Lyu Syaobo

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Lyu Syaobo (Sadə Çin dilində: 刘晓波; Ənənəvi Çin dilində: 劉曉波; doğum: 28 dekabr 1955), Çinli intellektual və insan haqları müdafiəçisi. 2010-cu ildə Nobel Sülh mükafatına layiq görülmüşdür.

Lyu Syaobo, Çində demokratiya, insan haqları müdafiəçilərinin qabaqcıllarından biridir. Müxalif düşüncələri və fəaliyyətləri səbəbilə bir neçə dəfə həbs olunub. ABŞda olmasına baxmayaraq 1989-cu ildə ölkəsinə qayıtmış, 1989-cu il Tiananmen Meydanı Hadisələrinə də qoşulmuşdu. Müstəqil Çin PEN Mərkəzinə 2003-cü ildən bəri başçılıq edən Lyu Syaobo 8 dekabr 2008-ci il tarixində 303 çinli intellektualla birlikdə imzaladığı Çinin demokratikləşməsini təklif edən 08 sazişi səbəbilə nəzarətə alınmış, 23 iyun 2009-cu il tarixində də 11 illik həbs cəzası almışdır. Lyu Syaobo Nobel Sülh mükafatını həbsxanada ikən qazanmışdır.

Nobel Komitəsi tərəfindən 2010-cu ilin Nobel Sülh mükafatına layiq görülən Syaobonun bu mükafatı almasının səbəbi, “Çindəki təməl insan haqları uğrunda icra etdiyi şiddət əleyhdarı və uzun nəfəsli mübarizəsi" olaraq izah edilmişdir.

Xarici keçidlər[redaktə]