Böyük Britaniya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
'United Kingdom of Great Britain and Northern Ireland'
Böyük Britaniya bayrağı Böyük Britaniya gerbi
Bayrağı Gerbi
Böyük Britaniya – xəritədə yeri
Paytaxt London
Böyük şəhərlər London, Birmingem, Qlazqo, Mançester, Edinburq, Liverpul
Rəsmi dil ingilis dili
Kraliçə II Elizabet
Baş Nazir Devid Kemeron
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

244 820 km² (77)
1,34
Əhali
• Təxmini sayı (2009)
Əhali sıxlığı

61 113 205 nəfər (22)
246 nəfər/km²  (48)
Pul vahidi Funt sterlinq ([[ISO 4217|GBP]])
Yay vaxtı (UKV0)
İnternet domeni .uk .eu .gb
Telefon kodu +44

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – şimali-qərbi Avropa dövləti.

Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Materik Avropaya Fransa vasitəsi ilə La Manş kanalı ilə birləşir.

Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, UelsŞimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.

Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya muharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır. Britaniya Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük SəkkizlərinAvropa Birliyinin, Britaniya Millətlər Birliyinin üzv dövləti və İkinci dünya müharibəsinin keçmiş səkkiz qalib dövlətlərindən biridir.

Böyük Britaniya tarixi[redaktə | əsas redaktə]

Əsas məqalə: Böyük Britaniya tarixi

İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın tarix öncəsi dövrlərini əhatə edir. 1800-1922 illəri arasında İrlandiyanın hamısı Birləşmiş Krallığın bir hissəsi sayıldığı üçün bu dövrlərdə İrlandiyanın tarixi də Birləşmiş Krallıq tarixinin bir hissəsi sayılır. Birləşmiş Krallığın ən köhnə xalqlarını Keltler təşkil edir. E.Ə 55 və E.Ə 410 illəri arasında Britaniya adaları Roma İmperiyasına bağlı Britannia əyalətini təşkil. V əsrdə bölgə Xristianlığın təsiri altına girdi. Eyni illərdə Cermen bir xalq olan Anglosaksonlar böyük kütlələr halında namizədə köç etdilər. 1066-1154-ci illəri arasında yenə bir Cermen irqi olan Normanlar namizədi ələ keçirdilər. İngilislər bu Cermen irqlərinin davamını meydana gətirməkdədirlər. Şotlandlar, Uelslilər və İrlandiyalılar isə Keltlərin davamıdır.

Coğrafiyası[redaktə | əsas redaktə]

Dövlət Britaniya adalarında (Böyük Britaniya, İrlandiya adasının şimal-şərq hissəsi,həmçinin kiçik adalar və arxipelaqlar:Hebrid,Orkney və Şetland adaları, Anqlsi, Arran, Uayt) Atlantik okeanda yerləşir. Şimali, İrlandiya,Kelts və Hebrid dənizləri ilə yuyulur.Cənub-şərq sahili ilə Fransanın şimal sahili arasinda yalniz 35 km məsafə var.Iki dövləti bi-birindən La-Manş boğazı ayırır.

Böyük Britaniyanın sahəsi-244 820 km².1993-cü ilin məlumatına görə,torpaq sahəsinin 10%-i meşə ilə örtülü idi,46%-i otlaq üçün istifadə edilmişdir,və 25%-i  kənd təsərrüfatında istifadə edilmişdir.Sahil uzunluğu 17.820 km-dir.Cənub sahil Avropa kontinenti ilə uzunluğu 50 km olan(38 km su altında olmaqla) avrotunel vasitəsilə birləşir. Bu, dünyada ən uzun sualtı tuneldir. İrlandiyanın Şimali İrlandiya Respublikası ilə 360 kilometrlik quru sərhədi var və bu,Böyük Britaniyanın yeganə quru sərhədidir.

İngiltərə,Böyük Britaniyanın yarısından çox ərazisini əhatə edir(130.395 kvadrat kilometr) Bunun böyük bir hissəsi ovalığlardan ibarətdir.Yüksəkliklər əsasən ərazinin şimal (Pennins) və şimal-qərbində (Kamberlend) cəmlənmişdir.Ən uzun çayları  Temza, Severn və Humberdir.

Şotlandiya  Böyük Britaniyanın 78.772 kvadrat kilometr əhatə edir.Şotlandiyanın ərazisinə əsasən qərb və şimal hissələrində yerləşən səkkiz ada daxildir(Hebrid, Orkney,Şetland və başqa adalar).Şotlandiya iki tamamilə müxtəlif regionlardan ibarətdir:şimal-qərb hissədə yerləşən Şimali-Şotlandiya dağlıq ərazi(Haylend) və cənub-şərq hissədə yerləşən Loulend.Haylendə demək olar ki Şotlandiyanın bütün dağlıq ərazisini əhatə edir(Ben Nevis 1343 metr hündürlüyü ilə Britaniya adalarının ən yüksək zirvəsi hesab olunur).

Uels Böyük Britaniyanın 20.779 kvadrat kilometr əhatə edir.Uels- əsasən dağlıq ölkədir. əsas əhali və sənaye sahələri Cardiff, Swansea və Newport sahil şəhərlərində, o cümlədən dəqiq Cənubi Uels yerləşir.(Snoudon dağı-1085 m) Uelsin ən yüksək dağları Snoudonda yerləşir(Snoudon dağı-1085 m).

Şimali İrlandiya yalnız 13.843 kvadrat kilometr əhatə edir və əsasən dağlıq ərazidir.Şimali İrlandiyaın ən yüksək nöqtəsi 852 m hündürlüyü  olan Sliv-Donard zirvəsi hesab olunur

İqtisadiyyatı[redaktə | əsas redaktə]

XIX əsrin axırlarınadək Böyük Britaniya dünya təsərrüfatında ağalıq etmişdir. Bunun başlıca səbəbi Böyük Britaniyanın kapitalizmin vətəni, sənaye çevrilişinin beşiyi olması ilə, "dünyanın sənaye emalatxanasına" çevrilməsi ilə izah olunur. Bununla yanaşı, olduqca iri müstəmləkələrə malik Böyük Britaniya, bu müstəmləkələrin istismar edilməsindən böyük gəlir götürürdü. Nəhayət, La-ManşPa-de-Kale boğazlarından keçən mühüm dəniz ticarət yollarında əlverişli coğrafi mövqeyi ölkəyə Yer kürəsinin bütün regionları ilə əlaqə yaratmağa imkan verirdi. Böyük Britaniyanın iqtisadiyyatının sürətli inkişafına ölkə ərazisində müxtəlif faydalı qazıntı yataqlarının, xüsusilə dəmir filizidaş kömür hövzələrinin bir-birinə yaxın yerləşməsi çox böyük təsir göstərmişdir. Belə amil metallurgiyanın güclü inkişafına, metallurgiya isə müstəmləkələrin ələ keçirilməsində və Dünya Okeanında hökmranlıq edilməsində mühüm rol oynayan güclü dəniz donanmasının yaradılmasına imkan vermişdir. Keçmiş mövqeyini itirməsinə baxmayaraq Böyük Britaniya indi də dünyanın yüksək inkişaf etmiş sənayeyə malik başlıca ölkələrindən biridir. Böyük Britaniya İnkişaf Etmiş Ölkələr arasında kapital ixracatına görə yalnız ABŞYaponiyadan geri qalır. XX əsrin 80-ci illərindən başlayaraq neft hasilatının sürətlə artması onun iqtisadi strukturunun yenidən qurulmasına, iqtisadiyyatın inkişafına imkan yaratmışdır. Bununla yanaşı Böyük Britaniya, əvvəllər Britaniya imperiyasına daxil olan ölkələrin Birliyini yaratmış və ona rəhbərlik edir. Bu, keçmiş müstəmləkə ölkələri ilə əlaqələri tənzimləyən özünəməxsus iqtisadi birlik formasıdır.

Böyük Britaniya sənayesinin strukturu digər başlıca İEÖ-i xatırladır. Mürəkkəb və çoxsahəli maşınqayırma mühüm rol oynayır. Elektrotexnika, elektronika, aviakosmik sənayenin, cihazqayırma və avtomobilqayırmanın inkişafına görə London, Birmingem-Koventri rayonları, dəzgahqayırma və avtomobilqayırmaya görə Birmingem, toxuculuq maşınqayırmasına görə Mançester, gəmiqayırmaya görə Qlazqo, idxal xammala əsaslanan metallurgiyanın inkişafına görə Şeffild, Kardiff və dəniz sahili şəhərlər fərqlənir. Kimya sənayesi Şimal dənizinin dayazlıqlarından çıxarılan nefttəbii qaza əsaslanır.

  1. Kənd təsərrüfatı

Böyük Britaniyanın intensiv inkişaf etmiş kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ölkənin şimal və qərbində günəşli günlərin məhdudluğu taxıl bitkilərinin yetişdirilməsinə imkan vermir. Rütubətli okean iqlimində otlaq və çəmənliklər mal-qaranı yaşıl otla yaxşı təmin edir. Böyük Britaniyanın kənd təsərrüfatı əhalinin ərzağa olan tələbatını təmin etmir.

Mədəniyyət[redaktə | əsas redaktə]

Keçən əsrin 60-cı illərində The Beatles və "Rollinq stounz"un populyarlığının çiçəklənməsindən bu günə kimi Böyük Britaniya gənc mədəniyyətinin avanqardı olaraq qalır. Ölkənin Uilyam Şekspir və şotland Robert Berns, uelsli Dilan Tomas və şimali irlandiyalı Şeymas Xini də daxil olmaqla, zəngin ədəbiyyat irsi var. Barokko dövrü ndən, Henri Perselladan XX əsrdə Benjamin Brittenə qədər, dünyaya klassik bəstəkarlar verən milli musiqi qədim köklərə malikdir.[1]

Şəhərləri[redaktə | əsas redaktə]

Ənənə və mərasimlər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. http://www.anspress.com/index.php?stid=300101011

Xarici keçidlər[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]