Bermud adaları

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Bermud adaları
'Bermuda və ya The Somers Isles
Bermud bayrağı Bermud gerbi
Bayrağı Gerbi
Bermud – xəritədə yeri
Paytaxt Hamilton-11 min(2011-ci il)
Böyük şəhərlər Sent-Corc, Hamilton
Rəsmi dil İngilis
İdarəetmə forması konstitusiyalı monarxiya
Kraliça II Elizabet
Qubernator ser Riçard Gazney
Baş Nazir Maykl Dankli [V.2014 ~]
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

53,2 km² (227-ci yer)
26
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (2010)
Əhali sıxlığı

67 min nəfər (204-cü yer)
64 237 nəfər
1260 nəfər/km²
ÜDM (AQP)
  • Cəmi (2011)
  • Adam başına

$5 600 million  (168 yer)
$86 000  (3 yer)
Pul vahidi Bermud dolları ([[ISO 4217|]])
İnternet domeni .bm
Telefon kodu +1-441

Bermud üçbucağı (və ya Şeytan üçbucağı) — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. aaa Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir.



Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.

On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir amerikalı jurnalistin təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir