Konstitusiya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Konstitusiya — (lat. constitutio — «quruluş»)dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.


Konstitusiya –Dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.

Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlər: yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydalar.

Yazılı konstitusiyalar ya vahid normativ aktdır (əksər dövlətlərdə), ya da bir neçə konstitusiya qanunlarının məcmusudur (məsələn, İsveç Konstitusiyası, İspaniya Konstitusiyası, Finlandiya Konstitusiyası).

Yazılmamış konstitusiyalarda konstitusiya normaları çox sayda aktlarda və həmçinin adətlərdə təsbit olunmuşdur (anqlo-saks hüquqi ailəsi üçün səciyyəvidir (ABŞ istisna olmaqla), Böyük Britaniya Konstitusiyası).

Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır kı, çoxlu dəyişiklilərlə bü gün də qüvvədədir.

Konstitusiyanın funksiyaları[redaktə | əsas redaktə]

Konstitusiyanın əsas funksiyaları bunlardır:

  1. Hüquqi funksiya - bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə yetirir.
  2. Sosial funksiya- ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə, təhsil, elm kimi sosial sistemin yaşamasına təsir göstərir.
  3. Siyasi funksiya –siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil formasını təsbit edir.
  4. Tərbiyəvi funksiya - hər bir insanda, konstitusiya qanunlarına,insan və vətəndaş hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır.

Konstitusiyaların digər qanunlardan fərqi[redaktə | əsas redaktə]

Konstitusiya:

  • Dövlət quruluşunu və dövlət hakimiyyətinin ali orqanlarını müəyyən edir, insan hüquq və azadlıqlarına dövlət tərəfindən zəmanət verir.
  • Ali hüququ qüvvəyə malikdir.
  • Digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə malikdir.
  • Qanunvericilik üçün əsas rolunu oynayır.
  • Dəyişilməsinin xüsusi qaydalarına malikdir.

Azərbaycan Konstitusiyası[redaktə | əsas redaktə]

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.

Dünya dövlətlərin konstitusiyalarının qəbul tarixləri[redaktə | əsas redaktə]

  1. Flag of San Marino.svg San-Marino, 1600-cü il, San-Marino Konstitusiyası (Statuta Decreta), Konstitusiyalı respublika[1]
  2. Flag of the United States.svg ABŞ, 1789-cu il, ABŞ Konstitusiyası, Konstitusiyalı federativ respublika
  3. Flag of Norway.svg Norveç, 1814-cü il, Norveç Konstitusiyası, Konstitusiyalı monarxiya[2]
  4. Flag of the Netherlands.svg Niderland, 1815, Niderland Konstitusiyası, Konstitusiyalı monarxiya[3]
  5. Flag of Costa Rica.svg Kosta-Rika, 1838, demokratik respublika
  6. Flag of Italy.svg İtaliya, 1848-ci ildə Sardiniya krallığı kimi qəbul edilib, sonradan İtaliya krallığı
  7. Flag of Argentina.svg Argentina, 1853, federal prezidentli respublika
  8. Flag of Canada.svg Kanada, 1867, Kanada Konstitusiyası, British North America Act[4]
  9. Flag of Luxembourg.svg Lüksemburq, 1868, parlamentli monarxiya
  10. Flag of Switzerland.svg İsveçrə, 1874, İsveşrə Konstitusiyası
  11. Flag of Australia.svg Avstraliya, 1901, Avstraliya Konstitusiyası
  12. Flag of Mexico.svg Meksika, 1917
  13. Flag of Austria.svg Avstriya, 1920, Avstriya Konstitusiyası[5]
  14. Flag of Liechtenstein.svg Lixtenşteyn, 1921, Lixtenşteyn Konstitusiyası
  15. Flag of Latvia.svg Latviya, 1922 [6]
  16. Flag of Ireland.svg İrlandiya, 1937, İrlandiya Konstitusiyası
  17. Flag of Iceland.svg İslandiya, 1944
  18. Flag of Italy.svg İtaliya, 1947, İtaliya Konstitusiyası
  19. Flag of Japan.svg Yaponiya, 1947, Yaponiya Konstitusiyası
  20. Flag of the People's Republic of China.svg ÇXR, 1949, Çin Xalq Respublikası Konstitusiyası
  21. Flag of Germany.svg Almaniya, 1949,
  22. Flag of Hungary.svg Macarıstan, 1949,
  23. Flag of India.svg Hindistan, 1950, Hindistan Konstitusiyası
  24. Flag of Denmark.svg Danimarka, 1953
  25. Flag of Egypt.svg Misir, 1953
  26. Flag of France.svg Fransa, 1958, Fransa Konstitusiyası
  27. Flag of Cyprus (bordered).svg Kipr, 1960
  28. Flag of Monaco.svg Monako, 1962
  29. Flag of Malta.svg Malta, 1964
  30. Flag of Uruguay.svg Uruqvay, 1966
  31. Flag of Pakistan.svg Pakistan, 1973
  32. Flag of Sweden.svg İsveç, 1975
  33. Flag of Greece.svg Yunanıstan, 1975
  34. Flag of Madagascar.svg Madaqaskar, 1975
  35. Flag of Portugal.svg Portuqaliya, 1976
  36. Flag of Spain.svg İspaniya, 1978, İspaniya Konstitusiyası
  37. Flag of Chile.svg Çili, 1980
  38. Flag of Guyana.svg Qayana, 1980
  39. Flag of Turkey.svg Türkiyə, 1982
  40. Flag of Honduras.svg Honduras, 1982
  41. Flag of Guatemala.svg Qvatemala, 1985
  42. Flag of Ethiopia.svg Efiopiya, 1987
  43. Flag of the Philippines.svg Filippin, 1987
  44. Flag of Suriname.svg Surinam, 1987
  45. Flag of Brazil.svg Braziliya, 1988
  46. Flag of Croatia.svg Xorvatiya, 1990
  47. Flag of Andorra.svg Andorra, 1991
  48. Flag of Bulgaria.svg Bolqarıstan, 1991, Bolqarıstan Konstitusiyası
  49. Flag of Macedonia.svg Makedoniya, 1991
  50. Flag of Colombia.svg Kolumbiya, 1991
  51. Flag of Romania.svg Rumıniya, 1991
  52. Flag of Slovenia.png Sloveniya, 1991
  53. Flag of the Czech Republic.svg Çexiya, 1992
  54. Flag of Estonia.svg Estoniya, 1992, Estoniya Konstitusiyası
  55. Flag of Lithuania.svg Litva, 1992
  56. Flag of Paraguay.svg Paraqvay, 1992
  57. Flag of Slovakia.png Slovakiya, 1992
  58. Flag of Peru (state).svg Peru, 1993
  59. Flag of Belgium (civil).svg Belçika, 1993,
  60. Flag of Andorra.svg Andorra, 1993
  61. Flag of Russia.svg Rusiya, 1993, Rusiya Federasiyası Konstitusiyası
  62. Flag of Belarus.svg Belarus, 1994, Belorus Konstitusiyası
  63. Flag of Azerbaijan.svg Azərbaycan, 1995, Azərbaycan Respublikasının Konstitusiyası
  64. Flag of Ecuador.svg Ekvador, 2008
  65. Flag of Bolivia.svg Boliviya, 2009

İstinadlar[redaktə | əsas redaktə]

  1. 8 oktyabr 1600-cü ildə qəbul edilib. Bu Konstitusiya aktı 1300-cü ildə qəbul edilmiş Statuti Comunali (Town Statute) şəhər Nizamnaməsi əsasında hazırlanıb.
  2. http://www.norway.org/culture/heritage/nationalday.htm
  3. http://www.inghist.nl/Onderzoek/Projecten/Grondwet/index_html_en
  4. Kanada Konstitusiyası 1867-ci ildə 1763-cü ildən başlayaraq qəbul edilmiş Kanada əyalət Konstitusiyaları əsasında qəbul edilib. Ciddi dəyişikliklər 1982-ci ildə edilib.
  5. 1929-cu ildə təftiş edilmişdir; 1 may 1945-ci ildə bərpa edilmişdir; 1 may 1934-cü il - 1 may 1945-ci illərdə faşist konstitusiyası qüvvədə olmuşdur
  6. 21 avqust 1991-ci il Konstitusiya aktı ilə qəbul edilmiş; sonradan çoxsaylı düzəlişlər edilmişdir