Qambiya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Qambiya Respublikası
Republic of The Gambia
Qambiya bayrağı Qambiya gerbi
Bayrağı Gerbi
Şüar: ing. Progress, Peace, Prosperity (Tərəqqi, Sülh, Çiçəklənmə)
Himn: For The Gambia Our Homeland
Qambiya – xəritədə yeri
Paytaxt Bancul
Böyük şəhərlər Serekunda
Rəsmi dil ingilis dili və digər yerli dillər 9-yerli dil
Dövlət dini İslam
Etnik qruplar mandinka - 42%, fula - 18%, volof - 16%, cola - 10%, seraxuli - 9%
İdarəetmə forması Prezident respublikası
Prezident Yayya Camme[ 18.X.1996 ]
Vise-prezident Isatu Niye-Saidi [ 20.III.1997 ]
Yaranması
 - Elan olunub 18 fevral 1965
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

11 300 km² (167-ci yer)
10
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (15.IV.2013)
Əhali sıxlığı

1 940 min nəfər (149-cu yer)
1 882 450 nəfər
171 nəfər/km²
ÜDM (AQP)
  • Cəmi (2014-cü)
  • Adam başına

$3 362 milyon  (180-ci yer)
$1 700  (210-cu yer)
Pul vahidi Dalasi ([[ISO 4217|]])
Saat qurşağı UTC 0 (UKV)
İnternet domeni .gm
Telefon kodu +220

Qambiya (ing. The Gambia, [ˈɡæmbiə]), Qambiya Respublikası (ing. Republic of The Gambia) — Qərbi Afrikada dövlət. Kontinental Afrikada ərazicə ən kiçik ölkədir. Şimaldan, şərqdən və cənubdan Seneqalın ərazisi ilə əhatə edilib. Qərbdən Atlantik okeanının suları ilə sərhəddir. 18 fevral 1965-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olaraq azad ölkə olur və Millətlər Birliyinə daxil olub. Paytaxtı Bancul, ən böyük şəhəri — Serekunda.İqtisadi inkişafının səviyyəsinə görə ölkə dünyanın ən yoxsul ölkələrindən biridir.2011-ci ildə 230 milyon kvt-saat elektrik enerjisi istehsal olunub.

Tarix[redaktə | əsas redaktə]

Seneqambiya[redaktə | əsas redaktə]

1982-ci ilin fevralında Qambiya Seneqal ilə birlikdə Seneqambiya Konfederasiyası yaradır. Bu zaman ərazicə və əhali sayına görə kiçik olan Qambiya özünün hökumətinə, müstəqil maliyyə və xarici siyasətinə malik olur. Konfederasiya daxilində xarici siyasətin koordinasiya ediməsi, silahlı qüvvələrin, xüsusi xidmətin və nəqliyyat infrastrukturunun birləşdirilməsi nəzərdə tutulmuşdu. Sonradan Qambiya konfederasiyanın idarə edilməsində rolunun artırılmasını tələb etməyə başladı. Fikir ayrılıqlarına görə konfederasiya 1989-cu ildə fəaliyyətini dayandırdı. Sonrakı dövrdə hər iki dövlətin münasibətləri gərgin olaraq qalır.

Həmçinin bax[redaktə | əsas redaktə]