Andorra

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Andorra Knyazlığı
Principat d'Andorra
Andorra bayrağı Andorra gerbi
Bayrağı Gerbi
Andorra – xəritədə yeri
Paytaxt Andorra la Vella
Böyük şəhərlər Andorra la Vella
Rəsmi dil Katalon
Etnik qruplar ispanlar-43%, andorralılar-33%,portuqallar-11%, fransızlar-7%
baş nazir Antoni Marti Petit [V.2011~ ]
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

468 km² (193)
0,26
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (1989)
Əhali sıxlığı

82 min nəfər (201-ci)
46 166 nəfər
175 nəfər/km²
ÜDM (AQP)
  • Cəmi (2011)
  • Adam başına

$3 214 million  (180 yer)
$37 200  (36 yer)
Pul vahidi Avro (EUR)
İnternet domeni .ad
Telefon kodu +376

Andorra Avropada dənizə çıxışı olmayan, Piriney yarımadasının şərqində, Fransa ilə İspaniya arasında yerləşən cırtdan ölkə. Rəsmi adı Andorra Knyazlığı (Katalan dili: Principat d'Andorra, fr: Principauté d'Andorre, isp: Principado de Andorra). Ölkə Fransa Respublikasının Prezidenti və Urxelski yepiskopu tərəfindən birgə idarə olunur.

Adın etimologiyası[redaktə | əsas redaktə]

Bask dilində "andurial" sözündəndir, mənası "Boş yer" deməkdir.

Tarix[redaktə | əsas redaktə]

Andorranın adı tarixi mənbələrdə ilk dəfə 778-ci ildə xatırlanılır. 790-cı ildə Frank imperatoru Böyük Karl tərəfindən Andorranın müstəqilliyinə təminat verilmişdir. 805-ci ildə Andorra knyazlığının əsası qoyulmuşdur.

1278-ci ildə Andorra biri İspaniyada, o biri Fransada olan iki şahzadənin ortaq şəkildə rəhbərliyinə bağlanmış və ölkənin sərhədləri dəqiqləşmişdir. Xatırlanan ildən bəri ölkənin sərhədləri heç dəyişməmişdir. Qurulan feodal nizam, Fransız İnqilabı əsnasında müvəqqəti qalxmaqla birlikdə, 1806-cı ildə Napolyon tərəfindən yenidən quruldu. Andorra, o gündən bu yana Urgel yepiskopu və Fransa dövlət başçısı tərəfindən ortaq şəkildə idarə olunur; bunların hər ikisinə də hər il simvolik bir vergi ödənər.

Coğrafiya[redaktə | əsas redaktə]

Andorra topographic map-ca.svg
  • Mövqe: Cənub-qərb Avropa, Piriney yarımadasının şərsində, Fransa ilə İspaniya arasında yerləşir..
  • Coğrafi mövqesi: 42 30 Şimal paraleli, 1 30 Qərb meridianı
  • Xəritədəki mövqesi: Avropa
  • Sahə: cəmi: 468 km²
  • Quru: 468 km²
  • Su: 0 km²
  • Sərhədləri cəmi: 120.3 km
  • Sərhəd qonşuları: Fransa 56.6 km, İspaniya 63.7 km
  • Sahil qisimi: 0 km
  • Dənizləri: 0 km
  • İqlimi: ilıq; qışları qarlı və soyuq, yayları quru və ilıq keçər.
  • Ərazi quruluşu: Tik qayalıqlar və dar vadilərə malikdir.
  • Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Riu Runer 840 m; Ən yüksək nöqtəsi: Coma Pedrosa 2,946 m
  • Təbii qaynaqları: hidro, mineral sular, taxta-şalban, dəmir yataqları, güllə
  • Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4
  • Otlaqlar: %45
  • Meşəlik ərazi: %35
  • Digər: %16 (1998 məlumatları)
  • Təbii fəlakətlər: Uçqun, qar fırtınaları

Andorranın rayonları[redaktə | əsas redaktə]

Blank map of parishes of Andorra.svg

Nr.* Rayon Ərazi
km²
İllər Əhali
1990 2000 2007
1 Escut de Canillo.svg Canillo 121 1.290 2.706 5.422
2 Escut d'Encamp.svg Encamp 74 7.119 10.595 14.029
3 Escut d'Ordino.svg Ordino 89 1.289 2.283 3.685
4 La Masana coa.gif La Massana 61 3.868 6.276 9.357
5 Escut d'Andorra la Vella.svgAndorra la Vella 12 19.022 21.189 24.574
6 Escut de Sant Julià de Lòria.svg Sant Julià de Lòria 60 6.012 7.623 9.595
7 Escut d'Escaldes-Engordany.svg Escaldes-Engordany 47 12.235 15.299 16.475
  Coat of arms of Andorra.svg Andorra 464 50.835 65.971 83.137

Hökumət[redaktə | əsas redaktə]

Ali qanunverici orqan - Baş Şura

Hökumət başçısı - Antoni Martí Petit

Siyasət[redaktə | əsas redaktə]

1.Andorra Liberal Partiyası - Lider: Alber Pinta Santoparia. 2.Andorra Demokratik Mərkəzçi Partiyası. 3.Sosial-Demokrat Partiyası - Lider: M.Q.Reolit.

İnzibati ərazilər[redaktə | əsas redaktə]

7 icmaya(dairəyə) bölünür:

1.Kanillo 2.Enkamp 3.Ordino 4.La Massana 5.Andorra la Vella 6.Sant Julia de Loria 7.Escaldes-Engordany

İqtisadiyyat[redaktə | əsas redaktə]

1.Turistlərə xidmət (hər il 10 mln. ABŞ dolları) 2.Tütün yetişdirilməsi və emalı 3.Yüngül və yeyinti sənayesi 4.Heyvandarlıq (qoyun,keçi) 5.Əkinçilik (arpa, çovdar, kartof, üzüm)

İxracat: yun, paltar, pendir, mineral su. İdxal: sənaye malları, ərzaq. ÜMM - adambaşına 26800 ABŞ dolları (2003).

Əhali[redaktə | əsas redaktə]

2013-cü il məlumatına görə Andorrada əhalinin 45,98 %-ni andorralılar, 26,37 %-ni ispanlar, 14,20 %-ni portuqaliyalılar, 4,86 %-fransızlar, 1,27 %-ni ingilislər, 7,32 %-ni digər millətlərin nümayəndələri təşkil edir. Andorrada həyat səviyyəsi yaxşı olduğuna görə bura qonşu dövlətlərdən axınların sayı ilbəil artmaqdadır.

Dil[redaktə | əsas redaktə]

Katalan dili.

Din[redaktə | əsas redaktə]

Əhalinin 91%-ni katoliklərdən, 9% ateistlərdən ibarətdir.

Həmçinin bax[redaktə | əsas redaktə]

Andorra xəritəsi Andorranın rayonları Andorra Bayraq

Andorra la VellaCanilloEncampEscaldes-EngordanyLa MassanaOrdinoSant Julià de Lòria