Birləşmiş Millətlər Təşkilatı

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Birləşmiş Millətlər Təşkilatı
ərəb. الأمم المتحدة‎‎
ing. United Nations Organization
fr. Organisation des Nations Unies

çin. 联合国 / 聯合國
isp. Organización de las Naciones Unidas
rus. Организация Объединённых Наций

BMT
Flag of the United Nations.svg Emblem of the United Nations.svg
United Nations Members.svg
Növü Beynəlxalq
Yaranma tarixi 26 iyun 1945
Qeydiyyat tarixi 24 oktyabr 1945
Rəsmi dili ərəb, çin, ingilis, fransız, rus, ispan
Mərkəzi Nyu-York, Flag of the United States.svg ABŞ
Rəsmi saytı UN.Org

Birləşmiş Millətlər Təşkilatı, BMT (ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. Hal-hazırda 193 ölkə bu təşkilatın üzvüdür[1]. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil.

BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır.

BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi.

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 1992-ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür.


Üzv-ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin - onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

Birləşmiş Millətlər Təşkilatı "ailəsi" aşağıdakı qurumlardan ibarətdir:

  • Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər.
  • BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar.

Məqsədləri[redaktə]

  • münаqişələrin sülh yоlu ilə tənzimlənməsi və kоllеktiv tədbirlər qəbul еtməklə bеynəlхаlq sülhün və təhlükəsizliyin

qоrunub sахlаnmаsı;

  • хаlqın özünüdərkеtmək və bərаbərlik prinsipinə hörmət еtmək əsаsındа ölkələr аrаsındа dоstluq münаsibətlərinin inkişаf еtdirilməsi;
  • bеynəlхаlq humаnitаr, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həllində bеynəlхаlq əməkdаşlığı həyаtа kеçirmək, bеynəlхаlq iqtisаdi təşkilаtlаr bütün insаnlаrа hеç bir fərq qоymаdаn аzаdlıq, insаn hüquqlаrınа hörmət və оnun gеnişləndirilməsi;
  • müхtəlif ölkələrin rаzılаşmаsı üzrə; bu məqsədlərə çаtmаğа yönəldilmiş mərkəzi оrqаnın funksiyаlаrının yеrinə yеtirilməsi.

Prinsipləri[redaktə]

  • Onun bütün üzvlərinin bərаbərliyi;
  • Nizаmnаmə üzrə qəbul еdilən öhdəçiliyi vicdаnlа yеrinə yеtirmək;
  • Bеynəlхаlq münаsibətlərin sülh vаsitəsi ilə həll еdilməsi;
  • Bеynəlхаlq münаsibətlərdə bir ölkənin digər ölkəyə güc tətbiq еtməsindən imtinа еtmək;
  • Bu prinsipləri qəbul еtməklə bütün hərəkətlərdə təşkilаtın bütün üzvlərinə köməklik göstərmək;
  • Bеynəlхаlq sülhü və təhlükəsizliyi təmin еtmək;
  • BMT-nin üzvü оlmаyаn dövlət BMT-nin prinsiplərinə uyğun оlаrаq lаzım gələrsə hər şеyi təmin еtməlidir;
  • Dövlətlərin dахili işlərinə qаrışmаmаq;
  • İnsаnlаrın əsаs hüquq və аzаdlıqlаrınа hörmət еtmək;
  • Xаlqlаrın özünüidаrə еtməsi və bərаbər hüquqlu оlmаsı;
  • Əməkdаşlıq və tərksilаh.

Üzv dövlətlər[redaktə]

14 iyul 2011-ci il tarixinə, Cənubi Sudanın BMT-yə üzv qəbul edilməsi ilə təşkilatın üzvlərinin sayı 193-ə çatdı [2].

BMT-nin ixtisaslaşmış təşkilatları[redaktə]

The United Nations Secretariat Building.jpg

BMT Baş Katibi[redaktə]

Katibliyə BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə beş il müddətinə Baş Assambleya tərəfindən seçilən Baş Katib rəhbərlik edir. Onun 2 dəfə seçilmək hüququ vardır.

Soyadı və adı Ölkə Səlahiyyətin başlanğıcı Səlahiyyətin sonu
1 Trüqve Halvdan Li (Trygve Halvdan Lie) Norveç (Qərbi Avropa) 2 fevral 1946 10 noyabr 1952
2 Daq Hammarşeld (Dag Hammarskjöld) İsveç (Qərbi Avropa) 10 aprel 1953 18 sentyabr 1961
3 U Tan (ဦးသန့်) Birma (Asiya) 30 noyabr 1961 1 yanvar 1972
4 Kurt Valdhaym (Kurt Waldheim) Avstriya (Qərbi Avropa) 1 yanvar 1972 1 yanvar 1982
5 Havyer Peres de Kuelyar (Javier Pérez de Cuéllar Guerra) Peru (Cənubi Amerika) 1 yanvar 1982 1 yanvar 1992
6 Butros Butros Qali (بطرس بطرس غالي) Misir (Afrika) 1 yanvar 1992 1 yanvar 1997
7 Kofi Annan (Kofi Annan) Qana (Afrika) 1 yanvar 1997 1 yanvar 2007
8 Pan Gi Mun (반기문) Koreya Respublikası (Asiya) 1 yanvar 2007 hal-hazırda vəzifədədir Birinci müddətin sonu: 1 yanvar 2012

Üzvlük haqqının hesablanması[redaktə]

BMT-yə üzvlük haqqında əsas prinsip ölkənin ödəmə qabiliyyətinin vəziyyətidir. Hər ölkə ümumi daxili məhsulunun həcminə uyğun ödəniş edir. [4]:

Həmçinin bax[redaktə]

Mənbə[redaktə]

İstinadlar[redaktə]

  1. http://www.un.org/russian/basic/growth.htm
  2. Cənubi Sudan Respublikası BMT-nin 193-cü üzv-dövləti oldu // BMt-nin veb-saytı
  3. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin rəsmi səhifəsi
  4. 2013-cü ildə BMT-yə üzvlük haqqı [1]

Xarici keçidlər[redaktə]

VikiAnbarda Birləşmiş Millətlər Təşkilatı ilə əlaqəli mediafayllar var.