NATO

Vikipediya, açıq ensiklopediya
(Şimali Atlantika Müqaviləsi Təşkilatı səhifəsindən istiqamətləndirilmişdir)
Keçid et: naviqasiya, axtar
Şimali Atlantika Müqaviləsi Təşkilatı
ing. North Atlantic Treaty Organization
fr. Organisation du Traité de l'Atlantique Nord
NATO
OTAN
Flag of NATO.svg
NATO üzvləri yaşıl rəngdə göstərilmişdir
Növü Hərbi ittifaq
Yaranma tarixi 4 aprel 1949
Rəsmi dili İngilis
Fransız
Mərkəzi Flag of Belgium (civil).svg Brüssel, Belçika
Sədri Flag of Denmark.svg Anders Foq Rasmussen
Üzvləri
Rəsmi saytı NATO.int

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) (ing. North Atlantic Treaty Organization, fr. Organisation du Traité de l'Atlantique Nord) - 4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaq.

NATO sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.

Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkə 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub, 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Kosovo, İraqƏfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edir.

Tarix[redaktə | əsas redaktə]

1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalandı və NATO yaradıldı. Əsasən ABŞ-ın iştirakı ilə Avropa ölkələrindən təşkil olunan bu blok ötən müddət ərzində fəaliyyətini şərqə doğru genişləndirib. Polşa, Macarıstan, Çexiya, Bolqarıstan, Rumınya, Slovakiya, Sloveniya, Albaniya, Xorvatiya və Baltik ölkələri tərkibinə üzv olub. Hazırda mənzil qərargahı Brüsseldə yerləşən alyansa 28 ölkə daxildir. Lakin onun başlanğıc mənbəyi daha əvvəllərə gedib çıxır. Həmin ərəfədə Avropa ölkələrinə Sovet İttifaqı və kommunizmdən qorunmaq üçün ABŞ-ın təhlükəsizlik zəmanəti lazım idi. Sovet İttifaqının Qərbi Avropanı işğal etməsinə qarşı ABŞ-dan müdafiə təminatının alınması Vaşinqton sazişinin 5-ci maddəsində öz əksini tapıb. Bu hər hansı NATO üzvi olan ölkəyə hücum olunardısa, bütün alyans üzvlərinin köməyə gələcəyi ilə bağlı bir müddəa idi.

"Soyuq Müharibə"nin ən qızğın dövrlərində belə NATO tərəfindən müəyyən transformasiya siyasətlərinin həyata keçirildiyi məlumdur. 1952-ci ildə Lissabon Sammitində qəbul edilən "Məhdud Müharibə Strategiyası" və ya 1954-cü ildə qəbul edilən "Kütləvi Zərbə Strategiyası", eləcə də 1967-ci ildən etibarən tətbiq olunan "Elastiki Zərbə Strategiyası" kimi sənədlər NATO-nun hər dövrün tələbinə uyğun dəyişmə trendinin göstəricisidir. "Soyuq Müharibə" dövründə strateji sənədlərin qəbulu və icra edilməsi daha çox təşkilatın texniki-hərbi fəaliyyətlərinə işarə edirdi. Soyuq Müharibənin başa çatmasından sonra Şimali Atlantika Alyansı fəaliyyətlərində texniki-hərbi sahə ilə yanaşı, siyasi-konseptual bazada da müəyyən transformasiya meylləri müşahidə edilməyə başladı.

Əsas iş prinsipi[redaktə | əsas redaktə]

NATO - hökumətlərarası təşkilatdır, onun bütün üzvləri öz suverenliyi və müstəqilliyini qoruyurlar. İlk növbədə NATO BMT-nin Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizlyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır.

Təsis edilməsi[redaktə | əsas redaktə]

Alyansın yaranması Brüssel sazişinin imzalanması (mart 1948) ilə başlanmışdır. Bu sazişdə 5 Qərbi Avropa ölkəsi ümumi müdafiə sistemini yaratmaq və ölkələr arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək istəklərini təsdiq etdilər.

Üzvləri[redaktə | əsas redaktə]

NATO-nun 28 üzvü var. Onlar: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, XorvatiyaYunanıstandır.

Telekommunikasiya sahəsində NATO ilə əməkdaşlığın məqsədi birgə təlimlər çərçivəsində qarşılıqlı fəaliyyət, böhran vəziyyətində alyansın müvafiq prosedurlarının tətbiqi və müasir informasiya texnologiyalarinin istifadəsidir.

NATO-nun sülhməramlı əməliyyatları və Azərbaycan Respublikası[redaktə | əsas redaktə]

Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu əməkdaşlığın əsası Ümummilli liderimiz Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədi imzalaması ilə qoyulmuşdur. Azərbaycan Respublikası NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Azərbaycan-NATO tərəfdaşlığı fərdi əsaslarla qurulub. Eyni zamanda, Azərbaycan Avro-Atlantik Tərəfdaşlıq Şurasının işində də fəal iştirak edir.Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, “NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək” Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən biridir. NATO qüvvələri ilə uzlaşmanın yaradılması PAP (Planlaşdırma və Analiz Prosesi) mexanizminə əsaslanır. 1997-ci ildən 2 illik silklər əsasında PAP əməliyyat hazırlığı naminə Azərbaycanı NATO-nun Müdafiə planlamasına cəlb edir. Azərbaycan Silahlı Qüvvələri həyata keçirmək üçün üzərinə daha çox tərəfdaşlıq məqsədləri götürür və bunlar “NATO-nun hərbi, təlim və texniki standartlarını tətbiq etmək vasitəsilə NATO qoşunları ilə hərbi uzlaşmaya nail olunmasına” yönəlir. Azərbaycan xaricdə sülhməramlı məqsədlər üçün açıla bilən xüsusi bölmələr hazırlamışdır. 2008-ci ildə bu bölmələr eyni vaxtda üç sülhməramlı əməliyyata cəlb edilmişdir: KFOR (Kosovo Qüvvələri), ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) və Çoxmillətli Qüvvələr (İraq).

Müasir beynəlxalq sülhməramlı əməliyyatlar çoxfunksiyalı və mürəkkəbdir. Onların uğuru dövlətlərin əməliyyatların planlaşdırılması və aparılmasının bütün mərhələlərində komanda və nəzarət vasitələrinə cəlb edilməsindən asılıdır. NATO Tərəfdaş dövlətləri öz əməliyyatlarına cəlb etmək üçün inkişaf etmiş mexanizmə malikdir. 1999-cu ildən Siyasi-Hərbi Çərçivə sənədi NATO-nun rəhbərlik etdiyi SNT əməliyyatlarında NATO ilə Tərəfdaş dövlətlər arasında əməkdaşlığı tənzimləyir. Bu sənədin məqsədi “NATO-nun gələcək əməliyyatlarına qoşulan Tərəfdaş dövlətlərə əməliyyatlara siyasi istiqamətin verilməsi və üzərində nəzarət edilməsinə töhfə vermək üçün müvafiq imkanların verilməsinin təmin edilməsi”dir. Tərəfdaşlar ən yüksək siyasi səviyyə də daxil olmaqla əməliyyatlar üzrə siyasi məsləhətləşmə, planlama və onların həyata keçirilməsində iştirak edə bilərlər.

Bu mexanizmin vacib aspektlərindən biri Tərəfdaşlara beynəlxalq qərargahlarda vəzifələr tutmaq imkanının verilməsidir. Bu, “Tərəfdaş dövlətlərin əsl tərəfdaşlıqda töhfəsinin tanınması, müttəfiqlər və tərəfdaşlar arasında etimadın və anlaşmanın yaradılması və onların həmrəyliyinin gücləndirilməsi üçün vacibdir”.

Xarici keçidlər[redaktə | əsas redaktə]

VikiAnbarda NATO ilə əlaqəli mediafayllar var.

Həmçinin bax[redaktə | əsas redaktə]