Quam

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Quam
'Territory of Guam
Guåhån'
bayrağı gerbi
Bayrağı Gerbi
Şüar: Where America's Day Begins
Himn: Fanohge Chamoru
– xəritədə yeri
Paytaxt Aqanya
Böyük şəhərlər Dededo
Rəsmi dil İngiliscə
çamorroca
Etnik qruplar çamorro, filippinlilər,çinlilər
İdarəetmə forması Muxtar ərazi
Prezident Barak Obama
Qubernator Edi Kalvo [ I.2011 ~ ]
Yaranması
 - Quamın ABŞ-a tabe olması 1950
Ərazi
• Ümumi

541 km² (193 yer)
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (2010)
Əhali sıxlığı

163 min nəfər (190-cı yer)
159 358 nəfər
301 nəfər/km²
ÜDM (AQP)
  • Cəmi (2010)
  • Adam başına

$4 600 million  (172 yer)
$28 700  (55 yer)
İnternet domeni .gu
Telefon kodu +1 671

Quam (ing. Territory of Guam) - Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır.


Tarix[redaktə | əsas redaktə]

Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.

Həmin il İspaniya ilə ABŞ arasında başlanan müharibədə İspaniyanın məğlub olması, adanın 200 ildən sonra əl dəyişdirməsinə səbəb olmuşdur. 1900 - 1930-cu illərdə ABŞ adadan əsasən hərbi uçuşları gercəkləşdirmək məqsədi ilə istifadə edirdi. İkinci dünya müharibəsindən az əvvəl ABŞ Quam adasından hərbi məqsədlə istifadə etmişdir. Həmin illərdə ada təyyarələrin əsas yanacaq doldurma mərkəzi hesab edilirdi. 1941-ci ildə Quam Yaponiya tərəfindən işğal edildi. 3 il Yapon işğalında qalan ada yalnız 1944-cü ildə azad edilmişdir. 1950-ci ildə konqres tərəfindən qəbul olunan xüsusi qərara əsasən ABŞ Federal Torpaqlarına Quamda əlavə edildi. Bununla adada yaşayan yerli əhali ABŞ vətəndaşlığına qəbul edildi və ada rəsmən ABŞ-ın nəzarətinə keçdi.

Fiziki-coğrafi xarakteristika[redaktə | əsas redaktə]

Ərazis 541 km² olan ada fiziki-coğrafi baxımdan iki hissədən ibarətdir. Şimal hissədə, 150 metr hündürlüyündə, mərcan mənşəyli volkanik daşlardan təşkil olunmuş plato yerləşir. Cənubda isə adanın ən hündür nöqtəsi hesab olunan Lamlam dağı (406 metr) yerləşir. Quam əsasən tropik iqlimə sahibdir. Adada istilik 21 - 32 °C arasında dəyişir. Ən çox yağış iyun və sentyabr aylarında yağır. Quamda müxtəlif növ ağac və bitki növləri vardır. Sahil ərazilərində palma ağacları olduğu halda, mərkəzə doğru olan plantastiyalarda tütün becərilir. Bütün bunlar adanın Fiziki-coğrafi xarakteristikasının müxtəlif olduğunu göstərir.

Əhali[redaktə | əsas redaktə]

Quam adasında 2007-ci ildə aparılmış əhalinin sayımına əsasən adada 173.456 nəfər yaşayır. Ada əhalisinin 57% ispan mənşəyli Kamorlar təşkil edir. Quamda yaşayan ikinci böyük etnik qrup Filippinlilərdir. Onlar ada əhalisinin 25% təşkil edirlər. Çinli, Yapon və Koreyalı kimi xalqların nümayəndələridə adada kompakt şəkildə yaşayır. Quamda iki dil danışılır. Ada əhalisinin 98% ingilis dilini başa düşür. Bu dillə yanaşı, Komorlar tərəfindən danışılan Komor dilidə ən çox danışılan ikinci dildir.

Siyasət[redaktə | əsas redaktə]

Quam siyasi baxımdan ABŞ-dan tam asılı olsa da, daxili məsələlərin həll edilməsinə müəyyən səlahiyyətləri vardır. Ada ABŞ prezident tərəfindən təyin edilən qubernator tərəfindən idarə edilir. Quamda 19 seçki məntəqəsi vardır və hər bir məntəqəyə bir nəfər rəhbər şəxs başçılıq edir. Bu şəxslər qubernatora tabedir. 1972-ci ildə ABŞ tərəfindən qəbul olunmuş qərara əsasən adaya iki ildən bir yeni qubernator təyin edilir. Quamda ABŞ federal məhkəməsindən aslı olmayan federal məhkəmə fəaliyyət göstərir. Adanın yerli əhalisi 1950-ci ildən etibarən ABŞ vətəndaşlığına qəbul edilmişdir və hər bir ABŞ vətəndaşının istifadə etdiyi hüquqlardan istifadə etmək imkanı vardır.

İqtisadiyyat[redaktə | əsas redaktə]

Ada iqtisadiyyatını turizm və aviasiya sahəsi təşkil edir. Uzaq məsafələrə ucan təyyarələr adadan yancaq doldurmaq məqsədi ilə istifadə edir. Quama hər il minlərlə turist gəlir. Turistlər əsasən ÇinYaponiyadan gəlir. Hər il ABŞ tərəfindən ada iqtisadiyyatına milyonlara dollar pul ayrılır. Son illər ada əhalisinin ABŞ miqrasiya etməsi azalmışdır. Bunun əsas səbəbi adada yeni iş yerlərinin acılmasıdır.2009-cu ildə 755 million kVt-saat elektrik enerji istehsal edildi.


Flag of the United States.svg ABŞ-ın inzibati bölgüsü
Federal ərazi

Kolumbiya federal dairəsi

Ştatlar

Alabama | Alyaska | Arizona | Arkanzas | Aydaho | Ayova | Cənubi Dakota | Cənubi Karolina | Corciya | Delaver | Florida | Havay | İllinoys | İndiana | Kaliforniya | Kanzas | Kentukki | Kolorado | Konnektikut | Luiziana | Massaçusets | Men | Merilend | Miçiqan | Minnesota | Missisipi | Missuri | Montana | Nebraska | Nevada | Nyu Cersi | Nyu Hempşir | Nyu Meksiko | Nyu York | Ohayo | Oklahoma | Oreqon | Pensilvaniya | Qərbi Virciniya | Rod Aylend | Şimali Dakota | Şimali Karolina | Tennessi | Texas | Vaşinqton | Vayominq | Vermont | Virciniya | Viskonsin | Yuta

Federal Torpaqlar

Amerika Samoası | Quam | Şimali Marian adaları | Puerto Riko | Virgin adaları

Kiçik adacıqlar

Beyker adası | Haulend adası | Carvis adası | Conston rifi | Kinqmen rifi | Miduey rifi | Navassa adası | Palmira rifi | Ueyk rifi