Sənaye

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Dağ-mədən sənaye sahəsi

Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir.

Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar.

Emal edən sənayeyə isə qara və əlavn metalların, prokatların, kimyəvi və neftkimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elketrik stansiyaları daxildirlər.

Neft sənayesi[redaktə | əsas redaktə]

Müasir dünyanın ekoloji problemleri əsasən enerji istehsalı və istehlakı ilə bağlıdır. Belə ki, planetimizdə enerji istehsalının artması bilavasitə ətraf mühitin vəziyyətinə mənfi təsir edir. Dünyada hər il 9 mlrd. tona yaxın neft ekvivalentində yanacaq sərf olunur. Planetimizin yanacaq-energetika balansında ətraf mühiti çirkləndirən əsas yanacaq xammalı neft (40%), daş kömür (31%) və təbii qazdır (23%). Neft hasilatının inkişafı bilavasitə ətraf mühitin dəyişməsinə təsir edir. Bu təsir həm torpaq örtüyündə, həm atmosferdə və həm də hidrosferdə öz əksini tapır. Neftə təlabatın artması ilə bağlı hasilatın da durmadan artmasının nə kimi problemlərə səbəb olacağını qabaqcadan proqnozlaşdırmağa səy göstərmişlər. XX əsrin ortalarından etibarən neft hasil edilən bir çox yerlərdə torpağın çökməsi halları müşahidə olunmağa başladı. ABŞ-ın Kaliforniya ştatının Los-Anceles və Lonq-Biç şəhərlərində özünü qabarıq şəkildə büruzə vermişdir.