İordaniya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Koordinatlar: 31°1′0″ şm. e. 36°37′0″ ş. u. / 31,01667° şm. e. 36,61667° ş. u. / 31.01667; 36.61667

İordaniya Haşimi Krallığı
المملكة الأردنية الهاشمية
(əl-Məmləka əl-Ürduniyə əl-Haşimiyə)
bayrağı gerbi
Bayrağı Gerbi
Şüar: الله، الوطن، الملك‎ (Allah, Vətən, Kral)
Himn: السلام الملكي الأردني‎ (Əs-səlam əl-məlaki əl-ürduni)
– xəritədə yeri
Paytaxt Amman
Rəsmi dil ərəbcə
Dövlət dini islam
İdarəetmə forması konstitusiyalı monarxiya
Yaranması
Saat qurşağı +2[1] (UKV)
İnternet domeni .jo
Telefon kodu +962

İordaniya, rəsmi adı: İordaniya Həşimi Krallığı(ərəb. المملكة الأردنية الهاشمية‎‎, əl-Məmləkə əl-Urdiniyə əl-Haşimi, (ərəb. الأردن‎‎, Əl-Urdun) — Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrailFələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə ƏrəbistanıMisirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır. İordaniyada dövlət dili ərəb dili, dövlət dini İslam dinidir. İordaniyanın pul vahidi İordaniya dinarıdır[2]

Coğrafiyası[redaktə | əsas redaktə]

İordaniyanin əksər hissəsi səhradır. Ancaq, İordaniya çayının keçdiyi şimal qərbi hissəi, Münbit Hilal (Fertile Crescent) adlanan bölgənin bir hissəsidir. Paytax Əmman şimal qərbdə yerləşir. İordaniya Krallığının ümumi ərazisi 89,342 km² , əhalisi isə 5mln-dan artıqdır. Şəhər əhalisi - 72%, kənd əhalisi - 28%-dir. Ən yüksək nöqtəsi Ram dağında (1754 m), ən alçaq nöqtəsi - 403 m-dir (dəniz səviyyəsindən). Qışı sərin, yayı isti və qurudur.[2]

Əhalisi[redaktə | əsas redaktə]

Əhalisinin 1.2% - ni çərkəzlər təşkil edir .[3]

Dini vəziyyət[redaktə | əsas redaktə]

İordaniyada islam dövlət dinidir. Əhalinin 95 faizini müsəlmanlar təşkil edir. Müsəlmanların 90 faizi sünnülüyün şafii məzhəbinə aiddir. Az sayda şiə-imamlara və druzlara rast gəlmək olar (birlikdə 5 %). Xristianlar əhalinin 5 faizini təşkil edirlər. Onlar əsasən şəhərlərdə məskunlaşıblar. Xristianların 2/5 hissəsi pravoslavlar, 1/3 hissəsi roma katolikləridir. Həmçinin yunan-katoliklər, yaxud melkitlər, erməni-qriqoryan, yakobit və az sayda protestantlar (anqlikan, lüteran, baptistlər və s.) da vardır.

Turizm[redaktə | əsas redaktə]

Ən çox diqqət çəkən məkanlardan biri də Omman şəhərində olan Roma teatrıdır. Bu teatr öz qədimliyi ilə seçilir. Burada 33 sırada 5000-ə qədər tamaşaçı otura bilir. İordaniyanın məşhur yerlərindən olan Petra şəhəri də öz qədimliyi ilə turistləri cəlb edir. Bu şəhər Lut gölü ilə Aqaba körfəzi arasında yerləşir. Ceraş şəhəri də turistləri ən çox maraqlandıran şəhərdir. Burada Zevsin məbədi, eləcə də Artemidin məbədi adlı tarixi abidələr yerləşir. Şəhərdə Bizans dövrünə aid 17 kilsə də var. [2]

Milli bayramlar[redaktə | əsas redaktə]

İordaniyada rəsmi istirahət günləri cümə, eləcə də bazar günləri sayılır. Cümə günü hətta mağazalar da işləmir. Burada İslam dini ilə bağlı bayramlarla yanaşı, Avropa təqviminə uyğun bayramlar da qeyd edilir. Bunlar: 1 yanvar - Yeni il, 1 may - Əmək günü, 15 yanvar - Ağac günüdür. Ağac günü İsanın xurma ağacı altında doğulduğu gündür. Həmin gün bütün İordaniyada ağac əkirlər. 25 may (1946) - Müstəqillik günü kimi qeyd edilir. İordaniyanın yüksək səviyyədə qeyd edilən bayramları sırasında Ramazan, Qurban bayramlarını göstərmək olar.[2]

İstinadlar[redaktə | əsas redaktə]

  1. DST News - Jordan will shift to the Winter time on December 20 2013
  2. 2,0 2,1 2,2 2,3 İslam ənənələrinə sadiq müsəlman ölkəsi
  3. Ethnologue: Languages of the World : Languages of Jordan

Həmçinin bax[redaktə | əsas redaktə]