Türkiyə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Koordinatlar: 39°10′0″ şm. e. 35°40′0″ ş. u. / 39,16667° şm. e. 35,66667° q. u. / 39.16667; -35.66667

Türkiyə Respublikası
türk. Türkiye Cumhuriyeti
Türkiyə bayrağı Türkiyə gerbi
Bayrağı Gerbi
Şüar: "Yurtta Barış, Cihanda Barış"
"Yurdda Sülh, Cahanda Sülh"
Himn: "İstiklal Marşı"
İstiqlal Marşı
Türkiyə – xəritədə yeri
Paytaxt Ankara
Böyük şəhərlər İstanbul, Ankara, İzmir, Bursa, Adana, Antalya
Rəsmi dil Türk dili
Etnik qruplar Türklər – 90.12 %
Kurmanclar – 7.07 %
Ərəblər – 1.16 %
Zazalar – 0.48 %
Digərləri – 1.17 % (1965)
Prezident Rəcəb Tayyib Ərdoğan
Baş Nazir Əhməd Davudoğlu
Yaranması
 - Yaradılması (Anadolu Selcuqluları) 1077
 - Osmanlı Dövləti Aliyyəsi (İmperiya) 1299
 - Respublikanın elan edilməsi 1923
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

783 562.38 km² (37-ci)
1.78
Əhali
• Təxmini sayı (2014)
• Siyahıyaalma (2000)
Əhali sıxlığı

77 695 904 nəfər
67.804.543 nəfər
93 nəfər/km²  (102-ci)
ÜDM (AQP)
  • Cəmi (2015)
  • Adam başına

$1.569 trilyon ABŞ dolları
$20.188
ÜDM (nominal)
  • Cəmi (2015)
  • Adam başına

$752.510 milyard ABŞ dolları
$9.680
İnsan inkişafı indeksi (2013) 0.759  (yüksək) (69-cu)
Pul vahidi Türk lirəsi (TRY)
Saat qurşağı ŞAV (UKV+2)
İnternet domeni .tr
Telefon kodu +90

Türkiyə (türk. Türkiye), rəsmi adı Türkiyə Respublikası türk. Türkiye Cumhuriyeti). Paytaxtı Ankara olan Avropa, AsiyaAfrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir. Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dəniziEgey dənizi ilə əhatə olunur. Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycanİran, cənubdan İraqSuriya, qərbdən YunanıstanBolqarıstan ilə həmsərhəddir. Türkiyə yeddi müstəqil türk dövlətlərindən biridir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili türk dilidir, lakin əhalinin 15.7 %-ni (ehtimal) təşkil edən kürdlərzazalar, kürd dilizaza dilini də geniş işlədirlər.

Ərazi[redaktə | əsas redaktə]

Asiyanın cənub – qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Türkiyə Statistika İnsitutunun məlumatına əsasən daxili su hövzələri ilə birlikdə ölkənin ümumi ərazisi 783562.38 km² təşkil edir ki, bunun da 769603.74 km²-i quru, 13958.64 km²-i isə daxili su hövzələridir.[1]

Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycanİran, cənubdan İraqSuriya, qərbdən YunanıstanBolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, AralıqQara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir.

Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.[2]

Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır.

Ölkənin şimalında dəniz iqlimi hakimdir, cənubuna Aralıq dənizi iqlimi hakimdir və mərkəz və şərq hissəsində isə quru bozqır tipli kontinental iqlim hakimdir.

İnzibati-ərazi bölgüsü[redaktə | əsas redaktə]

BlankMapTurkeyProvinces.png

Əhali[redaktə | əsas redaktə]

Əsas məqalə: Türkiyə əhalisi

Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76,667,864 nəfərdir .[3] Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72.975 milyon nəfər əhalisinin 76 %-ni Anadolu türkləri , 15.7 %-ni KürdlərZazalar, 2.8 %-ni digər türk xalqlarının nümayəndələri , 0.7 %-ni ərəblər , 4.7 %-ni isə digər etnik qruplar təşkil edir .[4][5]

Dil[redaktə | əsas redaktə]

Türkiyə Respublikasının rəsmi dövlət dili Türk dilidir. Türkiyə türkcəsi, Azərbaycan türkcəsinə cox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır.

Kondanın sorğusuna əsasən
Türkiyədə 18 yaşdan yuxarı
olan əhali arasında ən çox
danışılan 5 dil (2006)[6]
Ana dili Nisbəti
Türk dili
  
84.54%
Kürd dili
  
11.97%
Ərəb dili
  
1.38%
Zaza dili
  
1.01%
Laz dili
  
0.12%
Digər
  
0.98%

Din[redaktə | əsas redaktə]

Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır. 1965-ci ildə aparılmış rəsmi əhali siyahıya almasının elan olunmuş nəticələrinə əsasən ölkədə o zaman yaşayan 31.391.421 nəfər əhalinin 31.129.854 nəfəri müsəlman (həmçinin 206.825 nəfər xristian, 45.995 nəfər iudaist, 2.746 nəfər digər dinlər, 613 nəfər dinsiz, 2.494 nəfər bilinmir) olduğunu bəyan etmişdir .[7]

Tarix[redaktə | əsas redaktə]

Əsas məqalə: Türkiyə tarixi
Celsus kitabxanası

Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Türklərin Anadoluya gəlişi isə XI əsrə təsadüf edir. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub eden səlcuqlular paytaxtı İznikdə olan türk dövlətinin əsasını qoydular. XIII əsrin sonlarında səlcuqluların zəifləməsi fonunda Anadolunun şimal-qərbində qərar tutun osmanoğulları güclənməyə başladılar. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan yeni siyasi idarəçilik forması - Osmanlı quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının üç qitədə torpaqları olmuşdur) biri hesab olunur.

XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəifləməkdə olan İmperiya Birinci dünya müharibəsini uğursuzluqla başa vurdu.

Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlı Türkiyəsinin bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.

İkinci dünya müharibəsi başlayanda Qərb dövlətləri SSRİ ilə Almaniyanı Türkiyə vasitəsilə toqquşdurmağa can atırdılar. Buna görə də Türkiyə Sovet hökümətinə də qarşılıqlı yardım haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ bu müqavilə vasitəsilə İngiltərə və Fransa ilə əlaqə yarada bilərdi. Lakin özünü bitərəf elan edən SSRİ bu təklifi rədd etdi. O, əvəzində Türkiyəyə Qara dəniz və boğazlar rayonunda qarşılıqlı yardım haqqında ikitərəfli saziş təklifini irəli sürdü. Türkiyə isə bu təkliflə razılaşmadı. 1939-cu il oktyabrın 19-da Türkiyə İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında hərbi müqavilə imzaladı. Müqaviləyə görə, Aralıq dənizi zonasında hər hansı bir təcavüz aktı törədildikdə Türkiyə bu dövlətlərlə səmərəli əməkdaşlıq öhdəliyini öz üzərinə götürürdü. Bununla da o, Almaniya ilə müharibə vəziyyətində olan ingilis-fransız blokuna qoşulmuş oldu. SSRİ üzerinə hücum edənə qədər Almaniya tərəfindən Avropanın əksər hissəsinin işğal edilməsi Türkiyəni narahat etməyə bilməzdi. 1940-cı ilin fevralında Türkiyə Böyük Millət Məclisi "Milletin müdafiəsi haqqında" qanun qəbul etdi. Bu qanuna görə hökümətə iqtisadiyyatı hərbi rels üzərinə keçirmək və hərbi dövrün ordusunu yaratmaq üçün fövqəladə səlahiyyətlər verilirdi. 1941-ci il iyunun 18-də isə Türkiyə höküməti Almaniya ilə dostluq va hücum etməmək haqqında müqavilə imzaladı. Almaniya SSRİ-yə hücum etdikdən sonra, iyunun 25-də Türkiyə özünün bitərəfliyini elan etdi. Müharibə illərində qəbul edilmiş "Millətin müdafiəsi haqqında" qanuna əsasən hökümət əmək mükəlləfiyyəti tətbiq etdi. Müəssisələrdə iş günü uzadıldı. Türkiyə bitərəf ölkə kimi müharibə edən tərəflərlə, xüsusən həm Almaniya, həm də ABŞ və İngiltərə ilə iqtisadi əməkdaşlığı davam etdirdi. Mis, pambıq, dəri, yun, tütün, meyvə ixrac edənlər və taxıl, parça, maşın avadanlığı idxal edənlər həm Almaniya ilə, həm də ABŞ və İngiltərə ilə ticarət əlaqələri saxlayırdılar. Türkiyə həmçinin Almaniya və onun müttəfiqlərini strateji xammal, meyve qurusu va s. ilə təchiz edirdi. 1941-1942-ci illərdə Türkiyə ixracatının yarıdan çoxu Almaniyanın payına düşürdü. Ölkədə bir milyonluq ordunun saxlanması hərbi xərcləri artırırdı. Bu isə iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Dənli bitkilərin əkin sahələrinin azaldılması və məhsuldarlığın yarıya qədər aşağı düşməsi kəskin ərzaq qıtlığı yaratmışdı. Çörəyin bazar qiyməti sürətlə artmışdı. Hökümət iri şəhərlərdə talon sisteminə keçməyə məcbur olmuşdu. Ərzaq məhsulları və geniş tələbat olan malların çatışmamazlığı ölkədə bahalığın artmasına səbəb olmuşdu. Bütün bunlar isə zəhmətkeş kütlənin var-yoxdan çıxmasına va aclığa gətirib çıxarmışdı. 1942-ci ildə qəbul olunmuş qanuna əsasən əmlak üzərinə fövqəladə vergi qoyulmuşdu. Vergini ödəməyənlərin əmlakı müsadirə olunurdu. Hökumət, həmçinin kəndlilərin taxıl ehtiyatını müsadirə edir ve məhsulun 20-50%-nin aşağı qiymətlə dövlətə satılmasını məcburi surətda tətbiq edirdi. Müharibə illərində Türkiyədə bəzi qanunlara əlavələr edilmişdi. Polis xidməti haqqında qanunda polisə istədiyi vaxt hər hansı bir şəxsi həbs etmək hüququ verilmişdi. İstanbul, Çanaqqala, Qocaeli, Ədirne, Qırxlareli və Tekirdağda fövqəladə, Sovet İttifaqı ila sərhəd olan vilayətlərdə isə hərbi vəziyyət elan olunmuşdu. Türkiyənin bəzi hakim dairələrinin faşistpərəst siyasəti ölkənin mütərəqqi qüvvələrinin müqavimətinə rast gəldi. Gələcəkdə təcrid olunmamaq və ölkə ictimaiyyatinin narazılığını aradan qaldırmaq məqsədilə Türkiyə höküməti 1944-cü il avqustun 2-də Almaniya ilə diplomatiK əlaqələri kəsdi. İngiltərə və ABŞ gələcək planlarında Türkiyəyə böyük əhəmiyyət verirdilər. 1943-cü ilin sonunda ABŞ prezidenti F.Ruzvelt va İngiltərənin baş naziri Çörçill Qahirədə Türkiyə prezidenti İsmət İnönü ilə görüşdülər. Görüşdə Türkiyənin Balkanlarda müharibədə iştirakı məsələsi müzakirə olundu. Lakin 1944-cü ilin payızında Balkan dövlətlərinin Sovet ordusu tərəfindən işğalçılardan azad edilməsi ingilis-amerikan planını pozdu. Onlar yalnız Yunanıstanda köhnə rejimi xilas edə bildilər. ABŞ və İngiltərənin təhriki ilə Türkiyə 1945-ci ilin fevralında Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu addım simvolik səciyyə daşısa da, Türkiyəni beynalxalq aləmdə təcrid olmaqdan xilas etdi.

Siyasət[redaktə | əsas redaktə]

1919 -1923-cü illərdə Mustafa Kamal Paşa (Atatürk) rəhbərliyində həyata keçirilən İstiqlal Mubarizəsi nəticəsində Türkiyə öz müstəqiliyyini bərpa etdi, prosesin yekun mərhələsində isə rejim dəyişikliyi reallaşdırıldı,monarxiya cumhuriyyətlə əvəzləndi.

İqtisadiyyat[redaktə | əsas redaktə]

Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə ağır vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhsullar belə ölkədə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyəti,ilk növbədə yoxsul insanlar,savadsız idi.Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaqda maraqlı deyildilər.Hazırda Türkiyənin qarşısında 2020 ilə dək dünyanın on ən böyük iqtisadiyyatından birinə sahib olmaq hədəfi var.

Ordu[redaktə | əsas redaktə]

21 noyabr 2011-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələr Komandanlığının açıkladığı rəsmi rəqəmlərə əsasən TSQ-nin şəxsi heyyəti 720 min nəfər (666.576 hərbi personal və 53.424 mülki işçi) olmuşdur .[8][9] 3 yanvar 2012-ci il tarixinə olan ən son rəsmi elan olunmuş xəbərə əsasən TSQ-nin şəxsi heyyəti 8.241 nəfər azaldılmışdır və hazırda şəxsi heyətin sayı 711.759 nəfərdən ibarətdir .[10][11]

Təhsil[redaktə | əsas redaktə]

Quruluş illərində yığılan 12 milyon əhalinin çoxu oxuma-yazma bilmirdi. Günümüzdə bu səviyyə 97%-si oxuma-yazma bilir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonra, 4 illik orta təhsil sistemi var. Universitetə keçid "Tələbə Seçmə Sınağı" vasitəsi ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıq təhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.

Universitetler[redaktə | əsas redaktə]

Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet - İstanbul Universiteti və İstanbul Texniki Universiteti mövcud olduğu halda, bu gün 170-dən artıq ali məktəb fəaliyyət göstərir. Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti 1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü ildə yaradılıb. Onu da qeyd edək ki, son 50 ildə qardaş ölkənin ali məktəblərinə idarəetmə baxımından olduqca böyük sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə Seçmə Sınağı vasitəsi ilə həyata keçirilir. Türkiyənin milli təhsil sistemi planlı və əyani təhsil olaraq, iki əsas hissədən ibarətdir.

Planlı təhsil - müəyyən yaş qrupundakı və eyni səviyyədəki şəxslər üçün, müvafiq proqramlarla məktəblərdə tədris edilən sistemli təhsildir. Planlı təhsil məktəbəqədər, ibtidai, orta və ali təhsili əhatə edir.

Əyani təhsil, təhsilin hər hansı bir mərhələsində ayrı-ayrı fərdlərə maraq və ehtiyacları olan sahədə verilən təhsil növlərinin hamısını əhatə edir. Əyani təhsil ümumi təhsil və texniki peşə təhsili olaraq, iki hissədən ibarətdir. Əyani təhsil müəssisələrinə xalq təhsili mərkəzləri, təcrübə təhsili mərkəzləri, qız sənət məktəbləri, təkmilləşmə institutları, sənaye sənət məktəbləri, özəl kurslar, özəl dərs evləri, özəl təhsil və təcrübə məktəbləri, özəl peşə məktəbləri, özəl peşə təhsili mərkəzləri, özəl elm və sənət mərkəzləri, açıq ibtidai təhsil məktəbi və açıq lisey təhsili daxildir. Əyani təhsil vətəndaşlara oxumağı, yazmağı öyrətmək, ilkin biliklər vermək, bilik və qabiliyyətlərini inkişaf etdirmək, gələcəyini təmin edəcək yeni imkanlar qazandırmaq məqsədi ilə verilən məktəbdənxaric təhsildir. Əyani təhsil xalq təhsili, təcrübə təhsili və qiyabi təhsil yolu ilə həyata keçirilir. Hər il əyani təhsil müəssisələrində (xalq təhsil mərkəzi və təcrübə mərkəzlərində) milyonlarla tələbə təhsil alır. Eləcə də bir tədris ili ərzində minlərlə şagird açıq ibtidai təhsilə və ya açıq lisey təhsilinə cəlb olunur.

Türkiyənin ən qədim universiteti olan İstanbul Universitetinin quruluşu 1456-cı ilə, ilk texniki universitet olan İstanbul Texniki Universitetinin quruluşu isə 1773-cü ilə təsadüf edir.

1961-ci ildə Anayasanın 120-ci maddəsində universitetlər özəl quruluşlar olaraq yer alır. 27 sentyabr 1960-cı il tarixli 115 saylı qanuna əsasən 1946-cı il tarixli 4936 saylı qanunun bəzi maddələri dəyişdirilmişdir, yeni maddələr əlavə olunmuşdur. Bu qanunla Milli Təhsil Nazirliyinin Universitet üstünə səlahiyyətləri azalmışdır.

Məktəbəqədər təhsil[redaktə | əsas redaktə]

Məktəbəqədər təhsil pilləsində 3-5 yaşlı uşaqların könüllü təhsili nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti 3 formada həyata keçirilir-müstəqil, qız peşə liseylərinə bağlı sınaq sinifləri və ya digər təhsil müəssisələrinin nəzdindəki bağçalar kimi. Məktəbəqədər təhsilin məqsədi uşaqların fiziki, zehni, psixoloji inkişafını, ibtidai təhsilə hazırlanmasını, müvafiq vərdişlər qazanmasını, türk dilində səlis danışmasını və onlar üçün müştərək təlim-tərbiyə mühiti yaradılmasını təmin etməkdir.

İbtidai təhsil[redaktə | əsas redaktə]

Türkiyədə ibtidai təhsil icbaridir və dövlət məktəblərində pulsuzdur. İbtidai təhsil pilləsi 6-14 yaş arasındakı uşaqları əhatə edir. İbtidai təhsilin məqsədi uşaqların yaxşı bir vətəndaş kimi yetişməsini təmin etmək, onların zəruri məlumat, qabiliyyət, davranış, vərdiş qazanmasına, milli ruhda formalaşmalarına yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət istiqamətlərinə uyğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlanması da ibtidai təhsilin başlıca vəzifələrindəndir. Səkkizillik ibtidai təhsilin sonunda şagirdlərə müvafiq diplom verilir.

Orta təhsil[redaktə | əsas redaktə]

Türkiyədə orta təhsil dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini əhatə edir. Orta təhsilin məqsədi şagirdlərə ortaq mədəni dəyərlər aşılamaq, fərd və cəmiyyət məsələlərini anlatmaq, onları ölkənin sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verə biləcək vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali təhsilə, həm peşəyə, həm də müstəqil həyata hazırlamaqdır. Orta təhsil müxtəlif proqramlara uyğun tədrisə əsaslanır. Şagirdlər istək və qabiliyyətləri müqabilində bu proqramlardan birini seçərək ümumi liseylərdə, fənn liseylərində, sosial elmlər liseylərində, idman liseylərində, incəsənət liseylərində və çoxproqramlı liseylərdə təhsil ala bilərlər.

Ali təhsil[redaktə | əsas redaktə]

Ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi fəaliyyət göstərir.

Türkiyə ali təhsilinin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq müəyyən edilib:

  • Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək;
  • Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq;
  • Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq;
  • Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək;
  • Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;
  • Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək. [12]

Bayramlar və xüsusi günlər[redaktə | əsas redaktə]

Rəsmi bayramlar[redaktə | əsas redaktə]

Dini bayramlar[redaktə | əsas redaktə]

Şəkillər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Area of regions (including lakes), km²". Regional Statistics Database. Turkish Statistical Institute. 2002. Retrieved: 2015-01-15. Or look here XLS.
  2. Turkiye Tanıtım Videosu Göller ve Dağlar
  3. Türkiye İstatistik Kurumu : Adrese Dayalı Nüfus Kayıt Sistemi Sonuçları, 2013
  4. Konda Araştırma ve Danışmanlık : toplumsal yapı araştırması –Biz Kimiz ? (2006)
  5. Bahçeşehir Üniversitesi Stratejik Araştırmalar Merkezi : Doğu ve Güneydoğu Anadolu Bölgeleri Sosyo-Ekonomik ve Sosyo-Kültürel Yapı Araştırması: Sorunlar, Beklentiler ve Çözüm Önerileri ve Doğu ve Güneydoğu Anadolu Bölgelerinden En Fazla Göç Almış İllerin Sosyo- Ekonomik ve Sosyo-Kültürel Yapı Araştırması: Sorunlar, Beklentiler ve Çözüm Önerileri.
  6. 55 milyon kişi 'etnik olarak' Türk — 22 Mart 2007 tarihli Milliyet gazetesi
  7. The Population of Turkey:....page 78 Arxivləşdirilib.
  8. [1]
  9. [2]
  10. [3]
  11. [4]
  12. Türkiyənin təhsil sistemi

Xarici keçidlər[redaktə | əsas redaktə]

VikiAnbarda Türkiyə ilə əlaqəli mediafayllar var.