Yupiter (planet)

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Yupiter Jupiter symbol.svg
Jupiter gany.jpg
Peyklər 63 İo, Avropa, Hanimed, Kalisto
Əsas xüsusiyyətlər
Böyük yarımox km. AU
Perigeliy km. AU
Afeliy km. AU
Orbital ekssentrsitet
Fiziki xüsusiyyətlər
Ekvator ×1012 km³
Təzyiq
Həcm ×1012 km³
Kütlə ×1024 kq.
Sıxlıqı  q/sm³
Oxun bucağı o
Tam dövr gün
Qravitasiya m/s2
Sürəti km/saniye
Parlaqliq
(albedo)
Temperatur
Max K (oC)
Orta K (oC)
Min K (-oC)
Tərkibi
Hidrogen  %
Helium  %
Oksigen  %
Karbon  %
Dəmir  %
Kükürd  %
Neon  %
Azot  %
Kremnium  %
Maqnium  %

Yupiter və ya Müştəri Jupiter symbol.svgGünəş sistemində 5-ci, böyüklüyünə görə isə ən böyük planet. Asteroid qurşağından xaricdə yerləşdiyi və tipinə görə qaz nəhəngi olduğu üçün xarici planetlərə aid edilir.

Ekvatorial radiusu 71400 km-dir.

Orta sıxlığı 1,3 q/sm3=1300 kq/m3-dir.

Yupiter öz oxu ətrafında böyük sürətlə fırlanır. Yupiter bərk cisim kimi fırlanmır (Günəş kimi). Onun ekvatorunda fırlanma sürəti ən böyük, qütblərdə isə ən kiçikdir. Onun tam fırlanma periodu ekvatorunda 9 saat 50 dəqiqə 30 saniyəyə bərabərdir.

Yupiterin orta temperaturu -140 °C-dir.

Yupiterin maqnit sahəsi Yerə nisbətən 10-20 dəfə çoxdur.

[redaktə] Yupiterin təbii peykləri

2005-ci ilin dekabrına olan məlumatlara görə Yupiterin 63 peyki var. Bu Günəş sistemi üçün maksimal göstəricidir. Bəzi hesablamalara görə isə Yupiterin peyklərinin sayı yüzdən artıqdır. Bu peyklərdən dörd ən əhəmiyyətliləri İo, Avropa, Hanimed və Kallisti hələ 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir.

[redaktə] "Avropa" peyki

Yupiterin bu təbii peykinə astrobioloqların marağı son illəri daha da artmışdır. 1996-cı ildə Yupiter planetini tədqiq etmək üçün göndərilən Qalilley kosmik gəmisi Avropanın arxa tərəfinin şəklini yerə göndərmişdi. Bu şəkildə buzla örtülü okeanın olduğu aydın görünürdü. Baxmayaraq ki, Avropanın səthində temperatur Yerdəki həyat forması üçün çox aşağıdır, astrobioloqlar həmin okeanın canlılar üçün həyat məskəni ola biləcəyini söyləyirlər. Yerin özündə bəzən canlıların elə ekosistemlərini aşkar edirlər ki, həyatın yalnız Yerdə mümkün olmasını bir daha şübhə altına alır. Məsələn, Yerin çox dərin qatlarında, suxurlarda yalnız silisium elementı ilə qidalanan və inkişaf edən bakteriyalar tapmışlar. Burada şərait elədir ki, bizə məlum olan canlının varlığı bu suxurlarda qeyri mümkündür. Başqa bir misal, vulkanoloqlar bəzi hallarda vulkanların kraterlərindən götürülmüş nümunələrdə bakteriyaların olduğunu kəşf edirlər, nüvə reaktorlarında, çox yüksək radiasiyanın olmasına baxmayaraq, bəzi bakteriyaların yaşadığını müəyyən etmişlər. İndi NASA Kaliforniya dağlarında, Ames Tədqiqatlar mərkəzinə məxsus Astrobiologiya İnstitutu təsis etmişdir. NASA-nın digər 11 institutları ilə sıx əməkdaşlıq edən bu institutun alimləri bu yeni sahəni inkişaf etdirmək fikrindədirlər.

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: ژوپیتر

Alətlər sandığı
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Bələdçi
Keyfiyyətli səhifələr
Xüsusi
Alətlər sandığı
Başqa dillərdə