Jores Alfyorov

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Jores İvanoviç Alfyorov
Jores İvanoviç Alfyorov
Zhores Alferov.jpg
Doğum tarixi: 15 mart 1930 (1930-03-15) (84 yaş)
Doğum yeri: Vitebsk, Flag of the Soviet Union.svg SSRİ
Mükafatları: Nobel mükafatı Fizika üzrə Nobel mükafatı

Jores İvanoviç AlfyorovFizika üzrə Nobel mükafatı laureatı, Yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə mütəxəssisdir.

Həyatı[redaktə]

15 mart 1930-cu ildə Vitebsk şəhərində anadan olmuşdur.

1952-ci ildə V.İ.Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1953-cü ildə SSRİ EA A.F.İoffe adına Fiziki-texnika institutunda mühəndis kimi başlamışdır. 1953-cü ildən 1964-cü ilə kimi kiçik elmi işçi, 1964-1967-ci illərdə baş elmi işçi kimi çalışmışdır. 1967-1973-cü illər ərzində – sektor müdiri, 1973-1990-cı illər ərzində – laboratoriya müdiri, 1987-ci ildən həmin institutun direktoru olmuşdur. 1989-cu ildən 1991-ci ilədək SSRİ EA Leninqrad Elmi mərkəzinin RH-ın sədri, 1991-ci ildən indiyə qədər REA Sankt-Peterburq Elmi mərkəzinin RH-ın sədri, 25 aprel 1990-cı ildən isə REA-nın vitse-prezidentidir. 28 noyabr 1972-ci ildən ümumi fizika və astronomiya (fizika) Bölməsi üzrə müxbir üzv, 15 mart 1979-cu ildən ümumi fizika və astronomiya (fizika, astronomiya) Bölməsi üzrə akademik seçilmişdir. Yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki əməyinə görə Lenin mükafatına (1972) və SSRİ Dövlət mükafatına (1984) layiq görülmüşdür. Fizika üzrə Nobel mükafatı laureatıdır (2000). Jores İvanoviç Alfyorov AMEA-nın fəxri xarici üzvü seçilmişdir (2004).

İstinadlar[redaktə]