Qvineya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Qvineya Respublikası
République de Guinée
Qvineya bayrağı Qvineya gerbi
Bayrağı Gerbi
Şüar: Şablon:Native phrase
"İş, Ədalət, Həmrəylik"
Himn: Şablon:Native name
Azadlıq
Qvineya – xəritədə yeri
Paytaxt Konakri
Rəsmi dil fransız dili
Etnik qruplar 40.3% Fule
25.8% Mandinka
11.0% Susu
6.5% Kissi
4.8% Kpelle
11.6% Digərləri
İdarəetmə forması Prezident respublikasıdır
Prezident Alfa Konde
Baş nazir Mohamed Said Fofana
Yaranması
 - Müstəqillik 2 Oktyabr 1958
Ərazi
• Ümumi

245,836 km² (78-ci yer)
Əhali
• Təxmini sayı (2009)
• Siyahıyaalma (2014)
Əhali sıxlığı

10,057,975 nəfər (81-ci)
10,628,972 nəfər
106.1 nəfər/km²  (164-cü yer)
ÜDM (AQP)
  • Cəmi (2011)
  • Adam başına

$11.46 milyard ABŞ dolları
$1,082
ÜDM (nominal)
  • Cəmi (2011)

$5.212 milyard ABŞ dolları [1]
Pul vahidi Qvineya frankı (GNF)
İnternet domeni .gn
Telefon kodu +224

Qvineya Respublikası - Qərbi Afrikada dövlət. Şimalda Seneqal, şimalda Seneqal, şimal və şimal-şərqdə Mali, şərqdə Kot-d-İvuar, cənubda Liberiya, cənub-qərbdə Syerra-Leona, şimal-qərbdə Qvineya-Bisau dövlətləri ilə həmsərhəddir. Qərbdə Qvineya sahillərini Atlantik okeanın suları yuyur.

Tarix[redaktə | əsas redaktə]

Müstəmləkə dövrünə qədər[redaktə | əsas redaktə]

Qvineyanın qədim tarixi öyrənilməmişdir. Mülahizələrə görə Qvineya sahilləri Finikiya dənizçiləri tərəfindən qeydə alınmışdır. Orta əsrlərdə müasir Qvineya ərazisinin bir hissəsi VIII-IX əsrlərdə mövcud olmuş Qana, XIII-XV əsrlərdə mövcud olmuş Mali imperiyalarının tərkibinə daxil olmuşdur. Həmin dövrlərdə Qvineya ərazisində müxtəlif tayfalar, o cümlədən çoxsaylı mandinka, dyalonke, susu tayfaları tərəfindən məskunlaşmışlar.

XVI əsrdə Futa-Callon düzənliyində köçəri maldar tayfalarından olan fulbelər tərəfindən məskunlaşdırıldı. 1720-ci illərdə islam dinini qəbul edən fulbelərin yuxarı təbəsi dyalonkelərə və bütpərəst fulbelərə qarşı müharibəyə başladılar. Bu müharibə 1770-ci illərin sonlarında başa çatdı, nəticədə fulbelərin erkən dövləti olan Futa-Callon dövləti yarandı.

XIX əsrdə fransızlar Qvineyaya soxuldular. Onlar yerli sakinlərlə ticarət münasibətlərini təşkil etməyə cəhd göstərsələr də, bu Avropa tacirlərinin məhv edilməsi ilə nəticələndi. Fransa 1865-ci ildən tacirləri müdafiə etmək üçün Qvineyanın cənubunda liman tikməyə və burada öz mövqelərini möhkəmləndirməyə başladılar. Fransızlar yerli tayfaların başçıları ilə hücum etməmək haqqında müqavilə bağlamağa çalışırdilar.

Müstəmləkə dövrü[redaktə | əsas redaktə]

1897-ci ildə Fransa Futa-Callon hökuməti ilə protektoratlıq haqqında müqavilə imzalandı. 1898-1904-cü illərdə təxminən müasir Qvineya ərazisində fransız müstəmləkəsi olan River dyu Syud mövcud olmuşdur. 1904-cü ildə Fransa Qvineyası fransız Qərbi Afrika federasiyasının tərkibinə daxil oldu. Birinci dünya müharibəsindən sonra fransızlar Qvineyada banan, ananas, kofe plantasiyaları yaratmağa başladılar, lakin burada plantasiya təsərrüfatı geniş inkişaf etmədi. Qvineyada sənaye zəif inkişaf edirdi, yalnız ikinci dünya müharibəsindən sonra burada ilk dağ-mədən sğnayesi üzrə müəssisələr yaradıldı.

Əhalisi[redaktə | əsas redaktə]

Qvineya Respublikasında əhalinin sayı 10,6 mln. nəfərdir (2014). Əhalinin illik artımı 2,6 %-dir. Orta ömür müddəti kişilər arasında 56 il, qadınlar arasında 59 ildir. Əhalinin etnik tərkibi: fulbelər-40 %, mandinkalar-30 %, susular-20 %, digərləri-19 %-dir. Əhalinin 85 %-i islam dininin sünni məzhəbinə, 8 %-ə yaxını xristian (Onların əksəriyyəti katolikdir) dininə, 7 %-ə yaxını aborigen ayinlərinə etiqad edir. Ənali arasında yevangelistlər, plimut qardaşları ayinlərinə etiqad edənlər də vardır. Əhalinin savadlılığı kişilər arasında 42 %, qadınlar arasında 18 %-dir (2003). Şəhər əhalisi -34%-dir.(2008).

Mənbə[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]