-Əbdül-Bəha

Ey mənim Allahım, Ey mənim Allahım! Həqiqətən, Sənin İlahi uca Qudrətin qarşısında itaətkar, sənin birlik qapında təvazökar halda durmuşdur, sənə və sənin əlamətlərinə iman gətirmişdir, Sənin sözünün doğruluguna şəhadət vermiş, Sənin məhəbbətinin odu ilə şölənmişdir, Səni tanımaq dəryalarının dərinliklərinə baş vurmuş, və Sənə yalvarmışdır və sənin əfvinə və bağışlamana əmin olmuşdur. Beləcə bu fani həyatı tərk edib. Səninlə görüş arzusu ilə əbədiyyət səltənətinə uçmuşdur.

Ya Rəbb, onun məqamını yüksəlt, Öz ali mərhəmət çadırında ona sığınacaq ver, onu uca Cənnətinə daxil eylə, Onu Sənin gülüştaninda əbədi saxla ki, sirrlər aləməndəki nur dənizinə qərq olsun.

Həqiqətən, Sən Səhavətli, Qüdrətli, Bağışlayan və Əta Edənsən.

-Əbdül-Bəha Abbas

Sən Ey Bağışlayan Allah!

Baxmayarq ki, bəzi ruhlar öz həyatlarını qəflətdə keçirib, biganə və qeyri-itaətkar olublar, amma Sənin əfv dənizinin bir dalğası ilə o günahlara batanların hamısı azad olar. Sən kimi istəsən, onu məhrəm edirsən və kimsə sənin seçminə düşməsə, o günahkar saylar. Əgər Sən Öz ədalətinə yanaşsan, biz hamımız günahkarıq ə binəsibliyə laiqik, amma mərhəmətlə yanaşsan, hər günahkar pak olar və hər bir yad olan kəs yaxın dost olar. Elə isə, baxışın əta et və Öz mərhəmətini hamıya bəxş eylə.

Sən Bağışlayan, Nurlandıran və Qüdrətlisən.

-Əbdül-Bəha Abbas

VƏFAT ETMİŞ QADINLAR ÜÇÜN DUALAR

Ey mənim Allahım, Ey günahları Bağışlayan və qəm-qüssəni Dağıdan! Sən ey Əfv Edən və Mərhəmətli! Mən titrəyən əllərimi Sənə doğru açmışam, Sənin İlahi Zatının dərgahında göz yaşlarımda yalvarıram, öz rəhmin və əfvinlə sənin haq dərgahına yüksəlmiş bu kənizini bağışla. Ya Rəbb! Onun üstünə fəzl və kəramət bulaudların kölgəsini sal, onu rəhm və bağışlama dəryanda qərq eylə və onu müqəddəs məkana, sənin səmavi Cənnətinə daxil eylə.

Sən həqiqqətən, Qüdrətli, Şəfkətli, Səxavətli və Mərhəmətlisən.

-Əbdül-Bəha Abbas

 

Ya Rəbb! Sən, Ey mərhəmətli hamını saran, rəhmi böyük, kəraməti yüksək, əfvi və səxavətli hamını burüyən,baxışının işığı bütün dünyanı tutan! Ey Cəlal Sahibi! Coşğunluqla və göz yaşlarımla Sənə doğru yüksəlmiş bu kənizinə mərhəmət gözü ilə nəzər sal; Ona Uca Cənnətin zinətləri ilə parlayan mərhəmət xalatı geyindir və vahidlik ağacının kölgəsinə sığınacaq verməklə onun üzünü mərhəmət şəfqət nuru ilə işıqlandır.

Sənin səmavi kənizini, İlahi, Sənin əfvinin ruhunan doğan müqəddəs rayihələrə qovuşdur, onu mübarək məksəndə sakin eylə, onun dərdlərinə Sənin vüsal məlhəminlə əlac elə və Sənin iradənlə ona Sənin müqəddəs Cənnətinə daxil olmağa izin ver. Öz inəyətinin mələklərini daim onun üstünə endir və onun üzərinə mübarək ağacın kölgəsinə sal. Sənsən, həqiqətən, Həmişə Bağışlayan, Ən Səxavətli və Ən Kəramətli.

-Əbdül-Bəha Abbas

Sən Ey mehriban Tanrı! Bu əziz kənizin Sənə cəzb olunmuşdu, ağıl və fəhmi ilə Sənin görüşünə yetişməyə və Sənin səltənətinə daxil olmağa müştaq idi. Gözləri yaşlı üzünü sirlər səltənətinə tutmtşdu. Neçə-neçə gecələr sənə dua və münacatla məşğul idi, neçə-neçə gündüzlər Sənin zikrinə həmdəm və munis olmuşdu. Hec bir səhər Səndən qafil olmamış, hec bir axşam Səni fikrindən çıxarmamışdı. Xoş avazlı bir quş kimi o Sənin ayələrini oxuyurdu və bir ayna kimi sənin işığını əks etdirmək istəyirdi.

Sən Ey günahları Bağışlayan! Bu ayılmış bəndənə yol aç ki, sənin Səltənətinə daxil olsun və Sənin əlinlə tərbiyə almış bu quş əbədi gülüstanda pərvaz etməyə gadir olsun. O Sənə yaxınlaşmaq arzusu ilə alışıb yanır; onu Sənin hüzuruna yetışməyə qabil eylə. O sənin səmavi Sarayına daxil eylə.

İlahi! Biz günahakarıq, Sən isə Bağışlayansan. Biz qüsurlar dəryasında batmışıq, amma Sən Əfv Edən və Mehribansan. Günahlarımızı bağışla, və hədsiz fəzlinlə bizləri bəxtavər eylə. Sənin Camalını seyr etmək fürsəti ver və bizə sevinc və xoşhallıq şərabı içir. Biz xətalarımızın əsiriyik, Sən səxavətli feyz Sultanısan. Biz insafsızlıq dənizində batmışıq, Sən sonsuz mərhəmət Allahsan. Bəxş Edən, Cəlalı, Əbədi və Kəramətli sənsən; Və Sən Ən Səxavətli, Ən Mərhəmətli, Qüdrətlisən, O Kəs ki, bəxşişlər Ehsan Edən və günahları Bağışlayandır. Həqiqətən, Sən bizim səhvlərimizi Bağışlayansan. Rəbblərin rəbbisən.

-Əbdül-Bəha Abbas

QADINLAR ÜÇÜN DUALAR

Alqışlar Sənə, Ey mənin Allahım! Sənə və sənin əlamətlərinə iman gətirmiş kənizlərindən biri, Sənin birlik ağacının kölgəsində daxil olub. Ey mənim Allahım, sənin Aşkar və Gizli adınla, Sənin seçilmiş möhürlü,ərabından ona icir ki, bu onu özündən alsın, bütünlüklə Sənin zikrinlə məşğul etsin və onu səndən ba.qa hər kəsdən tamailə yayırsın. İndi ki, Sən Özünü ona tanıtdırmısan, İlahi, Öz səxavətinlə onu sənin fəzlindən rədd etmə; və indi ki Sən onu Özünə çağırmısan, Öz lütfünlə, onu Özündən qovma. Sonra, Sənin yerini üzündə olan hər şeydən üstün olanları ona nəsib eylə. Sən, həqiqətən, Ən Kəramətlisən, Tükənməz Fəzl Sahibisən.

Əgər sən bəndələrindən birinə yerin və göyün səltənətinə bərabər olanı əta etsəydin, yenə də sənin bu səltənətinin sonsuzluğu zərrə qədər də azalmazdı. Sən insanların adətən çağırdığı Böyük Olandan da Böyüksən, çünki belə bir ad ancaq Sənin isimlərindən biridir, o isimlər ki, sənin iradənin sadəcə bir əmri ilə yaradılmışdir. Səndən başqa Allah yoxdur, qüdrət Allahı, şərəf allahı, bilik və hikmət Allahı.

-Bəhaullah

Sən görürsən, Ey mənim Allhım, Sənə arxa çevirmiş məxluqatının törətdiyi şər əməllər, Sənin Allahlığının Zühur etdiyi Kəslə sənin bəndələrin arasına necə girmişdir. Onlara, Ey mənim Allhım, o şeyləri göndər ki, onları bir-birinin qayğıları ilə məşğul etsin. Qoy, onda, onların təcavüzkarlığı özləri ilə məhdudlaşsın ki, torpaq və onun üstündə yaşayanlar sakitlik tapa bilsinlər.

Sənin kənizlərindən biri, İlahi, Sənin üzünü axtardı və sənin razılıq fəzana pərvaz etdi. İlahi, Sənin kənizlərin arasında seçilmişlərin üçün müəyyən etdiklərindən onu məhrum etmə. Sonra qadir eylə onu, Sənin bəyaninla elə cəzb olunsun ki, onların arasında Sənin tərifini yüksəltsin.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Qüdrətli Allah ki, hamı Onun köməyini diləyir.

-Bəhaullah

Sən Ey üzü Sənin həsrətini çəkənlərin sitayişi, liqası Sənin iradənə tabe olanların ümidi, yaxınlığı Sənin sarayına yaxın olanların arzusu, siması Sənin həqiqətini etiraf edənlərin munisi, adı Sənin üzünü görmək üçün yananların qəlblərini heyacanlandıran, nidası Sənin aşiqlərinin həqiqi həyatı, sözü yerdə və göydə olanlar üçün həyat suyu Olan!

Səni and verirəm Sənin çəkdiyin zülmə və zalımların qoşunlarının Sənə vurduqları ziyanlara - sənin mərhəmət buludlarından onu nazil et ki,Məni Səndən olmayan bütün şeylərdən təmizləsin kki, mən səni tərif etməyə layiq olum və səni sevməyə qabil olum.

İlahi, Sənin ətrafında olan kənizlərin və sənin gözlləyinin işığnın və Sənin üzünün şualarının üzərinə davamlı düşdüyü kəslər üçün müəyyən etdiyin şeyləri məndən əsirgəmə. Sən O Kəssən ki, əzəldən Səni aztaranlara yardım etmisən və səndən istəyənlərə kəramətlə lütf etmisən.

Səndən başqa Allah yoxdur, Qüdrətli, hec zaman Dəyişməyən, Kəramət Sahibi, Ən Səxavətli Allah.

-Bəhaullah

Şərəflər olsun Sənə, ey mənim Allahım! Mənim üzüm Sənin üzünə yönəlmişdir və mənim üzüm, həqiqətən, Sənin üzündür, mənim nidam Sənin nidan, Mənim zühurum Sənin Zühürün və mənim özüm Sənin Özün, mənim əmrim Sənin Əmrin, mənim hökmüm Sənin hökmün, mənim varlığım Sənin Varlığın, mənim hökmranlığım, sənin hökmranlığın, mənim şərəfim Sənin şərəfin, mənim qüdrətim Sənin qüdrətindir.

Yalvarıram Sənə, Sən Ey millətlərin Yaradıcısı və əbədiyyət sultanı - Öz kənizlərini Özünün ismət məbədində qoru və onların Sənin günlərində layiqli olmayan əməllərini sil. Sonra, Ey mənim Allahım, bütün şübhələri və bihudə xəyalları onlardan kənar et və səninlə əlaqəsi olmayan hər şeydən onları paklaşdır, Sən Ey adlar Rəbbi və bəyan Mənbəyi. Sən O kəssən ki, bütün xilqətin cilovu Onun ovcundadır.

Səndən başqa Allh yoxdur, Qüdrətli, Ən Uca, Ən Şərəfli, Öz-Özünə Var Olan.

-Bəhaullah

Alqışlar Sənə, Ya Rəbb mənim Allahım! Sən O Kəssən ki, Onun məhəbbətinin atəşi Sənin birliyini tanıyanların ürəyinə odsaldı. Onun üzünün nurları Sənin dərgahina yaxın olanların üzünü işıqlqndirdi. Necə boldur, Ey mənim Allahım, Sənin irfan suların! Necə şirindir, Ey mənim Məhbubum, mənim sənə məhəbbətim nəminə və Sənin razılığın xatırınə zalımların atdığı öxlardan aldığım zədər! Necə xoşdur Sənin yolunda və Sənin Dinini bəyan etmək üçün mən imansızların qılınclarından aldığım yaralar.

Səni and verirəm o adına ki, onunla Sən narahatlığı sakitliyə, qorxunu inama, zəyifliyi gücə, zilləti izzətə çevirirsən - Öz fəzlinlə mənə və Sənin bəndələrinə kömək et ki, Sənin adını elə ucaltsinlar, Sənin Müraciətini elə çatdırsınlar, Sənin Əmrini elə izhar etsinlər ki, biz nə günahkarların hücumları, nə də imansizların qəzəbi qarşısında sarsılmayaq, Sən Ey mənim Məhbubum!

Mən, İlahi, Sənin o kənizinəm ki, Sənin nidanı eşidib, özündən qaçaraq və qəlbini Sənə verərək Sənə doğru tələsib. Səni and verirəm, İlahi, Sənin o adına ki, onun vasitəsilə yerin bütün xəzinələri üzə çıxıb məni o kəslərin eyhamından mühafizə et ki, Sənə inanmadılar və Sənin həqiqətini etməyə. Sən, həqiqətən, Hər Şey Bilən və Ən Hikmətlisən.

-Bəhaullah

Ucaltsın Sənin adın, Ya Rəbb mənim Allahım! Bax, mənim gözlərim Sənin mərhəmətinin möcüzələrini görmək intizarındadır, mənim qulqğım Sənin şirin nəğmələrini eşıtmək həsrətindədir, mənim ürəyim Sənin irfan sularını arzulayır. Sən bu kənizini görürsən, Ey mənim Allahım, Sənin mərhəmət sarayının qarşısında dayanıb və Səni o Adına cağırır ki, Sən onu bütün adlardan üstün etmisən və yerdə və göydə olanların üzərində qaldırmısan. Ona Öz mərhəmət nəsimlərini nazil eylə ki, o büsbütün özündən alınıb tamamilə o məqama cəzb olunsun ki, sənin üzünün cəlalı ilə nurlanıb və Sənin hökmranlığının şəfəqlərini uzaqlara yayır və Sənin taxtın kimi bərqərar olub. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Ən Cəlallı, Ən Kəramətli Allah.

Yalvarıram Sənə, İlahi, Səni axtaran kəsləri rədd etmə, qədəmlərini Sənə tərəf yönəldənləri qovma və Öz fəzlini Səni sevənlərdən əsirgəmə. Sən O Kəssən ki, İlahi, O Özünü Mərhəmət Sahibi, Ən Şəfqətli adlandırıb. Sənə tutan bu kənizınə rəhm eylə.

Sən, həqiqətən, Həmişə Bağışlayan, Ən Mərhəmətlisən.

-Bəhaullah

Sən Ey həşəmətli qüdrətindən bütün şeyləri lərzəyə salan Kəs, bütün şeyləri lərzəyə salan Kəs, bütün insanların işlərini ovcunda saxlayan Kəs, bütün məxluqatın üzünün fəzlinə və mərhəmətinə üz tutduğu Kəs! səni and verirəm O Adına ki, Sən Onu adlar səltənətinə olan bütün adların ruhu etmisən - səndən üz döndərənlərin, Sənin adlarının səltənətini titrədən bu Zühürda ən yüksək və ən uca olan Özünün həqiqətini inkar edənlərin təhriklərindən bizi qoru.

Mən sənin kənızlərindən biriyam, İlahi! Mən üzümü Sənin fəzlinin məkanina və sənin cəlalının sitayiş məbədinə tutmuşam. Səndən olmayan bütün şeylərdən məni pak eylə və məni gücləndir ki, Səni sevim, Sənin razılığına çalışım, ta ki, mən özümü Sənin camalını seyr etməklə məmnun edim və Sənin yartdıqlarına olan bağlılıqlardan qurtulum və hər ən bəyan edim: "Alqışlar olsun Allaha, aləmlərin Rəbbinə"

Qoy sənin gözləyinin, İlahi, mənim qidam olsun, Sənin liqanın işığı içəcəyim, Sənin razılığın ümidim, Sənin tərif etmək isə işim olsun, Sənin zikrin munisim, Sənin hökmranlığın köməyim, sənin məkanın sakin olduğum məskən olsun, evim isə o yer olsun ki, Sən onu Səndən pərdə ilə ayrılanların məhduduyyətlərin fövqünə qaldırmısan.

Sən həqiqətən, qüdrət, güc və cəlal Allahısan.

-Bəhaullah

Ey mənim Rəbbim, mənim Məhbubum, mənim Məqsudum! Tənhalığımda mənə kömək eylə və sürgünümdə mənə munis ol. Mənim kədərimi qaldır, məni gözəlliyinə heyran et. Tək Özündən başqa məni hamıdan təcrid et. Məni Sənin müqəddəslik rayihələrinlə cəzb eylə. Sənin Mələkutunda qoy onlarla ünsiyyət edim ki, Səndən başqa hamıdan ayrılıblar, Sənin müqəddəs astananda xidmət etməyi arzulayırlar, Sənin Əmrində çalışmaq üçün qalxıblar. Məni qabil eylə, Sənin o kənizlərindən olum ki, Sənin razılığına nail olublar. Həqiqətən, Sən Fəzl Sahibisən, Səxavətlisən.

-Əbdül-Bəha Abbas

HAMİLƏ ANALAR

İlahi! İlahi! Səni tərif edir və Sənə şükr edirəm, o şey üçün ki, sən onunla Öz təvazökar kənizinə lütf etdin, Sənin kölən Sənə yalvarıb-yaxarır, çünki Sən həqiqətən, onu Öz aşkar Mələkutuna yönəltdin, bu fani dünyada Sənin uca Nidanı ona eşitdirdin və hər şeyin üzərində qalib olan hakimiyyətinin aşkarlığını sübut edən Əlamətlərini görəməsinə səbəb oldun.

İlahi, mən bu bətnimdə olanı Sənə həsr edirəm. Elə isə bunu sənin iltifatın və Sənin Səxavətinlə onu bəxtiyar biri eylə, Sənin təlim-tərbiyən altında onu inkişaf etdir və böyüt. Həqiqətən, Sən Fəzl Sahibisən!

Həqiqətən, Sən böyük İltifat Mövlasısan.

-Əbdül-Bəha Abbas

ƏMRİN ZƏFƏRİ ÜÇÜN

Sən görürsən Ey mənim Allahım, Sənin sevimlilərin Sənin məxluqların arasında asilərlə və Sənin xalqın arasında şər adamlarla necə əhatə olunublar. Bir torpaq qalmayıb ki, orada Sənin aşiqlərinin fəryadı və sənin seçilmişlərinin ah-naləsi ucalmasın. Səni and verirəm Sənin Ən Böyük Adama, qüvvət əlini Özünün qüdrət qoynundan çıxar və onunla Səni sevənlərə yardım eylə.

Sən baxırsan, Ey mənim Allahım, onların gözləri Sənə yönəlib, onların nəzərləri Sənin qüdrətinin və sənin mehriban inayətinin Məşriqinə dikilib. İlahi, onların zillətini izzətə, onların fəqirliyini zənginliyə və onların zəyifliyini Səndən doğan gücə çevir.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Hər Şeydən Xəbərdarsan.

-Bəhaullah

Alqış olsun Sənə, Ya Rəbb mənim Allahım! Sənin hökmran qüdrətinin çaylarını aşkar eylə ki, Sənin Birliyinin suları bütün şeylərin batini həqiqətindən axsın, elə axsın ki, Sənin qüsursuz hidayətinin bayrağı Sənin hökm səltənətində ucalsın və sənin ilahi şəfəqinin ulduzları Sənin əzəmət göyündə parlaq işıq saçsın.

Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Himayədar, Öz-Özünə Var Olansan.

-Bəhaulalh

Qoyma, Ey Allah, Ey mənim Allahım, Sənin nemət səmandan və Sənin bəxşiş günəşindən məhrum qalım. Səni and verirəm o Kəlama ki, onunla görünən və görünməyən bütün şeyləri tabe etdin, mənə və Sənin seçilmişlərinə yardım eylə ki, sənin diyarlarında ucaltmağa nail olaq. Sonra Öz Kitabında nazil etdiyin xeyir-bərəkətləri mənə qismət eylə.

Həqiqətən, Sən Qüdrətli, Həmişə Bağışlayan, Ən Səxavətlisən.

-Bəhaullah

Ya Rəbb! Sənin ilahi Birlik Ağacının tez böyünməsinin qayğısına qal; Sonra, Sənin razılığının axar suları ilə sula onu, Ya Rəbb, və Sənin olahi qayğının təzəhürləri qarşısında izn ver ki, Səni alqışlamaq və ucaltmaq, Səni tərif etmək və Sənə şükr etmək, Sənin Adını ucaltmaq, Sənin Zatının vahidliyini yüksəltmək və sənə pərəstiş etmək üçün Sənin istədiyin meyvələri versin, çünki bütün bunlar Sənin əlindədir və başqa hec kəsin əlində deyil.

Xoş o kəslərin halında ki, Sən onları seçmisən ki, qanları ilə Sənin müqəddəs və sabit Sözünü ucaltsinlar.

-Bab

Ya Rəbb! Sənin günlərində səbrli olan bəndələrinə laqiqli qələbələrlə zəfər bəxş eylə, cünki onlar Sənin yolunda şəhidlik istədilər. Onlara o şeyləri nazil eylə ki, ürəklərinə rahatlıq gətirsin, könüllərini sevindirsin, qəlblərinə arxayınlıq və bədənlərinə sakitlik versin və onların qəlblərini Allahın, Ən Uca Olanın hüzuruna yüksəlməyə qabil etsin və onlar uca Cənnətə və elə şərəf məkanına yetişsinlər ki, sən onu həqiqi bilik və məziyyət sahibiləri üçün müəyyən etmisən. Həqiqətən, Sən hər şeyi bilirsən, bizə yalnız Sənin bəndələrin, Sənin qulların, Sənin kölələrin və Sənin fəqirlərinik. Səndən başqa bir Rəbb çağırmırıq, Ey Allah, bizim Rəbbimiz, nə də Səndən başqa bir kəsdən xeyi-dua və fəzl istəyib yalvarırıq, SƏn Ey həm bu dünya, həm də axirətin mərhəmət Rəbbi. Biz yoxsuluq, fanilik, köməksizlik və heçlik təcəsümüyük, Sənin bütün Varlığın isə zəngilik, müstəqillik, cəlal, əzəmət, sonsuz fəzilət mücəssəməsidir.

Ya Rəbb, həm bu dünyada, həm də o biri dünyanın xeyrindən və göydən yerədək olan kəramətindən Sənə layiq şeyləri bizim mükafatımız eylə.

Həqiqətən, Sən bizim Rəbbimizsən və hər şeyin Rəbbisən. Biz özümüzü Sənin əllərinə təslim edirik və sənə məxsus olan şeyləri istəyirik.

-Bab

Ya Rəbb! Yar üzünün bütün xalqlarını Sənin Dininin Cənnətinə daxil olmağa qadir eylə, belə ki, heç bir yaradılmış varlıq Sənin raziliğının hüdurlarından kənarda qalmasın.

Əzəldən Sən istədiyini etməyə qadir olmusan və istədiyinin fövqündə əlçatmaz olmusan.

-Bab

Alqışlar olsun Sənə, Ya Rəbb, Sən Ey bütün yaranmış şeyleri Öz əmrinin qüdrəti ilə xəlq edən Allah!

Ya Rəbb! Səndən başqa hər şeydən imtina etmiş kəslərə yardım eylə və onlara böyük qələbə bəxş eylə! Göydə və yerdə və onların arasında olan mələklər qoşununu, İlahi, onlara göndər ki, Sənin bəndələrinə kömək etsinlər, onlara yardım göstərsinlər, onları gücləndirsinlər, uğur qazanmağa qabil etsinlər, dayaq dursunlar, onlara izzət qabil etsinlər, şərəf və ucalıq bəxş etsinlər, onları zəngin etsinlər və ecazkar zəfərlərlə qalib etsinlər.

Sən onların Rəbbisən, göylərin və yerin Rəbbisən, bütün aləmlərin Rəbbisən. Bu bəndələrin qüdrəti ilə bu Əmri gücləndir, İlahi və onları qadir eylə ki, bütün dünyanın insanlarına üstün gəlsinlər; çünki onlar, doğrudan, Sənin o bəndələrindir ki, səndən başqa hər şeydən özlərini ayırıblar və Sən, həqiqətən, həqiqi möminlərin Qoruyucususan.

İzn ver ki, İlahi, onların ürəkləri, Sənin bu sarsilmaz Əmrinə sədaqətli olmaqla, hər şeydən, yerdə və göydə və onların arasında olanlardan daha güclü olsun və Sənin ecazkar qüdrətinin əlamətləri ilə, Ya Rəbb, onların əllərini gücləndir ki, onlar Sənin qüdrətini bütün bəşərin gözü qabağında zahir edə bilsinlər.

-Bab

Ey Allah, mənim Allahım! Təriflər olsun Sənə, cünki Sən ən uca dağın zirvəsində Müqəddəs Ağacda ilahi məhəbbət atəşini yandırdım: o Ağac ki, "nə Şərqdəndir, nə də Qərbdən.1" o atəş ki, onun alovu qalxıb Səma sakinlərinə yetişdi və söylədilər: "Həqiqətən, biz Tur Dağının yamacında bir od gördük."12

Ey Allah, mənim Allahım! Günlər birbirini əvəz etdikcə, bu odun alovunu artır, o vaxtadək ki, bunun alovu bütün yer kürəsini hərəkətə gətirsin. Sən Ey mənim Rəbbim! Öz məhəbbətinin işığını hər bir ürəkdə yandır, Öz elminin ruhunu insanların sinəsinə üfür, onların könüllərini Sənin birlik ayələrinlə sevindir. Qəbirlərində onlanları həyata gətir, təkəbbür əhlini ayılt, xoşbəxtliyi bütün dünyaya yay, Sənin saf sularını nazil eylə və aşkar təcəlli toplantılarında "kafur çeşməsində hazırlanmış" pialəni əldən-ələ ötür.3

Dəqiqətən, SƏnsən Bəxşedən, Bağışlayan, Ətaedən. Həqiqətən, Sənsən Mərhəmətli, Şəfqətli.

-Əbdül-Bəha Abbas

Odur Allah!

Ya Rəbb, mənim Allahım, Mənim Məhbubum! Bunlar Sənin o bəndələrindir ki, Sənin Səsini eşidiblər, Sənin Sözünə qulaq veriblər və Sənin Çağırışını dinləyiblər. Onlar Sənə iman gətiriblər, Sənin möcüzələrinə şahid olublar, Sənin sübütlarını etiraf ediblər və Sənin dəlillərinə şəhadət veriblər. Onlar Sənin yollarında addımlayıblar, Sənin hidayətinə tabe olublar, Sənin sirlərini açıblar, Sənin Kitabının, Sənin Səhifələrinin ayələrinin, Sənin Namələrinin və Lövhlərinin müjdələrinin gizli sirlərini anlayıblar. Onlar Sənin libasını ətəyindən yapışıblar, Sənin nurunun və əzəmətinin əbasında möhkəm tutublar. Onların qədəmləri sənin Əhdində möhkəmlənib və onların ürəkləri Sənin Peymaninda qətiyyət əldə edib. Ya Rəbb! Onların ürəklərində Sənin ilahi cazibənin odunu yandır və izn ver ki, eşq və anlayış quşu onların ürəklərində oxusun. Onları sarsılmaz əlamətlərə, parlaq nümunələrə çevir və Öz Süzün kimi onları kamil eylə. Onların vasitəsilə Öz Əmrini ucalt, Öz bayraqlarını dalğalandır və Öz möcüzələrini hər yana aşkar eylə. Öz Sözünü onlara qalib eylə və Sənin sevimlilərinin qurşaqlarını bərkit. Onların dillərini azad et ki, Sənin Adını ucaltsınlar və onları Sənin müqəddəs iradən və razılığına uyğun olan əməllərə ruhlandır. Sənin müqəddəslik səltənətində onların üzünü nurlandır və Sənin Əmrinin zəfəri naminə ayağa qalxmaqa kömək etməklə onların sevincini tamamla.

Ya Rəbb! Biz zəifik, bizi gücləndir ki, Sənin müqəddəslik rayihələrini yayaq; biz fəqirik, bizi Sənin İlahi Birlik xəzənələrindən zəngin eylə; üryanıq, bizi Sənin kəramətinin libasına bürü; günahkarıq, Öz fəzlinlə, Sənin lütfün və əfvinlə günahlarımızı bağışla. Sən, həqiqətən, Yaedımedən, Köməledən, Fəzl Sahıbi, Güdrəti və Qüvvətlisən.

Səbatlı və möhkəm olanların üzərinə Bəha olsun.

-Əbdül-Bəha Abbas

ƏHDDƏ MÖHKƏMLİK DUALARI

Alqış Sənə, Ey əbədilik Hökmdarı, ümmətlərin Xaliqi və hər bir çürümüş sümüyün Nəqqası! Sənin O Adına and verirəm ki, Onun vasitəsilə bütün insanları Öz əzəmət və cəlal üfüqünə çağırdın və bəndələrini Öz fəzl və lütfünün sarayına hidayət etdin - məni o kəslərə sıraya yaz ki, Səndən başqa hər şeydən asılıqdan qurtardilar, üzlərini Sənə tutdular və qəzavüqədərin müsibətləri onların Sənin bəxşişlərinə can atmalarına mane olmadı.

Mən Sənin kəramət dəstəyindən yapışmışam, İlahi, Sənin Lütfünün libasının ətəyindən tutmuşam. Elə isə, Sənin kəramət buludundan onu yağdır ki, məni səndən başqasının zikrindən pal etsin və məni qadir eylə ki, bütün bəşəriyyətin Qibləsi olan Kəsə yönəlim, O Kəs ki, Sənin əhdini pozan, SƏnə və Sənin əlamətlərinə inanmayan nifaq əhli Onun əleyhinə qalxmışlar.

Sənin günlərində Öz libasının şirin rayihələrindən məni binəsib qoyma, İlahi və Öz Camalının nurunun aşakr çıxdı Vəhyinin nəfəsindən məni məhrum etmə. Sən istədiyini etməyə Qadirsən. Heç nə Sənin iradənə qarşı çıxa bilməz, nə də sənin Öz qüdrətinlə istədiyinə mane ola bilər.

Səndən başqa Allah yoxdur, Sən Qüdrət və Hikmət Sahibisən.

-Bəhaullah

O, Qüdrətli, Əfv Edən və Şəfqətlidir! Ey Allah, mənim Allahım! Sən bəndələrinin azğınlıq və xəta çölündə sərgərdan qaldığını görürsən; haradadır Sənin hidayətinin nuru, Sən, Ey aləmin Məqsudu? Sən onların acız və löməksiz olduğunu görürsən; haradadır Sənin qüdrətin, Sən Ey göyün və yerin qüvvətlərini ovcunda Saxlayan?

Səni and verirəm, Ya Rəbb, mənim Allahım, Sənin inayət dəryanın dalğalarında və Sənin o Kəlamına ki, onunla səltənətinin əhlinə hakimlik etdin - mənə izn ver, o kəslərin arasında olum ki, Kıtabında əmr etdiklərini yerinə yetirməyə nail oldular. Və Sənin əminlərinə nasib etdiklərini mənə də qısmət eylə, o kəslər ki, Sənin Kəramət piyaləndən İlahi ilham şərabını içdilər, Sənin razılığını qazanmağa tələsdilər və Sənin Əhdinə və Peymanına vəfa etdilər. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Ən Alim, Ən Hikmətli Allah.

İlahi, mənə Öz kəramətinlə onu qərar ver ki, bu dünyada və ondan sonra mənim ruhani rifahıma səbəb olar və məni Sənə yaxınlaşdırar, SƏn Ey bütün insanların Rəbbi. Səndən başqa Allah yoxdur, Sən Vahid, Qüdrətli və Cəllalısan

-Bəhaullah

İlahi! Sənin yolunda bızım qədəmlərimizi sabıt eylə və ürəklərimizi Sənə itaət qüvvətləndir. Üzlərimizi öz təklik cəmalına yönəlt və qəlblərimizi Öz vahidliyinin nişanələri ilə fərəhləndir. Cicmələrimizi Öz kəramət libasına bəzə və gözlərimizdən günahkarlıq pərdəsini qaldır və bizə vəfa piyaləsini içir ki, bütün varlıqların zatı Sənin əzəmətinin hüzurunda Sənin tərifini söyləsin. Sonra, Ya Rəbb, Öz mərhəmətli bəyanına və İlahi varlığının sirri ilə Özünü aşkar eylə ki, duanın ruhani ləzzəti bizim gəlblərimizi doldursun - o dua ki, sözlərin və hərflərin fövqündə durur, hecə və səslərin ahəngindən ucadır - ta ki, hər şey sənin şəfəqlərinin zühuru qarşısında heçliyə uğrasın.

İlahi! Bunlar o bəndələridir ki, Sənin Əhdində və Peymanında möhkəm və sabit qaldılar, Sənin Əmrində dəyanət ipindən tutdular və Sənin Əzəmət ətəyindən yapışdılar. Onlara kömək və yardım et, İlahi, Öz lütfünlə onları müvəffəq eylə və Sənə itaətdə onların qurşağını Öz qüdrətinlə bərkit.

Sən Bağışlayan və Mərhəmətlisən.

- Əbdül-Bəha Abbas

Ey Şəfqətli Allah! Şükürlər Sənə, məni ayıltdın və huşyar etdin. Görən göz verdin və eşidən qulaq bəxş elədin, Öz səltənətinə istiqamətləndirin və Öz yoluna hidayət etdin. Doğru yolu göstərdin və nicat gəmisinə daxil eylədin. Ey Allah! Məni mətanətli saxla, səbatlı və sədaqətli eylə. Ağır sınaqlardan məni qoru, Əhdi-Peymanının möhkəmləndirilmiş qalasında sığınacaq ver və məni hifz eylə. Sən Qüvvətlisən. Sən Görənsən. Sən Eşidənsən.

Sən Ey Mərhəmətli Allah! Mənə elə bir ürək bağışla ki, güzgü təkin Sənin məhəbbətinin işığı ilə nurlansın və mənə elə bir düşencə bəxş et ki, səmavi iltifat yağışları ilə dünyanı gülşənə çevirə bilsin.

Sən şəfqətlisən, Mərhəmətlisən. Sən Böyük lütf Sahibisən.

-Əbdül-Bəha Abbas

 

Ey mənim Rəbbim və mənim Ümidim! Öz sevimlilərinə kömək eylə ki, Sənin əzəmətli Əhdi-Peymanında möhkəm olsunlar, Sənin aşkar Əmrində sadiq qalsınlar və Sənin Əzəmət Kitabında onlara hökm etdiklərini yerinə ytirsinlər, ta ki, onlar hidayət bayraqlarına çevrilsinlər, Səma Sakinlərin çıraqları, Sənin sonsuz hikmətini çeşmələri olsunlar və üfüqündə doğru ypol göstərən ulduzlar kimi yeri işıqlqndırsınlar.

Həqiqətən, Sən Yenilməz, Qudrətli və Qüvvətlisən.

- Əbdül-Bəha Abbas

İANƏ HAQQINDA DUA

Allahın bütün dostları..., onların verdiyi ianə nə qədər cuzi olsa da, mümkün olan qədər ianə verməlidirlər. Allah hər hansı bir ruha onun gücündən artıq goymaz. Belə ianələr bütün mərkəzlərdən və bütün mömınlərdən gəlməlidir.

Ey Allahın Sevimliləri! Əmin olun, bu ianələrin əvəzində sizin kənd təsərrüfatınız, sənayeniz və ticarətiniz qat-qat xeyir-bərakət alacaqdır. Kımsə Allahın yolunda bir savab iş görərsə, on qat mükafat alacaqdır. Hec şübhə yoxdur ki, əbədi olan Allah öz var-dövlətini Onun yolunda sərf edənlərə bərəkət verər.

 

Ey Allah, mənim Allahım! Öz həqiqi aşiqlərinin alınlarını nurlandır və zəfər mələklərinin qoşunu ilə onlara yardım eylə. Onların qədəmlərini Sənin düz yolunda möhkəmləndir və Öz qədim Kəramətindən onların üzünə nemət qapılarını aç; çünki onlar Sənin onlara ehsan etdiklərini Sənin yolunda həsr edirlər, Sənin Əmrini mühafizə edirlər, Sənin zikrinə təvəkkül edirlər, öz könüllərini Sənin məhəbbətin ücün fəda edirlər və Sənin camalına sitayiş etməkdə və Sənin razılıq yollarını aramaqda malik olduqlarını əsirgəmirlər.

İlahi! Onlara bol pay, əvəz və mütləq mükafat qismət eylə.

Həqiqətən, Sən Himayə Edin, Yardımçı, Səxavətli, Kəramətli, Həmişə Bəxş Edənsən.

- Əbdül-Bəha Abbas

İNQİTA DUALAR

İzn ver mənə, Ey mənim Allahım, SƏnə yaxınlaşım və sənin dərgahının yanında sakin olum; çünki, SƏndən uzaqlıq məni yandırıb yaxdı. Məni Öz fəzlinin kölqəsində rahatlandır, çünki, səndən ayrılığın atəşi içimdə qəlbimi əritdi. Məni əsl dirilik suyu olan çeşməyə yaxınlaşdır, çünki Səni durmadan axtararkən susuzluqdan qəlbim od tutub yanır. Mənim ahım, İlahi, mənim qəm-qüssəmin şıddətini göstərir və tökdüyüm göz yaşları Sənə məhəbbətimə şəhadət verir.

Yalvarıram Sənə, o təriflə ki, Sən Özün Özünü tərif edirsən və o alqışla ki, Sən Özün Öz Zatını alqışlayırsan - bizi o kəslərdin sırasına daxil eylə ki, Sənin hökmranlığını etiraf etdilər. sonra kömək eylə, İlahi, mərhəmət barmaqlarından inayət suyunu içək ki, Səndən başqa Allah yoxdur, Sən Qüdrətli, Himayədar və Öz-Özünə Var Olansan.

Alqışlar Sənin adına, Sən Ey Sultanların Sultanı.

-Bəhaullah

Şərəflisən Sən, Ey mənim Allahım! Sənə şükr edirəm ki, Sən mənə Zühurunun Məşriqi, Mərhəmətinin Məzhəri, Əmrinin Xəzinəsi ola Kəsi tanıtdırdın. Yalvarıram Sənə, o Adına ki, onun vasitəsinə sənə yaxın olanların üzləri ağ oldu və sənə sadiq olanların könulləri Sənə tərəf qanad açdı- mənə qismət eylə ki, mən hər zaman və hər bir şəraitə Sənin ipindən yapışım və səndən savayı hər kəsdən əlimi üzüm və gözlərimi sənin Vəhy üfüqünə dikim, Öz Lövhlərində mənə əmr etdiklərini yerinə yetirim.

Öz lütf və məhəbbətinin libası ilə, İlahi, mənim zahirimi və batinimi zinətləndir. Sonra Sənin ikrah etdiyin hər bir şeydən məni hifz eylə, mənə və yaxınlarıma sənə itaət etməkdə və məni şeytani nəfz və ehtirasa təhrik edən hər şeydən uzaq olmaqda mərhəmətlə yardım eylə.

Sən, həqiqətən, bütün bəşərin Rəbbisən, bu dünyanın Sahibisən. Səndən başqa allah yoxdur, Sən hər şeyi Bilən və Ən Hikmətlisən!

-Bəhaullah

Alqış Sənin Adına, Ey mənim Allahım! Səni and verirəm fəzl köynəyinin rayihələrində ki, Sənin hökmün və Sənin istəyinlə bütün kainata yayıldı və Sənin iradə Günəşinə ki, Sənin qüdrətinin və hökmranlığın gücü ilə Sənin mərhəmət üfüqündən parladı - mənim ürəyimi bütün bihüdə xəyal və şəkk-şübhələrdən azad eylə ki, mən bütün sevgimlə üzümü sənə tutum, Sən Ey bütün bəşərin Rəbbi!

Mən sənin bəndən və bəndənin oğluyam, Ey mənim Allahım! Sənin fəzl dəstəyindən və inayət ipindən yapışmışam. Sənin yanında olan xeyirli şeyləri mənə nasib eylə və məni sənin səxavət buludundan və kəramət səmandan nazil etdiyin Süfrədən qidalandır.

Sən, həqiqətən, aləmlərin Rəbbi, göydə və yerdə olanların Allahısan.

-Bəhaullah

Neçə-neçə buz bağlamış ürək, Ey mənim Allahım, Sənin Əmrinin atəşdən oda qalandı və necə-necə qafil sənin nidanın şirinliyindən oyandı. Sənin günlərində necə-necə qərib Sənin vahidlik ağacının kölgəsini özünə vətən seçdi və necə-necə təşnə diriliksuyunun çeşməsində örtün köks ötürdü.

Xoş o kəsin halında ki, üzünü Sənə çevirdi, Sənin üzünün Məşriqinə çatmağa tələsdi. Xoş o kəsin halında ki, bütün sevgisi ilə üzümü Sənin Vəhy Məşriqinə və Sənin ilham Mənbəyinə tutdu. Xoş o kəsin halında ki, Öz Səxavətinlə ona bəxş etdiklərini Sənin yolunda sərf etdi. Xoş o kəsin ki, Sənin həsrətində Səndən savayı hər şeyi atdı. Xoş o kəsin halında ki, Sənin zikrinlə munis oldu və Səndən başqa hər şeydən əlini üzdü.

Səni and verirəm, İlahi, Sənin adın olan Kəsə, o Kəs ki, Sənin hökmranlığının gücü və qüdrəti ilə Öz məhbəsinin üfüqündən ucaldı - hər bir kəsə Sənə yaraşanı və Məqamına layıq olanı nəsib eykə. Sənin qüdrətin, həqiqətən, hər şeyə qadirdir.

-Bəhaullah

Anlaya bilmirəm, Ey mənim Allahim, o nə oldu ki, su onun alovunu söndürə bilər. Bütün yer üzünün onun gücü qarşısında acizdilər. Bəxtiyardır o kəs ki, bu atəşə yaxınlaşdı və onun uğultuysunu eşitdi.

Bizilərini, İlahi, sən qüvvətləndirici fəzlinlə ona yaxınlaşmağa qabil etdin, digərlərini isə Sənin günlərində törətdiklərinə görə onadan məhrum qoydun. Və o kəslər ki, ona doğru tələsib kama çatdılar, onlar Sənin Cəmalınım şövqü ilə ğz canlarını fəda etdilər və Səndən başqa hər şeydən ayrılıb Sənə doğru ucaldılar.

Səni and verirəm, İlahi, yanıb şölələnən bu oda ki, xilqət dünyasında yanır və tüğyan edir, Sənin Səxavət taxtının önünə yetişməyimə və Sənin qapını ağzında dayanmağıma mane olan pərdələri yandır. Ey Allahım, Öz kkitabınada nazil etdiyin bütün xeyirlri mənə nəsib eylə və məni Öz mərhəmət çadirindan uzaq düşməyə qoyma.

Sən Öz istədiyini etməyə Qadirsən. Həqiqətən, Sən Qüdrətli və Ən Səxavətlisən.

-Bəhaullah

Alqışlar olsun Sənə, Ye mənim Allahım! Mən Sənin bəndələrindən biriyəm ki, Sənə və Sənin əlamətlərinə iman gətirmişəm. Görürsən, mən özümü Sənin mərhəmət qapına yönəltmişəm və üzümü Sənin inayət sahılınə tutmuşam. Səni and verirəm ən gözəl adlarına və ən uca sifətlərinə - Öz nemətlərinin qapısını mənim üzümə aç. Sonra da yaxşı əməllərə müvəffəq eylə, SƏn Ey bütün adlar və sifətlərin Sahibi!

Mən fəqirəm, İlahi, Sənsə Zənginsən. Üzümü Sənə tərəf tutmuşam və Səndən başqa hər şeydən əlimi üzmüşəm. Yalvarıram sənə, inayətinin nəsimlərindən məni binəsib etmə və bəndələrin arasinda seşmişlərin üçün müəyyən etdiyindən məni məhrum qoyma.

Ey mənim Allahım, mənim gözlərimdən pərdəni qaldır ki, Sənin yaratdıqların üçün istədiklərini anlayım və xilqətin bütün təzahülərində sənin qüdrətinin əlamətlərini aşkar edim. Mənim ruhumu, ya Rəbb, Özünün ən qüdrətli əlamətlərinlə məftun eylə və məni nəfz və ehtirasın dərinliyindən çəkib çıxar. Sonra mənə bu dünyanın və axirətin xeyir-bərəkətini yaz. Sən istədiyini etməyə Qadırsən. Səndən naşqa Allah yoxdur, Ən Cəlallı, hamının yardım Axtardığı Allah.

Mən Sənə şükürlər edirəm, Ey mənim Rəbbim, Sən məni qəflətdən oyatdın, silkələdin və bəndələrinin əksəriyyətinin qafil olduqlarını anlamağa istək yaratdın. İndi isə Sənin istədiklərinin həqiqətini görməyə məni qadir eylə. Sən O Kəssən ki, hər şey Onun qüdrət və hökmranlığına şəhadət verir.

Səndən başqa Allah yoxdur, Ən Qüdrətli və Mərhəmətli Allah.

-Bəhaullah

Sənin Rəbbinin adı ilə Yaradan,Hökmüdar, Kifayət Eden, Ən Uca və hamının yardım Axtardığı.

Söylə:Ey mənim Allahım! Sən Ey Göylərin və Yerin yaradanı,Ey Səltənətin Hökmranı! Sən mənim qəlbimin sirlərindən tam agahsan, o halda ki, Sənin varlığın isə Özündən başqa hamı üçün dərkedilməzdir. Sən mənim nə niyyətdə olduğumu bilirsən, o zaman ki, bu Səndən başqa heç kimə açıq deyil. Öz fəzlinlə mənə onu əta et ki, Səndən başqasına ehtiyac duymayım və mənə onu nəsib eylə ki, məni Səndən savayı hər kəsin asılılığından qurtarsın.Qismət eylə ki, mən öz həyatımın bəhrəsini həm bu dünyada, həm də o biri dünyada görə bilim.Öz fəzl qapılarını mənim üzümə aç və səxavətinlə Sənin inayət və nemətlərini mənə bağışla.

Sən Ey bol Fəzilət Sahibi! Qoy Sənin səmavi yardımın Səni sevənləri sarsın və bizə Öz nemət və bəxişişlərini əta eylə. Bizə Özün kifayət ol, günahlarımızı bağışla, bizə rəhm eylə.Həqiqətən, Sən bizim və bütün yaranmışların Rəbbisən.Səndən başqa heç kimi çağırmırıq və Sənin fəzlindən başqa heç nə rica etmirik.Sən fəzilət və kəramət Sahibisən,qüdrətində yenilməz və nəxşəsində ən Mahirsən.Səndən başqa Allah yoxdur, Sən hər şeyə Malik və Ən Ucasan.

İlahi, Öz xeyir-dualarını Elçilərə, övliyalara və seçilmişlərə əta eylə.Həqiqətən,Sənsən Allah, Vahid və Qalib.

-Bab

Ya Rəbb! Sənə pənah gətirirəm və könlümü büsbütün sənin nişanələrinə verirəm.

İlahi! İstər səfərdə, istərsə evdə, məşğuliyyətimdə, ya işimdə ikən- mən bütünlüklə Sənə təvəkkül edirəm.

Sənin kifayətedici yardımını mənə bəxş eylə ki, hər şeyin asılılığından qurtarım, Sən Ey mərhəmətində bərabəri Olmayan Allah.

Öz istədiyin kimi mənə ruzi nəsib eylə, İlahi və mənə qismət etdiklərinlə məni qane eylə.

Mütləq hökm etmək ixtiyarı Səndədir.

-Bab

Söylə: Allah hər üstün şeydən üstün olan Kifayətedicidir və yerdə və göydə olanlardan heç nə yox, yalnız Allah kifayətedicidir. Həqiqətən, O Öz Zatında Bilici, Yardımçı və Qüdrətlidir.

-Bab

Ey Allah, mənim Allahım! Sən mənim Ümidim və Məhbubumsan. mənim Məqsudum və Arzumsan! Təvazökarlıq və tam sədaqətlə Sənə dua edirəm, məni Öz torpağında Sənin məhəbbətinin abidəsi eylə, Öz məxluqatın arasında elminin çırağı və səltənətindən mərhəmətinin bayrağı eylə.

Məni o kəslərin sırasına yaz ki,Səndən başqa hər şeydən asılılıqdan qurtarıblar, bu dünyanın fani şeylərindən özlərini pak ediblər və şübhə əhlinin təhrikindən özlərini azad ediblər.

Qoy ürəyim Sənin mələkutundan yetişən təsdiq ruhu ilə genişlənsin, gözlərim Cəbərutundan ardıcıl olaraq mənim üstümə enən İlahi yardım qoşunlarını müşahidə etməklə işıqlansın.

Sən, həqiqətdə, Qüdrətli, Ən Cəlallı və Ən Qüvvətlisən.

-Əbdül-Bəha Abbas

Ey Allah, mənim Allahım! mənim üçün inqita piyaləsini doldur və sənin cəlal və ehsan məclisində Öz məhəbbətinin şərabı ilə məni xoşhal eylə. Məni ehtiras və həvəsin hücumlarından azad eylə, məndən bu rəzil dünyanın qandallarını qırıb at, məni heyranlıqla Öz uca səltənətinə çək və mələklər arasında Sənin müqəddəslik nəfəsinlə məni təravətləndir.

İlahi, Öz iltifatının işığı ilə mənim üzümü parlat, Sənin hər şeyi tabe edən qüdrətinin nişanələri ilə mənim gözlərimi işıqlandır; Sənin hər şeyi saran elminin nuru ilə mənim ürəyimi xohşal eylə, mənim qəlbimi ruhu dirildən böyük şadlıq müjdələrilə sevindir, Sən Ey bu dünyanın və Mələkutun Sultanı,Ey səltənət və qüdrət Hökmdarı, ta ki, mən Sənin əlamət və nişanələrini yaya bilim, Sənin Əmrini bəyan edim və Sənin Təlimlərini ucaldım, Hökmünə xidmət edim və Kəlamını yüksəldim.

Sən, həqiqətən, Qüdrətli, Həmişə Bəxşedən, Qadir və Qüvvətlisən.

-Əbdül-Bəha Abbas

KÖMƏK VƏ YARDIM DUALARI

Ey üzü Qibləm, camalı müqəddəs Məbədim, dərgahı məqsədim, tərifi ümidim, istəyi munisim, sevgisindən var olduğum, zikri təsəllim, yaxınlığı amalım, vüsalı son arzum və yüksək ilhamım Allah! Yalvarıram Sənə, bəndələrin arasında seçilmişlərin üçün müyyən etdiklərindən məni məhrum etmə.Sonra bu dünyanın və o dünyanın xeyrini mənə nəsib eylə.

Sən, həqiqətən, bütün insanların Sultanısan! Səndən başqa Allah yoxdur, Sən Həmişə Bağışlayan və Ən Səxavətlisən.

-Bəhaullah

Mənim Allahım, Sitayiş etdiyim, Sultanım, Məgsudum! Sənə şükrlərimi hansı dil bəyan edə bilər? Qafil idim, ayıltdın, Səndən üz çevirmişdim, Sənə tərəf dönməyimə mərhəmətlə kömək etdin. Ölü idim, dirilik suyu ilə mənə həyat verdin. Solmuşdum, Ən Mərhəmətlinin Qələmindən axan bəyan Kövsərindən mənə təravət bağışladın.

Ya Rəbb! Bütün mövcudat Sənin Kəramətindən yaranmışdır; Öz səxavət sularından onu məhrum etmə və Sənin Mərhəmət dənizindən onu kənar tutma. Hər zaman və hər bir şəraitdə Sənin kömək və yardımını diləyir və Sənin fəzl göyündən qədimi bəxişini istəyirəm. Sən, həqiqətən, Kəramət Sahibisən və əbədi mələkut Sultanısan.

-Bəhaullah

Ucalsın Sənin adın, ya Rəbb, bizim Allahımız! Sən həqiqətən, görünməyən şeyləri Bilənsən.Bizə o xeyiri nəsib eylə ki, Sənin hər şeyi əhatə edən elmin ölçə bilər. Sənsən hökmran Allah, Ən Güdrətli və sevgili Məhbub.

Bütün alqışlar Sənə olsun, Ya Rəbb! Təyin olunmuş gündə biz Sənin mərhəmətini axtarmalı və bütünlüklə, Ey bizim Rəbbımız, Sənə, təvəkkül etməliyik. Sən Cəlal Sahibisən, İlahi! Bizə xeyirli və layiqli olanı bəxş eylə ki, Səndən başqa hər şeydən azad olaq. Həqiqətən, Sənsən bütün dünyaların Rəbbi.

İlahi! Sənin günlərində səbrli olanları mükafatlandır və onların qəlblərini möhkəmləndir ki, Həqiqət yolundan sapmasınlar. Sonra, Ya Rəbb, elə xeyir-bərəkətləri bəxş eylə ki, onları Sənin tam xoşbəxtlik Cənnətinə daxil olmağa qabil etsin.Ucasan Sən, Ya Rəbb, İlahi! Qoy Sənin səma nemətlərin o evlərin üzərinə yağsın ki, sakinləri Sənə iman gətirmişlər.Həqiqətən, İlahi, nemətlər nazil etməkdə Sənin bərabərin yoxdur. Ey Allah, elə qoşunlar göndər ki, Sənin vəfalı bəndələrinə zəfər qazanmaqda kömək etsinlər.Sən yaradılmış hər şey Öz əmrinlə istədiyin şəklə salırsan. Sən həqiqətdə Hökmran, Yaradan və Hikmət Sahibisən.

Söylə: Həqiqətən, Allahdır bütün şeylərin Xaliqi! O bol ruzini istədiyi kəsə bəxş edir. O Xaliqdir, Qüdrətli, Həyatverici,Ən Hikmətlidir.Göylərdə, yerdə və onların arasında olan ən gözəl adlar Ona məxsusdur. Hər şey Onun əmrinə tabedir və yerin və göyün sakinləri Onun tərifini ucaldır və hamı Ona gayıdacaqdır.

-Bab

Ey mənim Allahım, mənim Rəbbim və mənim Mövlam! Mən yaxınlarımda ayrılmışam və Sənin vasitənlə dünya əhlindən asılılıqdan qurtulmağa çalışmışam və Sənin nəzərində layiqli olanları əldə etməyə tam hazır olmuşam.Mənə o nemətləri bəxş eylə ki, Səndən başqa hər şeydən azad olum və mənə Öz sonsuz bərəkətlərindən bol pay əta eylə. Həqiqətən, Sən böyük fəzl Sahibisən.

-Bab

İlahi! Çarəsizlik, bizə mərhəmət bəxş eylə; fəqirlərik, sərvət dəryandan bizə pay ver; möhtacıq, bizi qane eylə; həqirik,izzətindən bəxş eylə.Göydəki quşlar və çöllərdəki heyvanlar öz payların hər gün Səndən alır və bütün varlıqlar Sənin inayətinin feyzindən bəhrələnir.

Bu zəifi öz ecazkar feyzindən məhrum qoyma vəQüdrətinlə bu çarəsizə Öz bəxşişini nazil eylə.

Gündəlik ruzimizi ver və həyatımız üçün zəruri olan bərəkətini ehsan eylə ki, Səndən başqa heç kəsə möhtac olmayaq, ancaq Sənin ünsiyyətdə olaq, Sənin yollarınla gedək vəSənin sirlərini bəyan edək.Sən Qüdrətli, Mehriban və bütün bəşərə Ruzi Verən

-Əbdül-Bəha Abbas

Sən Ey mehriban Allah! Biz Sənin astananın bəndələriyik, sənin müqəddəs Qapına sığınmışıq.Biz bu möhkəm sütundan başqa sığınacaq axtarmırıq, Sənin himayə sığınacağından başqa heç yerə üz tutmuruq.Bizi hifz eylə, inayət eylə,himayə göstər, bizi qabil eylə ki, ancaq Sənin razılığını sevək, təkcə Sənin tərifini söyləyək, yalnız həqiqət yolunda addımlayaq, ta ki, kifayət qədər zəngin olaq, Səndən başqa heç kimə möhtac olmayaq və Sənin səxavət dənizindən öz bəxşişlərimizi alaq; ta ki, hər zaman Sənin Əmrini ucaltmağa və Sənin şirin rahiyələrini hər yana yaymağa çalışaq; ta ki, özümüzü unudaq və yalnız Səninlə məşğul olaq və hamıdan əl üzək, Sənə bağlanaq.

Sən Ey Ruzi verən, Sən Ey Bağışlayan! Öz fəzlini,inayətini,Sənin feyzlərini və nemətlərini bəxş eylə və bizi bəslə və yetişdir ki, öz məqsədimizə çataq.Sən Qüvvətlisən, Qadirsən,Bilən və Görənsən; və həqiqətən, Sən Mərhəmətlisən, və həqiqətən, Sən Mərhəmətlisən, və həqiqətən, Sən peşimançılığı qəbul edən və ağır günahları əfv edən, həmişə Bağışlayansan.

-Əbdül-Bəha Abbas

Yığma, İlahi Sənin adınla açılmış bayram süfrəsini və Sənin sönməz atəşinlə alovlandırılmış yanar odu söndürmə. Sənin cəlalın və zikrinin nəğməsi ilə şırıldayan o dirilik suyunu çağlamaqdan saxlama və Öz bəndələrini Sənin məhəbbətinin ətirlərini saçan o şirin rayihələrindən məhrum etmə.

İlahi! Öz övliyalarının dərdlərini yüngülləşdir, onların çətinliklərini rahatlığa,zillətini izzətə və qəmlərini sevincə çevir,Sən Ey bəşərin cilovunu ovcunda Tutan!

Sən, həqiqətən, Təksən, Vahidsən,Qüdrətli, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

-Əbdül-Bəha Abbas

GƏNCLƏR ÜÇÜN DUALAR

Sən Ey Mehriban Rəbbim! İnqita üfüqündən Sən elə ruhlar zahir etmisən ki, onlar nur saçan bir ay tək ürək və könül dünyasını işıqlandırıb nura boyadılar, özlərini bütünlüklə varlıq dünyasının nişanələrinindən azad edib, ölümsüzlük səltənətinə tələsdilər.Öz inayət dənizinin şəbnəmləri ilə Sən hər an onların könül gülşəninə bir təravət əta etdin, ta o vaxtadək ki, onlar müqayisəyəgəlməz lətafət və gözəllik əldə etdilər. Öz xoş ətirlərini bütün dünyanın üzərinə səpməklə, dünyanın hər yerinin ənbər saçmasına səbəb olmaqla, Sənin müqəddəs birliyinin rahiyələri hər yana yayıldı

Ey Paklıq Ruhu, onda elə şəxslər yetir ki, o müqqədəs varlıqlar kimi,azad və pak olsunlar, yaradılış aləmini yeni geyim və ecazkar libas ilə ilə bəzəsinlər, Səndən başqa heç kəsi axtarmasınlar, Sənin razılıq yolundan başqa bir şey danışmasınlar.

Sən Ey Mehriban Allah! İzin ver, bu gənc, o pak övliyaların can atdığı ən yüksək arzulara çatsın.Öz gücləndirici fəzlinlə ona inqita və İlahi yardım qanadları əta eylə ki, onlarla o Sənin rəhmaniyyət fəzanda pərvaz eyləsin, Sənin səmavi nemətlərindən dadsın, İlahi hidayət nişanəsi və Səma Sakinlərinin nümunəsi olsun. Sən Qüvvətlisən,Qüdrətlisən,Görən və Eşidənsən.

-Əbdül-Bəha Abbas

Sən Ey Mehriban Allah! Mərhəmətlə bu quş balalarının hər birinə bir cüt səmavi qanad bəxş eylə və onlara ruhani qüvvə ver ki, bu sonsuz fəzada pərvaz etsinlər və Əbha Mələkutunun zirvəsinə yetişsinlər.

İlahi! Bu kövrək fidanları qüvvətləndir ki, hər biri hədsiz təravət və lətavət içində olan barlı-bəhrəli ağaca çevrilsin. Öz ilahi qoşunlarının köməyilə onlara qələbə və zəfər bəxş eylə ki, cəhalət və azğınlıq ordusunu darmadağın etsinlər, insanlar arasında yoldaşlıq və hidayət bayrağını ucaltsınlar,bahar nəsimi təkin insanların ruh ağaclarına təravət bəxş etsinlər, onları canlandırsınlar və yaz yağışı kimi, o diyarın çəmənliyini yaşıl və bərəkətli etsinlər.

Sən Qüüvətli və Qüdrətlisən; Sən Bəxşedən və Sevənsən.

-Əbdül-Bəha Abbas

Sən Ey mehriban Allah! Bu mələkut qızına Öz səmavi yardımını bəxş eylə və mərhəmətlə ona kömək eylə ki, Sənin Əmrində möhkəm və səbatlı qalsın, əsrarəngiz gülşənin bülbülü kimi Əbha Mələkutunda ən ecazkar avazla oxusun və bununla hamıya şadlıq və sevinc gətirsin.

Onu mələkut qızlarının arasında ucalt və əbədi həyata çatmağa qadir eylə.

Sən Ətaedən və Sevənsən.

-Əbdül-Bəha Abbas

Ya Rəbb! Bu gənci işıq saçan eylə və Öz nemətini bu fəqir varlığın üzərinə yağdır. Ona həqiqi bilik əta eylə, hər dan yeri açılanda ona yeni güc bəxş eylə və onu Öz mühafizə çadırında qoru, ta ki, o, səhvlərindən azad olsun, özünü Sənin Əmrinə xidmətə həsr etsin, yolunu azmışlara yol göstərsin, biçarələri yönəltsin, əsirləri azad etsin, qafilləri oyatsın ki, hamı Sənin zikrin və tərifinlə xeyr-dua alsın. Sən Qüdrətli və Qüvvətlisən.

--Əbdül-Bəha Abbas

Alqış və şüklər Sənə, Ya Rəbb, mənim Allahım! Bu seçilmiş bir fidandır ki, Sənin məhəbbət çəmənliyində Özün əkmisən və Öz Rəbbliyinin əlləri ilə bəsləmisən. Sən Öz vahidlik bağçandan axan əbədi həyat çeşməsindən onu suvarmısan və Sən onun üzərinə Öz buludlarından nemət yağışları yağdırmısan. O indi Sənin İlahi Zühur Məşriqindən doğan lütflərinin kölgəsində böyüyüb-boy atıb. Sənin səxavət və kəramətinin ecazkar bəxşişləri sayəsində yarpaqlayıb, çiçək açıb və bar verib və Sənin inayətinin yelləri ilə əsməkdədir.

Ya Rəbb! Öz xüsusi mərhəmət və nemət buludunun damlaları ilə bu cavan ağacı yaşıl təravətli və çıçəklənən eylə -o nemət və mərhəmət ki, əbədiyyət səltənətində müqəddəslik mücəssəmələrini və vüsal səhnəsində Allahın birliyi cöhvərlərini ona layiq görmüsən.

Ya Rəbb! Sənin qeyb Səltənətindən olan gücləndirici fəzlinlə ona yardım eylə və Sənin bəndlərinin gözlərindən gizli qalan səmavi qoşunlarla ona kömək et və Sənin hüzurunda ona yəqinlik dayağı əta eylə. Onun dilini aç ki, Sənin zikrini söyləsin və könlünü fərəhləndir ki, Sənin zikrini söyləsin və könlünü fərəhləndir ki, Sənin tərifini uclatsın.Onun üzünü Sənin Mələkutunda nurlandır, onu Öz Cəbərutunda müvəffəq eylə və Sənin Əmrinə xidmət etməkdə səxavətlə yardım eylə.

Həqiqətən, Sən Ən Qüdrətli, Ən Cəllallı və Qadirsən.

--Əbdül-Bəha Abbas

DƏYANƏTLİLİK

Mən Sənin Adını ucaldıram, Ey mənim Allahım və Sənə şükr edirəm, Ey mənim Arzum, çünki Sənin doğru yolunu tapmağa məni qadir etdin, Öz Böyük Müjdəni mənim gözlərim qarşısında izhar etdin və üzümü Sənin Vəhyinin Məşriqinə və Sənin Əmrinin Mənbəyinə tutmaqda mənə kömək etdin, o zaman ki, Sənin bəndələrin və Sənin xalqların Səndən üz çevirmişdi. Səni and verirəm, Ey əbədiyyət Mələkutunun Rəbbi, Sənin Şərəf Qələminin güclü səsinə və Sənin yaşıl Ağacında Şölələnib Yanan Oda və Sənin xüsusi olaraq Bəha əhli üçün seçdiyin Gəmiyə - lütf eylə ki, Sənə olan məhəbbətimdə mən dəyanətli qalım, Öz Kitabında mənim üçün yazdığım hər hansı qismətə qane olum və Sənin sevimlilərinin xidmətində möhkəm durum. Sonra Öz bəndələrinə mərhəmətlə yardım eylə ki, Ey mənim Allahım,Sənin Əmrini ucaltmağa xidmət edən işlər görsünlər və Sənin Kitabında nazil etdiklərinə riayət etməyə qadir edən əmlm sahibi olsunlar.

Həqiqətən, Sən Qüdrət Sahibisən, istədiyini hökm etməyə Qadirsən və bütün yaranmışların cilovunu Öz ovcunda tutursan. Səndən başqa Allah yoxdur, Sən Qüvvətli, Hər Şeyi Bilən və Hikmət Sahibisən.

--Bəhaullah

Alqışlar Sənin Adına, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Sənin bütün yaranmışların bürüyən qüdrətinə, Sənin bütün mövcudatın üzərində olan Hökmranlığına, Sənin O Kəlmənə ki, Sənin hikmətli elmində gizli qalmışdı və onunla Sən Öz göyünü və yerini yaratdın - bizi qadir eylə ki, həm Sənə olan məhəbbətimizdə və Sənin razılığına itaətimizdə möhkəm olaq, həm də nəzərlərimizi Sənin üzünə dikək və Sənin tərifini ucaldaq.Bizi gücləndir ki, Ey mənim Allahım, Sənin məxluqatın arasında Sənin əlamətlərini geniş yayaq və Sənin Dinin qoruyaq. Sən əzəldən Özünün hər hansı məxluqunun zikrindən asılı olmadan mövcud olmusan və əbədiyyətədək də olduğun kimi qalacaqsan.

Bütün inamımı Sənə bağlamışam, üzümü Sənə çevirmişəm, Sənin inayət ipindən yapışmışam və Sənin mərhəmət kölgənə tələsmişəm. Məni məyus halda qapından qovma, Ey mənim Allahım və Öz lütfünü məndən əsirgəmə, çünki mən təkcə Səni axtarıram. Səndən başqa Allah yoxdur, Sən Həmişə Bağışlayan, Ən Kəramətlisən.

Alqış Sənə, Ey Səni tanıyanların Məhbubu!

-Bəhaullah

Sən Ey yaxınlığı muradım, vüsalı ümidim, zikri diləyim, əzəmət dərgahı məqsədim, məkanı mətləbim, adı dərmanım, məhəbbəti könlümün nuru, xidmətində durmaq ən yüksək zirvələrinə uçurdun və sədaqətlə Sənə sitayiş edənləri Sənin müqəddəs fəzilətlərinin sarayına yüksəlmələrinə yardım etdin- kömək eylə, üzümü Sənin üzünə çevirim, gözlərimi Sənə dikim və Sənin tərifini söyləyim.

Mən o kəsəm ki, İlahi, Səndən başqa hər şeyi unudub, Sənin fəzlinin Məşriqinə yönəlib, Sənin dərgahına yaxınlaşmaq ümidi ilə hər şeyi tərk edib. Onda nəzər sal mənə, Sənin üzünün nurunun şəfəqləri ilə parıldayan Taxta üz tutmuşam. Elə isə, Ey mənim Məhbubum, o şeyləri nazil eylə ki, məni Sənin Əmrində elə möhkəm etsin ki, imansızların şübhələri Sənə dönməkdən məni saxlamasın.

Sən, həqiqətən, Qadir Allahsan, Himayədar, Ən Cəllalı, Qüdrətlisən.

-Bəhaullah

Ey Allah, mənim Allahım! Günahlarımı etiraf edərək peşimançılıqla Sənə döndüm və həqiqətən, Sən Əfv Edən, Şəfqətlisən.

Ey Allah, mənim Allahım! Mən Sənə döndüm və həqiqətən, Sən Həmişə Bağışlayan, Fəzl Sahibisən.

Ey Allah, mənim Allahım! Mən Sənin kəramət ipindən yapışdım və yerdə və göydə olanların xəzinləri Sənin yanındadır.

Ey Allah, mənim Allahım! Mən Sənə doğru tələsdim və həqiqitən, Sən Bağışlayan, Fəzilət Sahibisən.

Ey Allah, mənim Allahım! Mən Sənin fəzilinin səmavi şərabı üçün təşnəyəm, həqiqətən, Sən Verici, Kəramətli, Fəzil Sahibi, Qüdrətlisən.

Ey Allah, mənim Allahım! Şəhadət verirəm, Sən Öz Əmrini izhar etdin, Vədini yerinə yetirdin, Öz fəzlinin səmasından onu nazil etdin ki, Sənin sevimli bəndələrinin ürəyini Sənə cəzb etdi. Xoş o kəsin halına ki, Sənin Möhkəm ipindən bərk yapışdı və Sənin nurlu ətəyindən tutdu!

Səni and verirəm, ey bütün varlığın Rəbbi və görünən və görüməyənlərin Sultanı, Sənin qüdrətinə,Sənin əzəmətinə və Sənin hökmranlığına- izn ver, mənim adım Sənin şərəf qələminlə Sənin sadiq bəndələrin arasında yazılsın, o kəslər ki, günahkarların namələri onların Sənin üzünün nurlarına üz tutamsına mane ola bilmədi, Sən Ey duanı Eşidən və Cavabveren Allah!

--Bəhaullah

Təriflər olsun Sənə, Ya Rəbb mənim Allahım! Səni and verirəm O Kəsə ki, Sənin Ən Böyük Adındır, O Kəs ki, Sənin həqiqətini inkar edən insanların əlindən bəlalara məruz qalıb və O Kəs ki, bəyana sığmayacaq bir şəkildə hər tərəfdən kədərlə əhatə olunub, hamının Sənin Gözəlliyindən üz çevirdiyi, Sənə etriaz etdiyi və Sənin Əmrinin Məzhərindən təkəbbürlə üz döndərdiyi bu günlərdə izn ver, Səni zikr edim, Sənin tərifini ucaldım. Sənin Özündən başqa bir kimsə yoxdur ki, İlahi, Sənə kömək etsin, Öz qüvvəndən başqa bir qüvvə yoxdur ki, Sənə yardım etsin.

Yalvarıram Sənə, məni qadir eylə ki, Sənin məhəbbətindən və Sənin zikrindən möhkəm yapışım. Bacardığım, həqiqətən, yalnız budur və Sən O Kəssən ki, məndə olan hər şeyi bilirsən. Sən, həqiqətən, hər şeyi Bilən və hər şeydən Xəbərdarsan. İlahi, Sənin şəfəqi bütün dünyanı işıqlandıran üzünün nurunun parıltısından məni məhrum etmə. Səndən başqa Allah yoxdur, Ən Qüdrətli, Ən Cəlallı və Həmişə Bağışlayan.

-Bəhaullah

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Məhbubum! Məni Öz Əmrində dəyanətli eylə və mənə izn ver, o kəslər sırasında sayılım ki, Sənin Əhdini pozmadılar və öz şəkk-şübhə bütlərinin arxasınca getmədilər. Onda məni qadir eylə ki, Sənin hüzurunda həqiqət taxtına çatım. Öz mərhəmət nişanələrini mənə əta eylə və qoy Sənin o bəndələrinə qoşulum ki, nə qorxu bilərlər, nə də qəmə düşərlər. Məni öz nəfsimin ixtiyarına buraxma, İlahi və Sənin Özünün Zühurun Olan Kəsi tanımaqdan mərhum etmə, nə də onların cərgəsinə yaz ki, Sənin müqəddəs hüzurundan üz döndəriblər. Məni o kəələrin arasında say ki, Ey mənim Allahım, nəzərlərini Sənin Camalına dikiblər və bundan elə həzz alırlar ki, bunun bir anını belə göylərin və yerin səltənətinin hökmranlığına və bütün mövcudata dəyişməzlər. Ya Rəbb, Sənin yerinin insanlatının bədbəxtcəsinə yollarını azdığı bu günlərdə, mənə rəhmin gəlsin, sonra, Ey mənim Allahım, sənin nəzərində yaxşı və layiqli olanları mənə qismət eylə. Sən, həqiqətən, Ən Qüdrətli, Fəzl Sahibi, Kəramətli, Həmişə Bağışlayansan.

Ey mənim Allahım, məni o kəslərdən sayma ki, qulaqları kar, gözləri kor, dilləri laldır və qəlbləri anlamağa qadir olmadı. Ya Rəbb, məni cəhalət odundan və xudbinlik ehtirasından xilas eylə, Sənin yüksək mərhəmətinin fəzasına daxil olmağa imkan ver və mənə Sənin seçilmişlərinə nəsib etdiklərini nazil eylə.

Sən istdəyini etməyə Qadirsən. Həqiqətən, Sən Himayədar, Öz-Özünə Var Olansan.

-Bab

Alqışnanan və təriflisən Sən, Ey Allah! Qismət eylə, Sənin müqəddəs hüzuruna yetişmək günü tez yaxınlaşsın.Öz məhəbbətinin və razılığının qüdrəti ilə qəblərimizi fərəhləndir və bizə sabitlik bəxş eylə ki, Sənin İradənə və Sənin Hökmünə razılıqla tabe olaq. Həqiqətən, Sənin biliyin yaratdığın və yaradacağın bütün şeyləri əhatə edir və Sənin İlahi qüdrətin Sənin xəlq etdiyin və ya edəcəyin hər bir şeyin fövqündədir. Səndən başqa sitayiş olunan yoxdur, Səndən özgə ibadət olunan yoxdur. Sənin razılığından başqa seviləcək bir şey yoxdur.

Həqiqətən, Sən Ali Hökmdar, Haqq Sultanı, Öz-Özünə Var Olansan.

-Bab

Ya Rəbb, mənim Allahım! Sənin sevimlilərinə Öz Dinində mətin olmaqda, Sənin yolunda addımlamaqda, Sənin Əmrində dəyanətli olmaqda yardım eylə. Onlara Öz fəxlini əta eylə ki, nəfs və ehtirasın hücumlarına müqavimət göstərsinlər, İlahi hidayət nurunun arxasınca getsinlər. Sən Qüdrətlisən, Səxavətlisən, Öz-Özünə Var Olan, Bəxşedən, Şəfqətli, Qüvvətli və Ən Kəramətlisən.

-Əbdül-Bəha Abbas

Sən Ey mənim Allahım, Ey axtaranları doğru yola Yönəldən, Ey sərgərdanları və görməyən ruhları həlakolma biyabanından Xilas Edən, Sən Ey səmimi olanlara böyük bəxşişlər və nemət Əta Edən, Ey incidilmişləri Öz alınçaz sığınacağında Qoruyan, Öz uca üfüqündən Səni göz yaşları içində çağıranlara Cavab Verən. Şükrlər olsun Sənə, Ya Rəbb! Sən sərgərdanları imansızlığın ölüm səhrasından dogru yola yönəltdin, Sənə yaxın olanları səfərlərinin mənzilinə yetirdin, Sənin bəndələrin arasında yəqinliyə çatanları ən böyük arzulaına qovuşdurmaqla sevindirdin və Gözəllik Səltənətindən Sənin həsrətini çəkənlərin üzünə vüsal qapılarını açdın və onları məhrumiyyət və binəsiblik odundan xılas etdin-belə ki, onlar Sənə dogru tələsdilər, Sənin hüzuruna yetişdilər, Sənin qonaqpərvər qapına çatdılar və bol-bol bəxşişlər aldılar.

Ya Rəbb, onlar təşnə idilər, Sən onların qurumuş dodaqlarına vüsal suyunu yaxınlaşdırdın. Ey Şəfqətli, Ey Ətaedən! Sən Özünün şəfqət və lütf məlhəminlə onların ağrısını sakitləşdirdin, Öz şəfqətinin kəsərli dərmanı ilə onların xəstəliyini sağaltdın. İlahi, onların qədəmlərini doğru yolda möhkəm eylə, onlar üçün iynə gözünü genişləndir və şahanə libasa bürünmüş halda əbədi olaraq şərəflə gəzmələrinə imkan ver.

Həqiqətən, Sən Səxavətli, Həmişə Bəxşedən, Əziz, Ən Kəramətlisən.

Səndən başqa Allah yodur, Sən Qüdrətli, Qüvvətli, Uca, Qabiliyyətlisən.

-Əbdül-Bəha Abbas

RUHANİ İNKİŞAF ÜÇÜN DUALAR

Məndə təmiz bir ürək yarat, Ey mənim Allahım və sakit bir vicdan oyat, Ey mənim Ümidim! Qüvvət ruhunla məni Əmrində müvəffəq eylə, Ey mənim Sevgili Məhbubum və Öz cəlalının nuru ilə yolunu mənə aç, Sən Ey mənim arzumun Məqsədi! Sənin hüdudsuz qüdrətinin gücü ilə məni Öz müqəddəslik səmana yüksəlt, Ey mənim varlığımın Mənbəyi və Öz cəlalının nuru ilə yolunu mənə aç,Sən Ey mənim arzumun Məqsədi! Sənin hüdudsuz qüdrətinin gücü ilə məni Öz müqəddəslik səmana yüksəlt, Ey mənim varlığımın Mənbəyi və Öz əbədiyyətinin nəsimləri ilə məni sevindir, Sən Ey mənim Allahım! Qoy Sənin əbədi nəğmələri mənə sakitlik üfürüsün, Ey mənim Munisim və qoy Sənin qədim üzünün zənginliyi məni Səndən başqa hər şeydən xilas etsin, Ey mənim Mövlam və qoy sənin əbədi Zatının zühuru mənə sevinc gətirsin. Sən Ey aşkarların ən Aşkar olan və gizlilərdən ən gizlisi Allah!

-Bəhaullah

Ey mənim Rəbbim! Qoy Sənin Gözəlliyin mənim ruzim olsun və Sənin vüsalın mənim suyum və Sənin razılığın mənim ümidim və Sənə tərif mənim əməlim, Səni zikr etmək mənim munisim, Sənin hökmranlıq qüdrətin mənim köməyim və Sənin məkanın mənim evim və Səndən pərdələnmişlərin üzərinə qoyulmuş məhdudiyyətlərdən pak olan məskənim olsun.

Sən, həqiqətən, Ən Qüdrətli, Ən Şərəfli, Ən Qüvvətlisən.

-Bəhaullah

Ucalsın Sənin Adın, Ya Rəbb mənim Allahım! Mən Sənin bəndənəm, Sənin mərhəmət ipindən tutmuşam və Sənin səxavət ətəyindən yapışmışam. Səni and verirəm o Adına ki, onunla görünən və görüməyən bütün yaranmiş şeyləri tabe etdim, onunla bütün xilqətin üzərinə həyat nəsimi əsdi- Özümün göyləri və yeri əhatə edən qüvvətinlə məni güclədir və məni bütün xəstəlik və bəlalardan qoru. Məni şəhadət verirəm ki, Sən bütün adların Rəbbisən, səni razı salan hər şeyi Müəyyən Edənsən. Səndən başqa Allah yoxdur, sən qüdrətli, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

İlahi, mənə Sənin dünyalarının hər birində fayda verən şeyləri nəsib eylə.Sonra yaratdıqların arasında seçilmişlərin üçün yazdıqlarını mənə qismət eylə -o kəslər ki, nə məzəmmət edənin məzəmməti, nə imansızın səs-küyü, nə də Səndən uzaqlaşannın yadlığı Sənə dönməkdən onlara mane ola bildi.

Sən, həqiqətən, Öz hökmranlığının gücü ilə Quruyucusan. Səndən başqa Allah yoxdur, Sən Qüdeətli, Ən Qüvvətlisən.

-Bəhaullah

Səni and verirəm, Ey mənim Allahım, Sənin Adının ən yüksək cəlalına, Öz sevimlilərini ədalət libasına bürü və onların varlığını etibar işığı ilə nurlandır. Sən O Kəssən ki, istdəyi kimi etməyə qüdrəti var və O Kəssən ki, görünən və görünüməyən bütün şeylərin cilovunu ovcundan saxlar.

-Bəhaullah

Öz əbədiyyətinin şirin ətirli sularından mənə içir, ey mənim Allahım, və Sənin varlıq ağacının meyvələrindən mənə dadızdır, Ey mənim Ümidim! Sənin məhəbbətinin saf çeşmələrinin sularından mənə doyunca içir, Ey mənim Şərəfim və Sənin əbədi inayətinin kölgəsində mənə məskən ver, Ey mənim Nurum! Sənə yaxınlıq çəmənliyində Öz hüzurunda məni gəzdir, Ey mənim Məhbubum, Sənin mərməhət taxtının sağında məni əyləşdir,Ey mənim Məqsudum! Qoy Sənin sevincinin rayihəli nəsimləri mənim üstümə əssin, Ey mənim Mətləbim, Sənin Həqiqət cənnətinin zirvəsinə məni çatdır, Ey mənim Məbudum! Sənin təklik göyərçininin təranələrini mənə dinlət, Ey Parıldayan, və Sənin qüdrət və qüvvət ruhunla məni canlandır, Ey mənim Pərvərdigarım! Sənin eşqinin ruhunda məni möhkəm saxla, Ey mənim Yardım Edənim, Sənin razlıq yolunda mənim addımlarımı qüvvətləndir, Ey mənim Xaliqim! Sənin ölümsüzlük bağında, Öz üzün qarşısında, qoy əbədi sakin olum, Sən Ey mənə Rəhmi Gələn, və Sənin izzət kürsündə məni oturt, Sən Ey mənim Sahibim! Sənin inayət səmana məni ucalt, Ey mənim Canlandıranım, Sənin hidayət Günəşinə məni yönəlt, Sən Ey mənim Cəzb Edənim! Sənin görünməz ruhunun təzahürləri qarşısında məni hazır et, Sən Ey mənim Əvvəlim və mənim ən Uca İstəyim, və Sənin zahir edəcəyim gözəlliyinin rahiyələrinin cövhərinə məni qaytar, Sən Ey mənim Allahım!

Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Ən Uca, Ən Cəlallı, Ən Yüksəksən.

-Bəhaullah

O Fəzl Sahibi, Ən Səxavətlidir!

Ey Allah, mənim Allahım! Sənin nidan məni cəzb etdi və Sənin Şərəf Qələminin səsi məni oyatdı. Sənin müqəddəs bəyanının kövsəri məni məst etdi və Sənin ilhamının şərabı məni ovsunladı. Görürsən məni, Ya Rəbb, Səndən başqa hər şeydən əlimi üzümüşəm, Sənin əta ipindən yapışmışam, Sənin fəzlinin möcüzələrini diləyirəm. Səni and verirəm Sənin inayət dənizinin əbədi dalğalarına və Sənin nəvaziş və şeyləri bəxş eylə ki, məni Sənə cəzb etsin və Sənin sərvətinlə məni zənginləşdirsin. Mənim dilim, mənim qələmim, mənim bütün varlığım Sənin qüdrətinə, Sənin qüvvətinə şəhadət verir ki, Sən Allahsan və Səndən başqa Allah yoxdur, Qüdrətli və Qadir Allah.

Mən bu anda, Ey mənim Allahım, mənim aciziliyimə və Sənin hökmranlığına, mənim zəifliyimə və Sənin qüvvətinə şəhadət verirəm. Mən bilmirəm, mənə fayda verən nədir, ziyan vuran nə; Sən, həqiqtən, hər şeyi Bilən və hər şeydən Xəbərdarsan. Ya Rəbb, mənim Allahım, Mənim Mövlam, o seyləri mənə nəsib eylə ki, məni Sənin əbədi hökmünlə razı salacaq və Sənin bütün aləmlərində mənə xeyir verecek. Sən həqiqətdə Fəzl Sahibi, Səxavətlisən.

Ya Rəbb! Sənin sərvət dəryandan və mərhəmət səmandan məni qaytarma və bu aləmin və axirətin xeyrini mənə qismət eylə. Həqiqətən, Sən ucada qurulan mərhəmət kürsüsünün Sahibisən; Səndən başqa Allah yoxdur, Tək, Bilici və Hikmətli.

-Bəhaullah

Ey mənim Allahım, kəramət və mərhəmət Allahı! Sən O Sultansan ki, Onun əmr kəlməsilə bütün möcudat xəlq oldu; Sən O Kəramətli Kəssən ki, bəndələrinin əməlləri Onun fəzlini nümayiş etdirməsinə mane ola bilmədi və Onun səxavətinin aşkara çıxmasının qarşısını ala bilmədi.

İzn ver bu bəndəyə, yalvarıram Sənə, Sənin aləmlərinin hər birində onun xilası olacaq şeyə çatsın. Sən, həqiqətən, Qüdrətli, Ən Qüvvətli; Hər Şeyi Bilən, Ən Hikmətlisən.

-Bəhaullah

O duanı Eşidən, ona cavab Verən Allahdır!

And olsun Sənin cəlalına, Ey Segili Məhbub, Sən Ey aləmi Nurlandıran! Hicran atəşi məni yandırdı, itaətsizliyim içimdə ürəyimi əritdi. Sənin Ən Böyük Adına and verirəm, Sən Ey aləmin Məqsudu və bəşərin Məhbubu, izn ver ki, Sənin ilhamının rahiyəsi mənim ruhumu qidalandırsın, Sənin ecazkar Nidan qulağıma yetişsin, gözlərim Sənin adlarının və Sənin sifətlərinin məzhərlərində təzahür edən Sənin əlamətlərinə və Sənin nuruna baxsın, Sən Ey ovcunda bütün şeylərin cilovunu Saxlayan!

Ey Rəbbim Allah, Sənə yaxın olanların Səndən ayrılığa görə axıtıqları göz yaşlarını və Sənə sadiq olanların Sənin Müqəddəs Sarayından uzaq düşmək qorxusunu görürsən. Sənin görünən və görünməyən bütün şeyləri idarə edən qüdrətinə and olsun! Şər əhlinin və zalımların möminlərin başına gətirdiklərinə görə, Sənin sevimlilərinin gözlərindən gərək qanlı göz yaşları tökülsün. Görürsən, Ey mənim Allahım, imansızlar Sənin şəhərlərini və məmləkərlərini necə bürüyüblər! Səni and verirəm Elçilərinə,Sənin seçilmişlərinə və O Kəsə ki, Onunla Sənin ilahi birlik bayrağın Sənin bəndələrin arasında sancıldı- onları Öz kəramətinlə qoru. Sən, həqiqətən, Fəilətli və Kəramətlisən.

Və yenə də, Səni and verirəm, Sənin fəzlinin yağışlarına və lütf dənizinin dalğalarına, Ö övliyalarına onları nəsib eylə ki, onların gözləri təsəlli tapsın və könülləri rahatlıq əldə etsin. Ya Rəbb! Qalxıb Sənə xidmət etmək istəyəni görürsən, bir ölü ki, Sənin səxavət dəryandan əbədi həyat istəyir və Sənin zənginlik səmanda süzmək diləyir, bir qərib ki, Sənin fəzlinin pənahında olan şərəf evinin həsrətini çəkir, bir axtaran ki, Sənin mərhəmətinlə Sənin kəramət qapına tələsir, bir günahkar ki, Sənin bağışlama və əfv dəryana üz tutur.

And olsun Sənin hökmranlığına, Sən Ey ürəklərdə Alqışlanan! Öz iradə və istəyimi unudaraq mən Sənə tərəf dönmüşəm ki, Sənin müqəddəs iradənə və razılğın məni idarə etsin və Sənin tale və təqdir qələminin mənə yazdığı qismətə uyğun məni yönəltsin. Bu bəndə, İlahi, köməksizdir, amma Sənin Qüdrət üfüqünə dönür, zillətdədir, ancaq Sənin izzət Günəşinə tərəf tələsir, möhtacdır, lakin Sənin fəzl Dəryanı arzulayır. Yalvarıram Sənə, onu Öz səxavət və kəramətindən rədd etmə.

Sən həqiqətən, Qüdrətli, Bagışlayan, Mərhəmətlisən.

-Bəhaullah

Lütf eylə mənə, Ey mənim Allahım, Sənin məhəbbətindən və Sənin razılığından bol bir pay alım və parlaq işığının cazıbəsi ilə bizim ürəklərimizi məftun eylə, Sən Ey Ən Yüksək Sübut və Ən Şərəfli. Fəzlinin bir nişanəsi kimi, bütün günü və geceni Sənin həyatverici yellərini mənə nazil eylə, Sən Ey Kəramət Sahibi!

Heç bir layiqli iş görməmişəm ki, Ey mənim Allahım, Sənin üzünə baxmağa haqqım olsun və mən yəqin bilirəm ki, dünya durduqca mən yaşasaydım, bu inayəti qazanmaq üçün hər hansı bir əməl etməyə müvəffəq olmazdım, çünki Sənin Kəramətin mənə çatmayınca və Sənin mərhəmətin məni sarmayınca və Sənin inayətin məni əhatə etməyincə bəndə Sənin müqəddəs məkanına heç vaxt yol tapa bilməz.

Bütün təriflər Sənin olsun, Sən Ey Ondan başqa Allah olmayan Allah. Fəzlinlə məni qabil eylə ki, Sənə yüksəlim, Sənin yaxınlığında məskən salmaq şərəfinə nail olum və yalnız Səninlə ünsiyyət edim. Səndən başqa Allah yoxdur.

Həqiqətən, Sən bir bəndəyə xeyir-dua verməli olsan, sən onun ürəyinin səmasından yalnız Sənin Özünün zikrindən başqa hər bir zikri və ya həvəsi silərdin və əgər Sən bir bəndəyə bəla nəsib etməli olsan, Sənin siman qarşısında onun əllərinin insafsızlıqla törətdiyi əmələ görə, Sən onu bu dünyanın və o biri dünyanın mənfəəti ilə imtahana çəkərdin ki, o onlarla məşğul olsun və Sənin zikrini tam unutsun.

-Bab

Ey mənim Allahım, Ey mənim Allahım! Təriflər olsun Sənə, çünki Sənin təkliyinə inanmağa Sən mənə kömək etdin, məni Sənin vahidlik sözünə cəzb etdin, Öz məhəbbətinin atəşilə məni alovlandırdın və Sənin zikrinlə, və Sənin dostlarına və kənizlərinə xidmət etməklə məni məşğul etdin.

İlahi, itaətkar və təvazökar olmaqda mənə kömək et və özümü hər şeydən ayırmaqda və Sənin cəlal libasının ətəyindən tutmaqda məni qüvvətləndir, ta ki, mənim ürəyim Sənin eşqinlə elə dolsun ki, orada dünyaya olan məhəbbətə və ona aid olan xüsusiyyətlərə bağlılığa yer qalmasın.

Ey Allah! Özündən başqa hər şeydən məni pak eylə, günah və xəta çirkabından məni təmizlə və ruhani qəlb və vicdan sahibinə çevir.

Həqiqətən, Sən Mərhəmətlisən və həqiqətən Sən Ən Səxavətlisən, O Kəssən ki, hamı Ondan kömək diləyir.

-Əbdül-Bəha Abbas

İlahi! İlahi! Bu bir çıraqdır ki, Sənin məhəbbətinin atəşindən alovlanıb və Sənin mərhəmət ağacında alışan alovdan od tutub. İlahi! Sənin Zühurunun Turunda alovlanan atəşlə onun odunu, hərarətini və alovunu şölələndir. Həqiqətən, Sən Qüvvətləndirən, Yardımedən, Qüdrətli, Səxavətli və Mehribansan.

-Əbdül-Bəha Abbas

İlahi! İlahi! Sənin bu bəndən, Sənə tərəf gəlib, Sənin məhəbbət səhranda divanə olub, Sənin xidmət yolunda addımlayır, Sənin lütfünü gözləyir, Sənin kəramətinə ümid edir, Sənin mələkutuna təvəkkül edir, və Sənin bəxşiş şərabından məst olub. Ey mənim Allahım! Onun Sənə olan məhəbbətindəki hərarətini, Səni tərif etməkdə sabitliyini, Sənə eşqindəki vurğunluğunu artır. Həqiqətən, Sən Ən Səxavətlisən, fəzilət Sahibisən. Səndən başqa Allah yoxdur, Bağışlayan, Mərhəmətli Allah.

-Əbdül- Bəha Abbas

Ey Allah, mənim Allahım! Bu Sənin nurlu bəndədir, Sənin ruhani köləndir, o kəs ki, Sənin yaxınlığına cəzb olunub və Sənin hüzuruna yaxınlaşıb. Öz üzünü Sənin üzünə tutub, Sənin təkliyini etiraf edib, Sənin vahidliyinə iman gətirib, Sənin adınla millətlər arasında adını ucaldıb, insanları Sənin mərhəmət sularına hidayət edib, Sən Ey Səxavətli Allah! İstəyənlərə O,Sənin ölçüsüz fəzlinin şərabı ilə dolub-daşan hidayət piyaləsindən içirib.

İlahi, bütün şəraitlərdə ona yardım eylə, Sənin qorunan sirlərini ona öyrət və Sənin gizli gövhərlərini onun üstünə yağdır. Onu Sənin ilahi köməyinin yelləri ilə ən uca qəsr üzərində dağalanan bayraq eylə, onu saf suların çağladığı çeşmə eylə.

Sən ey mənim Bağışlayan Rəbbim! Öz insanların arasında Sənin lütf etdiklərinə bütün şeylərin həqiqətini açmaqla, şöləsini ətrafa yayan çırağın şuaları ilə ürəkləri nurlandır.

Həqiqətən, Sən Qüdrətlisən, Qüvvətlisən, Qoruyucu, Güclü, Xeyirxahsan! Həqiqətən, Sən bütün mərhəmətlərin Sahibisən!

-Əbdül-Bəha Abbas

Ey Allah, mənim Allahım! Bunlar Sənin zəif bəndələrindir; bunlar Sənin Uca Bəyanın qarşısında baş əyən, Sənin nurunun Astanasında itaət göstərən, Günəşi ən parlaq zamanında parladan təkliyinə şəhadət verən sədaqətli qulların və kənizlərindir. Onlar Sənin gizli səltənətindən ucaltdığın nidanı eşitmiş və məhəbbət və məftunluqla əsən ürəkləri ilə Sənin çağırışına cavab vermişlər.

İlahi, Sənin bütün mərhəmətini onların üzərinə səp, Sənin fəzlinin sularını onların üstünə yağdır. Onları gözəl bitkilər kimi səmavi bağda böyüt və Sənin bəxşiş buludlarından və Sənin kəramət hovuzundan bu bağı çiçəklənən eylə, onu hər zaman yaşıl və təravətli, büsatlı və gözəl eylə.

Sən, həqiqətən, Qüdrətli, Uca, Qüvvətlisən, Sən göylərdə və yerdə, təkcə dəyişməz Qalansan. Səndən başqa Allah yoxdur, aşkar əlamətlər və rəmzlər Sahibi!

-Əbdül-Bəha Abbas

Odur Allah!

Ey Allah, mənim Allahım!

Bunlar Sənin bəndələrindir ki, Sənin nidana səs verməklə, Sənin tərifini söyləməklə, Sənin günlərində Sənin müqəddəslik rahiyələrinlə cəzb olunublar, Sənin müqəddəs ağacından yanan oddan alışıblar, sənin əlamətlərini müşahidə etməklə, Sənin ayələrini dərk etməklə, Sənin sözlərini eşitməklə, Sənin Vəhyinə inanmaqla və Sənin inayətinə əmin olmaqla Sənin nəsimlərinlə oyanıblar, Sənin xoş rahiyələrinlə həyəcanlanıblar. Onların gözləri, İlahi, Sənin parlaq cəlalının mələkutuna dikilib və onların üzləri Sənin yüksək səltənətinə çevrilib, onların ürəkləri Sənin nurlu və parlaq camalının məhəbbət ilə döyünür, onların qəlbləri Sənin eşqinin atəşindən odlanıb, Ey bu dünyanın və axirətin Rəbbi, onların həyatı Sənə can atmaq şövqündən qaynayır və onların Səndən ötrü göz yaşları sel kimi axır.

Onları Sənin müdafiə və mühafizə qalanda qoru, onları Sənin qayğı nəzərində saxla, onlara inayət və mərhəmət gözlərilə bax, onları bütün diyarlarda aşkar olan Sənin ilahi birliyinin nişanələri, Sənin əzəmət sarayının üzərində dalğalanan bayraqlar, Sənin hidayət lampalarında hikmət yağı ilə yanan çıraqlar, Sənin mühafizə cənnətində ən hündür budaqlar üzərində Sənin irfan bağının oxuyan quşları, Sənin böyük mərhəmətinlə sonsuz dərinliklərə baş vuran kəramət dəryanın balıqları eylə.

Ya Rəbb! mənim Allahım! Sənin bu bəndələərini mütidirlər, onları Sənin uca mələkutunda ucalt; zəifdirlər, onları Öz üstün qüvvətinlə gücləndir;onları zillətdədirlər, Özünün ən uca səltənətində onlara Sənin şəəfinin əta et; fəqirdirlər, Sənin əzəmətli hökmranlığında onları zəngin eylə. Sonra Sənin görünən və görünməyən aləmilərində müəyyən etdiyin bütün xeyirləri onlara qismət eylə, bu dünyada onları müffəq eylə, Öz ilhamınla onların könüllərini şad eylə, Sən Ey bütün varlıqların Rəbbi! Sənin cəlallı Məqamından yayılan xoş müjdələrlə onları ürəklərini nurlandır, Sənin Ən Böyük Əhdində onların addımlarını möhkəmlət və Sənin Misaqında onların qurşağını bərkit, Sən Ey Fəzilətli və Mərhəmətli! Sən, həqiqətən, Fəzilətli, Ən Kəramətlisən.

-Əbdül-Bəha Abbas

Sən Ey Ruzi Verən! Sən Qərbdəki dostların üzərinə Müqəddəs Ruhun rahiyələrini əsdirdin və Sənin ilahi hidayətinin işığı ilə qərb səmasını nurlandırdın. Bir zaman Səndən uzaq olanları Sən Özünə yaxınlaşdırdın; Sən yadları sevgili dostlara çevirdin; Sən yatanları oyatdın; Sən qafilləri hüşyar etdin.

Sən Ey Ruzi Verən! Bu nəcib dostlarına kömək eylə ki, Sənin razılığını qazansınlar, həm yadların və həm də dostların xeyirxahı olsunlar. Onları əbədi aləmə daxil eylə; İlahi fəzl payı bəxş eylə; onları Allahla səmimi olan həqiqi bəhailər eylə; aldadıcı zahirlikdən onları qoru, onları həqiqətdə yəqin eylə. Onları Mələkutun nişanələri və rəmzləri eylə, bu heçlik dünyasının üfüqündəki parlaq ulduzlar eylə. Onları bəşəriyyətə üçün rahatlıq və təsəlli səbəbi et və dünya sülhünə xidmət edənlər eylə. Sənin nəsihətlərinin şərabı ilə onları ruhlandır və izn ver ki, onlar Sənin hökmlərinin yolu ilə addımlasınlar.

Sən Ey Ruzi verən! Sənin Astananın bəndəsinin ən əziz arzusu budur ki, Şərqdən və Qərbdən olan dostlsrın qucaqladığını görsün; sanki suyun ayrı-ayrı damlaları bir dənizdə toplanıbmış kimi, insan cəmiyyətinin bütün üzvlərinin böyük bir məclisdə məhəbbətlə toplandıqlarını görsün; onların hamısını bir qızılgül bağının quşları kimi, bir dəryanın inciləri kimi, bir ağacın yarpaqları kimi, bir günəşin şuaları kimi görnsün.

Sən Qadirsən, Güclüsən,Sən qüvvət Allahsan, Qüdrətlisən, hər şeyi Görənsən.

-Əbdül-Bəha Abbas

Ey Allah! Mənim ruhumu təravətləndir və sevindir. Mənim ürəyimi pak eylə. Mənim qüvvələrimi işıqlandır. Mənim bütün işlərimi Sənə buraxıram. Sən mənim yol Göstərənim və Pənahımsan. Mən daha kədərli və qəmgin olmayacağam; xoşbəxt və şad bir varlıq olacağam. İlahi! Mən bir daha narahat olmayacağam, nə də qoyaram ki, qəm-qüssə məni incitsin. Mən həyatın xoş olmayan şeyləri üzərində daha durmayacağam.

Ey Allah! Sən mənə özümdən də yaxın dostsan. Sənə həsr edirəm özümü, İlahi!

-Əbdül-Bəha Abbas

SİNAQ VƏ ÇƏTİNLİKLƏRDƏ OXUNAN DUALAR

Sən Ey sınağı- Sənə yaxın olanların şəfaverici dərmanı, qılıncı - Sənin aşıqlərinin coşqun istəyi, oxu - Sənin həsrətini çəkən könüllərin ən əziz arzusu, hökmü - Sənin həqiqətini tanıyanların yeganə ümidi Allah! Səni and verirəm Sənin İlahi gözəlliyinə və sənin üzünün nurunun parıltısına - Öz yüksəkdə olan təklik məkanından bizə onları nazil eylə ki, bizi Sənə yaxınlaşmağa qadir etsin. Sonra, bizim addımlarımızı Öz Əmrində möhkəmləndir, Ey mənim Allahım və bizim ürəklərimizi Sənin irfanının şəfəqi ilə işıqlandır və Sənin adlarının parıltısı ilə bizim qəlblərimizi nurlandır.

- Bəhaullah

Alqış Sənə, Ey mənim Allahım! Sənin yolunda çəkilən bəlalar olmasaydı, Sənin həqiqi aşiqlərin necə tanınardı; Sənin eşqindən doğan müsibətlər olmasaydı, Sənin həsrətini çəkənlərin məqamı necə bilinərdi? Sənin qüdrətin mənə şəhadət verir! Sənə sitayiş edənlərin həmdəmi onların axıtdığı göz yaşlarıdır, Səni axtaranların təsəllisi onların könüllərinin naləsidir və Səni görməyə tələsənlərin qidası onların sınmış ürəklərinin parçalarıdır.

Necə də şirin dadır, Sənin yolunda çəkilmiş ölüm acısı və nə qədər əzizdir, mənim nəzərimdə Sənin sözünü ucaldarkən qarşılaşdığım düşmənlərinin oxları! sənin Əmrində, Ey Mənim Allahım, Sən nəyi arzu etdinsə, qoy onu içim və Sənin məhəbbətində mənə qismət etdiyini nazil eylə.sənin cəlalına and olsun! Mən yalnız onu arzulayıram ki, Sən arzu edirsən, ancaq onu sevirəm ki, Sən sevirsən. Bütün təvəkkül və inamımı hər vaxt Sənə bağlamışam.

Yalvarıram Sənə, Ey mənim Allahım, bu Zühura elə köməkçilər meydana çıxar ki, Sənin adına və hökmranlığına layiq olsunlar, ta ki, onlar Sənin yaradıqların arasında Səni xatırlasınlar və Sənin torpağında Sənin zəfər bayraqlarını ucaltsınlar.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Himayədar, Öz Özünə Var olan!

- Bəhaullah

Şərəf Sahibisən Sən, Ya Rəbb mənim Allahım! Hər bir bəsirət sahibi Sənin səltənətini və hökmranlığını etiraf edir, hər bir görən göz Sənin əzəmətinin böyüklüyünü və Sənin qüdrətinin yenilməz qüvvətini anlayır.Sınaq tufanları gücsüzdür ki, Sənə yaxınlıqdan ləzzət atanların üzlərini Sənin cəlal üfüqünə tutmasına mane olsun və imtahanların şiddəti acizdir ki, Sənə vəfalı olanları Sənin dərgahına yaxınlaşmaqdan uzaq salsın və mane olsun.

Çünki Sənin məhəbbətinin çırağı onların ürəklərində, Sənin mehribanlıq məşəlin onların sinələrində alışıb. Bəlalar onları Sənin Əmrindən ayırmaqda acizdir və talenin tərs dövrənı onları Sənin razılığından uzaqlaşmağa heç vaxt səbəb ola bilməz.

Səni and verirəm, Ey mənim Allahım, onlara və onların ürəklərinin Səndən ayrılıqdan çəkdikləri ah-naləyə - onları Sənin düşmənlərinin şərindən hifz eylə və Öz sevimlilərinə təyin etdiklərinlə onların qəlblərini bəslə, o kəslər ki, onlara qorxu gəlməz və kədərə düşməzlər.

- Bəhaullah

Ey Allah, mənim Allahım Öz səhavətin və bəxşişinlə mənim kədərimi dağıt və Sənin hökmranlığın və qüdrətinlə mənim həyəcanımı qov. Sən görürsən məni, İlahi, məni hər tərəfdən kədər bürüdüyü bir zamanda üzümü Sənə tutmuşam. Ey bütün mövcudatın Rəbbi, görünən və görünməyən bütün şeylərə kölgə Salan, Səni and verirəm insanların ürəyini və qəlbini fəth etdiyin Adina, Sənin mərhəmət dəryanın dalğalarına, Sənin səxavət Günəşinin şualarına - məni o kəslərin sırasına yaz ki, heç nə onların üzünü Sənə tərəf tutmasına mane ola bilmədi, Sən Ey bütün adların Rəbbi və göylərin Qurucusu!

İlahi, Sənin günlərində mənim başıma gələnləri görürsən. Sani and verirəm adlarının Məşriqinə və sifətlərinin Məzhərinə, mənə onu qismət eylə ki, Sənə hidmətə qalxmağa və Sənin tərifini söyləməyə məni qadir etsin. Sən, həqiqətən, Qüdrətli, Ən Qüvvətlisən, bütün insanların dualarına həmişə Cavab Verənsən!

Və sonda, Sənin üzünün nuruna and verirəm, mənim işlərimə xeyr-dua ver, məni borclarımdan qurtar, ehtiyaclarımı təmin eylə. Sən O Kəssən ki, Onun qüdrətinə və Onun səltənətinə hər bir dil şəhadət verib, Onun əzəmətini və hökmranlığını hər bir anlayışı olan qəlb etiraf edib. Səndən başqa Allah Yoxdur, eşidən və cavab verməyə hazır olan Allah.

- Bəhaullah

Varmıdır Allahdan başqa çətinliklərdən Qurtaran? Söylə : Alqış sahibidir Allah! Odur Allah! Hamı Onun bəndələridir və hamı onun hökmünü yerinə yetirir.

-Bab

Sən yaxşı bilirsən, Ey mənim Allahım, bəlalar hər tərəfdən mənim üstümə yağır və Səndən də başqa heç kim onları nə qova, nə də dəf edə bilər. Mən Sənə olan eşqimin gücü ilə təqin bilirəm ki, Sən heç vaxt bir kəsin bəlaya düşməsinə səbəb olmursan, məqər onun məqamını Öz səmavi Cənnətində yüksəltmək və onun qəlbini bu dünyada Öz yenilməz qüdrətinin dayağı ilə möhkəmləndirmək istəməyəsən, ta ki, o bu dünyanın bihudaliyinə meyl etməsin. Doğrudan da, Sən yaxşı xəbərdarsən ki, bütün şəraitlərdə mənim üçün sənin zikrin daha çoh əzizdir, nəinki göylərdə və yerdə onlara sahib olmaq.

Ey mənim Allahım, Sənə itaətdə və Sənin məhəbbətində mənim ürəimi gücləndir və qismət eylə ki, Sənin düşmənlərinin dəstəsindən kənar gəzim.

Həqiqətən, Sənin şərəfinə and içirəm ki, mən Səndən başqa heç nə diləmirəm, nə Sənin mərhəmətindən özgə bir şey arzulayıram, nə də ki, Sənin ədalətindən qeyri qorxduğum bir şey var. Yalvarıram Sənə, Öz istədiyim kimi məni və Öz sevdiklərini bağışla.Həqiqətən, Sən Qüdrətli, Kəramətlisən.

Bütün insanlarin tərifindən son dərəcə Ucasan Sən, Ey göylərin və yerin Rəbbi!

Salamlar olsun Sənin mömin bəndələrinə və alqiş olsun Allaha, aləmlərin Rəbbinə.

-Bab

Sənin Qüdrətinə and verirə, Ey mənim Allahım! Qoyma sınaqlar zamanı mənə zərər toxunsun və Öz ilhamınla qafil olduğum anlarda addımlarımı doğru yola yönəlt. Sən Allahsan, Sən Öz istədiyini etməyə Qadirsən. Heç kəs Sənin Məqsədini poza bilməz.

-Bab

Ya Rəbb! Sənsən hər bir kədəri Dağıdan. Sən O Kəssən ki, hər bir qəm-qüssəni silib aparırsan və hər bir qulu azad edirsən, hər bir ruhu Xilasedənsən. İlahi! Öz mərhəmətinlə nicat ver və məni xilas olmuş bəndələrin sırasına yaz.

-Bab

Alqişlanan və Təriflənən Sənsən, Ey mənim Allahım! And verirəm Sənin aşiqlarinin ahinə və Səninlə görüşün həsrətini çəkənlərin göz yaşlarına, Sənin Günündə Öz mərhəmətindən məni məhrum etmə və sənin üzündən saçılan nurların qarşısında Sənin təkliyini tərənnüm edən Göyərçinin nəğmələrindən məni binasib qoyma. Mən miskinlik içində olanbir kəsəm, İlahi! Mənə nəzər sal, Sənin "Hər Şeyə Malik" Adından yapışmışam. Mən şübhəsiz fani olasıyam, İlahi! Məna nəzər sal, Sənin "Əbədi" Adından tutmuşam. Ona görə də, yalvarıram sənin Özünə, Uca, Ən Yüksək Olana, məni nəfsimin və ehtirasımın ixtıyarına buraxma. Öz qüdrət əlinlə mənim əlimdən tut, yalnış gümanlar və bihudə xəyallar burulğanından məni qurtar və Sənin razı qalmadığın bütün şeylərdən məni təmizlə.

Sonra elə et ki, üzümü Sənə tutum, bütünlüklə Sənə təvəkkül edim, tamamilə pənah gətirim. Sən, həqiqətən, O Kəssən ki, Öz Qüdrətini gücü ilə istədiyini edir və Öz iradəsinin qüvvəsi ilə seçdiyinə hökm verir. Sənin fərmanına qarşı heç kəs dura bilməz və Sənin təyin olunmuş istiqamətini kimsə dəyişə bilməz. Sən həqiqətəndə, Qüdrətli, Ən Cəlallı, Ən Kəramətlisən.

- Əbdül-Bəha Abbas

SƏHƏR DUALARI

Ey mənim Allahım və mənim Mövlam! Mən Sənin bəndən və bəndənin oğluyam. Mən bu sübh çağı yatağımdan qalxmışam, o zaman ki, Sənin təklik şəfəqin Sənin iradənin günəşindən parladı və Sənin Hökm Kitablarında əmr etdiyin kimi, Öz işığını bütün dünyaya saldı.

Təriflər olsun Sənə, Ey mənim Allahım, biz Sənin irfan nurunun parıltısına oyanmışıq. Onda bizə, İlahi, onu nazil eylə ki, bizi Səndən başqa heç kəsə möhtac qoymasın, Səndən savayı bütün şeylərə bağlılıqdan bizi azad etsin. Sonra mənə, mənə əziz olanlara və qohumlarıma, istər kişi olsun, istər qadın bu dünyanın və gələcək dünyanın xeyr-bərəkətlərini yaz. Sonra da, Öz böyük himayənlə bizi onlardan qoru ki, Sən Özün onları insanların sinələrində pıçıldayan şerytan vəsvəsəsinin məzhərləri etdin, Sən Ey bütün varlığın Məhbubu və bütün kainatın Məqsudu. Sən, həqiqətən, Qüdrətli, Himayədar, Öz-Özünə Var Olansan.

Xeyr-dua ver, Ey Rəbbim mənim Allahım, O Kəsə ki, Ona Öz ən uca və ali adlarını verdin və Onun vasitəsilə haqqı nahaqdan ayırdın - Sənin bəyəndiyin və razı qaldığın əməlləri etməkdə lütfünlə kömək eylə. Xeyr-dua ver, bundan başqa, Ey mənim Allahım, Sənin Kəlmən və Hərflərin olan Kəslərə və o kəslərə ki, üzlərini Sənə tutdular, nəzərlərini Sənin üzünə dikdilər və Sənin Çağrışına qulaq asdılar.

Sən, həqiqətən, bütün insanların Rəbbi və Sultanısan və hər şeyin üzərində Hakimsən.

-Bəhaullah

Sənin sığınacağında yudan qalxmışam, Ey mənim Allahım və o sığınacağı axtaran kəsə yaraşır ki, yalnız Sənin himayə Məbədoində və mühafizə Qalanda sakin olsun. Mənim zahiri varlığımı Öz bəxşiş səhərinin nuru ilə işıqlandırdığın kimi, batili varlığımı da, İlahi, Sənin Vəhyinin Məşriqinin şəfəqi ilə nurlandır.

-Bəhaullah

Sənin mərhəmətinlə yuxudan qalxmışam, Ey mənim Allahım və bütünlüklə Sənə təvəkkül edərək evimdən çıxmışam və özümü Sənin himayənə təslim etmişəm. Onda, Öz mərhəmət göylərindən Sənin yanında olan xeyr-bərəkətləri mənim üzərimə göndər və möhkəmcə Sənə bağlanmış fikrimlə, məni Öz himayən altında evdən çıxardığın kimi, sağ-salamat da evimı qaytar.

Səndən başqa Allah yoxdur, Sən Tək, Bərabəri Olmayan, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

-Bəhaullah

Sənə şükr edirəm, Ey mənim Allahım! Sən məni yuxudan oyatdın, yoxluğumdan aşkara çıxardın və qiflətimdən qaldırdın. Mən bu səhər oyanmışam və üzümü Sənin Vəhy Günəşinin şəfəqlərinə çevirmişəm - o Günəş ki, onunla Sənin qüvvət və qüdrət səmaların nurlanıb, Sənin əlamətlərini qəbul etmişəm, Kitabına iman gətirmişəm, Sənin ipindən möhkəm yapışmışam.

Sənin iradənin qüdrətinə və Sənin istəyinin qəti gücünə and verirəm - yuxuda mənə göstərdiklərini Sənin sevimlilərinin ürəklərindəki məhəbbətinin sarayları üçün möhkəm bünövrə eylə və Sənin fəzl və inayət nişanələrinin aşkar olması üçün ən gözəl vasitə eylə.

Uca Qələminin vasitəsilə, İlahi, bu dünyanın və o biri dünyanın xeyr-bərəkətini mənə nəsib eylə. Şəhadət verirım ki, bütün şeylərin cilovu Sənin əlindədir. Sən onları istədiyin kimi dəyişdirirsən. Səndən başqa Allah yoxdur, Güclü və Vəfalı.

Sən o Allahsan ki, Öz əmrinlə zilləti izzətə, zəifliyi gücə, acizliyi qüdrətə, qorxunu sakitliyə, şübhəni yəqinliyə çevrirsən. Səndən başqa Allah yoxdur, Qüdrətli, Lütfükar.

Sən Səni axtaran kəsi məyuz etmirsən, nə də Səni arzuılayanı Özündən kənar saxlayırsan. Sənin səxavət səmana və kəramət dəryana yaraşanları mənə qismət eylə. Sən, həqiqətən, Ən Qüdrətli və Ən Qüvvətlisən.

-Bəhaullah

TƏBLİĞ DUALARI

Ey Allah, Ey bütün Zühurları Zühur Etdirən, bütün Mənbələrin Mənbəyi, Bütün Vəhylərin Qaynağı, bütün Nurların Çeşməsi! Mən şəhadət verirəm ki, Sənin Adınla irfan səması zinətləndi və bəyan dəryası təlatümə gəldi və Sənin Əmrin bütün dinlərin ardıcılarına bəyan oldu.

Yalvarıram Sənə, məni elə zəngin eylə ki, Səndən başqa hamıdan azad olum və Səndən başqa heç kəsdən asılı olmayım. Sonra Sənin kəramət buludlarından mənim üstümə onu yağdır ki, Sənin bütün aləmlərində mənə fayda versin. Özünün gücləndirici fəzlinlə mənə yardim eylə, Sənin Əmrində bəndələrin arasında elə xidmət edim ki, Sənin səltənətin durduqca və mələkutun davam etdikcə məni xatırladacaq şeylərin nümayiş etdirim.

Bu Sənin bəndədir,İlahi, bütün varlığı ilə Sənin kəramət üfüqünə, lütf dəryana və Sənin bəxşiş səmana dönüb. Sənin əzəmətinə və Sənin şərəfinə, Sənin xeyirxahlığına və Sənin lütfkarlığına yaraşan tərzdə mənimlə rəftar eylə.

Sən, həqiqətən, qüvvət və qüdrət Allahısan, Sənə dua edənlərə cavab verməyə hazırsan. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Ən Hikmətli.

-Bəhaullah

Söylə: Ucalsın Sənin Adın, Ya Rəbb mənim Allahım. Səni and verirəm o Adına ki, onunla müdriklik işığının şüaları parıldadı, İlahi bəyan göyləri bəşərin arasında hərəkətə gətirldi-Sənin səmavi təyidini göndərməklə mənə mərhəmətlə kömək eylə və Sənin bəndələrin arasında Sənin Adını ucaltmağa məni qadir eylə.

Ya Rəbb! Üzümü Sənə tərəf tutmuşam, Səndən başqa hər şeydən inqita etmişəm və Sənin saysız-hesabsız nemətlərinin libasının ətəyindən bərk yapışmışam. Ona görə də mənim dilimi aç, onları söyləyim ki, insanların ağlını məftun etsin, onların qəlbini və ruhunu şadlandırsın. Sənin Əmrındə məni gücləndir ki, nə Sənin xilqətin arasında zülmkarların gücü mənə mane olsun, nə də Sənin səltənətində sakin olanlar arasında imansızların hücumları məni saxlasın. Məni Sənin diyarlarında şölə saçan bir çıraq eylə ki, ürəklərində Sənin tanımağın işığı yanan və Sənin məhəbbətinin həsrəti qalan kəslər onun şöləsi ilə hidayət olunsunlar.

Həqiqətən, Sən hər nə iradə etsən, onu yerinə yetirməyə Qadirsən, Sən bütün mövcudat aləmini Öz ovcunda tutursan. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Hikmətli.

-Bəhaullah

Ucalsın Sənin Adın, Ey mənim Allahım, çünki Sən o günü aşkar etdin ki, Günlərin Sultanıdır, O Günü ki, Onu Sən Öz seçilmişlərinə və Sənin Peyğəmbərlərinə Sənin ən uca Lövhələrində müjdəsini verdin, O Gün ki, onda Sən bütün adlarının cəlalının nurlarını bütün yaradılmış şeylərin üzərinə səpdin. Xoş o kəsin halına ki, Sənə doğru yönəldi, Sənin hüzuruna nail oldu və Sənin nidanın şirinliyini eşitdi.

Səni and verirəm-Eu mənim Allahım, O Kəsin adına ki, Onun ətrafında bütün adların səltənəti sitayişlə təvaf edir-Sənə əziz olanlara kömək et ki, Sənin kəlamını Sənin bəndələrin arasınada ucaltsınlar, Sənin məxluqatın arasında Sənin tərifini yaysınlar, ta ki, Sənin vəhyinin şövqü Sənin yerinin sakinlərinin qəlblərini doldursun.

İndi ki, Sən onları, İlahi, Sənin fəzlinin dirilik suyuna hidayət etmisən, kəramətinlə əta et ki, onlar Səndən aralı qalmasınlar; indi ki, Sən onları Öz Taxtının həndəvərinə səsləmisən, Öz hüzurundan inayətinlə onları qovma. Onlara o şeyləri nazil eylə ki, onlar Səndən başqa hər şeydən tamamilə ayırsın və Onalrı Sənə yaxınlıq fəzasında uçmağa qabil etsin, elə ki, nə zalımların gücü, nə də Sənin ən uca və ən əzəmətli Varlığına inanmayanların eyhamı onları Səndən uzaqlaşdırmağa gücü yetməsin.

-Bəhaullah

Təriflər olsun Sənə, Ya Rəbb mənim Allahım! And verirəm Sənin o adına ki, Onu heç kəs layiqincə tanıya bilməyib, mahiyyətini heç kim dərk edə bilməyib; Səni and verirəm, Sənin Vəhyinin Çeşməsi və Sənin əlamətlərinin Günəşi olan Kəsə-mənim ürəyimi Sənin məhəbbətinin və Sənin zikrinin kuzəsi eylə. Sonra onu Sənin ən böyük Dəryana qovuşdur, ta ki, ondan Sənin hikmətinin dirilik suları və Sənin tərifinin və alqışının saf fəvvarələri çağlasın.

Mənim bədənimin əzaları Sənin birliyinə şəhadət verir və başımın tükləri Sənin hökmranlıq və əzəmətinin gücünü bəyan edir. Sənin fəzl qapında mən tam fanilik və özününkarla durmuşam və Sənin kəramətinin ətəyindən yapışmişam, baxışlarımı Sənin bəxşişlərinin üfüqünə dikmişəm.

Ey mənim Allahım, Sənin əzəmətinin böyüklüyünə yaraşan şeyləri mənə qismət eylə, Sənin güclədirici fəzlinlə mənə kömək et, Sənin Əmrini elə təbliğ edim ki, ölülər qəbirdən qalxsın və Sənə tərəf yürüsünlər, Sənə təvəkkül etsinlər və nəzərlərini Sənin Əmrinin üfüqünə və Sənin Vəhyinin məşriqinə diksinlər.

Sən, həqiqətən, Ən Qüdrətli, Ən Uca, hər şeyi Bilən, Ən Hikmətlisən.

-Bəhaullah

Alqışlar olsun Sənə, Ey aləmin Rəbbi və millətlərin Məqsudu, Sən Ey Ən Böyük Adla zühur edən, O Ad ki, Onunla hikmət və bəyan gövhərləri Sənin irfan dənizinin sədəflərindən aşkar çıxdı və Sənin ilahi vəhy səmaların Sənin üzünün günəşinin nurları ilə zinətləndi.

Səni and verirəm o Sözə ki, onunla Sənin dəlilin Sənin məxluqatın arasında tamamlandı və Sənin sübutn Sənin bəndələrin arasında yerinə yetdi- Sənin dostlarına onda möhkəmləndir ki, onunla Sənin Əmrinin üzü Sənin səltənətində parlayacaq, Sənin qüdrətinin bayraqları Sənin bəndələrin arasında sancılacaq, Sənin hidayət bayraqların Sənin səltənətlərin boyunca qaldırılacaq.

Ey mənim Rəbbim! Sən onları görürsən, Sənin fəzlinin ipindən tutublar və Sənin kərəminin əbasının ətəyindən yapışıblar. Onlara onu nəsib et ki, onları Sənin yaxınlığına cəzb etsin və Səndən başqa hər şeydən onları uzaqlaşdırsın.

Yalvarıram Sənə, Sən Ey mövcudatın Hökmdarı, görünən və görünməyənlərin Qoruyucusu, Sənin Əmrinə xidmətə qalxan hər kəsi Sənin istəyinlə hərəkətə gələn dənizə çevir, Sənin Müqəddəs Ağacının odu ilə alovlandır və Sənin iradənin üfüqündən parlayan et. Sən Qüdrətlisən, O Kəssən ki, Onu nə bütün dünyanın qüvvəsi, nə də insanların gücü zəiflədə bilər. Səndən başqa Allah yoxdur, Tək Misilsiz, Qoruyan, Öz-Özünə Var Olan.

-Bəhaullah

Sən bilirsən, ey Allah və şahidsən ki, mənim ürəyimdə Sənin razılığını qazanmaqdan, Sənə bədəlikdə müvəffəq olmaqdan, özümü Sənin xidmətinə həsr etməkdən, Sənin böyük üzümülüyündə zəhmət çəkmədən və hər şeyi Sənin yolunda qurban verməkdən başqa bir arzum yoxdur. Sən hər şeyi Bilən və hər şeyi Görənsən. Mənim Sənə olan məhəbbətimdən, yalnız Sənin səltənətinin gəlişini bəyan etmək və bütün insanlar arasında Sənin çağrışını ucaltmaq üçün qədəmlərimi dağlara və düzlərə yönlətməkdən başqa heç bir istəyim yoxdur. Ey Allah! Bu köməksizin yolunu aç, bu xəstəyə Öz ilacını əta eylə və bu dərdliyə Öz şəfanı bəxş eylə. Yanar ürəklə və gözləri yaşlı Sənin Astananda Sənə yavarıram.

Ey Allah! Sənin yolunda hər hansı bəlanı çəkmək üçün hazıram və bütün ürəyimlə və qəlbimlə istənilən çətinliklə qarşılaşmağı arzu edirəm.

Ey Allah! Məni sınaqlardan qoru. Sən yaxşı bilirsən ki, mən hər şeydən üz döndərmişəm və özümü bütün fikirlərdən azad etmişəm. Mənim Səni zikr etməkdən başqa məşğuliyyətim və Sənə xidmətdən başqa arzum yoxdur.

-Əbdül-Bəha Abbas

Ey mənim Allahım, Öz bəndənə kömək eylə ki, Kəlamı ucaltsın, uydurma və bihudə olanı rədd etsin, haqqı bərqərar etsin, müqəddəs ayələri hər yana yaysın, parıltıları zahir etsin, səhər işığının saf adamların ürəklərində doğmasına səbəb olsun.

Sən, həqiqətən, Səxavətlisən, Bağışlayansan.

-Əbdül-Bəha Abbas

Ey Allah, mənim Allahım! Sənin etibarlı bəndələrinə kömək eylə ki, mehriban və incə ürək sahibi olsunlar. Onlara kömək eylə ki, səma Sakinlərindən gələn hidayət nurunu yer üzünün bütün millətləri arasında yaysınlar. Həqiqətən, Sən Güclü, Qüdrətli, Qüvvətli, Qalibiyyətli, Həmişə Bəxşedənsən. Həqiqətən, Sən Səxavətlisən, Rəhimlisən, Şəfqətlisən, Ən Kəramətlisən.

-Əbdül-Bəha Abbas

Sən görürsən məni, Ey mənim Allahım, mütiliklə təzim etmişəm, itaətkarlıqla Sənin hökmlərin qarşısında boyun əymişəm, Sənin hökmranlığına təslim olmuşam, Sənin səltənətinin qüdrətindən titrəyirəm, Sənin qəzəbindən qaçıram, Sənin lütfünü diləyirəm, Sənin əfinə təvəkkül edirəm, Sənin qeyzindən əsirəm. Döyünən ürəyimlə, sel kimi axan göz yaşları ilə və həsrətli bir qəlblə və bütün şeylərdən tam inqita etməklə Sənə yalvarıram- aşiqlərini Özünün bütün səltənətlərin boyunca yayılan işıq şüaları eylə və Sənin seçilmiş bəndələrinə yardım eylə, Sənin Kəlamını ucaltsınlar ki, onların üzləri gözəlləşsin və parlaq işıq saçsın, öz günah yükündən azad olsun. Sonra zülmkardan, şər əməl törədən utanmazlardan və küfr edənlərdən onları qoru.

Həqiqətən, Sənin aşiqlərin təşnədirlər, Ey mənim Allahım; onları fəzl və kəramət çeşməsinə yönəlt; acdırlar, onlara Sənin səmavi süfrəni nazil eylə; üryandırlar, onları idrak və bilik libasına bürü.

Onlar qəhrəmandırlar, İlahi, onları döyüş meydanına istiqamətləndir. Yol gösrərəndir onlar, qoy dəlil və sübutla danışsınlar. Xidmət edən bəndələrdir, qoy yəqinlik şərabı ilə dolu piyaləni əldən ələ ötürsünlər. Ey mənim Allahım, onları gözəl bağçada ötən nəğməkar eylə, qalın cəngəllikdə pusan aslan eylə və ən dərinliyə baş vuran nəhəng balıq eylə.

Həqiqətən, Sən bol fəzl Sahibsən.Səndən başqa Allah yoxdur. Qüdrətli, Qüvvətli, Daima Ətaedən.

-Əbdül-Bəha Abbas

İLAHİ PLAN LÖVHLƏRİNDƏN TƏBLİĞ ÜÇÜN DUALAR

Sən Ey Misilsiz Allah! Sən Ey Mələktun Rəbbi! Bu ruhlar Sənin səmavi qoşundur. Onlara kömək eylə, Uca Səma Sakinlərinin dəstəsi ilə onlara zəfər bəxş eylə ta ki, onlardan hər biri bir alay olsun və Allahın məhəbbəti və ilahi təlimlərin nuru ilə bu ölkələri fəth etsin.

Ey Allah! Onlara Sən dəstək ol, düzdə, dağda, vadidə, meşədə, çöldə və dənizdə Sən ol onların köməyi, Sən ol onların dostu - ta ki, onlar Sənin səltənətinin qüdrəti və Müqəddəs Ruhun nəfəsi ilə səslərini ucaltsınlar.

Həqiqətən, Sən Qüdrətlisən, Əzəmətli və Qadirsən və Sən Hikmətli, Eşidən və Görənsən.

-Əbdül-Bəha

Hər hansı yerə təbliğ səfərinə çıxan kəs, qoy bu duanı qürbət ölkələrdə səfəri zamanı gece və gündüz oxusun.

Ey Allah, mənim Allahım! Sən məni görürsən, Sənin cəlal səltənətinə məftun və cəzb olunmuşam. Bəşərin arasında Sənin məhəbbətinin atəşindən alovlamışam, Sənin mələkutunun bu geniş və ucsuz-bucaqsız torpaqlarda carçısıyam, Səndən başqa hər şeydən ayrılmişam, Sənə təvəkkül etmişəm, rahatlıq və dincliyimi tərk etmişəm, doğma evimdən uzaqlarda, bu diyarlarda dolaşıram, üzü üstə torpağa düşən bir qəribəm, Sənin uca Astananda itaətkaram, Sənin qüdrətli cəlalının səmasına təslim olmuşam, gecələrin səssizliyində və dan yeri söküləndə Sənə yalvarıram, səhərlər və axşamlar Sənə Əmrinə xidmət etmək, Sənin Əmrinə xidmət etmək,Sənin təlimlərini yaymaq, Şərq və Qərb boyunca Sənin Sözünü ucaltmaq üçün mənə kömək edəsən.

Ya Rəbb! Mənim arxamı gücləndir, mənə kömək eylə ki, Sənə ən güclü səylə xidmət edim, yalqız və köməksiz halda bu diyarlarda məni təkbaşıma buraxma.

Ya Rəbb! Yalnızlığımda Səninlə ünsiyyətə mənə izn ver və bu qərib ellərdə mənim munisim ol.

Həqiqətən, Sən arzu etdiyin şeydə istədiyin kəsi müvəffəq Edənsən və həqiqətən, Sən Ən Qüvvətli və Ən Qüdrətlisən.

-Əbdül-Bəha

Müxtəlif yerlərə təbliğə gedənlər, qoy bu münacatı dağın başında, səhrada, quruda və dənizdə oxusun.

Ey Allah! Ey Allah! Sənin yaradıqların qarşısında mənim zəifliyimi, təvazökarlığımı və itaətkarlığımı görürsən, mən Sənə etibar etmişəm və Sənin təlimlərini Sənin güclü bəndələrin arasında irəlilətmək üçün ayağa qalxmışam, Sənin qüvvət və qüdrətinə təvəkkül etmişəm.

Ya Rəbb! Mən qanadı sınmiş bir quşam və Sənin sonsuz fəzanda uçmaq istəyirəm. Sənin inayət və fəzlin, Sənin təyid və yardımın olmasa, mən bunu necə edə bilərəm.

Ya Rəbb! Mənim zəifliyimə yazığın gəlsin, məni Öz qüvvətinlə gücləndir. Ya Rəbb! Mənim acizliyimə yazığın gəlsin,Özünün qüdrət və əzəmətinlə mənə yardım eylə.

Ya Rəbb! Müqəddəs Ruhun nəfəsi ən zəif varlığa kömək etsə, o can atdığı hər şeyə çatar və arzu etdiyi hər şeyi əldə edər. Həqiqətən, Sən Öz bəndələrinə keçmişdə kömək etmisən, hətta onlar Sənin məxluqlarının ən zəifi, sənin bəndələrinin ən fəqiri və yer üzündə nə vaxtsa yaşayanlardan ən həqirləri olsa belə, Sənin izinin və qüdrətinlə Sənin insanlarının ən şərəflisindən və bəşərin ən nəcibindən də belə üstün olmuşlar. Baxmayaraq ki, əvvəllər onlar kəpənək kimi olmuşlar, Sənin bəxşiş və mərhəmətinlə onlar sultan şahini olurlar, baxmayaraq ki, onlar əvvəllər şırnaq kimi olmuşlar, onlar dənizlər kimi olurlar. Sənin ən böyük lütfünlə, onlar hidayət üfüqündən parlaq ulduzlar, əbədiyyət gülşənində oxuyan quşlar, elm və hikmət meşələrində nərə çəkən aslan və həyat dəryasında üzən balıqlar oldular.

Həqiqətən, Sən Şəfqətli, Qüdrətli, Əzəmətli, Rəhmlilərin Rəhmlisisən.

-Əbdül-Bəha

Ey Allah, mənim Allahım! Sən görürsən, qara zülmət bütün diyarları necə bürüyür. Bütün ölkələr ixtilaf atəşində necə yanırlar, müharibə və qətliyam Şərq və Qərbi necə oda qalayıb. Qanlar tökülür,bədənlər torpağa sərilib, üzülümüş başlar savaş meydanında toz-torpağa düşüb.

Ya Rəbb! Bu nadanlara yazığın gəlsin, onlara əvf və bağış gözlərilə bax. Bu alovu söndür ki, üfüqləri tutan bu qara buludlar dağılsın, Həqiqətən Günəşi barış şualarını saçsın, bu qaranlıq qovulsun və sülhün parlaq nuru öz şəfəqlərini bütün ölkələrin üzərinə yaysın.

Ya Rəbb! Xalqları nifrət və ədavət dəryasının burulğanından çıxar, onları bu qatı zülmətdən qurtar. Onların ürəklərini birləşdir, sülh və barış nuru ilə onların gözlərini işıqlandır. Onları savaş və qan tökmə uçurumundan qurtar, onları azğınlıq qaranlığından xilas eylə. Onların gözündən pərdəni qaldır və onların ürəklərini birləşdir, sülh və barış nuru ilə onların gözlərini işıqlandır. Onları savaş və qan tökmə uçurumdan qurtar, onları azğınlıq qaranlığından xilas eylə. Onların gözündən pərdəni qaldır və onların ürəklərini hidayət işığı ilə nurlandır. Öz inayət və mərhəmətinlə onlarla davran, Öz ədalətinlə və qüdrətliləri titrədən qəzəbinlə onlarla rəftar etmə.

Ya Rəbb! Müharibələr uzanır. Bədbəxtlik və həyəcanlar çoxalıb və hər bir çiçəklənən diyar viran qalıb.

Ya Rəbb! Ürəklər iztirabda, qəlblər həyəcandadır. Rəhm eylə bu bədbəxt ruhlara, onları öz ehtiraslarının şiddətinə buraxma.

Ya Rəbb! Öz ölkələrinə təvazökar və itaətkar ruhları göndər, o ruhlar ki, üzləri hidayət şüaları ilə nurlanıb, bu dünyadan əllərini üzüblər, Sənin Adını ucaldırlar, Sənin tərifini söyləyirlər və bəşərin arasında Sənin müqəddəslik ətirlərini yayırlar.

Ya Rəbb! Onların belini gücləndir, kəmərlərini qurşa və ürəklərini Sənin məhəbbətinin ən böyük əlamətləri ilə heyran eylə.

Ya Rəbb! Həqiqətən, onlar zəifdirlər, Sən isə Qüdrətli və Əzəmətlisən; onlar acizdirlər, Sən isə Köməkedən və Mərhəmətlisən.

Ya Rəbb! Asilik dəryaları dalğalanır və bu təlatümlər ancaq Sənin bütün diyarları əhatə edən hüdudsuz fəzlinlə sakirləşə bilər.

Ya Rəbb! Həqiqətən, insanlar ehtiras uçurumuna yuvarlanıblar və Sənin sonsuz kəramətindən başqa heç nə onları qoruya bilməz.

Ya Rəbb! Bu nəfs qaralığının qov və Sənin məhəbbətinin tezliklə bütün ölkələri nurlandıracaq çırağıyla ürəkləri nurladır. Bundan başqa, Öz sevimlilərini müvəffəq eylə, o kəslər ki, öz vətənlərini, ailələrini və uşaqlarını tərk edərək Sənin Camalına məhəbbətləri xatirinə, qürbət diyarlara səfər ediblər ki, Sənin rahiyələrini yaysınlar və Sənin Təlimlərini bəyan etsinlər. Yalqızlığında onların həmdəmi, yad torpaqlarda onların köməyi və kədərlərini dağıdan ol, bəlaları zamanı isə onların təsəlli verəi ol. Onların susuzluqlarında sərinləşdirici içkisi, xəstəliklərində şəfaverici dərmanı və ürəklərinin yanan atəşinə məlhəm ol.

Həqiqətən, Sən Ən Səxavətli, bol fəzl Sahibisən, həqiqətən, Sən Şəfqətli və Mərhəmətlisən.

-Əbdül-Bəha

Bu münacat mübəlliğlər və dostlar tərəfindən gündəlik oxumaq üçündür:

Sən Ey Mehriban Allah! Təriflər olsun Sənə ki, hidayət yollarını bizə göstərdin, mələkut qapılarını açdın və Həqiqət Günəşi vasitəsilə Özünü aşkar etdin. Korlara Sən işıq verdin; karlara Sən eşitmə əta etdin; Sən ölüləri diriltdin; kasıbları varlı etdin; yolunu azanlara Sən yol göstərdin; dodaqları susuzluqdan quruyanları hidayət çeşməsinə yönəltdin; Sən izn verdin ki, yanan balıq həqiqət dəryasına girsin; sərgərdan quşları fəzl gülşəninə Sən dəvət etdin.

Sən Ey Ən Qüdrətli! Biz Sənin bəndələrinik və Sənin fəqirlərinik; biz uzaq düşmüşük, Sənin hüzurun üçün həsrət çəkirik; Sənin çeşmənin suları üçün susuzuq, xəstəyik, Sənin şəfanı diləyirik. Biz Sənin yolunda gedirik, Sənin ətirlərini yaymaqdan başqa bir məqsəd və ya ümidimiz yoxdur, ta ki, bütün ruhlar qalxıb: "Ey Allah, bizi doğru yola yönəlt" deyə qışqırsınlar. Qoy onların gözləri açılsın ki, nuru görsünlər, qoy onlar cahilik zülmətindən azad olsunlar. Qoy onlar hidayət çırağınıın ətrafında toplaşsınlar. Qoy binəsib qalan kəs pay alsın. Qoy məhrum qalanlar Sənin sirlərinə vaqif olsunlar.

Ey Ən Qüdrətli! Bizə mərhəmət nəzərilə bax. Səmavi təyid əta eylə. Bizə Müqəddəs Ruhun nəfəsini bəxş eylə ki, Sənə xidmətdə biz kömək alaq və bu diyarlarda parlaq ulduzlar kimi Sənin hidayət nurunla şölə saçaq.

Həqiqətən, Sən Qüvvətlisən, Qüdrətlisən, Hikmətli və Görənsən.

-Əbdül-Bəha

Ey mənim Allahım! Ey mənim Allahım! Mənim heçliyim və zəifiyimlə Sən məni görürsən, böyük bir məsuliyyət altına girmişəm, kütlələr arasında Sənin təlimlərini yaymaq qərarındayam. Əgər Sən Müqəddəs Ruhun nəfəsilə mənə kömək etməsən, mən necə müvəffəq ola bilərəm, mənə kömək eylə, Sənin cəlallı səltənətinin qoşunları ilə qələbə çalım və mənə Öz təyidini nazil eylə ki, o təkbaşına kiçik bir cücünü qartala, bir damlanı çaylara və dənizlərə, zərrəni isə səyyarə və günəşlərə çevirər! İlahi! Mənə Sənin müzəffər və güclü qüdrətinlə kömək et ki, mənim dilim Sənin tərifini və əlamətlərini bütün insanlar arasında söyləsin və mənim ruhum Sənin məhəbbət və elm şərabınla dolub daşsın.

Sən Qadir və İstədiyini Edənsən.

-Əbdül-Bəha

Allahın rahiyələrini yayanlar qoy bu duanı hər səhər oxusunlar:

Ya Rəbb, mənim Allahım! Sənə tərif və şükrlər olsun ki, məni mələkutun geniş yoluna yönəltdin, izn verdin ki, bu dorğu və uzaqlara gedən yolda addımlayım, Sənin nurunun şəfəqlərinə baxmaqla gözlərimi nurlandırdın, sirlər səltənətindən müqəddəslik quşlarının nəğmələrini mənə eşitdirdin və möminlər arasında Sənin məhəbbətinlə mənim ürəyim cəzb etdin.

Ya Rəbb! Müqəddəs Ruhla məni müvəffəq eylə ki, Sənin Adınla mən millətlər arasında səsimi ucaldım və bəşərin arasında Sənin səltənətinin aşkar olması müjdəsini verim.

Ya Rəbb! Mən zəifəm, Öz qüvvət və gücünlə məni qüvvətlədir. Mənim dilim kəkələyir, izn ver Səni xatırlayım və tərifini söyləyim. Mən zəliləm, Sənin mələkutuna daxil olmağa izn verməklə məni şərəfləndir. Mən uzağam, qoy Sənin mərhəmət astanana yaxınlaşım. Ya Rəbb! Məni şölə saçan çıraq eylə, parıldayan ulduz, budaqları bütün diyarlara kölgə salan və meyvələrlə bəzənmiş bir mübarək ağac eylə. Həqiqətən, Sən Əzəmətli, Qüdrətli, və İxtiyar Sahibisən.

-Əbdül-Bəha

Bu münacat hər gün ... oxunmalıdır

Ey Allah! Ey Allah! Bu qanadı sınıq bir quşdur və onun uçuşu çox zəifdir,- ona elə kömək et ki, çiçəklənmə və xilas zirvəsinə uça bilsin, sonsuz fəza boyunca onun yolunu ən yüksək sevinc və şadlıqla qanadlandır, Sənin Ən Uca Adınla onun nəğmələrini bütün diyarlarda yüksəlt, qulaqları onun səsilə sevindir, gözləri hidayət nişanələrini görməklə işıqladır.

Ya Rəbb! Mən yalnızam, tək və kimsəsizəm. Səndən başqa mənim dayağım yoxdur, Səndən qeyri mənim köməyim yoxdur, Səndən savayı mənim yardımım yoxdur. Sənə xidmətimdə məni müvəffəq eylə, Sənin məlakələrinin qoşunu ilə mənə et, Sənin Sözünü Ucaltmaqda məni qalib eylə və izn ver ki, Sənin məxluqatın arasında Sənin hikmətini söyləyim. Həqiqətən, Sən zəiflərə kömək edən, gücsüzləri himayə edənsən və həqiqətən, Sən Qüdrətli, Əzəmətli və İxtiyar Sahibisən.

-Əbdül-Bəha

Təriflər olsun Sənə, Ey mənim Allahım! Bunlar Sənin o bəndələrindir ki, Sənin mərhəmətlilik rahiyələrinə cəzb olunublar, Sənin təkliyinin ağacında yanan atəşlə alovlanıblar, o kəslərdir ki, Sənin vahidlik Turunda şölə saçan nurun şəfəqlərinə baxmaqla gözləri işıqlanıb.

Ya Rəbb! İzn ver, onlar Sənin insanların arasında Səni zikr etsinlər, Sənin fəzlin və inayətinlə onlara imkan ver ki, Səni tərif etsinlər, Öz mələklərinin qoşunu ilə onlara yardım et, Sənə xidmətdə onların qurşağını bərkit, Sənin xilqətin arasında onları hidayət nişanələri eylə.

Həqiqətən, Sən Ən Qüdrətlisən, Ən Ucasan, Həmişə Bağışlayan, Hamıya Mərhəmərlisən.

- Əbdül-Bəha Abbas

Allahın rahiyələrini yayanlar bu duanı hər səhər oxumalıdırlar:

Ey Allah, mənim Allahım! Sən bu zəif kimsəni görürsən ki, səmavi qüvvə üçün yalvarır, bu fəqir varlığı görürsən ki, əbədi həyat çeşməsi diləyir, bu dərdlini görürsən ki, Sənin vəd etdiyin şəfanı diləyir, o mərhəmət ki, Sən onu Özünün göydəki məlakutunda seçilmiş bəndələrərinə qismət etmisən.

Ya Rəbb! Mənim Səndən başqa pənahım, Səndən başqa dayağım yoxdur. Öz mələklərinlə mənə kömək eylə ki, Sənin müqəddəs rahiyələrini yayım və Sənin

Insanlarından seçilmişlər arasında Sənin təlimlərini yayım.

İlahi! İzn ver, Səndən başqa hər şeydən inqita edim, Sənin kəramət ətəyindən möhkəm yapışım, büsbütün Sənin Dininə bağlanım, Sənin məhəbbətində möhkəm və dəyanətli qalım və Sənin Kitabında yazdıqlarına əməl edim.

Həqiqətən, Sən Qüdrətli, Əzəmətli və Qadirsən.

- Əbdül-Bəha Abbas

TOPLANTILARDA OXUNAN DUALAR

Təriflərsən Sən, Ya Rəbb,Ey mənim Allahım! Səni and verirəm Sənin fəzl yellərinə və Sənin məqsədinin Məşriqləri və Sənin İlhamının Məzhərləri olan kəslərə-mənə və Sənin üzünü axtaran Kəslərə, Sənin bol fəzlinə yaraşan və Sənin bəxşiş və lütflərinə layiq olanları nazil eylə; mən yoxsul və tənhayam, İlahi! Öz sərvət dəryanda məni qərq eylə; təşənəyəm, mənə Öz inayətinin dirilik suyundan içir.

Səni and verirəm Sənin Özünə və O Kəsə ki, Sən Onu göydə və yerdə olanların hamısına Öz Zatını Zühuru və fərqli bir Söz təyin etdin- Öz bəndələrini Sənin inayət ağacının kölgəsində topla. Sonra onlara kömək eylə ki, o ağacın meyvələrindən dadsınlar, onun yarpaqlarının xışıltısına və onun budaqlarında ötən bu Quşun nəğmələrinə qulaq versinlər. Sən, həqiqətən, Himayədar, Əlçatmaz, Qüdrətli, Ən Səxavətlisən.

-Bəhaullah

Sən Ey Mərhəmətli Allah! Sən Ey Qüdrətli və Qüvvətli! Sən Ey Ən Mehriban Ata! Bu bəndələr bir yerə toplaşıblar, Sənə dönüblər, Sənin astanana yalvarırlar, Sənin böyük etidarına arxayınliqdan Sənin razılığından başqa onların məqsədi yoxdur. Bəşəriyyət aləminə xidmət etməkdən başqa onların başqa bir niyyəti yoxdur.

Ey Allah! Bu toplantını işıqsaçan eylə, ürəkləri mərhəmətli eylə. Onlara Müqəddəs Ruhun bəxşişlərini əta eylə. Onlara Səmadan düc ver. Cənnət düşüncəsi ilə onları bəxtəvər eylə. Onların səmimiyyətini elə yüksəlt ki, tam mütilik və peşmalıqla Sənin Mələkutuna dönsünlər və insan aləminə xidmətlə məşğul olsunlar. Qoy hər biri şöləsaçan şam olsun. Qoy hər biri parlaq ulduz olsun. Qoy hə biri Sənin mələkutunda rəngarəng, xoş ətirli rahiyə saçan çiçək olsun.

Ey Mehriban Ata! Öz xeyir-dualarını ver. Bizim qürurlarımıza baxma. Bizim günahlarımızı yadına salma. Öz şəfqətinlə bizə şəfa ver. Biz zəifik Sən Qüdrətlisən. Biz fəqirik; Sən Zənginsən. Biz xəstəyik; Sən Həkimsən. Biz möhtacıq; Sən ən Səxavətlisən.

Ey Allah! Bizə Öz inayətini əta eylə. Sən Qüvvətlisən. Sən Bəxşedənsən. Sən Şəfqətlisən.

- Əbdül-Bəha Abbas

Sən Ey Mehriban Allah! Bunlar Sənin bəndələrindir ki, bu məclisdə toplaşıblar, Sənin mələkutuna yönəliblər, Sənin nemətlərini və xeyir-dualarına möhtacdırlar. Ey Allah! Sənin birlik nişanələrini aydın və aşkar eylə ki, həyatın bütün gerçəkliklərində qorunub saxlanıb. Sənin gizlətdiyin və insan zatında saxladığın mübhəm qüvvələri aç və zahir eylə

Ey Allah! Biz bitki kimiyik, Sənin kəramətin bir yağış təkidir; Öz bəxşişlərinlə bu bitkiləri təravətləndir və böyüt. Biz Sənin bəndələrinik; Bizi maddi həyatın qandallarından azad eylə. Nadanıq; bizə müdriklik bağışla. Ölüyük; bizi dirilt. Maddiyik, bizə ruh əta eylə. Məhrumiyyətə düçar olmuşuq; bizə Öz sirlərini aç. Möhtacıq; zənginləşdir və bizə Sənin sonsuz xəzinələrindən xeyir-bərəkət ver. İlahi! bizi dirilt; bizə bəsirət ver; bizi eşidən eylə; həyatın sirləri ilə bizi tanış eylə ki, Sənin mələkutunun sirləri bu dünyada bizə aşkar olsun və biz Sənin təkliyini etiraf edək. Hər bir bəxşiş Səndən gəlir; hər bir xeyir-dua Sənindir.

Sənsən Qüdrətli, Sənsən Qüvvətli, Sənsən Bəxşedən, Sənsən həmişə Kəramətli.

- Əbdül-Bəha Abbas

Ey mənim Allahım, Ey mənim Allahım! Həqiqətən, bu bəndələr Sənə üz tutublar, Sənin mərhəmət səltənətinə yalvarırlar. Həqiqətən, onlar Sənin müqəddəsliyinə cəlb olunublar, Sənin məhəbbət odunla alovlanıblar, Sənin ecazkar mələkutundan kömək diləyirlər, Sənin səmavi aləminə yetişməyi arzulayılar. Həqiqətən, onlar Sənin bəxşişlərinin enməsinin həsrətini çəkirlər və Həqiqət Günəşindən nur almağı arzu edirlər. Ya Rəbb! Onları şöləsaçan çıraqlar, mərhəmət nişanələri, barlı-bəhrəli ağaclar və parlayan ulduzlar eylə. Qoy onlar Sənin xidmətində irəli gəlsinlər, Səninlə Sənin məhəbbət bağların və tellərinlə birləşsinlər, Sənin lütfünün nurları onların muradı olsun. Ya Rəbb! Onları hidayət nişanələri, Sənin əbədi səltənətinin nümunələri, Sənin mərhəmət dənizinin dalğaları və Sənin əzəmət işıqlarını əks etdirən güzgülər eylə.

Həqiqətən, Sən Səxavətlisən. Həqiqətən, Sən Mərhəmətlisən. Həqiqətən, Sən Əziz və Sevgilisən.

- Əbdül-Bəha Abbas

Sən Ey Bağışlayan Allah! Bu bəndələr Sənin Mələkutuna üz tutublar, Sənin fəzl və kəramətini diləyirlər. İlahi! Onların ürəklərini pak və təmiz eylə ki, Sənin məhəbbətinə layiq olsunlar. Onların ruhlarını pak və təmiz eylə ki, Həqiqət Günəşi onların üzərinə saçsın. Onların gözlərini pak və təmiz eylə ki, Sənin işığının görə bilsinlər. Onların qulaqlarını pak və təmiz eylə ki, Sənin mələkutunun nidasını eşidə bilsinlər.

İlahi! Həqiqətən, biz zəifik, amma Sən Qüdrətlisən. Həqiqətən, biz yoxsuluq, lakin Sən Zənginsən. Biz axtaranlarıq, Sən isə Axtarılansan. Ya Rəbb! Rəhm eylə və bizi əfv et; bizə elə bir istedad və qabiliyyət əta et ki, Sənin lütflərinə layiq olaq və Sənin səltənətinə cəzb olunaq, dirilik suyundan doyunca içək, Sənin eşq odundan alovlanaq və bu nurlu əsrdə Müqəddəs Ruhun nəfəsi ilə dirçələk.

Ey Allah, mənim Allahım! Bu məclisə inayət nəzərilə bax. Onların hər birini Öz mühafizən və müdafiən altında qoru. Bu canlara Sənin səmavi xeyir-bərəkətlərini nazil eylə. Onları Öz mərhəmət dənizində qərq eylə və Müqəddəs Ruhun nəfəsi ilə onları dirilt.

Ya Rəbb! Bu ədalətli hökumətə uğur və müvəffəqiyyət bəxş eylə. Bu ölkə Sənin himayənin kölgəsindədir və bu xalq Sənin xidmətindədir. Ya Rəbb! Onlara Sənin səmavi inayətini bəxş eylə. Öz sonsuz fəzl və mərhəmətini onların üzərinə yağdır. Bu möhtərəm milləti şərəfli saxla, Sənin səltənətinə daxil olmağa qabil eylə.

Sən Qüvvətlisən, Qadirsən, Mərhəmətlisən və Sən Səxavətlisən, Xeyirxahsan və hədsiz Fəzl Sahibisən.

- Əbdül-Bəha Abbas

Sən Ey hidayət Edən İlahi Qüvvə! Bu məclisdə olanlar Sənin sevimli dostlarındır ki, Sənin Camalına cəlb olunublar və Sənin eşqinin atəşindən alovlanıblar. Bu ruhları Səmavi mələklər eylə, onları Müqəddəs Ruhun nəfəsi ilə dirçəlt, onlara bəlağətli dil və əzmli qəlb bağışla, səmavi güc və incə həssaslıq əta eylə, bəşəriyyətin birliyinin carçıları eylə və bəşər dünyasında onları sevgi və birlik yaradan eylə, ta ki, təhlükəli cəhalət təssübkeşliyinin zülməti Həqiqət Günəşinin nurları ilə məhv olsun, bu məyus dünya işıqlansın, bu maddi dünya ruhani aləmin şəfəqlərinə bürünsün, bu müxtəlif rənglər bir rəngə çevrilsin və alqış nəğmələri Sənin müqəddəslik mələkutuna ucalsın.

Həqiqətən, Sən Qüdrətli və Qüvvətlisən!

- Əbdül-Bəha Abbas

Sən Ey Pərvərdigar! Bu ruhlar Mələkut aləmindən gələn nidanı eşiər və Həqiqət Günəşinin cəlalına göz dikiblər. Onlar məhəbbətin ruhlandırıcı səmasına yüksəlirlər; onlar Sənin təbiətinə aşiq olublar və Sənin camalına sitayiş edirlər. Özlərini Sənə tərəf çeviriblər, bir-birilə Səndən danışırlar, Sənin məkanını axtarırlar və Sənin səma səltənətindən axan su üçün susayıblar.

Sənsən Bəxşedən, Ətaedən və həmişə Sevin.

- Əbdül-Bəha Abbas

ON DOQQUZ GÜN ZİYAFƏTİ

Ey Allah! İxtilafa səbəb olan bütün ünsürləri dağıt, bizə birlik və razılığa səbəb olan şeyləri hazırla! Ey Allah! Səmavi Rayihələrini bizim üstümüzə saç və bu məclisi bir Cənnət məclisinə çevir! Bizə hər cür fayda və mənəvi qida bəxş eylə. Bizə eşq Qidası hazırla! Bizə Bilik Qidası ver. Bizə Səmavi Ziyalanma Qidası nəsib eylə.

- Əbdül-Bəha Abbas

UŞAQLAR ÜÇÜN DUALAR

Ey Rəbbim, mənim Allahım! Bu bir uşaqdır ki, Sənin bəndələrinin birindən törəyib və Sən onun üçün Özünün tale Lövhələrində və təqdir səhifələrində yüksək məqamlardan birini müəyyən etmisən.

Səni and verirəm O adına ki, Onun vasitəsilə bütün insanlar öz arzularının məqsədinə yetişərlər - bu işağı Öz bəndənlərinin arasında kamil bir ruh kimi yetişdir; Öz adının gücü ilə onu parlat; onu Sənin vəsfini söyləməyə, üzünü Sənə tərəf çevirməyə və Sənə yaxınlaşmağa qabil eylə.

Həqiqətən, Sən əzəldən istədiyini etməyə qadir olmusan və əbədiyyətə qədər də istədiyinə qadir olacaqsan. Səndən başqa Allah yoxdur, Sən Uca, Əzim, Qalibiyyətli, Əzəmətli və İxtiyar Sahibisən.

- Bəhaullah

İlahi! Bu uşaqları tərbiyə eylə. Bu uşaqlar Sənin bağının bitkiləri, Sənin çəmənliyinin gülləri, Sənin bağçanın çiçəkləridir. Qoy Sənin yağışın onların üzərinə yağsın; qoy Sənin həqiqət Günəşin Sənin məhəbbətinlə onları nurlandırsın; qoy Sənin nəsimin onları oyandırsın ki, tərbiyə alsınlar, böyüsünlər, inkişaf etsinlər və kamil bir gözəlliklə meydana çıxsınlar. Sən Bəxşedənsən, Sən Mərhəmətlisən.

- Əbdül-Bəha Abbas

Sən Ey mehriban Allah! Bu nazənin uşaqlar Sənin qüdrət barmaqlarınla yaranmışlar, Sənin əzəmətinin ecazkar nişanəsidirlər. Ey Allah! Bu uşaqları hifz eylə, onlara elm öyrənməkdə Öz kəramətinlə kömək eylə və bəşəriyyət aləminə xidmət etməkdə onlara yardım eylə. Ey Allah! Bu uşaqlar dürr dənəsidirlər, onları Öz inayət sədəfinin qoynunda bəslə.

Sən Kəramətli, Ən Mehribansan.

- Əbdül-Bəha Abbas

Ya Rəbb! Bu uşaqları ən gözəl fidanlar eylə. Onları Öz Əhdi-Peyman bağçanda böyüt və yetişdir və Əbha Mələkutunun feyz yağışları ilə onlara gözəllik və lətafət bəxş eylə.

Sən Ey Mehriban Allah! Mən kiçik bir uşağam, Öz mələkutuna buraxmaqla məni ucalt; yer əhliyəm, məni göy əhli eylə; aşağı dünyadanam, məni uca səltənətə aid eylə; tutqunam, məni işıq saçan eylə; cismaniyəm, məni ruhani eylə və mənə yardım eylə ki, Sənin tükənməz feyzlərini aşkar edə bilim.

Sən Qüdrətli və Mehribansan.

-Əbdül-Bəha Abbas

Odur Allah! Ey Allah, mənim Allahım! Mənə dürr təkin saf bir qəlb əta eylə.

- Əbdül-Bəha Abbas

Ey Allah, mənə yol göstər, məni qoru, məni şölə saçan bir çıraq və parlaq bir ulduz eylə. Sən Qüdrətli və Qüvvətlisən.

-Əbdül-Bəha Abbas

İlahi, İlahi! Mən kiçicik bir körpəyəm. Öz inayət döşündən məni qidalandır, Sənin məhəbbətinin ağuşunda məni böyüt, Sənin tərbiyə məktəbində mənə təlim ver və Sənin səxavətinin kölgəsində məni inkişaf etdir. Məni qaranlıqdan qurtar, məni parlaq bir işıq eylə; məni qəmginlikdən xilas eylə, məni gülşənin gülü eylə; Sənin astananda bəndəlik etmək üçün mənə izn ver və pak möminlərin xasiyyət və əxlaqını mənə bağışla. Məni insan aləminə xeyir verən eylə və əbədi həyat tacı ilə başımı şərəfləndir.

Həqiqətən, Sənsən Qüvvətli, Qüdrətli, Görən və Eşidən.

-Əbdül-Bəha Abbas

Ey Bənzərsiz Allah! Bu yazıq uşağa pənah ol. Bu nadinc və qəmgin ruha bağışlayan və mehriban Mövla ol. İlahi, hərçənd biz faydasız bitkilərik, lakin Sənin gülşənindənik. Hərçənd yarpaqsız və çiçəksiz fidanlarıq, amma Sənin bağındanıq. Elə isə bu bitkini Sənin inayət buludunun yağışları ilə bəslə, ruhani baharın nəsimi ilə bu solmuş fidana canlılıq və təravət bağışla. Onu ayılt, nəcib böyüt, huşyar eylə və ona əbədi həyat bəxş eylə ki, Sənin Səltənətində əbədi yaşasın.

- Əbdül-Bəha Abbas

Ey mənim Allahım, Ey mənim Allahım! Sən bu uşaqları görürsən - onlar həyat ağacının budaqları, nicat bağçasının quşları, Sənin mərhəmət dənizinin gövhərləri və Sənin hidayət bağının qızılgülləridir.

Ey Allah, bizim Rəbbimiz! Biz Sənə alqış oxuyur, Sənin müqəddəsliyinə şəhadət verir və Sənin mərhəmət səmana üz tutub ürəkdən atəşlə yalvarırıq - bizi hidayət çıraqları eylə, insanlar arasında əbədi cəlal üfüqündə parlayan ulduzlar eylə və bizə Səndən gələn elm öyrət. Ya Bəha-ül-Əbha!

- Əbdul-Bəha Abbas

Ya Rəbb! Mən bir uşağam; Məni Öz məhəbbət kölgənin altında böyüt. Mən zərif bir bitkiyəm, məni Öz feyz buludlarının yağışları ilə bəslə. Mən məhəbbət bağının fidanıyam, məni bəhrəli bir ağac eylə.

Sən Qüdrətli və Qüvvətlisən. Sən Mehribansan, Bilən və Görənsən.

- Əbdül-Bəha Abbas

Sən Ey mənim Cəlallı Rəbbim! Özünün bu balaca kənizini xoşhal və bəxtəvər bir gız eylə; Öz vahidlik dərgahında onu əziz tut və qoy o Sənin məhhəbətinin piyaləsindən doyunca içsin ki, şövq və vəcdlə dolsun, müşk və ətir saçsın. Sənsən Qüdrətli və Qüvvətli, Sənsən Hər Şeyi Bilən və Hər Şeyi Görən.

- Əbdül-Bəha Abbas

KÖRPƏLƏR ÜÇÜN DUALAR

Alqışlar olsun Sənə, Ey mənim Rəbbim Allah! Bu körpəni Öz mərhəmət və inayət döşündən qidalandır və onu Öz səmavi ağacının meyvələri ilə bəslə, onu Səndən başqa bir kimsənin himayəsinə buraxma, çünki Sən Özün onu Öz iradə və qüdrətinin hökmü ilə yaratmısan və həyata gətirmisən. Səndən başqa Allah yoxdur, Sən Ən Qüdrətli və Hər Şeyi Bilənsən.

Alqışlanansan Sən, Ey mənim sevgili Məhbubum, onun üzərinə Sənin tükənməz səxavətinin nəsimlərini və Sənin müqəddəs lütflərinin ətirlərini əsdir. Sonra onu Sənin uca adının kölgəsində sığınacaq axtarmağa qadir eylə, Ey sifətlər və adlar səltənətini Öz ovcunda Saxlayan. Həqiqətən, Sən istədiyini etməyə Qadirsən, və Sən həqiqətən, Qüdrətli, Uca, Həmişə Bağışlayan, Fəzl Sahibi, Səxavətli və Mərhəmətlisən.

- Bəhaullah

Ey bənzərsiz Allah! Qoy bu südəmər körpə Sənin inayət döşündən qidalansın, onu Öz himayə və mühafizə beşiyində qoru və lütf eylə ki, o Sənin məhəbbət qollarının arasında böyüsün.

- Əbdül-Bəha Abbas

Ey Allah! Bu balaca körpəni Öz məhəbbət ağuşunda bəslə və Sənin inayət döşündən ona süd ver. Bu təzə gülü Sənin məhəbbət gülşənində becər və kömək eylə ki, o Sənin inayət yağmurlarınla böyüsün. Onu mələkut uşaqlarından biri eylə, onu Öz səma səltənətinə yönəlt. Sən Qüvvətli və Mehribansan və Sən Bəxşedən və Səxavətlisən, Kəramət Mövlasısan.

- Əbdül-Bəha Abbas

XİDMƏT HAQQINDA DUALAR

Ey Allah və bütün Adların Allahı və göyləri Yaradan! Səni and verirəm o Adına ki, onun vasitəsilə Sənin Qüvvətinin Məzhəri və Qüdrətinin Məşriqi olan Kəs zühur etdi və Onun vasitəsilə hər bir bərk şey əridi və hər bir ölü bədən dirildi və hər bir diri ruh məhkəmləndi - yalvarıram Sənə, məni qadir eylə ki, özümü səndən başqa hər kəsə bağlılıqdan qurtarım, Sənin Əmrinə xidmət edim və Sənin Öz hökmranlığının gücü ilə istədiyini istəyim və Sənin iradənin razı qaldıqlarına əməl edim.

Yenə yalvarıram Sənə, Ey mənim Allahım, mənə onları qismət eylə ki, məni kifayət qədər zəngin etsin və Səndən başqa heç kəsdən asılı olmayım. Sən məni görürsən, Ey mənim Allahım, üzümü Sənin tərəfinə tutmuşam, əllərimlə Sənin fəzlinin ipindən yapışmışam. Mənə Öz mərhəmətini nazil eylə və mənə seçilmişlərinə yazdıqlarını yaz. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, həmişə Bağışlayan, Ən Kəramətli.

- Bəhaullah

Alqış söyləyirəm Sənə, Ey mənim Allahım, Sənin inayətinin rayihələri ni vəcdə gətirdi və mərhəmətinin nəvazişli nəsimləri məni bol lütflərinə yönəltdi. Səxavət barmaqlarınla, İlahi, mənə o dirilik çeşməsindən içir ki, ondan dadan hər kəsi Səndən başqa bütün bağlılıqlardan azad olmağa, Sənin inqita fəzana uçmağa və nəzərlərini Sənin inayət və bol bəxşişlərinə dikməyə qabil etdi.

Məni hazır eylə, İlahi, hər bir şəraitdə Sənə xidmət edim, Sənin Əmr və Camalının məbədinə üz tutum. Əgər istəsən, məni Öz fəzl çəmənliyinin zərif bir bitkisi eylə ki, Sənin iradənin nəvazişli nəsimləri məni hərəkətə gətirsin və məni Sənin istəyinə uyğun olaraq elə əsdirsin, ki, mənim hərəkətim və sükunətim tamamilə Sənin ixtiyarında olsun.

Sən O Kəssən ki, Onun adı ilə Gizli Sirr açıldı, möhkəm Qorunan Ad aşkar oldu, möhürlənmiş piyalənin möhürü açıldı və istər keçmişdə, istərsə də gələcəkdə olan bütün varlıqların üzərinə onun ətri səpildi. Susuz olan kəs, İlahi, Sənin fəzlinin dirilik suyuna tələsdi, biçarə olan kəs isə Sənin sərvət dənizində qərq olmaq istədi.

And olsun Sənin cəlalına, Ya Rəbb, Ey aləmin Məhbubu və Səni tanıyanların Məqsudu! Sənin vüsal Günəşinin Öz parıltısını Sənin ümmətinin üstünə saldığı bu günlərdə, Səndən ayrılığın qəm-qüssəsi məni dərdə salıb. Elə isə, nəzərlərini Sənin üzünə dikən, Sənin izninlə Sənin dərgahına daxil olan və Sənin hökmünlə Səninlə üzbəüz dayanan kəslərin mükafatını mənə yaz.

Səni and verirəm, Ey mənim Allahım, işığı yeri və göyü əhatə edən adına - mənim iradəmi Sənin Lövhlərində müəyyən etdiklərinə təslim olmağa qabil eylə ki, özümdə Sənin Öz hökmranlığınla istədiyindən başqa bir istək və Sənin Öz iradənlə mənə hökm etdiyindən özgə bir iradə tapmayım.

Mən kimə üz tutum, İlahi, Sənin Seçilmişlərinə göstərdiyin yoldan başqa bir yol tapmaqda belə aciz ikənə Yer üzünün bütün zərrələri bəyan edir ki, Sən Allahsan və şəhadət verir ki, Səndən başqa Allah yoxdur. Sən əzəldən Öz istədiyini etməyə Qadir olmusan və istədiyini hökm etmisən.

Mənə elə bir qismət yaz ki, Ey mənim Allahım, hər zaman üzümü Sənə tutum, daima Sənin fəzlinin ipindən yapışım, Sənin adını elan edim, Sənin qələmindən nə axarsa, onu axtarım. Mən fəqir və kimsəsizəm, İlahi, Sən isə hər şeyə Malik və Ən Ucasan. Elə isə, mərhəmət möcüzələrinlə mənə rəhm eylə və həyatımın hər bir anında mənə o şeyləri nazil eylə ki, onunla Sən Sənin birliyini tanıyanların və Sənə vəfalı qalanların ürəklərini yenidən yaratmısan.

Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Hər şeyi Bilən və Hikmət Sahibisən.

- Bəhaullah

HİFZ DUALARI

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Sən görürsən və bilirsən, mən Sənin bəndələrini çağırdım ki, Sənin bəxşişlərindən başqa heç bir tərəfə üz tutmasınlar və onlara hökm etdim ki, Sənin Aydın Kitabında yazdıqlarından başqa bir şeyə riayət etməsinlər, o Kitab ki, Sənin dərkolunmaz hökmünə və qəti məqsədinə uyğun olaraq nazil olmuşdur.

Ey mənim Allahım, Sənin iznin olmasa, mən bircə söz belə söyləyə bilmərəm, Sənin icazən olmasa, heç bir yana hərəkət edə bilmərəm. Sən O Kəssən ki, Ey mənim Allahım, öz qüdrətinin qüvvəsi ilə mənə həyat bağışlamısan və mənə öz fəzlinlə inayət etmisən ki, Sənin əmrini zahir edim. Beləliklə elə bəlalara düçar olmuşam ki, mənim dilim Səni tərif etmək və Sənin şərəfini ucaltmaqdan dayandırılıb.

Bütün təriflər Sənə olsun, Ey mənim Allahım, Öz hökmünlə və Öz hökmranlığının qüvvəsi ilə mənə qismət etdiklərin üçün. Sənə yalvarıram ki, məni və məni sevənləri Sənin məhəbbətində möhkəmləndirəsən və bizi Sənin Əmrində dönməz saxlayasan. Sənin qüdrətinə and içirəm! Ey mənim Allahım! Sənin bəndənin zilləti Səndən pərdələnməsindədir, izzəti isə Səni tanımaqdadır. Sənin adının qüvvəsi ilə silahlanmışkən, heç nə əsla mənə ziyan vura bilməz və ürəyimdə Sənin məhəbbətin varkən, bütün dünyanın bəlaları heç vəchlə məni qorxuda bilməz.

Ona görə də, Ey mənim Allahım, mənə və mənim sevimlilərimə o şeyləri nazil eylə ki, bizi Sənin həqiqətini inkar edənlərin və Sənin əlamətlərinə inanmayanların şərindən qorusun.

Sənsən, həqiqətən, Ən Cəlallı, Ən Kəramətli.

- Bəhaullah

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Bu Sənin bəndəndir ki, Sənin fəzlinin əllərindən mərhəmət şərabını içdi və Sənin günlərində Sənin məhəbbətinin dadını bildi. Səni and verirəm, Sənin adlarının mücəssəmələrinə, o kəslər ki, Sənin sevgində onların xoşhallığına və nəzərlərini Sənin üzünə dikmələrinə kədər mane ola bilməz və o kəslər ki, qafillərin bütün qoşunları Sənin razılıq yolundan onları döndərməkdə acizdir - ona Sənin malik olduğun xeyirləri nəsib eylə və onu elə zirvələrə qaldır ki, bu dünyaya o, bir göz qırpımından da tez yox olan bir kölgə kimi baxsın.

Həm də, Ey mənim Allahım, Öz ölçüyəgəlməz qüdrətinin gücü ilə onu Sənin bəyənmədiyin bütün şeylərdən hifz eylə. Sən, həqiqətən, onun Mövlası və bütün aləmlərin Rəbbisən.

- Bəhaullah

Ucalsın Sənin Adın, Ya Rəbb mənim Allahım! Səni and verirəm O Adına ki, onunla Məşhər gəldi, Qiyamət qopdu, göydə və yerdə olanları qorxu və dəhşət bürüdü - Sənin mərhəmət səmandan və şəfqət buludlarından Sənə üz tutan və Sənin əmrinə kömək edən bəndələrinin könüllərini sevindirən şeyləri nazil eylə.

Öz bəndələrini və kənizlərini, İlahi, şəkk-şübhə oxlarından hifz eylə və onlara Öz fəzl əllərinlə həzin axan irfan suları içir.

Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Həmişə Bağışlayan, Ən Səxavətlisən.

- Bəhaullah

Ey Allah, mənim Allahım! Mən öz evimdən Sənin məhəbbət ipindən bərk tutaraq çıxmışam və özümü tamamilə Sənin hifz və himayənə tapşırmışam. Səni and verirəm Sənin o qüvvətinə ki, onun vasitəsilə Sən Öz sevimlilərini yol azmaqdan və əyrilikdən, itaətsiz zülmkardan və Səndən uzaqlaşmış hər bir şər adamdan qorumusan - Öz inayət və fəzlinlə məni mühafizə eylə. Sonra qadir eylə ki, Sənin qüvvətin və qüdrətinlə evimə dönüm. Sən, həqiqətən, Qüdrətli, Himayədar, Öz-Özünə Var Olansan.

- Bəhaullah

Ən Uca, Ən Ali, Ən Əzəmətli Allahın Adı ilə!

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Sən Ey mənim Allahım, mənim Mövlam, mənim Rəbbim, mənim Dayağım, mənim ümidim, mənim Pənahım, mənim işığım. Rica edirəm Səndən, Sənin O Pünhan və Gizli Adınla ki, Sənin özündən savayı heç kəs bilməz - bu Lövhü daşıyanı bütün bəla və bədbəxtliklərdən, hər bir pis niyyətli kişi və qadından, bədxahların şərindən və imansızların məkrindən hifz elə. Daha sonra, Ey mənim Allahım, hər bir iztirab və peşmançılıqdan onu qoru, Sən Ey bütün şeylərin səltənətini əlində Saxlayan Allah. Sən, həqiqətən, hər şeydən qüdrətlisən. Sən istədiyini edir və istədiyinə hökm verirsən. Sən Ey Sultanlar Sultanı! Sən Ey mehriban Rəbb! Sən Ey əzəli bəxşiş, səxavət, fəzl və nemətin Mənbəyi! Sən Ey xəstəliklərə Şəfaverən! Sən Ey ehtiyaclara Kifayətedən! Sən Ey Nurların Nuru! Sən Ey işıqların fövqündəki işıq! Sən Ey hər bir Zühuru Aşkar Edən! Sən Ey Şəfqətli! Sən Ey Mərhəmətli! Özünün ən böyük rəhminlə və bol fəzlinlə bu Lövhü daşıyana rəhm eylə, Sən Ey Fəzl Sahibi, Sən Ey Kəramətli. Sonra onu, öz hifzinlə, onun könlünün və ağlının bəyənmədiyi hər şeydən qoru. Qüdrət sahiblərindən, Sən, həqiqətən Ən Qüdrətlisən. Allahın cəlalı Sənin üstünə olsun, Sən Ey qalxan günəş! Sən ona şəhadət verirsən ki, Allah Özü Özünə şəhadət verib - Ondan başqa Allah yoxdur, Qüdrətli, Sevgili Məhbub.

- Bəhaullah

Ey mənim Rəbbim, mənə və Sənə inananlara, Ana Kitabda müəyyən olunduğu kimi, Sənin nəzərində bizim üçün xeyirli olanları qismət eylə, çünki bütün şeylərin ölçüsünü Sən öz ovcunda tutursan.

Sənin gözəl nemətlərin daim Səni sevənlərə nazil olub, Sənin səmavi bəxşişlərinin ecazkar nişanələri Sənin birliyini tanıyanlara bolluqla əta edilib. Bizə verdiyin tale qismətimizi Sənin qayğına etibar edirik və Sənə yalvarırıq ki, bizə Sənin elminin əhatə etdiyi bütün xeyirləri nəsib edəsən.

Ey mənim Rəbbim, Sənin xəbərdar olduğun bütün bəlalardan məni hifz eylə, çünki qüvvət və qüdrət ancaq Səndədir, zəfər yalnız Sənin hüzurundan gəlir və hökm etmək yalnız Sənə məxsusdur. Allah nəyi iradə etmişdi, olub, nəyi iradə etməyib, olmayacaq.

Qüvvət və qüdrət yalnız Allaha məxsusdur, Ən Uca, Ən Qüdrətli Allaha.

- Bab

Alqış Sənə, Ey Allah! Sən O Allahsan ki, bütün şeylərdən əvvəl mövcud idi, bütün şeylərdən sonra mövcud olacaq və bütün şeylərin fövqündə daimi qalacaq. Sən O Allahsan ki, hər şeyi bilir və hər şeydən yüksəkdir. Sən O Allahsan ki, hər şeyə mərhəmətlə yanaşır, hər şeyin mühakimə edir və Onun baxışı hər şeyi əhatə edir. Sənsən mənim Rəbbim Allah, Sən mənim mövqeyimi, batini və zahiri varlığımı bilirsən.

Məni və Sənin Çağırışına cavab verən möminləri bağışla. Mənə ziyan vurmaq istəyən və ya mənə dərd-bəla arzu edənlərin şərindən qoruyan kifayətedici Yardımçı ol. Həqiqətən, Sən bütün yaradılmışların Rəbbisən. Sən hamıya kifayət edirsən, amma heç kim Sənsiz özünə kifayət edə bilməz.

- Bab

Dəfedilməz əzəmət Rəbbi, Qalibiyyətli Allahın Adı ilə!

O Rəbb müqəddəsdir ki, hökmranlıq mənbəyi Onun əlindədir. O istədiyini özünün "Ol" Fərmanı ilə yaradır və o olur. Bundan əvvəl hökm ixtiyarı Onun idi və bundan sonra da Onun olacaq. Öz əmrinin qüdrəti ilə kimi istəsə, O qalib edir. Odur həqiqətdə, Qüdrətli, Qüvvətli. Zühur və Xilqət səltənətlərində və onların arasında olanların səltənətlərində bütün cəlal və əzəmət Ona məxsusdur. Həqiqətən, O Qadirdir, ən Cəlallıdır. əzəldən O, dəfedilməz güc Mənbəyi olmuş və əbədiyyətədək də belə qalacaqdır. O, doğrudan qüdrət və qüvvət Rəbbidir. Göyün və yerin bütün səltənətləri və onların arasında olan hər şey Allahındır və Onun qüdrəti hər şeydən üstündür. Yerin və göyün bütün xəzinələri və onların arasında olan hər şey Onundur və Onun mühafizəsi hər şeyin fövqündədir. Odur yaradan göyləri və yeri və onların arasındakı hər şeyi və O, həqiqətən, hər şeyə şahiddir. Göyün və yerin sakinləri və onların arasında olanlar üçün Haqq-hesab gününün Sahibi Odur və həqiqətən haqq-hesab çəkməkdə Allah cəlddir. Göydə və yerdə və onların arasında olanlar üçün meyarı O müəyyən edir. Həqiqətən O Ali Hifz Edəndir. Göyün və yerin və onların arasında olan hər şeyin açarlarını O öz ovcunda tutur. öz əmrinin gücü vasitəsilə, öz istəyilə O bəxşişlər əta edir. Onun fəzli, doğrudan hamını bürüyür və Odur hər şeyi Bilən.

Söylə: Allah mənə kifayət edir; Odur Öz ovcunda tutan bütün şeylərin səltənətini. Özünün göydə və yerdə və onların arasında olanların qoşunlarının gücü ilə O, bəndələri arasında istədiyi kəsi hifz edir. Allahın, həqiqətdə, gözü hər şeyin üzərindədir.

Nəhayətsiz ucasan Sən, Ya Rəbb! Qarşımızda və arxamızda, başımızın üstündə, sağımızda və solumuzda, ayağımızın altında və digər hər bir tərəfdə olanlardan, o tərəflər ki, mühafizəsiz qalmışdır, orada olanlardan bizi hifz eylə. Həqiqətən, Sənin hər şeyin üzərindəki hifzin qüsursuzdur.1(Bu duanın əsli Həzrət Babın öz əli ilə beş guşəli ulduz şəklində yazılmışdır)

- Bab

Ey Allah, mənim Allahım! Nəfs və ehtirasın şərinə qarşı Öz mömin bəndələrinə sipər ol, Sənin inayətinin ayıq gözlərilə bütün kin, nifrət və həsəddən onları mühafizə eylə, Sənin qayğının əlçatmaz qalasında onlara sığınacaq ver, şübhə oxlarından onları qoru, onları Sənin parlaq əlamətlərinin məzhərləri eylə, Sənin ilahi birlik Günəşinin parlaq şüaları ilə onların çöhrəsini nurlandır, Sənin müqəddəs mələkutundan nazil olan ayələrlə onların könüllərini sevindir, Sənin şərəf səmandan gələn hər şeyi hərəkətə gətirən qüvvətinlə onların qurşaqlarını bərkit. Sən ən Kəramətli, Hifzedən, Qüdrətli, Fəzl Sahibisən.

- Əbdül-Bəha Abbas

Ey mənim Rəbbim! Sən bilirsən ki, insanlar dərd-bəla və fəlakətlərlə əhatə olunub, iztirab və çətinlik içindədirlər. Sınaqlar insana hücum edir və cürbəcür şiddətli bəlalar əjdaha kimi onun üstünə gəlir. Onun üçün Sənin himayədar, hifzedici, qoruyucu və qayğı qanadının altından başqa bir sığınacaq və pənahgah yoxdur.

Sən Ey Mərhəmətli Allah! Ey mənim Rəbbim! Sənin mühafizəni mənim zirehim eylə, Sənin hifzini mənim qalxanım, təvazökarlığı Sənin təklik qapın önündə mənim keşikçim, Sənin qayğı və müdafiəni mənim qalam və məkanım eylə. Mənim nəfs və ehtirasımın hiyləsindən məni qoru, hər cür xəstəlikdən, sınaqdan, çətinlik və ağır imtahandan məni hifz eylə.

Həqiqətən, Sən Himayədar, Hifzedən, Qoruyan, Kifayətedənsən və həqiqətən, Sən Rəhmlilərin Rəhmlisisən.

- Əbdül-Bəha Abbas

Ey mehriban və sevgili Allah! şərq həyəcandadır, qərb isə, dənizin daimi dalğaları kimi təlatümdədir. Müqəddəsliyin nəvazişli nəsimləri yayılır və Qeyb Səltənətindən Həqiqət Günəşinin şüaları parlaq şəfəq saçır. ilahi birlik himni oxunur və səmavi qüdrət bayraqları dalğalanır. Mələyin nidası ucalıb və nəhəng nərəsi kimi, fədakarlıq və faniliyə çağırır. Qalibiyyətli "Ya Bəha-ül-Əbha" sədası hər tərəfdən ucalır və "Ya Əli-ül-Əla"1(Sən Ey Ucalardan Uca) çağırışı bütün diyarlarda səslənir. Və dünyada nə yeganə Dilbərin Cəlalından doğan iğtişaşdan başqa bir həyəcan, nə də Onun, Misilsiz Məhbubun məhəbbətinin çoşqunluğundan doğan özgə bir təlatüm var.

Allahın sevimliləri hər bir məmləkətdə müşk ətirli nəfəsləri ilə parlaq çıraq kimi yanırlar və Mərhəmətlinin dostlarına, açılmış güllər kimi, bütün diyarlarda rast gəlmək olar. Onlar bir an belə dincəlmirlər; Sənin zikrin olmadan bir nəfəs belə çəkmirlər və Sənin əmrinə xidmətdən başqa heç nə arzu etmirlər. Həqiqət çəmənzarında onlar şirin-şirin oxuyan bülbül kimidirlər və hidayət gülşənində onlar al-əlvan rəngli çiçəkdirlər. Onlar Həqiqət Bağının cığırlarını məna çiçəklərilə bəzəyirlər; yellənən sərv ağacları kimi ilahi iradə arxının kənarlarına düzülüblər. Parlaq ulduzlar kimi xilqət üfüqündən şölə saçırlar; parlaq səyyarələr kimi bu dünyanın səmasında işıq verirlər. Onlar İlahi fəzl məzhərləridir və İlahi yardım işığının məşriqidirlər.

Ey Mehriban Allah! İnayət eylə, qoy onların hamısı möhkəm və dəyanətli olsunlar, daimi parlaqlıqla elə işıq saçsınlar ki, hər nəfəs çəkərkən Sənin inayətinin çardağından xəfif nəsimlər əssin, şeh düşsün Sənin fəzl dəryandan, Sənin məhəbbətinin bol yağmurları təravət bəxş etsin və həzin meh öz ətrini İlahi birlik Gülşənindən əsdirsin.

Ey Aləmin Məqsudu, Öz şəfəqindən bir şüa sal. Ey bəşərin Sevgili Məhbubu, bizim üzərimizə Üzünün nurunu saç.

Ey Qadir Allah! Bizə sipər ol və pənahımız ol, Ey varlığın Rəbbi, Öz qüdrət və hökmranlığını zahir eylə.

Sən Ey Mehriban Allah, nifaq təhrikçiləri bəzi diyarlarda meydan sulayır, gecə və gündüz ağır ziyanlar vururlar.

Zalımlar hətta canavar kimi, pusquda durublar, məzlum və məsum qoyunların isə nə köməyi var, nə də himayəsi. Köpəklər, İlahi birlik düzünün ceyranını qovurlar, quzğunlar isə İlahi hidayət dağının kəkliklərini təqib edirlər.

Sən Ey İlahi Hidayət Qüvvəsi, bizi saxla və hifz eylə! Sən Ey bizim Qalxanımız, bizə nicat ver və bizi müdafiə eylə! Öz pənahında saxla və Öz köməyinlə bizi xəstəliklərdən qoru. Doğrudan da, Sənsən Həqiqi Mühafizə Edən, Gözəgörünməz Keşikçi, Səmavi Qoruyan və Göylərin Mehriban Rəbbi.

- Əbdül-Bəha Abbas

ŞƏFA DUALARI

Ey Allah, mənim Allahım! Sənin şəfaverici dəryanla, Sənin fəzl Günəşinin parıltısı ilə və Öz bəndələrini tabe etdiyin Adınla və Sənin Uca Kəlamının nüfuzedən qüvvətilə və Sənin ən müqəddəs Qələminin Qüdrəti ilə və Sənin göydə və yerdə olan bütün məxluqatın üstündə olan mərhəmətinlə - diləyirəm Səndən - məni hər bir qəm-qüssədən və xəstəlikdən, hər bir zəiflik və acizlikdən Öz səxavət sularınla pak eylə.

Görürsən Sən, Ey mənim Allahım, Sənə yalvaran Sənin kəramət qapının önündə dayanıb və Sənin səxavət ipindən yapışaraq ümidlərini Sənə bağlayıb. Yalvarıram Sənə, Sənin fəzl dənizindən və inayət Günəşindən istədiyi şeylərdə onu rədd etmə.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Həmişə Bağışlayan və Ən Səxavətli.

- Bəhaullah

Sənin adın mənim şəfamdır, Ey mənim Allahım, Səni zikr etmək mənim dərmanımdır. Sənə yaxınlıq mənim ümidimdir və Sənə məhəbbət mənim munisimdir. Sənin mənə mərhəmətin həm bu, həm də o biri dünyada mənim şəfam və yardımımdır. Sən, həqiqətən, ən Kəramətli, ən çox Bilən və Ən Hikmətlisən.

- Bəhaullah

Alqışlar olsun Sənə, Ey mənim Rəbbim Allah! And verirəm Sənin o adına ki, Sən onunla hidayət bayraqlarını ucaltdın, inayət şəfəqlərini saçdın, Öz İlahi səltənətini aşkar etdin; onun vasitəsilə Sənin adlarının çırağı Sənin sifətlərinin taxçasında zahir oldu və Sənin Birlik Məbədin və inqita Məzhəri olan Kəs parladı; onun vasitəsilə Sənin hidayət yolların bilindi, Sənin razılıq yolların nişanlandı; onun vasitəsilə azğınlıq sütunları titrədi, zülm və haqsızlıq əlamətləri aradan qalxdı; onun vasitəsilə hikmət çeşmələri qaynadı və səma nemətləri nazil oldu; onun vasitəsilə Sən öz bəndələrini qorudun və Öz şəfanı bəxş eylədin; onun vasitəsilə Sən Öz bəndələrinə mərhəmətini nümayiş etdirdin və Öz əfvini məxluqatına aşkar etdin- yalvarıram Sənə, Sənə bərk-bərk yapışanı və Sənə dönəni, Sənin mərhəmətindən və Sənin məhəbbət ətəyindən tutanı hifz eylə. Sonra ona Öz şəfanı nazil eylə, onu salamat eylə, ona səbr əta eylə və Öz ucalığından ona sakitlik nazil eylə.

Sən, həqiqətən, Şəfaverən, Qoruyan, Qüdrətli, Qüvvətli, Ən Şərəfli, Hər şeyi Bilənsən

- Bəhaullah

Təriflər olsun Sənə, Ey mənim Rəbbim Allah! Sənin ən Böyük Adına and verirəm ki, onunla Sən Öz bəndələrini silkələdin, şəhərlərini yaratdın və Səni and verirəm ən ali adlarına və ən yüksək sifətlərinə, Öz xalqına yardım eylə ki, Sənin bol kəramətinə tərəf dönsünlər və üzlərini Sənin hikmət Məbədinə çevirsinlər. O xəstəlikləri sağalt ki, canları hər tərəfdən bürüyüb və onları, nəzərlərini Sənin Adının sığınacağında olan Cənnətə yönəlməkdən məhrum edib, O Adın ki, Sən onu göydə və yerdə olanlar üçün adların Sultanı təyin etmisən. Sən Öz istədiyini etməyə Qadirsən. bütün adların səltənəti Sənin əlindədir. Səndən başqa Allah yoxdur, Sən Qüdrət və Hikmət Sahibisən.

Mən ancaq fəqir bir məxluqam, İlahi; Sənin zənginlik ətəyindən tutmuşam. Ağrı çəkən bir xəstəyəm; Sənin şəfa ipindən bərk yapışmışam. Məni saran xəstəliklərdən məni qurtar, Sənin fəzl və mərhəmət sularınla məni yu və Öz əfvinlə və kəramətinlə məni sağlamlıq libası ilə bəzə. Sonra məni qadir eylə ki, gözlərimi Sənə dikim və məni Səndən başqa hər bir bağlılıqdan xilas eylə. Sənin istədiyini etməkdə və Sənin razı qaldıqlarını həyata keçirməkdə mənə yardım eylə.

Sən, həqiqətən, bu həyatın və o biri dünyanın Rəbbisən. Sən, həqiqətən, Həmişə Bağışlayan və Ən Mərhəmətlisən.

- Bəhaullah

QADINLAR ÜÇÜN ŞƏFA DUASI

Alqışlar olsun Sənə, Ey mənim Rəbbim Allah! Sənin O Adına and verirəm ki, Sənin Camalın olan Kəs onunla Sənin Əmrinin Taxtında əyləşib və Sənin O Adına ki, onunla Sən hər şeyi dəyişirsən və hər şeyi bir yerə toplayırsan, hər şeyi hesabata çəkirsən, hər şeyi qoruyursan və hər şeyi saxlayırsan- yalvarıram Sənə, Sənə pənah gətirmiş, Sənin Özünün Zahir olduğun Kəsdə sığınacaq axtarmış və bütün inam və etibarı ilə Sənə təvəkkül etmiş bu kənizini hifz eylə.

O xəstədir, Ey mənim Allahım, Sənin şəfa ağacının kölgəsi altına daxil olub; o dərdlidir, Sənin hifzinin şəhərinə pənah gətirib; o iztirab içindədir, Sənin lütflərinin Çeşməsini axtarır; o məyusdur, Sənin sakitlik Mənbəyinə çatmağa tələsir; o günahkardır, Sənin əfv taxtına üz tutub.

Ona, Öz sultanlığın və inayətinlə, Ey mənim Allahım və mənim Məhbubum, Sənin məlhəm və şəfa libasını geyindir və Sənin şəfqət və lütf piyaləndən içir. Ondan əlavə, onu hər bir xəstəlikdən, dərddən və hər cür ağrı və iztirabdan və Sənin rəva görmədiyin hər bir şeydən hifz eylə.

Sən, həqiqətən, Özündən başqa hamıdan sonsuz Ucasan. Sən, həqiqətən, Şəfaverən, Kifayətedən, Hifzedən, Həmişə Bağışlayan və Ən Mərhəmətlisən.

- Bəhaullah

KÖRPƏLƏR ÜÇÜN ŞƏFA DUASI

Sən O Kəssən ki, Ey mənim Allahım, Sənin adlarınla xəstələr şəfa tapır, dərdlilər sağalır, susuzların yanğısı sönür, iztirab çəkənlər sakitləşir, yolunu azanlar hidayət olunur, həqirlər ucalır, fəqirlər varlanır, cahillər ziyalanır, kədərlilərin üzü nurlanır, qəmginlər şadlanır, üşüyənlər isinir və əzilənlər qaldırılır. Sənin adınla, İlahi, bütün mövcudat hərəkətə gəldi, göylər genişləndı, yer bərqərar oldu və buludlar qalxdı və yerə yağış yağdırdı. Bu, həqiqətən, Sənin Öz xilqətinə Sənin bir fəzlindir.

Yalvarıram, ona görə də, Sənin o adına ki, onun vasitəsilə Öz Allahlığını aşkar etdin və Öz Əmrini bütün yaradılmışların üzərində ucaltdın və and verirəm Sənin ən ali adlarının və ən yüksək sifətlərinin hər birinə və bütün məziyyətlərinə ki, onunla Sənin üstün və ən uca Varlığın alqışlanıb - bu gecə Sənin mərhəmət buludlarından Öz şəfanı, Sənin xilqət səltənətində Özünün ən Şərəfli Varğına bağladığın bu körpənin üzərinə yağdır. Sonra onu, Ey mənim Allahım, Öz fəzlinlə sağlamlıq və salamatlıq əbasına bürü və Ey mənim Məhbubum, bütün bəlalardan, xəstəlikdən və Sənə xoş olmayan hər bir şeydən onu hifz eylə. Sənin qüdrətin, həqiqətən, hər bir şeyə qadirdir. Sən, həqiqətdə, Ən Qüdrətli, Öz-Özünə Var Olansan. Bundan başqa, Ey mənim Allahım, ona bu dünyanın və o biri dünyanın xeyrini, keçmiş və sonrakı nəsillərin xeyrini nazil eylə. Sənin qüdrətin və hikmətin, həqiqətən, buna qadirdir.

- Bəhaullah

BÖYÜK ŞƏFA DUASI

Şəfaverən, Kifayətedən, Köməkedən, Bağışlayan və Mərhəmətlidir.

Çağırıram Səni, Ey Uca, Ey Vəfalı, Ey Cəlallı Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Sultan, Ey Ruhlandıran, Ey Hakim! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağıram Səni, Ey Misilsiz, Ey Əbədi, Ey Tək Olan Allah! Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey ən çox Alqışlanan, Ey Müqəddəs, Ey Yardımedən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey hər şeydən Xəbərdar, Ey Ən Hikmətli, Ey Ən Böyük Allah!

Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Rəhmli, Ey Əzəmətli, Ey Fərmanverən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Məhbub, Ey Məşuq, Ey Məftun Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Ən Güclü, Ey Saxlayan, Ey Qüdrətli Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey İdarə Edən, Ey Öz-Özünə Var Olan, Ey hər şeyi Bilən Allah!

Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Ruh, Ey İşıq, Ey Ən Aşkar olan Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Sən Ey hamının ən çox üz Tutduğu, Sən Ey hamıya Məlum, Sən Ey hamıdan Gizli Olan Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Görünməz, Ey Qalibiyyətli, Ey Ətaedən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Qüvvətli, Ey Yardımedən, Ey Eyibləri Örtən Allah! Sənsən Kifayətedən, Sənsən Şənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Yaradıcı, Ey Qaneedən, Ey Kökündən Qoparan Allah! Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Qaldıran, Ey Toplayan, Ey Yüksəldən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Kamilləşdirən, Ey Bağlı Olmayan, Ey Kəramətli Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağıriram Səni, Ey Xeyirxah, Ey Məhrumedən, Ey Yaradan Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Ən Yüksək, Ey Gözəl, Ey Kəramətli Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Ədalətli, Ey Fəzl Sahibi, Ey Səxavətli Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Vadar Edən, Ey Daimi Qalan, Ey Ən Bilici Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Əzəmətli, Ey Qədim, Ey Kərim Allah! Sansan Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Hifz olunan, Ey Sevinc Rəbbi, Ey Məqsud Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Sən Ey hamıya Şəfqətli, Ey Lütfedən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey haminin Pənahı, Ey hamınnın Sığınacağı; Ey hamını Saxlayan Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Sən Ey hamıya Yardımçı, Sən Ey hamının Dilədiyi, Ey Dirildən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Aşkaredən, Ey Viranedən, Ey Ən Rəhmli Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Sən Ey mənim Canım, Sən Ey mənim Cananım, Sən Ey mənim İmanım Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Susuzluğu Yatıran, Ey Ən Ali Rəbb, Ey Ən Əziz Allah! Sənsən Kifayətedən, Sənsən Şənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Ən Böyük Zikr, Ey Ən Ali Ad, Ey Ən Qəidim Yol Olan Allah!

Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Ən Tərifli Olan, Ey Ən Müqəddəs, Ey Ən Pak Olan Allah!

Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Ayıran, Ey Nəsihətverən, Ey Nicatverən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Həbib, Ey Təbib, Ey Cəzbedən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Cəlallı, Ey Gözəllik, Ey Fəzl Sahibi olan Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Ən Güvənilən, Ey Aşıq, Ey Dan Yerinin Sahibi Olan Allah!

Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Ruhlandıran, Ey Aydınladan, Ey Vəcdəgətirən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Səxavət Rəbbi, Ey Ən Şəfqətli, Ey Ən Mərhəmətli Allah!

Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Sabit, Ey Həyatverən, Ey Varlığı Mənbəyi Allah!

Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Sən Ey hər şeyə Nüfuzedən, Ey hər şeyi Görən, Ey Hər şeyi Bəyanedən Allah!

Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Ey Aşkar ikən Gizli Olan, Ey Görünməz ikən Məşhur, Ey hamının axtardığı, Seyredən Allah! Sənsən Kifayətedən, Sənsən Şəfaverən, Sənsən Daimi, Ey Daimi Olan!

Çağırıram Səni, Sən Ey Aşiqləri Öldürən, Ey günahkarlara Rəhmedən Allah!

Ey Kifayətedən, çağırıram Səni, Ey Kifayətedən!

Ey Şəfaverən, çağırıram Səni, Ey Şəfaverən!

Ey Daimi Qalan, Çağırıram Səni, Ey Daimi Qalan!

Sən Ey Daimi Olan, Ey Daimi Olan Allah!

Paksən Sən, Ey mənim Allahım! Sənin səxavətinə and verirəm ki, onunla Sənin nemət və fəzl qapıların geniş açıldı, onunla Sənin Müqəddəslik Heykəlin əbədiyyət Taxtında bərqərar oldu; və and verirəm Sənin mərhəmətinə ki, onunla Sən bütün yaranmışları Öz nemət və bərəkət süfrənə dəvət etdin; və and verirəm Sənin inayətinə ki, onunla Sən Öz Zatında Özünün "Bəli" sözünlə göydə və yerdə olanların adından cavab verdin, o zaman ki, Sənin hökmranlığın və əzəmətin aşkar olun, və o sübh çağında ki, Sənin səltənətin zahir oldu. Və yenə də and verirən bu ən gözəl adlarına, bu ən ali və uca sifətlərinə, Sənin ən yüksək Zikrinə, Sənin pak və lətif Camalına, Sənin ən gizli pərdə arxasındakı gizli Nuruna, və hər səhər və axşam Sənin dərd libasına bürünmüş Adına ki, bu mübarək Lövhü daşıyanı, onu oxuyanı, ona rast gələni, onun saxlandığı evin ətrafından keçəni hifz eylə. Sonra onunla hər bir xəstəyə, naxoşa və fəqirə hər bir dərd-bəladan, hər bir fəlakət və qəm-qüssədən şəfa ver və onunla arzu edən hər kəsi Sənin hidayət yoluna, əfv və fəzlinin yoluna istiqamətləndir.

Sən, həqiqətən, Qüvvətli, Kifayətedən, Şəfaverən, Hifzedən, Bəxşedən, Şəfqətli, Ən Səxavətli və Rəhmlisən.

- Bəhaulah

ŞÜKR VƏ MINNƏTDARLIQ DUALARI

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Nə zaman ki, Səni zikr etməyə cəhd göstərirəm, özümü Sənin məqamının yüksəkliyi və Sənin qüdrətinin sarsılmaz əzəməti qarşısında aciz görürəm. çünki mən Sənin səltənətin boyunca və Sənin hökmranlığın durduqca Səni tərif etsəm, görərəm ki, mənim Səni tərifim ancaq mənim kimi olanlara layiqdir, o kəslər ki, özləri Sənin yaratdıqlarındır, Sənin əmrinin gücündən törəyiblər və Sənin iradənin qüdrəti vasitəsilə yaranıblar. Və hər zaman ki, mənim qələmim sənin adlarından birinin cəlalını təsvir edir, onda mənə elə gəlir ki, mən onun Səndən uzaqlığa görə ah-naləsini və onun Sənin hicranına görə fəryadını eşidirəm. Etiraf edirəm, Səndən başqa hər şey ancaq Sənin yaratdıqlarındır və Sənin ovcundadır. Öz yaratdıqlarından hər hansı əməli və ya tərifi qəbul etmək, yenə də Sənin fəzlinin və kəramətinin heyrətamizliyinə və Sənin inayət və səxavətinin təzahürünə şəhadət verir.

Səni and verirəm, İlahi, Sənin Ən Böyük Adına ki, onunla Sən nuru oddan və haqqı nahaqdan ayırdın, mənə və mənim ətrafımda olan sevdiklərimin üzərinə bu dünyanın və o biri dünyanın xeyrini nazil eylə. Sonra insanların gözündən gizli qalan ecazkar bəxşişlərindən bizə ruzi ver. Sən, həqiqətən, bütün məxluqatın Yaradanısan. Səndən başqa Allah yoxdur, Ən Qüdrətli, Ən Şərəfli, Ən Uca.

- Bəhaullah

Bütün tərif, Ey mənim Allahım, Sənə olsun, Ey cəlal və qüdrət, əzəmət və şərəf, hökmranlıq və möhtəşəmlik, ucalıq və fəzl, həşəmət və hakimiyyət Mənbəyi. Sən kimi istəsən, Ən Böyük Dəryaya yaxınlaşdırırsan və kimə arzu etsən, ona Sənin ən Qədim Adını tanımaq şərəfi əta edirsən. Göydə və yerdə olanlardan heç kəs Sənin hökmran iradənə qarşı dura bilməz. əzəldən Sən bütün xilqəti idarə etmisən və əbədiyyətə qədər də Sənin hökmranlığın bütün mövcudat üzərində qalacaq. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Uca, Ən Qüvvətli, Ən Hikmətli Allah.

Ya Rəbb, Sənin bəndələrinin üzlərini nurlandır ki, onlar Sənə baxsınlar; onların ürəyini pak et ki, Sənin səmavi nemətlərinə tərəf dönsünlər və O Kəs ki, Sənin özünün Zühurundur və Sənin Zatının Məşriqidir - Onu tanısınlar. Həqiqətən, Sən bütün aləmlərin Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən Yenilməz, Qalibiyyətlisən.

- Bəhaullah

Ən Uca Allahın adı ilə!

Uca və Alqışlanansan Sən, Ya Rəbb, Qüdrətli Allah! Sənin hikmətin qarşısında aqillər aciz qaldılar və Sənin elmin qarşısında ariflər öz cahilliklərini etiraf etdilər, Sənin qüdrətin önündə güclülər zəifliklərinə, Sənin zənginliyin qarşısında varlılar öz yoxsulluqlarına şəhadət verdilər, Sənin nurun qarşısında nurlanmışlar zülmətdə itib-batmışlar, Sənin biliyinə doğru anlayış cövhərinin özü dönür, Sənin hüzurunun məbədi ətrafında bütün bəşərin ruhu təvaf edir.

Onda Sənin Zatını mən necə tərif və ya tərənnüm edə bilərəm, Onu müdrikin hikməti və alimin elmi dərk etməkdə aciz qaldı, çünki heç kəs dərk etmədiyini alqışlaya bilməz, nə də yetişmədiyi şey haqqında danışa bilər, o halda ki, Sən əzəldən Əlçatmaz, Dərk edilməz olmusan. Baxmayaraq ki, mən gücsüzəm, Sənin şərəf səmana qalxım və Səni tanımağın fəzasına pərvaz edim, amma mən Sənin gözəl işlərini göstərən nişanələrindən bəhs edə bilərəm.

Sənin cəlalına and olsun! Ey ürəklərin Məhbubu, Sən Ey Sənin həsrətini çəkənlərin iztirabını yalnız Özü sakitləşdirən! Hətta göyün və yerin sakinləri birləşib Sənin əlamətlərinin ən cüzisini tərif etsələr - nədə və nəyin vasitəsilə ki, Sən Özünü aşkar etmisən - və ondan da çox Sənin bütün əlamətlərinin yaradıcısı olan müqəddəs Kəlamını tərif etməkdə yenə də aciz qalarlar.

Bütün tərif və alqış Sənə olsun, O Kəs ki, bütün şeylər şəhadət verib ki, Sən təksən, və Səndən başqa Allah yoxdur, O Kəs ki, əzəldən bütün bənzərlik və oxşarlıqdan uca olub və əbədiyyətədək də belə qalacaq. Bütün sultanlar ancaq Sənin bəndələrindir və görünən və görünməyən bütün varlıqlar Sənin qarşında bir heçdir. Səndən başqa Allah yoxdur, Fəzl Sahibi, Qüdrətli, Ən Uca Allah.

- Bəhaullah

Ucalsın Sənin adın, Ya Rəbb mənim Allahım! Sən O Kəssən ki, bütün şeylər Ona sitayiş edir, O isə heç kəsə sitayiş etmir, O Kəs ki, bütün şeylərin Ağasıdır və heç kimdən asılı deyil, O Kəs ki, hər şeyi bilir və heç kimə məlim deyil. Sən arzu etdin ki, insanlara özünü tanıdasan; ona görə də, öz ağzından çıxan bir kəlmə ilə xilqəti var etdin və kainatı qurdun. Səndən başqa Allah yoxdur, Yaradıcı, Xaliq, Qüdrətli, Ən Qüvvətli.

Səni and verirəm həmin o sözə ki, Sənin iradənin üfüqündən parladı, məni qadir et ki, Sənin seçilmişlərinin ürəklərini canlandıran və Səni sevənlərin ruhlarını dirildən həyat sularından doyunca içim, ta ki, mən hər vaxt və bütün şərtlər altında üzümü tamamilə Sənə tutum.

Sən qüdrət, şərəf və səxavət Allahısan, Səndən başqa Allah yoxdur, Uca Hakim, Ən Cəlallı, Hər şeyi Bilən Allah.

- Bəhaullah

Təriflisən Sən, Ya Rəbb mənim Allahım! şükr edirəm Sənə, çünki məni qabil etdin ki, Sənin Özünün Zühurunu tanıyım və Sənin düşmənlərindən məni ayırdın, öz günlərində mənim gözüm qarşısında onların bəd əməllərini və şər işlərini açdın, onlara olan bütün bağlılıqlardan məni qurtardın, məni tamamilə Öz fəzlinə və bol nemətlərinə doğru döndərdin. Mən Sənə həm də ona görə şükr edirəm ki, Öz iradə buludlarından onları mənə nazil etdin ki, məni imansızların eyhamından və kafirlərin kinayəsindən elə pak etdi ki, öz ürəyimi möhkəmcə Sənə bağladım və Sənin üzünün nurunu dananlardan qaçdım. Yenə də Sənə şükr edirəm ki, Sənin məhəbbətində dəyanətli olmaqda, Səni tərif etməkdə və Sənin məziyyətlərini ucaltmaqda mənə qüvvə verdin və ona görə ki, görünən və görünməyən hər şeyi saran mərhəmətinin piyaləsindən mənə içirdin.

Sən Qüdrətli, Ən Uca, Ən Cəlallı, Ən Mərhəmətlisən.

- Bəhaullah

Bütün əzəmət və şərəf, Ey mənim Allahım, bütün hökmranlıq və nur və ehtişam və cəlal Sənin üzərinə olsun. Sən kimə iradə etsən, ona sultanlıq əta edirsən və kimi istəsən, ondan məhrum qoyursan. Səndən başqa Allah yoxdur, Hər şeyə Malik, Ən Uca. Sən O Kəssən ki, heç nədən kainatı və onda olan bütün məxluqatı yaradıb. Sənin özündən başqa heç nə yoxdur Sənə layiq, halbuki Səndən başqa hər şey Sənin müqəddəs hüzurunda səfil kimidir və Sənin öz Varlığının cəlalı ilə müqayisədə bir heçdir.

Mən Sənin sifətlərini heç vəchlə tərif edə bilmərəm, məgər onunla ki, Sən Özün Öz Mötəbər Kitabında onları tərif etmisən, harada ki, Sən buyurursan, "Heç bir baxış Onu dərk edə bilməz, lakin O, bütün baxışları dərk edər. O, Məharətli və Hər şeydən Agahdır."1(Quran, 6:103) şərəflər olsun Sənə, Ey mənim Allahım, həqiqətən, heç bir ağıl və ya göz, nə qədər iti və ya bəsirətli olsa da, Sənin əlamətlərindən ən cüzi olanın təbiətini anlaya bilməz. Həqiqətən, Sən Allahsan, Səndən başqa Allah yoxdur. Mən şəhadət verirəm ki, təkcə Sən özün öz sifətlərinin yeganə ifadəsisən ki, Səndən başqa heç kəsin tərifi Sənin müqəddəs dərgahına çata bilməz, nə də Sənin sifətlərini Səndən özgə bir kimsə dərk edə bilər.

Alqışlar olsun Sənə, Özündən başqa hər kəsin vəsfindən yüksəksən Sən, çünki bu insan anlayışından kənardır ki, Sənin məziyyətlərini tərif etsin, ya da Sənin Zatının batini mahiyyətini dərk edə bilsin. Bu Sənin şərəfindən çox uzaqdır ki, Sənin yaratdıqların Səni vəsf etsinlər, ya da Səndən özgə kimsə Səni nə vaxtsa tanıya bilsin. Mən Səni, Ey mənim Allahım, ona görə tanıdım ki, özün özünü mənə tanıtdırdın, çünki əgər özünü mənə zahir etməsəydin, mən Səni tanımazdım. Məni özünə çağırdığın üçün mən Sənə sitayiş edirəm, çünki əgər Sənin çağırışın olmasaydı, mən Sənə sitayiş etməzdim.

- Bab

MÜƏYYƏN BİR MÜNASİBƏTLƏ OXUNAN DUALAR

ƏYYAMİ-HA (ƏLAVƏ GÜNLƏR)

(əlavə Günlər, Fevralın 26-dan Martın 1-dək, Orucluğa hazırlaşmaq gunləri, qonaqpərvərlik günləri, xeyriyyə və hədiyyələr bağışlamaq günləridir.)

Mənim Allahım, mənim Atəşim və mənim Çırağım! Öz Kitabında Əyyam-i-Ha adlandırdığın günlər başlayıb, Sən Ey adların Sultanı və Sənin ən uca Qələminin Sənin xilqətinin səltənətində, riayətini hamıya hökm etdiyin Oruc yaxınlaşır. Səni and verirəm, ilahi, bu günlərə və bu müddətdə Sənin hökmlərinin ipindən və Sənin əmrlərinin dəstəyindən yapışanların hamısına, hər bir ruha Sənin sarayının yanında bir yer və Sənin üzünün şəfəqinin məşriqində bir məkan qismət eylə.

Bunlar, İlahi, Sənin o bəndələrindir ki, nəfsi-həva onları Sənin Kitabında nazil etdiklərindən uzaq sala bilmədi. Onlar Sənin əmrin qarşısında baş əyiblər, Sənin Kitabını Səndən gələn qətiyyətlə qəbul ediblər və Sənin onlara hökm etdiklərinə riayət ediblər, Sənin nazil etdiklərinə əməl etmək üçün seçiliblər.

Sən görürsən, İlahi, onlar Sənin Lövhlərində zahir etdiklərini necə iqrar və etiraf ediblər. ilahi, Öz Əta əllərindən Sənin əbədiliyinin suyundan onlara içirt. Sonra onlara Sənin dəryanda üzənlərin və Səninlə vüsalın əla şərabından dadanların mükafatını müəyyən eylə.

Rica edirəm Səndən, Ey şahların şahı və əzilənlərə Rəhmi gələn, onlara bu dünyanın və o dünyanın xeyrini qismət eylə. Onlara Sənin yaratdıqlarından hələ heç kəs bilmədiyini tanıtdır. Onları o kimsələrin cərgəsinə yaz ki, Sənin ətrafına toplaşıblar və Sənin bütün aləmlərində Sənin taxtının ətrafında dolanırlar.

Sən, həqiqətən, Qüdrətli, Bilici və Hər şeydən Xəbərdarsan.

- Bəhaullah

ORUCLUQ

Kitabi-əqdəsdə buyrulur: "Biz sizə hökm etmişik ki, kamilliyə yetişəndən (15 yaş) namaz qılıb oruc tutasınız; Bu Allah tərəfindən, Sizin Rəbbiniz və babalarınızın Rəbbi tərəfindən hökm olunmuşdur.... Səfərdə olana, xəstəyə, uşağı olana və ya süd verən analara Oruc tutmaq hökmü şamil edilmir... Yeməkdən və içməkdən günçıxandan günbatana qədər pəhriz edin və məbada Kitabda təyin olunmuş bu nemətdən özünüzü məhrum etmək istəyəsiniz" Orucluq müddəti Martın 2-dən 20-sinə qədərdir.

Bu, Ey mənim Allahım, günlərdən birincisidir ki, Sən Öz sevimlilərinə Oruc tutmağı əmr etmisən. Səni and verirəm Sənin Özünə və özü xatirinə və ya öz arzusu üçün, ya da Sənin qəzəbindən qorxduğu üçün deyil, Sənin məhəbbətin və Sənin razılığın naminə oruc tutan kəsə və Sənin ən ali adlarına və yüksək sifətlərinə - Sənin bəndələrini Səndən başqa hər şeyə məhəbbət bağlılığından pak eylə və onları Sənin üzünün nurunun Məşriqinə və Sənin vahidlik Taxtına cəzb eylə. Onların ürəyini Sənin irfanının nuru ilə nurlandır, Ey mənim Allahım və onların üzlərini Sənin iradə üfüqündə parlayan Günəşin şüaları ilə parlat. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, ən şərəfli, bütün insanların kömək dilədiyi Allah.

Yardım eylə onlara, Ey mənim Allahım, Sənin naminə qələbə qazansınlar və Sənin Kəlamını ucaltsınlar. Sonra onlara izn ver ki, Sənin bəndələrin arasında Əmrinin əlləri və Sənin dinini və bəşərin arasında Sənin nişanələrini zahir edənlər olsunlar, belə ki, bütün dünya Sənin zikrin və tərifinlə və Sənin dəlil və sübutlarınla dolsun. Sən, həqiqətən, Ən Kəramətli, Ən Uca, Qüdrətli, Əzəmətli və Mərhəmətlisən.

- Bəhaullah

Hər şeyi Bilən və Hər şeydən Xəbərdar Olan Allahın Kitabında Vəd olunmuş Kəsin Adı ilə! Orucluq günləri yetişdi, o günlər ki, Sənin Taxtın ətrafında təvaf edən və Sənin hüzuruna yetişən bəndələrin oruc tutublar. Söylə: Ey adların Allahı və göyün və yerin Yaradanı! Səni and verirəm ən şərəfli Adına - Sənə məhəbbət naminə və Sənin razılığın xatirinə oruc tutanların və Sənin Kitablarında və Lövhlərində onlara hökm etdiklərini yerinə yetirənlərin orucunu qəbul eylə. Səni and verirəm onlara, Sənin əmrini irəlilətməkdə mənə kömək eylə və Sənə məhəbbətimdə məni sabit eylə ki, ayaqlarım Sənin məxluqlarının etirazından sürüşməsin. Həqiqətən, istədiyin hər şeyin üzərində Sən qadirsən. Səndən başqa Allah yoxdur, Dirildən, Ən Qüdrətli, Ən Kəramətli, Günlərin Qədimi.

- Bəhaullah

Alqış Sənə, Ya Rəbb mənim Allahım! Sənin hökmünə uyğun olaraq biz oruca riayət etmişik və indi Sənin məhəbbətin və razılığınla onu açırıq. Ey mənim Allahım, üzümüzü Sənin əmrinə tutaraq, Səndən başqa hər şeydən azad olaraq bütünlüklə Sənin Gözəlliyin xatirinə Sənin yolunda icra etdiyimiz əməllərimizi öz qəbuluna layiq gör. Sonra bizə, bizim ata-babalarımıza və bu Ən Böyük, bu Ən Cəlallı Zühurda Sənə, Sənin əzəmətli nişanələrinə iman gətirənlərin hamısına Öz əfvini əta eylə. Sən seçdiyini etməyə Qadirsən. Sən, həqiqətən, Ən Uca, Qüdrətli, ixtiyar Sahibisən.

- Bəhaullah

Təriflər olsun Sənə, Ay Allah, mənim Allahım! Bu o günlərdir ki, Sən Öz seçilmişlərinə, Öz sevimlilərinə və Öz bəndələrinə Oruc tutmağı hökm etmisən və onu Öz səltənətinin adamlarına bir işıq etmisən, necə ki, Sən namazı Sənin birliyini tanıyanlara yüksəliş nərdivanı etmisən. Səni and veriəm, Ey mənim Allahım, bütün bəşəriyyətə izzət və şərəf kimi müəyyən etdiyin bu iki qüdrətli sütuna - Öz dinini allahsızların şərindən və günah edənlərin pis niyyətlərindən hifz eylə. Ya Rəbb, Öz gücünlə və Öz qüdrətinlə nazil etdiyin o işığı gizlətmə. Sonra Sənin əmrin və hökmranlığınla görünən və görünməyən qoşunlarla Sənə həqiqətən iman gətirənlərə kömək eylə. Səndən başqa Allah yoxdur, Qüdrətli, ən Qüvvətli.

- Bəhaullah

Səni and verirəm, Ey mənim Allahım, Sənin Qüdrətli Əlamətinə və Sənin insanlar arasında fəzlinin təzahürünə, Sənin hüzurunun şəhərinin qapısından məni qovma və Sənin məxluqatın arasında Sənin fəzlinin nümunələrinə bağladığım ümidlərimdə məni peşiman etmə. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Əzəmətli, Ən Böyük, Ən Uca, Ən Şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin ən şirin Nidana və Sənin ən Uca Sözünə - məni həmişə Sənin qapının astanasının daha da yaxınlığına cəzb eylə, və izn vermə ki, Sənin mərhəmətinin kölgəsindən və Sənin kəramətinin çadırından uzaqlaşım. Sən məni görürsən, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Əzəmətli, Ən Böyük, Ən Uca, Ən Şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, ən uca üfüqdən parlayan Sənin nurlu alnının ziyasına və Sənin üzünün işığının parıltısına -Öz libasının ətri ilə məni cəzb et və mənə Sənin bəyanının seçilmiş şərabından içir. Sən məni görürsən, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Əzəmətli, Ən Böyük, Ən Uca, Ən Şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, yaradılış aləminin gizli mənalarının müşkünü yayan uca qələminin Sənin Lövhlərinin səhifələri üzərində hərəkət etdiyi kimi Sənin üzündə hərəkət edən zülfünə - Sənin əmrinə xidmət etmək üçün məni elə qaldır ki, mən nə geri çəkilim, nə də Sənin əlamətlərinə irad tutan və Sənin üzündən üz döndərən kəslərin eyhamı mənə mane olsun. Sən məni görürsən, Ey mənim Allahım, Sənin Ən Müqəddəs,Ən Nurlu, Ən Əzəmətli, Ən Böyük, Ən Uca, Ən Şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin O Adına ki, Sən Onu adların Sultanı etmisən, onunla göydə və yerdə olanlar heyran qalıblar - məni qadir et ki, Sənin Gözəlliyinin Günəşinə baxım və mənə Sənin bəyanının şərabını ver. Sən məni görürsən, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Əzəmətli, Ən Böyük, Ən Uca, Ən Şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, ən uca zirvələr üzərində Sənin əzəmət Qəsrinə və yüksək təpələr üzərindəki Sənin Vəhy çadırına - mərhəmətlə kömək et mənə, onu edim ki, Sənin iradən istəyib və Sənin məqsədin aşkar edib. Sən məni görürsən, Ey mənim Allahım, Sənin Ən Müqəddəs,Ən Nurlu, Ən Əzəmətli, Ən Böyük, Ən Uca, Ən Şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin Məhbub Adının Zühuruna, O Kəs ki, Onunla Sənin aşiqlərinin ürəyi alışıb yandı, yer üzü sakinlərinin ruhları yüksəkliklərə pərvaz etdi - kömək et mənə, Sənin yaratdıqların arasında Səni zikr edim və Sənin insanların arasında Səni tərif edim. Sən məni görürsən, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Əzəmətli, Ən Böyük, Ən Uca, Ən Şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, İlahi Sidrə Ağacının(Sidrətül-Müntəhanın) xışıltısına və Sənin adlarının səltənətində Sənin bəyanının nəsimlərinin zümzüməsinə - Sənin xoşlanmadığın bütün şeylərdən məni uzaqlaşdır və məni o məqamın yaxınlığına cəzb et ki, oradan Sənin əlamətlərinin Günəşi parlamışdır. Sən məni görürsən, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Əzəmətli, Ən Böyük, Ən Uca,Ən Şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, o Hərfə ki, Sənin iradənin ağzından çıxan kimi, dəryalar dalğalandı və küləklər əsdi, meyvələr çıxdı, ağaclar böyüdü, bütün köhnə izlər yox oldu, bütün pərdələr yırtıldı, Sənə sadiq olanlar Öz Yenilməz Rəbblərinin üzünün nuruna döğru tələsdi - Sənin elminin xəzinələrində saxlanan və Sənin hikmətinin dəfinlərində gizli qalan şeyləri mənə aşkar eylə. Sən məni görürsən, Ey mənim Allahım, Sənin ən Müqəddəs, ən Nurlu, ən əzəmətli, ən Böyük, ən Uca, ən şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin məhəbbətinin oduna ki, Sənin seçilmişlərinin və sevimlilərinin gözlərindən yuxunu çəkib və Səni and verirəm onların Səni zikrinə və tərifinə - məni o kəslərin sırasına yaz ki, Sənin öz Kitabında nazil etdiklərinə və öz iradənlə aşkar etdiklərinə nail olublar. Sən məni görürsən, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Əzəmətli, Ən Böyük, Ən Uca, Ən Şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin o üzünün nuruna ki, Sənə yaxın olanları Sənin hökmünün oxlarını qarşılamağa, Sənə sadiq olanları Sənin yolunda Sənin düşmənlərinin qılınclarıyla üzləşməyə yönəldib - Sənin ən uca qələminlə öz əminlərinə və seçilmişlərinə yazdıqlarını mənə yaz. Sən məni görürsən, Ey mənim Allahım, Sənin ən Müqəddəs, ən Nurlu, ən əzəmətli, ən Böyük, ən Uca, ən şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin O Adına ki, Onunla Sən aşiqlərinin nidasını, Sənə müştaq olanların harayını və Sənə yaxın olanların fəryadını, Sənə sadiq olanların naləsini eşitdin, onunla ümidlərini Sənə bağlayanların arzusunu yerinə yetirdin, Öz fəzl və lütfünlə onların istədiklərini onlara bəxş etdin, və Sənin O Adına and verirəm ki, Onunla Sənin üzün qarşısında əvf dənizi dalğalandı və Sənin səxavət buludlarının yağışı Sənin bəndələrinin üstünə yağdı - Sənə dönənlərin hamısına, Sənin hökm etdiyin Orucu tutanlara Sənin iznin olmadan danışmayanların və Sənin yolunda və Sənə olan məhəbbətləri xatirinə malik olduqları hər şeyi unudanların mükafatını yaz.

Səni and verirəm, ilahi, Sənin özünə, Sənin əlamətlərinə, Sənin aydın nişanələrinə, Sənin Camalının Günəşinin parıldayan nurlarına və Sənin Budaqlarına - Sənin qanunlarına möhkəm yapışanların və Sənin Kitabında onlara hökm etdiklərinə əməl edənlərin günahlarını sil. Sən məni görürsən, Ey mənim Allahım, Sənin ən Müqəddəs, ən Nurlu, ən əzəmətli, ən Böyük, ən Uca, ən şərəfli Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

- Bəhaullah

Alqışlar Sənə, Ya Rəbb mənim Allahım! Bunlar o günlərdir ki, Sən bütün insanlara Oruc tutmağı hökm etmisən, ta ki, bununla onlar öz qəlblərini təmizləsinlər və Səndən başqa hər şeyə bağlılıqdan qurtulsunlar və onların ürəklərindən elə şeylər yüksəlsin ki, Sənin qüdrət sarayına layiq olsun və Sənin birliyinin təzahürünün taxtına yaraşsın. izn ver, ilahi, qoy bu oruc həyatverici sular axan çay olsun və Sənin ona əta etdiyin bəhrəni versin. Bununla Sən Öz bəndələrinin ürəklərini təmizlə, o bəndələr ki, dünyanın şəri onların Sənin əbha Adına yönəlməsinə mane ola bilmədi, o kəslər ki, Sənin Öz hökmranlığını, qüdrətini, əzəmətini və şərəfini əta etdiyin Zühurunun gəlişini müşayiət edən Sənin ən parlaq əlamətlərini inkar edənlərin çaxnaşması və hay-küyü onları sarsıda bilmədi. Bunlar o bəndələrdir ki, Sənin nidan onlara yetişən kimi, Sənin mərhəmətinə doğru tələsdilər və bu dünyanın qəzavü-qədəri və ya bəşəri məhdudiyyətləri onları Səndən saxlaya bilmədi.

Mən o kəsəm ki, Ey mənim Allahım, Sənin birliyinə şəhadət verir, Sənin təkliyini etiraf edir, Sənin əzəmətin qarşısında itaətlə baş əyir, o kəsəm ki, başıaşağı üzlə Sənin ən ali cəlalının işığının təcəllilərini etiraf edir. Sənin Özünü tanımaq üçün məni qabil etdikdən sonra Sənə iman gətirdim, O Kəs ki, Sən Onu Öz hökmranlığının və qüdrətinin gücü ilə insanların gözü qarşısında zühur etdirdin. Mən Ona dönmüşəm, hər şeydən büsbütün ayrılmışam, Sənin bəxşiş və lütflərinin ipindən möhkəm yapışmışam. Mən Onun həqiqətini və Ona nazil olan o bütün ecazkar qanunların və hökmlərin həqiqətini qəbul etmişəm. Mən Sənin məhəbbətin üçün oruc tutmuşam və Sənin göstərişinə əməl edərək dilimdə Sənin zikrin və Sənin razılığınla iftarımı açmışam. imkan vermə, ilahi, o kəslərin arasında sayılım ki, gündüzlər oruc tutublar, gecələr Sənin üzün qarşısında səcdə ediblər, amma Sənin həqiqətini inkar ediblər, Sənin əlamətlərinə inanmayıblar, Sənin sübutunu rədd ediblər və Sənin bəyanını təhrif ediblər.

İlahi, mənim gözlərimi və Səni axtaranların hamısının gözlərini aç ki, biz Səni Sənin öz gözlərinlə tanıyaq. Bu Sənin o Kitabında etdiyin hökmdür ki, Sən bu Kitabı Sənin Öz əmrinlə seçdiyin Kəsə nazil etmisən, O Kəs ki, özünün bütün məxluqatının üzərində Sənin lütfün üçün seçmisən, O Kəs ki, Sən Ona Öz hökmranlığını əta etmisən, O Kəs ki, Ona xüsusi lütf etmisən və öz insanlarına Sənin Müraciətini etibar etmisən. Təriflər olsun Sənə, ona görə də, Ey mənim Allahım, çünki Sən fəzlinlə bizi Onu tanımağa və Ona nazil olan hər şeyi qəbul etməyə qabil etdin və bizə O Kəsin hüzuruna yetişmək şərəfi verdin ki, Onu Sən Öz Kitabında və Sənin lövlərində vəd etmişdin.

Onda Sən məni görürsən, Ey mənim Allahım, üzümü Sənə tərəf çevirmişəm, Sənin lütfkar inayətinin və səxavətinin ipindən möhkəm yapışmışam, Sənin mərhəmətinin və kəramətli bəxşişlərinin ətəyindən tutmuşam.Yalvarıram Sənə, Sənin dərgahının həndəvərinə və Sənin hüzurunun məbədinə üzünü tutan və Sənə məhəbbət xatirinə oruc tutan bəndələrinə qismət etdiklərinə yetişmək ümidlərimi puça çıxarma. Mən etiraf edirəm, Ey mənim Allahım, mənim bütün etdiklərim Sənin hökmranlığına və Sənin əzəmətinə əsla layiq deyil. Bununla belə, Səni and verirəm Sənin o Adına ki, Onunla, Sənin ən yüksək adlarının şərəfi ilə, bütün yaranmış şeylərə özünü bu Zühurda zahir etdin, elə bir Zühurda ki, Sən Onda özünün ən parlaq Adınla öz gözəlliyini aşkara çıxardın - Sənin mərhəmət şərabından və Sənin lütfünün Sənin iradənin sağ əlindən axan saf içkisindən mənə içir, ta ki, mən nəzərlərimi Sənə elə dikim və Səndən başqa hər şeydən elə ayrılım ki, dünya və onda yaradılan hər şeyə ani bir gün kimi baxım, o gün ki, Sən onu yaratmağı layiq bilmədin.

Mən bir daha Sənə yalvarıram, Ey mənim Allahım, Sənin iradə göyündən və Sənin mərhəmət buludlarından onları yağdır ki, bizi itaətsizliyimizin qoxusundan təmizləsin, Sən Ey özünü "Mərhəmət Allahı" adlandıran Kəs! Sən, həqiqətən, Ən Qüdrətli, Ən Şərəfli, Ən Mərhəmətlisən.

İlahi, Sənə dönən kəsi rədd etmə, nə də izn ver ki, Sənə yaxınlaşmış kəs Sənin dərgahından uzaq düşsün, Sənin fəzlin və lütfün üçün yanğı ilə əllərini uzadıb yalvaran kəsin ümidlərini puça çıxarma və Sənin səmimi bəndələrini özünün mərhəmət və inayətinin möcüzələrindən məhrum etmə. Sən Bağışlayan və Ən kəramətlisən, İlahi! istədiyini etməyə Sənin Qüdrətin var. Səndən başqaları Sənin qüdrətinin təzahürləri qarşısında gücsüzdür və Sənin zənginliyinin dəlilləri qarşısında səfil kimidir, Sənin fövqəl hökmranlığının təzahürləri ilə müqayisədə bir heçdir və Sənin qüdrət əlamətlərin və nişanələrin qarşısında bütün gücünü itirmiş kimidir. Başqa pənahgah, Səndən başqa, İlahi, varmıdır ki, mən ona sığınım, haradadır o sığınacaq ki, mən ona tələsimə Xeyr, Sənin qüdrətinin qüvvəti mənə şahidlik edir! Səndən özgə müdafiəçi yoxdur, Səndən qeyri qaçıb qurtulası bir yer yoxdur, Səndən başqa axtarılası sığınacaq yoxdur. Mənə Sənin zikrinin və tərifinin ilahi şirinliyini dadızdır. Sənin qüdrətinə and olsun! Kimsə bunun şirinliyini dadsa, dünyada və onda olanlara olan bütün bağlılıqlardan özünü qurtaracaq və Səndən başqa hər kəsin zikrindən təmizlənərək üzünü Sənə tutacaq.

Sonra, Ey mənim Allahım, Sənin ecazkar zikrinlə mənim qəlbimi ruhlandır, ta ki, mən Sənin adını vəsf edim. Məni o kəslərdən etmə ki, Sənin sözlərini oxuyurlar, lakin Sənin hökm etdiyin kimi, onlarda gizli olan və Sənin məxluqlarının qəblərini və Sənin bəndələrinin ürəklərini canlandıran bəxşişləri tapa bilmirlər. İlahi, məni o kəslərin arasında say ki, Sənin günlərində əsən şirin rayihələrdən elə həyəcanlandılar ki, həyatlarını Sənə qurban verdilər və Sənin camalını görmək arzusu və Sənin hüzuruna yetişmək eşqi ilə ölüm səhnəsinə tələsdilər. Onların yolu üstündə kimsə sorsaydı ki, "Hara gedirsinizə", onlar deyədrilər, "Allaha doğru, Hər şeyə Malik, Himayədar, Öz-Özünə Var Olan Allaha!"

Səndən üz çevirənlərin və Sənə təkəbbür göztərənlərin törətdiyi zülm onları Səni sevməkdən, Sənə tərəf yönəlməkdən və üzlərini Sənin mərhəmətinə tutmaqdan saxlaya bilmədi. Bunlar o kəslərdir ki, Səma Sakinləri tərəfindən xeyir-dua alıblar, əbədi şəhərlərin sakinləri onları alqışlayıb, və onlardan başqa, o kəslər tərəfindən ki, Sənin ən uca qələmin onların alnına yazıb: "Bunlar onlardır! Bəha əhli! Onların vasitəsilə hidayət nurlarının şəfəqləri yayılıb". Sənin hökmün və Sənin iradənlə, Sənin dəyişməz əmrinin Lövhündə belə yazılıb.

Ona görə də, Ey mənim Allahım, onların və o kəslərin böyüklüyünü bəyan et ki, yaşayarkən və ya dünyalarını dəyişdikdən sonra onların ətrafına fırlanırlar. Onlara onu nəsib eylə ki, öz məxluqatın arasında insaflı olanlara qismət etmisən. Sən hər şey etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, ən Qüdrətli, Himayədar, ən Kəramətli.

Bizim oruclarımızı bu orucla bitirmə, ilahi, nə də ki, bu bizim son əhdimiz olsun. Sənin məhəbbətin xatirinə və Sənin razılığın üçün etdiyimiz hər şeyi və öz nəfsimiz və ehtirasımıza tabe olduğumuzdan edə bilmədiklərimizi bizdən qəbul eylə. Sonra bizi qadir eylə ki, Sənin məhəbbətinə və razılığına möhkəm bağlanaq və Səni inkar edənlərin və Sənin ən parlaq əlamətlərini rədd edənlərin şərindən bizi hifz eylə. Sən, həqiqətdə, bu dünyanın və o biri dünyanın Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən Uca və Ən Yüksəksən.

Ya Rəbb mənim Allahım, O Kəsi ucalt ki, İlkin Nöqtədir, İlahi Sirrdir, Görünməz Zatdır, İlahilik Məşriqidir, Rəbblik Məzhəridir, O Kəs ki, Onunla keçmişin və gələcəyin bütün elmləri aydın oldu, Onun vasitəsilə gizli hikmət gövhərləri aşkara çıxdı, Sənin gizli saxlanmış adının sirri açıldı, O Kəs ki, Onu Sən O Kəsin Müjdəçisi təyin etdin ki, Onun adıyla "O" və "L" hərfləri birləşdi və qovuşdu, Onunla Sənin əzəmətin, hökmranlığın və Sənin qüdrətin aşkar oldu, Onunla Sənin sözlərin nazil oldu və Sənin qanunların aydınlığı ilə məlum oldu, Sənin əlamətlərin hər yana yayıldı, Sənin Sözün bərqərar oldu, Onunla Sənin seçilmişlərinin ürəyi yüngülləşdi, göydə və yerdə olanların hamısı bir yerə toplaşdı, O Kəs ki, Sən Onu Öz adlarının səltənətində "Əli-Məhəmməd", Sənin dəyişməz hökmünün Lövhlərində "Ruhlar Ruhu" adlandırdın, O kəs ki, Sən Ona Öz adını verdin, O Kəs ki, Sənin hökmün və Sənin Qüdrətinin qüvvəsi ilə bütün adlar Onun adına qayıtdı, O Kəs ki, Onda Sən özünün bütün əlamət və adlarını son həddinə çatdırdın. Ona həm də o adlar məxsusdur ki, Sənin pak çadırlarında, Sənin görünməz dünyanda və Sənin pak şəhərlərində gizlədilib.

Bundan başqa, Onun Sonrakı Zühurunda Sənin birliyini tanıyanların arasından Ona və Onun əlamətlərinə iman gətirənləri, Səndən başqa hər şeydən əllərini üzüb Ona tərəf dönənləri ucalt, O Zühur ki, onun barəsində O Öz Lövhlərində, Öz Kitablarında, öz Səhifələrində və Ona nazil olan bütün ecazkar ayələrində və gövhər kimi bəyanlarında xatırlatmışdı. Bu həmin o Zühurdur ki, Onun əhdini Sən Ona Öz əhdini bağlayandan əvvəl bərqərar etməyi hökm etmişdin. Bu O Kəsdir ki, Bəyan Onun tərifini ucaldıb. Bunda(Bəyanda) Onun aliliyi vəsf olunub, Onun həqiqəti təsbit olunub, Onun hökmranlığı bəyan edilib və Onun əmri təkmilləşib. Xoş o kəsin halına ki, Ona tərəf dönüb, Onun hökm etdiklərini yerinə yetirib, Sən ey bu dünyanın Rəbbi və Səni tanıyanların Məqsudu!

Təriflər olsun Sənə, Ey mənim Allahım, çünki Sən bizə kömək etdin ki, Onu tanıyaq və sevək. Mən, ona görə də, Səni and verirəm, Ona və Onlara ki, Onlar Sənin Allahlığının Məşriridirlər, və Sənin Rəbbliyinin Məzhəridirlər, Sənin Vəhyinin Xəzinələri, və Sənin ilhamının Dəfinələridirlər - qabil et bizi, Ona xidmət edək və Ona itaət edək, bizi qadir et ki, Onun əmrinin köməkçiləri olaq və Onun düşmənlərini pərən-pərən salaq. Sən istədiyin bütün şeyləri etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Qüdrətli, ən şərəfli, O Allah ki, hamı Onun köməyini diləyir!

- Bəhaullah

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm bu Zühura ki, onun vasitəsilə zülmət işığa çevrildi, onunla Abad Olan Ev tikildi, Yazılmış Lövh nazil oldu və Açılmış Səhifə aşkar oldu - mənə və mənimlə olanlara onları nazil eylə ki, Sənin fövqəl cəlalının göylərində pərvaz etməyə bizi qadir etsin və bizlərdən o şübhələri yusun ki, şəkk edənin Sənin birliyinin çadırına girməsinə mane olub.

Mən o kəsəm ki, ilahi, Sənin inayətinin ipindən möhkəm yapışıb və Sənin mərhəmət və lütfünün ətəyindən tutub. Mənə və mənim sevimlilərimə bu dünyanın və axirətin xeyrini qismət eylə. Sonra, onlara Sənin yaratdıqların arasında ən seçilmişlərin üçün yazdığın Gizli Bəxşişi nəsib eylə.

Bunlar, İlahi, o günlərdir ki, Sən bəndələrinə oruc tutmağı vacib buyurdun. Xoş o kəsin halına ki, Orucu tamamilə Sənin xatirinə və Səndən başqa hər şeydən tamamilə inqita etməklə tutur. Mənə və onlara kömək eylə ki, ilahi, Sənə itaət etsinlər və Sənin hökmlərindən yapışsınlar. Sən, həqiqətən, Qadirsən seçdiyini etməyə.

Səndən başqa Allah yoxdur, Hər şeyi Bilən, Ən Hikmətli. Bütün təriflər Allaha olsun, aləmlərin Rəbbinə.

- Bəhaullah

Bunlar, ey mənim Allahım, o günlərdir ki, Sən öz bəndələrinə oruc tutmağı hökm etmisən. Bununla Sən özünün xilqətinə nazil olmuş Qanunlar Kitabının müqəddiməsini bəzədin və göydə və yerdə olanların gözləri qarşısında öz hökmlərinin Xəzinələrini zinətləndirdin. Sən bu günlərin hər saatına xüsusi bir fəzilət əta etmisən, Səndən, elmi bütün yaranmış şeyləri əhatə edən Kəsdən başqa heç kəsin dərk edə bilmədiyi bir güc. Sən həm də hər bir ruha bu gücdən Sənin hökm Lövhünə və Sənin dəyişməz mühakimənin Səhifələrinə uyğun olaraq bir pay ayırmısan. Bundan başqa, bu Kitabların və bu Səhifələrin hər bir vərəqini yerdə olan insanların və nəsillərin hər birinə həsr etmisən.

Sənin odlu aşiqlərin üçün öz hökmünə uyğun olaraq, Sən hər səhər Sənin zikrinin piyaləsini saxlamısan, Sən Ey Hakimlərin Hakimi! Bunlar o kəslərdir ki, Sənin saysız hikmətlərinin şərabından elə məst olublar ki, Sənin tərifini söyləmək və fəzilətini ucaltmaq şövqündən öz yataqlarını unudublar və Sənin hüzuruna yaxınlaşmaq və Sənin nemətindən pay almaq üçün yuxudan qaçırlar. Onların gözləri hər zaman Sənin inayətinin Məşriqinə dikilib, üzləri isə Sənin ilhamının çeşməsinə yönəlib. Onda, bizim və onların üstünə Sənin mərhəmət buludlarından Sənin kəramət və fəzl səmana yaraşan şeyləri yağdır.

Ucalsın Sənin adın, Ey mənim Allahım! Bu o saatdır ki, Sən onda Özünün səxavət qapılarını Sənin məxluqatın qarşısında açdın və yer üzündə yaşayanların üzünə özünün inayət darvazalarını açdın. Səni and verirəm, bütün o kəslərə ki, Sənin yolunda qanları tökülüb, o kəslər ki, Səninlə görüşün şövqü ilə özlərini Sənin hər bir məxluquna bağlılıqdan azad ediblər, və o kəslər ki, sənin ilhamının xoş rayihələrinə elə aludə oldular ki, onların bədəninin hər bir əzası Sənin tərifini oxudu və Sənin zikrin üçün titrədi - bizi bu Zühurda hökm etdiklərindən məhrum qoyma, O Zühur ki, onun qüdrətindən hər bir ağac, Sidrənin əvvəllər Səninlə danışan Musaya söylədiklərini söyləyir, O Zühur ki, Sənin Dostun Məhəmmədin günlərində daşların Səni təriflədiyi kimi, xırda çınqıllara Sənin tərifini söylətdirir.

Bunlar o kəslərdir ki, Ey mənim Allahım, Sən onları fəzlindən qabil etmisən ki, Səninlə həmdəm olsunlar və Sənin özünün Məzhərin Olan Kəslə munis olsunlar. Sənin iradənin nəsimləri onları hər tərəfə səpələmişdi, o vaxtadək ki, Sən onları öz kölgənə topladın və Sənin sarayının həndəvərinə daxil olmağa qabil etdin. indi ki, Sən onları Öz mərhəmətinin çadırının altına daxil etmisən, onda onlara kömək et ki, bu uca məqama yaraşan şeylərə nail olsunlar.

İzn vermə, ilahi, o kəslərin arasında sayılım ki, hətta Sənin yanında olsalar da, Sənin üzünü tanıya bilməyiblər, o kəslər ki, Səninlə görüşsələr də, amma Sənin hüzurundan məhrum qalıblar.

Bunlar Sənin o bəndələrindir ki, İlahi, Səninlə birlikdə, bu Ən Böyük Məhbəsə giriblər, onun divarları arasında Sənin əmr Lövhlərində və hökm Kitablarında əmr etdiklərinə uyğun olaraq oruclarını tutublar. Ona görə də, o şeyləri nazil eylə ki, onları Sənin xoşlanmadığın bütün şeylərdən tamamilə təmizləsin, ta ki, onlar özlərini bütünlüklə Sənə həsr etsinlər və Səndən başqa hər şeydən büsbütün özlərin ayırsınlar. Sonra, Ey mənim Allahım, Sənin fəzlinə layiq olan və kəramətinə yaraşan şeyləri bizim üstümüzə yağdır. Sonra bizi, Ey mənim Allahım qabil et ki, Sənin zikrinlə yaşayaq, Sənin məhəbbətinlə ölək və bizə Sənin bundan sonrakı aləmlərində öz hüzurunun bəxşişlərini nəsib eylə - o aləmlər ki, Səndən başqa heç kəs onlara vaqif deyil. Sən bizim Rəbbimizsən və bütün aləmlərin Rəbbisən və göydə və yerdə olanların hamısının Allahısan.

Sən görürsən, Ey mənim Allahım, Sənin günlərində Sənin əzizlərinin başlarına nələr gəlib. Sənin şərəfin mənə şəhadət verir. Sənin seçilmişlərinin nalə səsləri Sənin asimanın boyunca qalxıb. Onlardan bəziləri Sənin torpağında imansızlar tərəfindən əsir edilib və Sənin yanına gəlməkdən və Sənin şərəf hüzuruna nail olmaqdan məhrum ediliblər. Digərləri isə Sənə yaxınlaşa biliblər, amma onları Sənin üzünü görməyə qoymayıblar. Bəzilərinə də, Sənə baxmaq şövqündən icazə verilmişdi ki, Sənin dərgahının yaxınlığına yaxınlaşsın, lakin onlar da Sənin məxluqatının boş təsəvvürlərinə və Sənin insanların arasında zalımların törətdiyi zülmə Səninlə onların arasında pərdə olmağa imkan verdilər.

Bu o saatdır ki, İlahi, Sən onu hər saatdan üstün etmisən və onu Sənin məxluqatın arasında ən seçilmişlərinə aid etmisən. Səni and verirəm, Ey mənim Allahım, Sənin özünə və onlara - bu il Sənin sevimlilərinə şərəf verən şeyləri nəsib eylə. Bundan başqa, bu ilin ərzində o şeyləri hökm ver ki, Sənin qüdrət Günəşini Sənin cəlal üfüqündə parlaq şəfəq saçmağa və Sənin hökmran əzəmətinlə bütün dünyanı işıqlandırmağa qadir etsin.

Öz Əmrinə zəfər nəsib eylə, İlahi, Sənin düşmənlərini isə tabe et. Sonra bizə bu dünyanın və o biri dünyanın xeyirlərini yaz. Sən bütün gizli şeyləri bilən Haqqsan. Səndən başqa Allah yoxdur, Həmişə Bağışlayan, Kəramət Sahibi.

- Bəhaullah

NOVRUZ

(Novruz, 21 Mart, Bəhai ilinin birinci günüdür.)

Alqış Sənə, Ey mənim Allahım, Sən Novruzu Sənə məhəbbət xatirinə Oruc tutanlar və Sənin bəyənmədiyin şeylərdən nəfslərini saxlayanlar üçün bayram təyin etdin. Lütf eylə, İlahi, Sənin məhəbbətinin odu və Sənə hökm olunan Orucun törətdiyi hərarət onları Sənin əmrində alovlandırsın və Sənin tərifini söyləməklə və Sənin zikrinlə məşğul etsin.

Ey mənim Rəbbim, Sən ki, onları Özünün əmr etdiyin Orucla bəzəmisən, onları həm də Sənin bol bəxşişlərin və fəzlin vasitəsilə Sənin qəbul zinətinlə bəzə. çünki insanların bütün əməlləri Sənin razılığından asılıdır və Sənin hökmün altındadır. əgər Sən Orucu pozan bir kimsəni ona riayət edən kəs kimi qəbul etsən, belə bir şəxs əzəldən Oruc tutanlar arasında sayılar və əgər Sən Oruc tutanı onu pozmuş kəs kimi qərar versən, o şəxs Sənin Zühurunun ətəyini ləkələyən və bu Həyat çeşməsinin şəffaf sularından uzaqlaşdırılmış kəslərin cərgəsində sayılar.

Sən O Allahsan ki, Onunla "Sən Öz əməllərində Tərifəlayiqsən" rəmzləri yüksəlmiş, və "Sən Öz əmrində itaət Olunansan" bayraqları açılmışdır. özünün bu məqamını, Ey mənim Allahım, öz bəndələrinə tanıtdır, ta ki, onlar yaxşı anlasınlar ki, bütün şeylərin aliliyi Sənin əmrin və kəlməndən asılıdır, və hər bir əməlin yaxşlılğı Sənin iznin və razılığınla şərtlənir və bilsinlər ki, insanların əməllərinin cilovu Sənin qəbul və hökmün ovcundadır. Bunu onlara məlum et ki, heç nə onları Sənin Camalından ayıra bilməz, o günlərdə ki, isa Məsih səsini ucaldır: "Bütün hökmranlıq Sənindir, Sən Ey Ruhu (isanı) Yaradan"; və Sənin Sevimli Dostun (Məhəmməd) səslənir: "Alqış Sənə, Sən Ey Məhbub, çünki Sən öz Camalını aşkar etdin və öz seçilmişlərinə Sənin ən Böyük Adının zühur taxtına yetişməyə səbəb olanları yazdın, O ən Böyük Ad ki, Onun vasitəsilə Səndən başqa hər şeydən inqita edən və Sənin özünün Zühurun və Sənin sifətlərinin Məzhərinə üz tutanlardan başqa bütün ümmətlər ah-nalə etmişlər."

Sənin Budağın Olan Kəs və Sənin ətrafında olanlar, Ey mənim Rəbbim, bu gün öz Oruclarını Sənin sarayının həndəvərində ona riayət etdikdən sonra və Səni razı salmaq şövqü ilə açmışlar. Ona və həm də onlara və o günlərdə Sənin hüzuruna yetişənlərə, Öz Kitabında qismət kimi yazdığın xeyirləri nəsib eylə. Sonra, bu dünyada və axirətdə onlara fayda verən şeylərdən ruzi ver.

Sən, həqiqətən, Hər şeyi Bilən, Ən Hikmətlisən.

- Bəhaullah

HÜQUQULLAH: ALLAHIN HÜQUQU

Hüququllah, həqiqətən böyük qanundur. Bu hər kəsə vacibdir ki, bu payı versinlər, çünki bu fəzl, bərəkət və bütün xeyirlərin mənbəyidir. Bu elə bir kəramətdir ki, Hər şeyə Malik, ən Kəramətli Allahın bütün aləmlərində hər bir ruhla bərabər qalacaqdır.

- Bəhaullah

Təriflər Sənə, Ey bütün xilqətin Rəbbi, Ey bütün şeylərin qayıdacağı Kəs. Mən daxili və zahiri dilimlə şəhadət verirəm ki, Sən özünü aşkar və zahir etdin, öz əlamətlərini nazil eylədin və öz sübutlarını bəyan etdin. Mən Sənin özündən başqa hər şeydən ehtiyacsız olmağına və Sənin bütün yer üzü şeylərindən pak olmağına şəhadət verirəm. Səni and verirəm Sənin əmrinin ən uca cəlalına və Sənin Sözünün ali qüdrətinə, Sənin öz Kitabında buyurduğunu yerinə yetirmək və Sənin qəbulunun ətrini yayan şeylərə əməl etmək istəyənə təyid bəxş eylə. Həqiqətən, Sən ən Qüdrətli, ən Fəzilətli, ən Bağışlayan, ən Səxavətlisən.

- Bəhaullah

Alqışlar Sənə, Ey mənim Şəfqətli Rəbbim! Səni and verirəm Sənin müqəddəs bəyanının dəryasının təlatümünə və Sənin yüksək hökmranlığının saysız nişanələrinə, Sənin Allahlığının qəti dəlillərinə və Sənin elmində gizli qalan sirlərə - mənə və Sənin seçilmişlərinə Sənə xidmət etmək fəzli əta eylə və məni qadir et ki, Sənin öz kitabında hökm etdiyin hüququnu lazımınca ödəyim.

Mən o kəsəm ki, İlahi, öz məhəbbətini Sənin cəlal səltənətinə bağlayıb, və Sənin səxavətinin ətəyindən bərk yapışıb. Sən Ey bütün varlıqların Rəbbi və adlar səltənətinin Hakimi, yalvarıram Sənə, malik olduğun şeylərdən məni məhrum etmə və Sənin seçilmişlərin üçün müəyyən etdiklərini məndən əsirgəmə.

Rica edirəm Səndən, Ey bütün adların Rəbbi və göylərin Yaradanı, Özünün gücləndirici fəzlinlə mənə kömək et, Sənin əmrində elə möhkəm olum ki, dünyanın faniliyi məni pərdə kimi ayırmasın və Sənin günlərində Sənin insanlarını yoldan azdırmaq istəyən şər əhlinin şiddətli çaxnaşmaları mənə mane olmasın. Sonra, Ey mənim ürəyimin Arzusu, bu dünyanın və axirətin xeyrini mənə nəsib eylə. Həqiqərtən Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah Yoxdur, Həmişə Bağışlayan, Ən Səxavətli Allah.

- Bəhaullah

NİGAH DUALARI

Bəhai nigahı iki tərəfin birləşməsi və sevgi bağlılığıdır. Onlar, bununla belə, bir-birinin xasiyyətləri ilə tam tanış olmaları üçün çox ciddi diqqət göstərməlidirlər. Bu əbədi bağın etibarlılığı sarsılmaz əhdlə möhkəmləndirilməlidir və məqsəd həmahənglik, harmoniya, yoldaşlıq və birlik yaratmaq və əbədi həyata nail olmaq olmalıdır.

- Əbdül-Bəha Abbas

Evlilik əhdi-peymanı ayəsi Kitabi-əqdəsdə şərtləndirildiyi kimi, ayrıca bəy və gəlin tərəfindən Ruhani Məhfilin qəbul etdiyi ən azı iki şahidin hüzurunda söylənməlidir:

"Biz hamımız, həqiqətən, Allahın iradəsinə tabe olacağıq."

Odur Əta Edən və Kəramətli!

Alqışlar olsun O Allaha ki, Qədim, Daimi, Sabit və Əbədidir!, Özü Öz Varlığına şəhadət vermiş O Allah ki, O həqiqətən, Vahid, Tək, Maneəsiz və Ucadır. Biz isə Onun vəhdaniyyətini qəbul edərək və Onun təkliyini etiraf edərək şəhadət veririk ki, həqiqətən, ondan başqa Allah yoxdur. O, əzəldən öz əlçatmaz yüksəkliyində, öz ucalığının zirvəsində, özündən başqalarının zikrindən pak, özündən özgələrin vəsfindən azad qərar tutmuşdur.

Və o zaman ki, O, bəşərə öz nemət və kəramətini zahir etməyi və dünyanı nizama salmağı iradə etdi, O hökmlər nazil eylədi və qanunlar yaratdı; onların arasında nigah hökmünü müəyyən etdi, onu rifah və nicat qalası kimi təsis etdi və bizə Onun ən Müqəddəs Kitabında müqəddəslik səmasından nazil etdiklərini əmr etdi. Cəlalı ulu olan Allah buyurur: "izdivaca girin, Ey insanlar, ta ki, Mənim bəndələrim arasında Məni zikr edəni dünyaya gətirəsiniz. Bu Mənim sizlərə hökmümdür; özünüzə yardımçı kimi ondan möhkəm yapışın."

-Bəhaullah

Odur Allah!

Ey Misli Olmayan Rəbb! Öz qüdrətli hikmətinlə Sən ümmətlərə nigah bağlamağı əmr etdin ki, bu dünyada insanların nəsilləri bir-birini əvəz etsin və həmişəlik, dünya durduqca onlar Sənin vahidlik Astananda özlərini bəndəlik və ibadət, alqış, pərəstiş və şükrlə məşğul etsinlər. "Mən ruhları və insanları, mənə ibadət etməkdən başqa bir məqsəd üçün yaratmadım!"1(Quran, 3:67) Ona görə də öz Rəhmaniyyət səmandan, Sənin məhəbbət yuvanın bu iki quşunun nigahını kəs və onları daimi fəzli cəzb edən vasitə eylə; ta ki, bu iki məhəbbət dənizinindən zərif bir dalğa qalxsın və inci kimi nəcib nəsillərin mirvariləri həyat dənizi sahilinə tökülsün. " O, bu iki dənizi azad etdi ki, onlar bir-biri ilə govuşsunlar: Onların arasında keçilməyən bir sərhəd vardır. Onda Rəbbinizin hansı bəxşişlərini inkar edə bilərsinizə Hər birindən O, böyük və kiçik incilər yetişdirir."2(Quran, 56:62)

Sən Ey Mehriban Allah! Bu nigahı mərcan və incilər yetirməyə nail eylə. Sən, həqiqətən, Ən Qüdrətli, Ən Ulu, həmişə Bağışlayansan.

- Əbdül-Bəha Abbas

Alqışlar olsun Sənə, Ey mənim Allahım! Həqiqətən, Sənin bu bəndən və bu kənizin Sənin mərhəmətinin kölgəsinə daxil olub və Sənin iltifat və səxavətinlə qovuşublar. Ya Rəbb! Sənin bu dünyanda və mələkutunda onlara yardım eylə və öz kəramət və fəzlinlə onlara hər cür xeyir-bərəkət qismət eylə. Ya Rəbb! Onları Sənə bəndəlikdə müvəffəq eylə və Sənə xidmətdə onlara yardım et. Onlara izn ver ki, Sənin Adının bu dünyada nişanələri olsunlar. Bu dünyada və axirətdə tükənməz bəxşişlərinlə onları hifz eylə. Ya Rəbb! Onlar Sənin mərhəmət səltənətinə yalvarır və Sənin təklik hökmranlığını diləyirlər. Həqiqətən, onlar Sənin hökmünə itaət etmək üçün evləniblər. Onları sonadək uyğunluq və birlik nişanələri eylə. Həqiqətən, Sən Qadirsən, Hər Yerdə Mövcud Olan və Qüvvətlisən!

-Əbdül-Bəha Abbas

Ey mənim Allahim, Ey mənim Allahim! Bu iki gözəl ay tək nurlanmiş bəndələrin, Sənin Müqəddəs Astananda bəndəlikdə qovuşmaqla və Sənin əmrinə xidmətdə birləşməklə, Sənin məhəbbətində nigah bağlayıblar. Bu izdivacı öz bol xeyir-bərəkətinin sönməz işıqları, Ey Mərhəmətli Rəbbim və Sənin bəxşişlərinin parlaq şüaları eylə, Sən Ey Kəramətli və Ey Həmişə Bəxşedən, ta ki, bu gözəl ağac elə pöhrələr versin ki, onlar Sənin feyz buludundan yağan lütflərinlə yaşıllaşıb böyüsün və çiçək açsınlar.

Həqiqətən, Sən Səxavətlisən. Həqiqətən, Sən Ən Qüdrətlisən, Həqiqətən, Sən Şəfqətli və Ən Mərhəmətlisən.

- Əbdül-Bəha Abbas

RUHANİ MƏHFİLDƏ OXUNAN DUA

Məşvərət otağına daxil olan zaman, bu duanı Allah sevgisi ilə döyünən bir ürəklə və Onun zikrindən başqa hər şeydən pak olmuş bir dillə oxu ki, Qüdrətli Sənə ən uca qələbə qazanmaqda kömək etsin.

Ey Allah, Ey mənim Allahım! Biz Sənin bəndələrinik ki, bu əzəmətli Gündə üzümüzü sədaqətlə Sənin Müqəddəs üzünə tərəf döndərmişik və Səndən başqa hər şeydən inqita etmişik. Biz bu Ruhani Məhfildə vahid baxış və fikirlə, eyni bir məqsədlə Sənin kəlamını insanlar arasında ucaltmaq üçün toplanmışıq. Ey Rəbbimiz və Allahımız! Bizi xalqın içində İlahi Hidayət nişanələri, Ulu Əmrinin Bayraqları və Əzəmətli Əhdinin xadimləri, Əbha Mələkutunda İlahi Birlik Məzhərləri və Bütün diyarlarda parlaq səhər ulduzları eylə, Ey Uca Rəbbimiz. İlahi! Sənin ecazkar Mərhəmət dalğalarınla təlatümə gələn dənizlər, Səxavətli Mələkut dağlarından axan çaylar, səmavi əmrinin ağaclarında olan faydalı meyvələr və əbədi Bağçanda Sənin Bəxşiş yellərin ilə əsən ağaclar olmaqda bizə kömək eylə. Ey Allah! Ruhlarımızı Sənin ilahi Birlik Ayələrinə tabe eylə və qəlblərimizi Sənin Fəzl bəxşişlərinlə sevindir, ta ki, bir dənizin dalğaları kimi biz də birləşək və Sənin parlaq işığının şüaları tək qovuşaq ki, fikirlərimiz, baxışlarımız, hisslərimiz bütün aləmdə birlik ruhu zahir edən vahid həqiqət olsun. Sən Fəzl Sahibi, Kəramətli, Ətaedən, Ən Qüdrətli, Mərhəmətli və Şəfqətlisən.

- Əbdül-Bəha Abbas

Həqiqi sevinc və şadlıqla bir yerə toplaşın və görüşün əvvəlində bu münacatı oxuyun:

Sən Ey Mələkutun Rəbbi! Hərçənd biz cismən bir yerdə toplaşmışıq, lakin bizim məftun ürəklərimiz Sənin Məhəbbətindən ovsunlanmışdır və Sənin parlaq üzünün şüaları bizi heyran etmişdir. Zəif də olsaq, Sənin qüdrət və gücünün zühurlarını gözləyirik; hətta heç bir imkanı və vəsaiti olmayan fəqir də olsaq, yenə də sənin Səmavi xəzinəndən sərvət alırıq; qətrə də olsaq, yenə də Sənə məxsus dəryalar dəryasından bəhrələnirik; zərrə də olsaq, yenə Sənin ən işıqlı günəşinin cəlalı içində parıldayırıq.

Sən Ey bizim Pərvərdigarımız! Özün kömək ol ki, buraya toplanmış hər kəs yanan bir şam, hər kəs bir cəzbetmə mərkəzi, hər kəs Sənin Mələkutunun bir carçısı olsun, ta ki, nəhayətdə, biz bu fani dünyanı Sənin Cənnətinin aynadakı əksinə çevirək.

- Əbdül-Bəha Abbas

Bu münacat Ruhani Məhfilin görüşünün sonunda oxunur.

İlahi! İlahi! Öz birliyinin gizli səltənətindən bizə bir nəzər sal, Sənə iman gətirmişik, Sənin əlamətlərinə əmin olmuşuq, Sənin Əhd-Peymanında möhkəm, Sənə cəzb olunmuşuq, Sənin məhəbbət oduna qalanmışıq və Sənin əmrində sədaqətli olmaqla bu ruhani yığıncaqda toplaşmışıq. Biz Sənin üzümlüyünün xadimləriyik, Sənin dinini yayıanlarıq, Sənin üzünə sədaqətlə sitayiş edənlərik, Sənin dostların qarşısında təvazökar olanlarıq, Sənin qapın önündə baş əyənlərik və Sənə yalvarırıq - Sənin seçilmişlərinə xidmət etməkdə bizi müvəffəq eylə, görünməz qoşunlarınla bizə dayaq dur, Sənə bəndəlikdə belimizə qüvvət ver və bizi təslim olmuş, Sənə sitayiş edən və Səninlə ünsiyyət edən bəndələr eylə.

Ey Rəbbimiz! Biz zəifik, Sən isə Qüvvətlisən, Qüdrətlisən. Biz ölüyük, Sən isə Ən Böyük Həyatverən Ruhsan. Biz möhtacıq, Sən isə Ruzi Verən və Qüdrətlisən.

Ey Rəbbimiz! Bizim üzümüzü öz mərhəmətli üzünə çevir, öz tükənməz fəzlinlə bizi Sənin səma süfrəndən qidalandır, uca mələklərinin qoşunu ilə bizə yardım eylə və Əbha mələkutundakı müqəddəslərlə bizə dəstək ver.

Həqiqətən, Sən Səxavətli və Mərhəmətlisən. Sən böyük Kəramət Sahibisən və həqiqətən, Sən Rəhmli və Fəzl Sahibisən.

- Əbdül-Bəha Abbas

ŞƏHİDLƏR VƏ ONLARIN AİLƏLƏRİ

Odur Allah!

Ya Rəbb mənim Allahım! Sən Ey Sənə üz tutan zəiflərin Köməkçisi, fəqirlərin Yardımçısı, köməksizlərin Nicatı!

Sonsuz itaətlə mən yalvaran əllərimi sızıltı ilə Sənin gözəllik səltənətinə döğru açaraq və hal dili ilə hərarətlə Səni çağıraraq deyirəm: Ey Allah, mənim Allahım! Kömək et mənə, Sənə sitayiş edim; qurşağımı bərkit ki, Sənə xidmət edim; öz fəzlinlə Sənə bəndəlikdə mənə yardım eylə; lütf eylə, Sənə itaətdə dəyanətli olum; Sənin kəramətinin bol yağmurlarını mənim üstümə yağdır; məni öz inayət nəzərində saxla və özünün əfv dənizinə qərq eylə. Lütf eylə ki, Sənin Dininə sədaqətim möhkəm olsun, və mənə yəqinlik və əminliyin bol payını bəxş eylə, ta ki, mən dünyadan tamam üzülüm, üzümü tam sədaqətlə Sənin üzünə tutum, dəlil və sübutların qəti gücü ilə qüvvətlənim, əzəmət və qüdrətə malik olum, göyün və yerin hüdudlarını aşım. Həqiqətən, Sən Mərhəmətlisən, Ən Cəlallı, Mehriban, Şəfqətlisən.

Ya Rəbb! Bunlar şəhidlərin sağ qalan varisləri və mübarək ruhların dostlarıdır. Onlar hər cür bəlalara tab gətirdilər, ağır zülmlər qarşısında səbr göstərdilər. Onlar bütün rahatlıq və rifahı tərk etdilər, könüllü olaraq Sənin məhəbbətin yolunda şiddətli əzab və məşəqqətlərə məruz qaldılar və indi də düşmənlərinin caynağında əsir qalıblar, bu düşmənlər onlara davamlı olaraq ağır işgəncə verir və Sənin doğru yolunda dönmədən irəlilədikləri üçün onlara zülm edirlər. Bir kimsə yoxdur ki, onlara kömək etsin, bir kəs yoxdur ki, onların dostu olsun. Rəzil və şər adamlardan başqa bir kimsə yoxdur ki, onlarla ünsiyyət və yoldaşlıq etsin.

Ya Rəbb! Bu ruhlar can verməyin acı tamını bu yer həyatında dadıblar, və Sənin üzünün parlaq gözəlliyinə məhəbbətlərinin bir əlaməti olaraq və Sənin səmavi səltənətinə yetişmək şövqü ilə, zülm əhlinin onlara vurduqları hər cür ağır təhqirlərə dözüblər.

Ya Rəbb! Onların qulaqlarını ilahi yardım və yaxın qələbə səsləri ilə doldur, qəddar hakimiyyətə malik olanların zülmündən onları qurtar. imansızların əllərini saxla, bu ruhları vəhşi yırtıcıların caynaqlarında və dişlərində parçalanmağa qoyma, çünki onlar Sənə olan məhəbbətlərinin əsiridirlər, Sənin müqəddəsliyinin sirlərinə vaqif olublar, Sənin qapında itaətlə durublar və Sənin uca dərgahına yetişiblər.

Ya Rəbb! Onları yeni ruhla qüvvətləndir; Sənin ecazkar dəlillərini görmək üçün onların gecənin qaranlığında gözlərini işıqlandır; Sənin əbədiyyət sirləri Səltənətindəki bol xeyirləri onlara qismət eylə; onları bütün diyarlarda parlaq ulduzlar və meyvəli, qollu-budaqlı, səhər yelləri ilə titrəşən büsatlı ağaclar eylə.

Həqiqətən, Sən Kəramətlisən, Əzəmətlisən, Qüdrətlisən, İxtiyar Sahibisən. Səndən başqa Allah yoxdur, məhəbbət və inayət Allahı, Ən Şərəfli, Həmişə Bağışlayan Allah.

- Əbdül-Bəha Abbas

XÜSUSI LÖVHLƏR

ATƏŞ LÖVHÜ

Ən Qədim, Ən Böyük Allahın Adı ilə!

Həqiqətən, sadiqlərin ürəkləri hicran odunda yandı: Haradadır Sənin üzünün işığının şüaları, Ey aləmlərin Məhbubu?

Sənə yaxın olanlar tənhalıq zülmətində qaldılar: Haradadır Sənin vüsal səhərinin şəfəqləri, Ey aləmlərin Məqsudu?

Sənin seçilmiş bəndələrinin cəsədləri uzaqlarda qumlar üstündə pərişan qaldı: Haradadır Sənin Hüzurunun dəryası, Ey aləmləri Heyranedən?

Həsrət əlləri Sənin fəzl və səxavət səmana uzanıb: Haradadır Sənin bəxşiş yağışların, Ey aləmlərin dualarına Cavabverən?

İmansızlar hər tərəfdən zülmkarlıqla qalxdılar: Haradadır Sənin təqdir qələminin yenilməz qüdrəti, Ey aləmlərin Fatehi?

Köpəklərin hürüşü hər tərəfdən ucaldı: Haradadır Sənin qüdrət meşənin aslanı, Ey aləmlərin Cəzaverəni?

Soyuqluq bütün bəşəri bürüdü: Haradadır Sənin məhəbbətinin hərarəti, Ey aləmlərin Atəşi?

Fəlakət son həddə çatdı: Haradadır Sənin köməyinin nişanələri, Ey aləmlərin Nicatı?

Zülmət bütün bəşəri bürüdü: Haradadır Sənin şölənin parıltısı, Ey aləmin Ziyası?

Boyunlar şər niyyətlə uzandı: Haradadır Sənin intiqam qılıncların, Ey aləmləri Məhvedən?

Zillət ən son həddə çatdı: Haradadır Sənin izzət nişanələrin, Ey aləmlərin izzəti?

Sənin Mərhəmət adının Məzhərini hüzn tutdu: Haradadır Sənin Zühur Məşriqinin sevinci, Ey aləmlərin Fərəhi?

İztirab yer üzü insanlarını bürüyüb: Haradadır Sənin şadlıq bayraqların, Ey aləmlərin Sevinci?

Görürsən Sən, nişanələrinin Məşriqi pis niyyətlərlə örtülüb: Haradadır Sənin Qüdrət barmaqların, Ey aləmlərin iqtidarı?

Susuzluq iztirabı bütün aləm əhlini üzüb: Haradadır Sənin inayət çeşmələrin, Ey aləmlərin Mərhəməti?

Hərislik bütün bəşəri əsir edib: Haradadır Sənin inqita təcəssümlərin, Ey aləmlərin Mövlası?

Görürsən Sən, bu Məzlum sürgündə yalqız qalıb: Haradadır Sənin əmr səmanın orduları, Ey aləmlərin Hökmdarı?

Qürbət diyarda tərk edilib, tənha qalmışam: Haradadır Sənin vəfa nişanələrin, Ey aləmlərin Vəfası?

Aləm əhlini ölüm əzabı bürüyüb: Haradadır Sənin dirilik dənizinin damcıları, Ey aləmlərin Həyatı?

Şeytan vəsvəsələri bütün yaranmışları əhatə edib: Haradadır Sənin alovlu ildırımın, Ey aləmlərin şimşəyi ?

Aləm əhlinin çoxu nəfsi-həva məstliyindən korlanıb: Haradadır Sənin saflıq məşriqlərin, Ey aləmin Məqsudu?

Görürsən Sən, bu Məzlum şam əhlinin arasında zülmət pərdəsi içindədir: Haradadır Sənin Sübh şəfəqlərinin parıltısı, Ey aləmlərin işığı?

Görürüsən Sən, qadağan ediblər Mənə bəyan etməyi: Bəs onda haradan çağlayacaq Sənin nəğmələrin, Ey aləmlərin Bülbülü?

Xalqın çoxunu mövhumat və boş xəyallar pərdələyib: Haradadır Sənin yəqinlik məşriqlərin, Ey aləmlərin Yəqinliyi?

Bəha, bəla dənizində qərq olur: Haradadır Sənin xilas gəmin, Ey aləmlərin Xilaskarı?

Görürsən Sən, Sənin bəyan Məşriqin aləmin zülmətindədir: Haradadır Sənin fəzl səmanın günəşi, Ey aləmlərə işıqverən?

Doğruluq və saflıq, sədaqət və şərəf çıraqları söndürülüb: Haradadır Sənin qisas qəzəbinin nişanələri, Ey aləmləri Hərəkətə Gətirən?

Bir kəsi görürsənmi ki, Səni müdafiə etsin, ya Sənin məhəbbətin yolunda Onun başına gələnlər barədə düşünsün? İndi isə Mənim qələmim dayanır, Ey aləmlərin Məhbubu.

Ilahi Ağacin budaqları qəzavü-qədər tufanlarının hücumundan sınıb tökülüb: Haradadır Sənin dada yetişmək bayraqların, Ey aləmlərin Mübarizi?

Bu üz iftira tozları ilə örtülüb: Haradadır Sənin şəfqət nəsimlərin, Ey aləmlərin şəfqətiə?

Müqəddəslik ətəyi hiylə əhlinin əlindən ləkələnib: Haradadır Sənin paklıq zinətin, Ey aləmləri Bəzəyən?

Fəzl dənizi insanların törətdiklərindən sükut edib: Haradadır Sənin kəramət dalğaların, Ey aləmlərin Məqsudu?

Liqa qapısı Sənin düşmənlərinin zülmündən bağlanıb: Haradadır Sənin inayət açarın, Ey aləmləri Açan?

Nifaqın zəhərli küləyindən yarpaqlar saralıb: Haradadır Sənin kəramət buludunun yağışı, Ey aləmlərin Bəxşedəni?

Dünya qaralıb günah tozundan: Haradadır Sənin əfv nəsimlərin, Ey aləmləri Bağışlayan?

Bu Gənc biyabanda tək-tənhadır: Haradadır Sənin fəzl səmanın yağışı, Ey aləmlərin Dadına çatan?

Ey Ulu Qələm, Sənin çox şirin nidanı əbədi Cəbərutda eşitdik: Eşit Sən, gör əzəmət Dili nə söyləyir, Ey aləmlərin Məzlumu.

Əgər bu soyuq olmasaydı, Sənin bəyanının hərarəti necə zəfər çalardı, Ey aləmlərin şərhedəni.

Əgər bu bəlalar olmasaydı, Sənin səbr günəşin necə parlaya bilərdi, Ey aləmlərin işığı.

Ahu-nalə etmə, şər adamlara görə. Sən dözmək və tab gətirmək üçün yaranmısan, Ey aləmlərin Səbri.

Necə şirin idi, nifaq əhli arasında Sənin Əhdi-Peyman üfüqündən parlamağın və Sənin Allaha şövqün, Ey aləmlərin Eşqi.

Sənin vasitənlə istiqlal bayrağı ən yüksək zirvədə sancıldı və fəzl dənizi təlatümə gəldi, Ey aləmləri Valehedən.

Sənin yalqızlığınla Tovhid Günəşi çıxdı və Sənin sürgün olunmağınla Birlik torpağı zinətləndi, Ey aləmlərin Qəribi.

Biz zilləti izzət köynəyi və bəlanı Sənin heykəlinə zinət etmişik, Ey aləmlərin Fəxri.

Görürsən Sən, qəlblər nifrətlə dolub, Sən göz yum, Ey aləmlərin günahına göz Yuman.

Qılınclar parlayanda, irəli get! Oxlar süzəndə, irəli çıx! Sən Ey aləmlərin Fədası.

Sənmi ağlayırsan, yoxsa Mənə! Xeyr, Sənin tərəfdarlarının azlığından Mən ağlaram, Ey aləmlərin ah-naləsinin Səbəbi.

Həqiqətən, eşitdim Sənin nidanı, Ey Əbhanın Məhbubu; və indi Bəhanın üzü dərd-bəlaların hərarətindən və Sənin nurani kəlmələrinin atəşindən alovlanır və fəda meydanında O Sənin razılığından ötrü vəfa ilə qalxdı, Ey aləmlərin Hökmedəni.

Ey Əli-Əkbər! Bu lövhə görə öz Rəbbinə şükr eylə ki, Mənim məzlumiyyətimin ətrini ondan duyasan və aləmlərin Məbudu olan Allahın yolunda Bizim başımıza gələnlərdən agah olasan.

Əgər bütün bəndələr bu lövhü oxusalar və üzərində düşünsələr, onların damarlarında elə atəş yanar ki, bütün aləmləri oda qalayar.

- Bəhaullah

ƏHMƏD LÖVHÜ

"Bu gündəlik namazlara, şəfa Duası, Əhməd Lövhü kimi digər bir neçə xüsusi dualarla yanaşı, Həzrət Bəhaullah tərəfindən fövqəladə güc və əhəmiyyət əta edilmişdir və ona görə də onları belə qəbul etmək lazımdır. Möminlər onları şübhəsiz iman və inamla oxumalıdırlar ki, onların vasitəsilə Allahla daha yaxın ünsiyyətə girə bilsinlər və özlərini Onun qanun və hökmləri ilə daha tam uyğunlaşdırsınlar.

-Həzrət Şövqi Əfəndinin adından yazılmış məktubdan

Odur Sultan, hər şeyi Bilən və Hikmətli!

Budur, Cənnət Bülbülü Əbədiyyət Ağacının budaqları üzərində müqəddəs və şirin avazla oxuyur. miz qəlblilərə Allahın yaxınlığından müjdə verir, Allahın Birliyinə inananları Səxavətli Allahın Hüzuruna çağırır, inqita edənlərə Sultan, Cəlallı, Bənzərsiz Allahın nazil etdiyi bu müraciətdən xəbər verir və aşiqləri Müqəddəslik Məqamına və bu nurlu Camala doğru yönəldir.

Həqiqətən, bu həmin O Ən Böyük Camaldır ki, Peyğəmbərlərin Kitablarında öncədən xəbər verilmişdi, Onun vasitəsilə haqq nahaqdan ayrılar, hər bir əmrin hikməti Onunla sınanar. Həqiqətən, O bir Həyat Ağacıdır ki, onun barı Uca, Güclü və Ulu Allahın meyvələridir.

Ey Əhməd! Sən buna şəhadət ver ki, həqiqətən, Odur Allah və Ondan başqa Allah yoxdur, O Sultan, Hifz Edən, Misilsiz və Qüdrətlidir, və "Əli" adı ilə göndərilən O şəxs haqdır və biz hamımız Onun əmrlərinə əməl edənlərik.

Söylə: Ey insanlar, Şərəfli və Hikmətli Allahın Bəyanda hökm etdiklərinə itaət edin. Həqiqətən, O Elçilərin Padşahı və Onun Kitabı Ana Kitabdır, kaş ki, bilənlərdən olardınız.

Bu Bülbül sizə bu məhbəsdən belə səslənir. O, ancaq bu aydın müraciəti sizə çatdırmalıdır. Kim istəyir, qoy bu nəsihətdən üz çevirsin, kim istəyirsə, qoy öz Rəbbinə gedən yolu seçsin.

Ey qövm, əgər siz bu ayələri inkar etsəniz, onda Allaha hansı dəlil ilə iman gətirmişdinizə Göstərin dəlilinizi, ey yalançılar zümrəsi.

Xeyr, mənim canım əlində Olana and olsun, onlar bunu edə bilməyəcəklər və heç vaxt da buna qadir olmayacaqlar, hətta bir-birlərilə köməkləşsələr də.

Ey Əhməd! Unutma Mənim fəzlimi Mən olmayanda. Sənin günlərində, Mənimlə olan günləri və bu uzaq məhbəsdə mənim hüznümü və qəribliyimi xatırla. Mənim Sevgimdə elə möhkəm dur ki, hətta başına düşmən qılıncları ensə və bütün yer-göy əleyhinə qalxsa, ürəyin əsla tərəddüd etməsin.

Mənim düşmənlərimə bir yanar od və Mənim dostlarıma əbədi həyat çeşməsi ol və şübhə edənlərdən olma.

Və əgər Mənim yolumda bir bəlaya düşsən və ya Mənim adımdan ötrü bir zillətə uğrasan, ondan üzülmə.

Allaha təvəkkül eylə, sənin Allahın və sənin atalarının Rəbbi olan Allaha. Zira, xalq yanlış yolda sərgərdandır və Allahı öz gözləri ilə görmək və Onun Nəğmələrini öz qulaqları ilə eşitmək bəsirətindən məhrumdurlar. Biz onları belə gördük, sən də buna şahidsən.

Onların xurafatı onlarla qəlbləri arasında beləcə pərdəyə çevrilmiş və onlar Uca və Ulu Allahın yolundan beləcə kənarda qalmışlar.

Sən öz qəlbində buna əmin ol ki, bu Camaldan üz çevirmiş olan bir kimsə, bundan öncə gələn bütün Elçilərdən də üz çevirmiş və əzəldən əbədiyyətədək Allaha təkəbbür göstərmiş olur.

Yaxşı öyrən bu lövhü, ey əhməd. Oxu onu avazla öz günlərində və özünü ondan məhrum etmə. çünki həqiqətən, Allah onu oxuyana yüz şəhidin və hər iki dünyada xidmət edənlərin mükafatını müəyyən etmişdir. Biz öz tərəfimizdən sənə bir fəzlimiz və öz hüzurumuzdan bir mərhəmət olaraq bu iltifatı göstərdik ki, sən şükr edənlərdən olasan.

Allaha and olsun! çətinliyə və ya qəm-qüssəyə düşən bir kimsə bu Lövhü sidq ürəklə oxusa, Allah onun kədərini dağıdar, çətinliyini qaldırar və dərdini yox edər.

Həqiqətən, O Rəhmlidir, Şəfqətlidir. Alqışlar olsun Allaha, bütün aləmlərin Rəbbinə.

- Bəhaullah

MÜQƏDDƏS DƏNİZÇİ LÖVHÜ

"Müqəddəs Dənizçi Lövhünü öyrən ki, sən həqiqəti biləsən və görəsən ki, Camal-i Mübarək gələcək hadisələri bütünlüklə öncədən xəbər vermişdir. Qoy bəsirəti olanlar bundan ibrət alsınlar."

- Əbdül-Bəha Abbas

Odur Fəzilətli, Sevgili Məhbub!

Ey Müqəddəs Dənizçi!

Öz əbədiyyət gəmini Səma Qoşunlarının qarşısına sür,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Burax onu əzəliyyət dənizinə Onun Ən Ecazkar Adıyla,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və məlaikə ruhları ona mindir, Allahın Ən Uca Adıyla,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Sonra onu lövbərdən azad et ki, şərəf dəryasına üzsün,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Bəlkə onun sakinləri əbədiyyət səltənətinin sahilinə yan ala bildilər,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Müqəddəs sahilə, qırmızı dənizin kənarına çatanda,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Qoy onlar düşsünlər və bu görünməz səmavi məqama çatsınlar,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

O məqam ki, orada Rəbb öz Camalının Alovu ilə ölümsüzlük ağacında işıq saçmışdır;

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Harada ki, Onun əmrinin mücəssəmələri özlərini nəfs və ehtirasdan təmizlədilər;

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Onun ətrafına əbədi qoşunlarla Musanın şərəfi dolanır;

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Harada ki, Allahın əli Onun əzəmət qoynundan çıxmışdır;

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Harada ki, əmr gəmisi hərəkət etməz, hətta onun sakinlərinə bütün ilahi sifətlər izhar olunsa da.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Ey Dənizçi! Gəmi əhlinə bizim Sənə sirli pərdə arxasında öyrətdiklərimizi öyrət.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Bəlkə onlar bəmbəyaz məkanda gecikməyələr,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Amma ruh qanadları üzərində o məqama uçalar ki, Rəbb onu aşağı dünyalarda hər cür zikrdən uca etmişdir,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Fəzada sevimli quşlar kimi əbədi vüsal səmasında qanad açalar;

Alqışlar olsun mənim Əbha Rəbbimə!Nur Dənizlərində gizli qalmış sirlərdən agah olalar.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Onlar dünyəvi məhdudiyyətlərin hüdudlarını aşdılar və tovhid məqamına, səmavi hidayət mərkəzinə yetişdilər.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Onlar o məqama yüksəlmək istədilər ki, Rəbb onların məqamından uca müəyyən edib.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Onda Onun Hüzur Səltənətində sakin olanlardan yanar şimşək qovdu onları,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Onda onlar Cəlal Zirvəsindəki görünməz çadırın arxasından əzəmət Səsini eşitdilər:

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Ey qoruyucu mələklər! Qaytarın onları aşağı aləmdəki yerlərinə,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"çünki, onlar o fəzaya qalxmaq istəyirlər ki, cənnət göyərçininin uçuşu oraya heç vaxt yetməyib;

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"Və onda güman gəmiləri hərəkətsiz qalır ki, onu idrak sahibləri dərk edə bilməz."

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Onda səma hurisi özünün uca köşkündən boylandı,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və öz qaşı ilə Səma Qoşunlarina işarə etdi,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

üzünün nuru göyü və yeri doldurdu,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və onun gözəlliyinin işığı torpaqdan yaranmışların üzərinə düşən kimi,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Bütün varlıqlar fanilik qəbirlərində silkələndilər.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Sonra o elə bir nida ucaltdı ki, bütün əzəliyyət boyi bir qulaq bunu eşitməmişdi,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və belə bəyan etdi: " Rəbbə and olsun! O kəs ki, onun ürəyində uca və şərəfli Ərəb Gəncinin məhəbbət ətri yoxdur,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"Uca səmadakı şərəfə heç cür yüksələ bilməz"

Alqışlar olsun mənim Əbha Rəbbimə!

O zaman o öz kənizlərindən bir hurini çağırdı,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və ona əmr etdi: "əbədiyyət sarayından aşağı en,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"Və onların ürəklərinin ən dərinliklərində gizlətdiklərinə üz tut,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"Zülm əhlinin əllərinin törətdikləri ucbatından nur çadırında gizlədilmiş Gəncin əbasının ətrini duysan,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"Səsini elə ucalt ki, Cənnətin xanəgahındakı əbədi zənginlik mücəssəmələri olan bütün sakinlər anlasınlar və eşitsinlər;

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"Ta ki, onların hamısı özlərinin əbədi köşklərindən aşağı düşsünlər və əssinlər,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və vəfa zirvələrinə uçduqları üçün onların əllərini və ayaqlarını öpsünlər;

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"Bəlkə Məhbubun ətrini onların əbasından duyalar."

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Bu zaman sevimli hurinin üzü səmavi köşkün üzərində nur saçdı, sanki Gəncin üzünün nuru Onun fani heykəlinin üzərində parladı;

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Sonra o belə bir bəzəklə aşağı endi ki, bütün göyləri və orada olanları işıqlandırdı.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

O cilvə ilə özünü silkələdi və müqəddəslik və cəlal torpaqlarındakı bütün şeyləri ətirləndirdi.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

O yerə çatanda o, yaradılışın düz ürəyində boy verib ucaldı,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və istədi ki, əvvəli və sonu olmayan bir zaman ərzində onların ətrini duysun.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və onlarda istədiyini tapmadı və bu, həqiqətən Onun heyrətamiz rəvayətlərindən biridir.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Onda o fəryad qopardı, nalə çəkdi və özünün ən uca məkanındakı məqamına qayıtdı.

Və sonra o sirli bir söz söylədi şirin dilindən,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və Səma Qoşunları və cənnətin ölməz huriləri arasında nidasını ucaltdı:

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"Allaha and olsun! Mən bu bihudə iddiaçılardan Vəfa nəsimləri duymadım."

Alqışlar olsun mənim Əbha Rəbbimə!

"Allaha and olsun! Bu Gənc bu qərib yerlərdə allahsızların əlində tək-tənha qalıb"

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Sonra o elə inildədi və nalə çəkdi ki, Səma Qoşunları fəryad qopardı və titrədi,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Sonra o torpağa düşdü və canını tapşırdı. Yəqin ki, o onu Uca Səltənətə çağıran Kəs tərəfindən eşidilidi,

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Alqışlar olsun O Kəsə ki Özünün uca cənnətinin düz ürəyində onu məhəbbət cövhərindən yaratdı!

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Bu zaman səma huriləri öz köşklərindən çıxdılar, o hurilər ki, onların üzlərini ən uca cənnətin sakinlərindən heç kəs heç vaxt görməyib.

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Onların hamısı onun ətrafına toplandı, və bir də gördülər ki, Onun bədəni torpağa düşüb;

Alqışlar olsun mənim Əbha Rəbbimə!

Və onlar onun halını gördülər və Gəncin danışdığı rəvayətdəki sözü başa düşdülər, onlar başlarını açdılar, paltarlarını cırdılar, üzlərinə döydülər, sevinclərini unutdular, göz yaşları tökdülər, əllərilə yanaqlarına vurdular, və budur, həqiqətən, sirli və ağır bir müsibət.

Alqışlar olsun bizim Uca Rəbbimizə!

- Bəhaullah

 

HƏZRƏT ƏBDÜL-BƏHANİN OSMANLİ TÜRKCƏSİNDƏ NAZİL ETDİYİ DUALAR

Hüvəl-Əbha! Rəbbim, Rəhmanım! Aramecanım! Hər səhərgah əsiri-dərd və ahəm və hər şəbangah dəstigire-bidade hale təbahəm. Zülməti-şəbtirəgiye-ənduhe pünhanımdır və şəmi-cəm şöleye-cansuze, qəlbe suzanımdır. Fəryad və fəqanım dağe-nümayanım, çeşmigiryanım, həsrəte iştiyağıma bürhanımdır. Lütf və ehsan ümid edərən. Ya Allah!

- Əbdül-Bəha Abbas

Hüvəl-Əbha! İlahi! Zülməte-firğət afaqı qapladı və atəşe-həsrət şölələndi və şəmehirğət parladı və pərvanəye-məhəbbət bal və pəriyandı. Və yandı, ürəyi yandı. İnayətə müstəhəqqdir, rəhmətə möhtac və ehtiyace mərhəmətdir, əfv ümid eylər, vəsl ümid eylər, fəzl ümid eylər.

- Əbdül-Bəha Abbas

Hüvəllah! Ey sevgili dostum! Cənabi həqq inayət qapısını və mohebbət dərgahını yaranihəqiqi üzlərinə açıb, səlaye-am vermişdir. Bax, bu nə İnayətdir? Ki, eyni hidayətdir, bidayəti-nuri imandır, nəhayəti irfaniyəzdandır, hər ikinin şərti, sübut və istiqamət, əhd və peymandır. Misaqe-Əzime-İlahi və Əhde-Qədime-Yəzdani, təşəbbüs və təməssəq olmadıqca bir xırman irfan və iğan bir arpaya dəyməz. Vəl-Bəha-Əleyk!

- Əbdül-Bəha Abbas

Hüvəl-Əzəm! Ey Rəbbi Qəfurimiz, Pənahımız, Məhbubimiz! Dərgahi Əhədiyyətinə sığınmış biçarələrik və asitani İnayətinə iltica etmiş avarələrik. Lütf və ehsanın cahanı əhatə və hər neməti amadə eyləmişdir, hikməti anlaşılmışdır və həzrəte Rübubiyyətin asaribahirəsi feyzi-vücuddur və eetai-həqqi hər mövcuddur. Biz biçarələrik, avarələrik, üftadələrik. Müstəhəqqe inayətik, müstəiddi riayətik, Möhtaci mərhəmət və mohibbətik. Təyidin olduqca zəif qəvi olur, zərrə aftabi deraxşan olur. Ya Rəbb! Təyid eylə və tofiq ehsan eylə. Qəlbimizi məsrur eylə və sədrimizi məşhur eylə və nəfsimizi məğlub eylə, Əhdi və Misaqinə bizi sabit qədəm eylə.

- Əbdül-Bəha Abbas

Hüvəl-Əbha! İlahi! Dərgahi-Əhədiyyətində übudiyyətim məqbul isə, fəzl Sənindir. Mohibəti kobra mənə və rəhməti ozma mənə.

Qulluğum və riqqiyyətim mərdud isə ədalət Sənindir. Həsrət mənə, nemət mənə, qəni Rəhmansan, Rəhimi Mənnansan, fəzl Üluhiyyətinə layiqdir və Ədlinə faiqdir.

- Əbdül-Bəha Abbas

Hüvəl-Əbha! İlahi! Asitani Rübubiyyətində bəndə olan sultan olur, bərdə olan fəxri şahan olur, zərrə olan mehre-rəxşan olur, bədre-taban olur, xeyl və həşəmi-zümreye aşıqan olur, çətri və aləmi-ənvare irfan olur, tac və təxti qübari asitan olur, fərri və çövkəti pərtovi-iman olur.

- Əbdül-Bəha Abbas

Hüvəl-Əbha! Ey İsmi-Əzəmin kənizeşürəngizi! Dünyada necə xanımlar, banular, xatunlar mövcuddur, nəhayəte sərvət və saman ilə məmurdur. Kimi məlikzadə, kimi şahzadə, kimi kraliça, kimi prinses, hamısı kənizi-siyahdır və naçize təbahdır. Sən ki, məzhəri-hidayət oldun və muride-inayət oldun, banuye-aləmsən. Tace-səri bəni adəmsən. Mələkute Əbhada üzün ağ olsun və gözün paqrlaq olsun, ey Bəhanin cariyyəsi.

- Əbdül-Bəha Abbas

Hüvəllah! Ey mənim Rəbbi-Kərimim, Xudavəndi-Rəhimim! Hali-zarimə bax. Aciz və natəvanəm, səbirsiz və biqəraram. Lütf və İnayətinə ümidvarəm, bisər və səmanəm, dil şikəstə və pərişanəm. Əfsurda-dil və pəjmürdə canəm. Oon və Soon və Rəhmət gözlərəm. Biçarəyəm, üftadəyəm, avarəyəm, fəzl və ehsan istərəm. Məznunəm, dilxunəm, məcnunəm, ətlafi-bipayan ümid edirəb. Ey Rəbbim! İnayət eylə, himayət eylə. Mohibbəti dücahan bəklərəm.

- Əbdül-Bəha Abbas

Hüvəllah! Ey Allahın sevgili qulu! Cəmali-Mübarək şəmsi həqiqətdir, bədre-munire əsirdir, mümkunat məzahir və məcali müstəfezdir. Feyze-fəyyaz hər nə qədər əzim və şədiddir, ancaq istedad lazımdır, qabiliyyət vacibdir, ləyaqət şərtdir. Sən haqdan istedadeəzim tələb et, ta zühure feyz şədid olsun.

- Əbdül-Bəha Abbas

Hüvəllah! Ey Cəmali-Əbha qulları və gülzare Məhəbbətüllah bülbülləri! Siz məzhəre iltifat və inayəte həzrəte Kibriyasınız və mənzure nəzare cənabe Rəbbe-Əbha Allahın qapısında əziz və məqbul qullarsınız. Şükrane ilə məşğul olmaq vacibdir.

- Əbdül-Bəha Abbas

Hüvəl-Əbha! Qoy mənim çox sevdiyim! Cənabım Kibriyanın Lütfi və Ehsanı və Mohibbəti bipayanı, həqiqəti insana məxsus olduğunu mənsusdur. Ancaq insan kəlməsi əhli irfanə itlağ olunur və fəzaili məmduhədən məhrum olan heyvandır, bəlkə ondan betər əhli küfrandır. Sən Həzrəte-Rəhman Dərgahına şükr eylə ki, Məzhəre-Əltaf və Mətləi-Ənvar ehsan olaraq kövkəbi rəxşansan.

- Əbdül-Bəha Abbas

Hüvəllah! Ey Yezdani Rəhmanım, canım və cananim! Firqətdir, həsrətdir, hərqətdir, korbətdir. Suzi-hicranıma və şiddəti-hirmanıma və hüzni bipayanıma şahidim, bürhanım, ahi suzandır, çeşmi-giryandır, dili-biryandır, atəşi-eşq pürşölədir və şəmi-şoq pur şəəşəədir. Pərvanı asa, pərü-balım yandı və canım oyandı. Firqətdən qəlbim usandı və bununla bərabər, qüsurdan gözüm utandı. İlahi! İlahi!

Dəördimi dərman eylə, zəxmimi mərhəm ehsan eylə, heyranam, sərkərdanəm, bisərüsamanəm, əlil və natəvanəm. Sən Dəlili-Səbilisən, Sən Mehribansan, Sən Rəhmansan. Biz qafilik, biz kahilik, biz cahilik, biz cahilik, biz xamilik. Sən Kərimsən, Sən Rəhimsən, Sən Əzimsən, Günahımızı məğfur eylə və badeyi lütf ilə məxmur eylə və məsrur eylə.

- Əbdül-Bəha Abbas

 

Hüvəllah-Təala! Pərvərdigara! Amurzeqara! Bəndəyi-şərməndəni ümidvar eylə, nikukar eylə, Feyze-Əhədiyyətdən bərxurdar eylə, xətiyyatıma baxma, səyyatımı sayma, qüsurumuəhf eylə, füturunu məğfərət. Sən Rəhimsən, Sən pənahı hər fəqirsən. Sən fəryadirəsi hər mücirsən. Könlümü ayineyi səfa eylə, ruhum pürvəfa eylə, nəfsb əmmarəmi xəfa eylə, qəlbimi yandır, canımı oyandır, ta ki, DərgaheƏhədiyyətinəsığınayım, kəbeye Rahmaniyyətinə gedim, tariği-hidayətinə yüyürüm, dəryayi-məhəbbətində üzüm. Rəbbim! Rəbbim! Qüsurdan utanıram, füturdan usanıram, əfvinə məğruram, nəfseəmmarədən məqherəm, fəryad və fəğan etməkdən məzurəm. Mucirim Sənsən. Kərimim Sənsən. Biçarəyəm mən, üftadəyəm mən, avarəyəm mən və hər bir fədakarlığa amadəyəm mən. Ya Rəbb! Aciz qulu qurtar, bu bəndəye günahkar min dərdə giriftar, əfvin mənə səzavar. Zira Rəhmansan, Müstəansan. Pənahe günahkaransan.

- Əbdül-Bəha Abbas

Hüvəl-Əbha! Ey yarane İlahi! Qafqaziya iqliminə Kuhe-qaf deyirlər. Kuhe-qaf isə Simurğe-şəhirin lanə və aşiyanəsi və yurd-yuvasıdır deyərlər və simurğdan murad topluqalın qiyafəli bir quş olmayıb, ancaq tavuse-elliyin kimi şahpəre-təqdis açıb, üfüqe-mohibbəti təziyn edən, Onqaye-həqiqi və Sumurğe-ilahi kəlmətullah olduğu ərbabe-intibaqh və ürfan nəzdində müsəlləm və mühərrəqdir. Binaən əleyh dilbare- mohibbəte rəhmaniyyənin hicləqahi olan Qafqaziya iqlimi-dilguşaye fəzaili-insaniyyət ilə zinyətyab olacağı və feyzi-namüyənahiye ilahidən nəsibi-mövfurə nailiyyət ilə bəxtiyar bulacağı ümüd olunur. Rəbbim! Feyze namütənahi ilə təid eyləyə. Sevgili yaranım.

Hüvəllah! Ey allahın sarsılmaz ipindən tutan. Dünya əhli çalışmaqda və cəhd göstərməkdədir. Aləm əhli səy və çəkişməkdədir. Hər başda bir sirr var və hər kəsdə bir həvəs var. Birisi eyş və işrət çölündə sərgərdandır, digəri izzət axtarmaqdadır, bəzisi mənsəb və şöhrət dalınca qaçmaqdadır, bir qismi ticarət çölündə valəh və heyrandır, bəzisi vəzirlik və əmirlik səhrasında yıxılıb qalxmaqdadır, az sayda olanlar isə səltənət taxtında əzab və qorxu içindədir. Əgər sən Allahın nəsihətini eşitmək istəsən, bütün bu əndişələrdən azad ol. Bütün bu aludəliklərdən pak və uzaq ol. Cəmali-Əbha Dərgahınınbəndəliyini axtar, ta ki, şahların şahı olasan və göy aləminin ağası olasan.

-Əbdül-Bəha Abbas

Hüvəl-Əbha! Ey Yəzdani Mehribanım! Qüsurum çox və əməli məbrurum yox, günahkaram, bədkirdaram, qəmginəm, bitəmkinəm, biçarəyəm, avərəyəm, giriftaram, sitəmkaram. Sən Qəfursan, Sən Qəyursan, Sən Səbursan, Sən kaşifı-zilami Deyçursan. İlahi! Fəzl eylə, lütf eylə, kərəm eylə, rəhmətinlə

Mümailə eylə, konülləri şad eylə, canları azad eylə, ehsani-məzad eylə.

-Əbdül-Bəha Abbas

Hüvəllah-Təala! Pərvərdigara! Amurzeqara! Bəndəyi-şərməndəni ümidvar eylə, nikukar eylə, Feyze-Əhədiyyətdən bərxurdar eylə, xəttiyatıma baxma, səyyatımı sayma, qüsurumuəhf eylə, füturumu məğfərət. Sən Rəhimsən, Sən pənahı hər fəqirsən. Sən fəryadirəsi hər mücirsən. Könlümü ayineyi səfa eylə, ruhumu pürvəfa eylə, nəfsb əmmarəmi xəfa eylə, qəlbimi yandır, canımı oyandır, ta ki, DərgaheƏhədiyyətinəsığmayım, kəbeye Rəhmaniyyətinə gedim, tariği-hidayətinə yüyürüm, dəryayi-məhəbbətində üzüm.Rəbbim! Rəbbim! Qüsurdan utanıram, füturdan usanıram, əfinə məğruram, nəfseəmmarədən məqherəm, fəryad və fəğan etməkdən məzurəm. Mucirim Sənsən. Kərimim Sənsən. Biçarəyəm mən və hər bir fədakarlığa amadəyəmmən. Ya Rəbb! Aciz qulu qurtar, bu bəndəye günahkar min dərdə giriftar, əfvin mənə səzavar. Zira Rəhmansan, Müstəansan. Pənahe günahkarasan.

-Əbdül-Bəha Abbas

HƏZRƏT ƏBDÜL-BƏHANIN AZƏRBAYCAN HAQQINDA DUA VƏ LÖVHLƏRİ

Bakı Bəhailərinin- Allahın nuru üzərlərinə olsun-nəzərinə!

Ey Əbha Camalının dostları!

Bilmirəm ki, hansı dil ilə söyləyim və nə cür yazım ki, az da olsa mənim ürəyimin dərinliyində Allahın dostlarına olan məhəbbəti bəyan edim. Allaha and olsun! Qələmlər bunu bəyan etməkdə acizdirlər və aqillər isə onu dərk edə bilməzlər. Ona görə də yaxşısı budur ki, bunu münacat dili ilə dua kimi söyləyim:

 

Rəbbim, Rəbbim! Bunlar Sənin bəndələrindir ki, Sən bəxş etdiyin sığınacağa pənah gətiriblər. Və Sənin əzəmətli Əmrinin yanında pənah axtarmaq üçün gəliblər. Sənin dövründə əta dənizinin sahilinə can atıblar. Ya Rəbb! Onlara lütf və mərhəmət badələrini bəxş eylə. Comərdlik və bəxşiş buludlarını onlara yağdır. Onları fəzl və ehsan buludlarının kölgəsinə daxil et. Əhd və Misaq yolunda qədəmlərini möhkəmləndir. Ruh və bəxşiş nəsimlərini onlara göndər. Onları Öz varlıq və cəlal üfüqünə yüksəlt. Onların ürəklərini Öz tövhid nurunla ilhamlandır. Onların ruhlarını Sənin Camalını görməkdən məhrum edən şeylərdən pak et və qəlblərinə Öz münacatının ruhu ilə həyat ver. Və Öz müqəddəs rahiyələrini onlara duydur. Ey Allahım, onları bu dünyada Özünün tovhid nişanələrin və vəsfetmə bayraqların eylə. Həqiqətən, Sən Ən Əziz və Ən Qüdrətlisən.

-Əbdül-Bəha

Hüvəllah! Ey Ələst piyaləsindən məst olmuşlar! Şükr olsun Qəyyum Tanrıya ki, əzəmətli çadırın kölgəsində və Əbha Cənnətindəsiniz və Ən nurlu bağa daxil olmusunuz. Ələst badəsindən heyrətdəsiniz. Və Allahın məhəbbət odunun hərarətindən həyəcana gəlmisiniz. Camalı-Əbhanın fəzl və lütflərindən ümid edirəm ki, azad insanların başçısı və nəcib adamların öndəri olasınız. Qəyyum Allahın varlığının nişanəsi olasınız və Aşkar Allahın dan yerinin şəfəqləri olasınız. Tovhid nişanələri və təcrid məqamında parlaq ulduzlar olasınız. Cahanın qəlbində və dünyanın özəyində eşqin atəşindən yanan bir çıraq olasınız və elə nur saçasınız ki, hər yan nurlansın və müqəddəs rahiyələr irfan gülşənindən Qafqazın hər tərəfinə yayılsın.

Ey mənim Allahım! Bu o şəhərdir ki, orada Sənin məhəbbətinin atəşi şölələndi və Sənin mərifətinin işığı buradan saçdı. Elə isə onları hər tərəfi və hər yeri işıqlandıran və ətirləndirən eylə. Və qoy onlar o üfüqlərdən Sənin tovhid nurunun yayılması nəticəsində səadət və xoşbəxtlik fəzasının genişlənməsinə səbəb olsunlar. Onları Öz əhədiyyət dənizinin dalğalarından və Öz mərifət ordunun dəstələrindən və Öz bəxşiş bağının ağaclarından və Öz inayət ağacının meyvələrindən ən sevimliləri eylə. Həqiqətən Sən Ən Kərim və Ən Ucasan.

-Əbdül-Bəha

NAXÇIVANIN ARTUZ KƏNDİ

Ey mənim Allahım, Ey mənim Allahım! Bunlar Sənin o bəndələrindir ki, onların batiniləri xalisdir və onların niyyətləri pakdır. Və Sənin məhəbbətinin atəşi onların sinələrində alovlanıb və Sənin müqqəddəs ayələrini oxuyarkən onların nalələri Sənin Mələyi-Əlana və Sənin Əbha Mələkutuna yüksəlir və onların ürəklərində Sənin məftunluq alovun şölələnib və onun hərarəti yüksəkliklərə və göyün ortasına çatıb. Ey mənim Allahım, Ey mənim Allahım, Bunlar həqiqətən, fəqirdirlər, onları Öz Mələkutunda kübar, eylə, həqiqətən, onlar zəifdirlər, Öz Cəbərutunun gücü ilə onları gücülü eylə, həqiqətən, onlar fəqirdirlər, Öz Lahut feyzinlə onları zəngin eylə.... Ey mənim Allahım! Ey mənim Allahım! Onları bu dünyada Öz tövhid nişanələrin eylə və Sənin təyid nəsiminlə zirvədə dalğalanan Sənin tərif bayraqların eylə. Onları bu aləmdə töhidin dan yerinin şəfəqləri, təcridin təzahürləri və Öz sifətlərinin nurunun məşriqləri eylə, ta ki,elə bir əxlaqa malik olsunlar ki, Şərq və Qərb onların pak nəfəslərindən ətirlənsin. Və onların üzünün nurundan yer kürəsinin cənubu və şimalı nurlansın. Həqiqətən, Sən İqtidar sahibi, Əziz, Güclü və Qadirsən.

Ey benim sevgili Yaranım! Şəmsi-həqiqət nöqteyi-ehtirağdadır.Afaqi-fəcri-satii həqiqəti-mühəmmədidən işraq buyurmuşdur. Və mahi-təbanı üfüqi-əhədiyyətdən ləman buyurub. Xətti-estevanək intisafi-kürəvidə vaqe olub. Cənub və Şimala nazir olduqdan iki cəhətə mütəsavi Qütbü-Cənubi və Qütbü-Şimali bərabərinə mühazi olub, kəşf öltməqətə bulunduqdan ley və nəha mütesavi və hərarəti şədid və qüvveyi embatiyyəsi bişəbih və məsildir. Bunun kibi əhli-həqiqət xətti-estevai intixab edərək və hər cəhətcə fiyuzati-ilahiyyəyə istedad və istehqai olan məntəqeyi-etidaliyə daxil olarlar, pəhan əleyhə. Əhibbayi-rəhmani bər nöqtə və məqami təhərri buyurmaları lazımdır ki, hər zaman Mələkuti-Əbhadan və İşraqati-Şəmsi-Həqiqətdən bəhrimən olsunlar. O məqam isə eşq və məhəbbət və fəna və məhviyyət və incizab və işteal və inqita və ictinab və müxalifəti-müqtəziyati-nəfs və həvadır.

Ey dərgahi-əhədiyyətə müqərrib olanlar! Həmd olsun ki, bu bahari-ruhaniyyətədə fiyuzati-rəhmaniyyədən nəsibi-möfurə və əvatifi-rəhmaniyyei-həzrəti-qəfurə nail ola bildiniz. Riyazi-əhədiyyətə həmd olsun, nəxli-basixsiniz. Üfüqi-məhəbbəti İlahiyə şükr olsun, mətləi-irfanda nuri-bariqsiniz. Rəbbim müvəffəq buyursun, sübhi-sadiqsiniz. Artıq bu necə neəm cəlileyi-ilaheyeyə məzhər olduğunuzu halda şövq və tərəb etməli, fərəh və şadmani etməli, məsərrəd və kamrani buyurmalı, və gecə-gündüz nəğmeyi cansuz eylə, ahəng və təranə eylə, ta ki, uməmi-şərqiyye və milləli-qərbeyyi, bəlkə bütün cahaniyan heyrət və vələhə müstəqrəq olsunlar və yabuşar və yatuba və yafərəha və yasürura, ahəng və həvası iyuğa çıxıb, ta ki, Mələyi-Əla zövq və tərəblə gülsünlər. Şad olasınız. Var olasınız. Yar olasınız.

Ey Allahın dostları! Deyilir ki, Qafqaz əslində Qaf dağıdır və Qaf dağı ilahi və səmavi Simurğun yuvasıdır. Allahın dostları gərək cəhd etsinlər və fədakarlıq göstərsinlər ki, həqiqətən, o ölkə Camalı-Əbhanın məhəbbət Simurğunun və uca üfüqün mərifət Ənqasının yuvası olsun. Və Salam və Səna sizin üzərinizə olsun.

-Əbdül-Bəha

ZİYARƏTNAMƏLƏR

HƏZRƏT BAHAULLAH VƏ HƏZRƏT BAB

(Bu Lövh Həzrət Bəhaullahın və Həzrət Babın Məqamlarında, habelə Onların ildönümlərində də istifadə olunur)

O tərif ki, Sənin ən uca Zatından doğdu və o nur ki, Sənin ən nurlu Camalından parladı, Sənin üzərinə olsun, Sən Ey əzəmət Məzhəri və əbədiyyət Sultanı və göydə və yerdə olanların Rəbbi. Mən şəhadət verirəm ki, Sənin vasitənlə Allahın səltənəti və Onun Hökmranlığı, Allahın Böyüklüyü və Onun əzəməti aşkar oldu və qədim cəlalın Günəşi öz şüalarını Sənin dəyişməz əmrinin səmasına saçdı, və Gözəgörünməzin Camalı xilqətin üfüqündə parladı. Daha sonra şəhadət verirəm ki, Sənin Qələminin tək bir hərəkəti ilə Sənin "Ol" əmrin yerinə yetdi və Allahın gizli Sirri açıldı və bütün varlıqlar yaranmağa başladı, və bütün Vəhylər nazil oldu.

Bundan əlavə, şəhadət verirəm ki, Sənin camalınla Pərəstiş Olunanın camalı göründü, və Sənin üzünlə Məqsudun üzü parladı, və ona şəhadət verirəm ki, Sənin tərəfindən gələn bir kəlmə ilə Sən bütün məxluqat arasında qərar verirsən, Sənə sədaqətli olanları şərəf zirvəsinə ucaldırsan, inanmayanları isə uçurumun dibinə salırsan.

Mən şəhadət verirəm ki, hər kəs ki, Səni tanıdı, o, Allahı tanıdı və hər kəs ki, Sənin hüzuruna yetişdi, Allahın hüzuruna yetişdi. Ona görə də, xoş o kəsin halına ki, Sənə və Sənin əlamətlərinə iman gətirdi, və Sənin hökmranlığına baş əydi, Səninlə görüşmək şərəfinə nail oldu, Sənin razılığını əldə etdi, Sənin dövrənə dolandı və Sənin taxtının önündə dayandı. Vay o kəsin halına ki, Sənə qarşı günah etdi, Səni dandı, Sənin əlamətlərini inkar etdi, Səni hökmranlığına qarşı çıxdı, Sənin əleyhinə qalxdı və Sənin üzünün qarşısında lovğalandı, Sənin dəlillərinlə mübahisə etdi və Sənin hökmranlığından və qüdrətindən qaçdı, və Sənin əmr barmaqlarınla Sənin Müqəddəs Lövhlərində inanmayanlar sırasına yazıldı.

Onda, Ey mənim Allahım və mənim Məhbubum, Öz mərhəmətinin və inayətinin sağ əlindən Öz lütfünün müqəddəs nəsimini mənim üstümə əsdir ki, onlar məni öz nəfsimdən və bu dünyadan ayırıb Sənin yaxınlıq dərgahına və Sənin Hüzuruna cəzb etsin. Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, hər şeyin üzərində hakimsən.

Allahın zikri və Onun tərifi, Allahın Cəlalı və Onun nuru Sənin üzərinə olsun, Sən Ey Allahın Camalı! Mən şəhadət verirəm ki, məxluqatın gözü Sənin kimi Məzlum görməyib. Sən bütün ömrün boyu bəlalar dəryasında qərq olmusan. Bir zaman Sən zəncir və qandal altında idin; başqa bir vaxt düşmənlərinin qılıncları Səni təhdid edirdi. Bununla belə, Alim və Hikmətli Allahın Sənə buyurduqlarını bütün insanlara çatdırdın ki, onlara əməl etsinlər.

Ruhum Sənin çəkdiyin əzablara fəda olsun və canım Sənin məruz qaldığın bəlaların qurbanı olsun. Səninlə və Sənin üzünün nuru ilə üzləri işıqlanan və Sənə məhəbbət naminə onlara əmr olunanları yerinə yetirən kəslərlə Allaha and verirəm ki, Səninlə Sənin yaratdıqların arasında maneçilik törədən pərdələri aradan qaldırsın və mənə bu dünyanın və o birisi dünyanın nemətini versin. Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Ən Şərəfli, həmişə Bağışlayan və Ən Şəfqətlisən.

Ey mənim Rəbbim Allah, İlahi Ağaca, onun yarpaqlarına, budaqlarına, pöhrələrinə, onun gövdələrinə və onun qol-budaqlarına, Sənin ən yüksək adların durduqca və Sənin ən uca sifətlərin davam etdikcə xeyir-dua ver. Sonra onu, təcavüzkarın şərindən və zülmün qoşunlarından hifz eylə. Sən, həqiqətən, Qüvvətli və ən Qüdrətlisən. Ey mənim Rəbbim Allah, Sənin hüzuruna yetişən bəndələrinə və kənizlərinə də xeyir-dua ver. Sən, həqiqətən, Kəramət Sahibisən ki, fəzli sonsuzdur. Səndən başqa Allah yoxdur, Sən həmişə Bağışlayan və ən Səxavətlisən.

- Bəhaullah

HƏZRƏT ƏBDÜL-BƏHA

(Həzrət Əbdül-Bəha tərəfindən nazil olmuş bu dua, Onun Astanasında oxunur. Bu həmçinin şəxsi dua kimi də oxuna bilər)

Hər kim bu duanı təvazökarlıq və şövq ilə oxusa, bu Bəndənin ürəyinə şadlıq və sevinc gətirər; bu isə Onunla üz-üzə görüşmək kimidir.

O Nurluların Nurlusudur!

Ey Allah, mənim Allahım! Mütilik və göz yaşları içində yalvarış əllərimi Sənə tərəf qaldırır və üzümü Sənin Astananın torpağına sürtürəm, o yer ki, aqillərin biliyindən və Səni tərif edənlərin tərifindən ucadır. Sənin qapında baş əyən və təzim edən bu bəndəyə şəfqət gözünün bir nəzərilə bax və onu öz əbədi lütf Dəryanda qərq eylə.

Ya Rəbb! O, Sənin yazıq və təvazökar bir bəndəndir, Sənin qulun olaraq Sənə yalvarır, Sənin əlində əsirdir, Sənə cqun dua edir, Sənə inanır, Sənin üzün qarşısında göz yaşları içində, Səni çağıraraq iltimasla söyləyir:

Ey Rəbbim, mənim Allahım! Öz inayətini mənə bağışla ki, Sənin sevimlilərinə xidmət edim, Sənə bəndəlik etməkdə məni gücləndir, özünün müqəddəslik sarayındakı sitayiş nuru ilə və Sənin əzəmət səltənətinə yönələn duaların işığı ilə alnımı işıqlandır. Mənə kömək eylə, Sənin qapının səmavi girəcəyində təmənnasız olum və mənə yardım eylə, Sənin müqəddəslik məkanında olan hər bir şeydən inqita edim. İlahi! Mənə fənalıq piyaləsindən içir; mənə fənalıq libası geyindir və məni fənalıq dəryasında qərq eylə. Məni, öz sevimlilərinin keçdiyi yolların tozu eylə və Sənin yolunda, Sənin seçilmişlərinin addımları ilə şərəflənmiş torpağa fəda olmağı əta eylə, Ey Ucada olan şərəf Mövlası.

Bu münacat ilə Sənin bu bəndən səhər və axşam Sənə üz tutur. Onun ürəyinin arzusunu yerinə yetir, ilahi! onun ürəyini nurlandır, könlünü sevindir və çırağını yandır ki, Sənin əmrinə və Sənin bəndələrinə xidmət edə bilsin.

Sən Bəxşedən, Mərhəmətli, ən Kəramətli, Fəzl Sahibi, Rəhmli və şəfqətlisən.

-Əbdül-Bəha Abbas

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bhai dualar
Yuxarı >