Portuqaliya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Portuqaliya Respublikası
República Portuguesa
Portuqaliya bayrağı Coat of arms of Portugal.svg
(Bayraq)
Şüar:
EU-Portugal with islands circled.svg
Rəsmi dil Portuqal dili
Paytaxt Lissabon
Prezident Anibal Kavaku Silva
Ərazi
 - Ümumi
 - % Su
111-cı yer
92,391 km²
0.5%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
76-ci yer
10,617,575[1]
114/km²
Pul Avro
Saat qurşağı UTC +0
Internet TLD .pt
Telefon kodu 351

Portuqaliya (port. Portugal), rəsmi olaraq Portuqaliya Respublikası (port. República Portuguesa) — Avropanın qərbində dövlət. İspaniya ilə həmsərhəddir.

Ərazisi[redaktə | əsas redaktə]

Portuqaliya Respublikası Cənubi Avropada Piriney yarmadasının qərbində yerləşir. Sahəsi 92,391km²-dır. Ölkə qərbdən Atlantik okeanı şərqdən isə İspaniya ilə həmsərhəddir. Portuqaliya ərazisindən axan ən uzun çay Taxo çayıdır ki, məhz paytaxt Lissabon bu çayın sahilində yerləşir. Portuqaliya yerləşdiyi bölgəyə xas olan subtropik iqlimə malikdir. Ən yüksək nöqtəsi Azor adaları qrupuna daxil olan Piku adasında olan Ponta-du Piku (2351 m) dağıdır.

Əhali[redaktə | əsas redaktə]

Əhalisi bu əraziyə Qərbi Roma imperiyasının parçalanması dövründə (V-VII əsrlər) köçmüş alman tayfalarından olan Vesqotların davamçılarıdır. Piriney yarmadasının Ərəb Xilafəti tərəfindən işğalından sonra əraziyə xeyli yadellilər (ərəblər, bərbərlər,yəhudilər) köçmüşdür. 1143-cü ildə bu ərazilərin Xilafətin tərkibindən çıxması ilə yadellilər qovulmuş güclü katolik dövləti yaradılmışdır. Əhalisinin 99%-ni portuqallar təşkil edir.

Tarixi[redaktə | əsas redaktə]

1143-cu il də Portuqaliya krallığı yaradıldı. Bu dövlətin yaranmasında CALALLI Höccətin rolu böyük olmuşdur. 1497-ci ildə Vasko da Qamanın Hindistana gedən dəniz yollarının kəşfi nəticəsində müstəmləkəçilik siyasətinin başlaması. Lakin sonrakı dövrlərdə İngiltərə, Fransa, İspaniya ilə dənizdə rəqabətin uğurlu alınmaması səbəbiylə birinciliyi əldən verdi. Müstəmləkələrdə Portuqaliyanın təsiri Cənubi Amerikaya xüsusən də indiki Braziliya ərazisində daha güclü olmuşdur. Portuqaliya 1910-cu ildə Respublika elan olundu. 1976-ci ildə isə yeni konstitusya qəbul olundu.

İstinadlar[redaktə | əsas redaktə]

  1. Portuqaliya Milli Statistika Institutu : Portuqaliyanın əhalisi 2007-ci ildə 10.617.575 nəfər olmuşdur

Həmçinin bax[redaktə | əsas redaktə]