Qramafonçiçək batat

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
?Qramafonçiçək batat
Ipomoea batatasL ja01.jpg
Elmi təsnifat
Aləmi: Bitkilər
Şöbə: Örtülütoxumlular
Sinif: İkiləpəlilər
Yarımsinif: Lamiid
Sıra: Badımcançiçəklilər
Fəsilə: Sarmaşıqkimilər
Cins: İpomeya
Növ: Qramafonçiçək batat
Latınca adı
Ipomoea batatas (L.) Lam.
Wikispecies-logo.svg
Vikinövlərdə
sistematika
Commons-logo.svg
Şəkil
axtarışı
ÜTMX   30764
MBMM   4120
IPNI   ???

Qramafonçiçək batat (lat. Ipomoea batatas)[1]ipomeya cinsinə aid bitki növü.[2]

Ipomoea batatas.jpg

Batat şirin kartof da adlanır. Kartofa oxşayır, əsasən Çində, Cənubi Amerikada, Yaponiyada, Hindistanda, Yeni Zelandiyada, Türkmənistanda və Şimali Qafqaz bölgəsində yayılmışdır. Bataq istisevən çoxillik bitkidir.

Uzunsov formalıdır, çəkisi 0,3-dən 1,5 kq-a qədərdir. Tərkibində orta hesabla 72,5% (7-175%) su, 3,75% zülal, 24% karbohidrat, o cümlədən 15-20% nişasta və 1,2-2% şəkər, 0,8-1,5% mineral maddə, 1% sellüloza vardır. 100 qr bataq 466 kCoul enerji verir. Tərkibində 397 mq% K, 49 mq% P, 1 mq% Fe, vitaminlərdən mq%-lə: C – 23, B1 – 0,10, B2 – 0,05, P – 0,5 və 0,3 mq% karotin vardır. Batatın ətli hissəsi ağ-qırmızı və ya çəhrayı olur. Şirin xörəklərin və sulu xörəklərin hazırlanmasında istifadə olunur.[3]

Mənbə[redaktə | əsas redaktə]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.