11.07.2011  

11 iyul Ümumdünya Əhali Günüdür
Аzərbаycаndа dеmоqrаfiк vəziyyət


İlin əvvəlindən 2011-ci il iyul ayının 1-nə kimi ölkə əhalisinin sayı 54 min nəfər artaraq 9165 min nəfərə çatmışdır. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22,3 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır.
2011-ci ilin birinci yarısında 80,2 min, gündə təxminən 443 körpə doğulmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,3-dən 17,9-dək artmışdır. Сari ildə doğulan körpələr üçün 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş ömür uzunluğu gözlənilir.
Yanvar-iyun aylarında ölkədə 38,6 min nikah, 5,4 min boşanma qeydə alınmış və 2010-cu ilin birinci yarısına nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,6-ya, boşanmaların sayı isə 1,0-dan 1,2-yə qədər artmışdır. 2011-ci ilin altı ayı ərzində yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlmiş və 0,2 min nəfər ölkədən getmişdir.