Fransa Qvianası[Mənbə göstərin] — Cənubi Amerikanın şimal-şərqində, Atlantik okeanı sahilində yerləşmiş Fransanın dənizaşırı departamenti və ölkənin 26 region arasında bir dənizaşırı regiondur.
Paytaxtı Kayennadır. Surinam və Braziliya ilə həmsərhəddir. Sahəsi 83,534 km², əhali 202 min adam (2006-cı ildə). İqlimi subekvatorial, isti və rütubətlidir. İlk fransız kolonistləri müasir Qviana ərazisinə 1604-cü ildə gəlmişlər. 1635-ci ildə Fransanın müstamləkəsi elan edilmişdir. XVII əsr - XIX əsrin əvvəllərində bu ərazi uğrunda hollandiyalılar, ingilislər və fransızlar arasında gedən rəqabət 1817-ci ildə Fransanın hakimiyyətinin qəti bərqərar olması ilə başa çatdı. Böyük Fransa inqilabı dövründən sürgün yerinə çevrilmişdi. 1946-cı ildən Fransanın dənizaşırı departamenti statusu almışdır.