Fransa

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Fransa Respublikası
'République Française'
Fransa bayrağı Fransa gerbi
Bayrağı Gerbi
Fransa – xəritədə yeri
Paytaxt Paris
Rəsmi dil fransız dili
Prezident Fransua Oland
Pul vahidi Avro ([[ISO 4217|]])
Yay vaxtı (UKV1)
İnternet domeni .fr
Telefon kodu +33

Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa - Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorraİspaniya ilə qonşu olan Qərbi Avropa ölkəsi.

Fransa Avropa İttifaqının qurucu üzvüdür. RusiyaTürkiyədən sonra ərzicə Avropanın ən böyük üçüncü ölkəsidir.

Adının etimologiyası[redaktə | əsas redaktə]

Franklar german tayfası etnonimindən yaranıb.

Əhali[redaktə | əsas redaktə]

Əsas məqalə: Fransa əhalisi
1999-cu il siyahıyaalınması zamanı Fransa Respublikasında Əhalinin sıxlığı..

Əhalinin 94%-ni fransızlar, 5%-ni portuqallar, əlcəzairlilər, italyanlar, mərakeşlilər, türklər təşkil edir. Ölkə əhalisinin sayının illərlə göstəricisi:

İl Əhali İl Əhali İl Əhali
50 e.ə 2,500,000 1806 29,648,000 1896 40,158,000
1 5,500,000 1811 30,271,000 1901 40,681,000
120 7,200,000 1816 30,573,000 1906 41,067,000
400 5,500,000 1821 31,578,000 1911 41,415,000
850 7,000,000 1826 32,665,000 1921 39,108,000
1226 16,000,000 1831 33,595,000 1926 40,581,000
1345 20,200,000 1836 34,293,000 1931 41,524,000
1400 16,600,000 1841 34,912,000 1936 41,502,000
1457 19,700,000 1846 36,097,000 1946 40,506,639
1580 20,000,000 1851 36,472,000 1954 42,777,162
1594 18,500,000 1856 36,715,000 1962 46,519,997
1600 20,000,000 1861 37,386,000 1968 49,780,543
1670 18,000,000 1866 38,067,000 1975 52,655,864
1700 21,000,000 1872 37,653,000 1982 54,334,871
1715 19,200,000 1876 38,438,000 1990 56,615,155
1740 24,600,000 1881 39,239,000 1999 58,518,395
1792 28,000,000 1886 39,783,000 2006 61,399,719
1801 29,361,000 1891 39,946,000 2011 63,136,180


Din[redaktə | əsas redaktə]

Fransa Eladuya Fransa - vicdan azadlığının konstitusiyada əksini tapdığı dünyəvi bir ölkədir. 2007-ci ilin yanvarında aparılan bir anket statistikalarının nəticələrinə görə Fransızların 51%-i Katolik, 31%-i ateist, 10%-i başqa dinlərə, 4%-i müsəlman , 3%-i Protestan, 1%-i Yəhudi, 1%-i də Buddist olduğunu söyləmişdir. Avropa ölkələrində statistik araşdırmalar Avrobarometre adlı qurumun apardığı daha dəqiq bir nəticəyə görə, Fransız xalqının 34%-i bir tanrının varlığına inandığını, 27%-i müqəddəs varlığa inandığını, 33%-i isə hərhansı bir tanrının varlığına inanmadığını söyləmişdir. Fransada yaşayan müsləmanların sayı barəsindəki fərziyyələr olduqca dəyişkəndir. 1999-cu ildə aparılan əhalinin statistika məlumatlarına görə Fransada yaşayan və müsəlman olan insanların sayı 3,7 milyon olaraq hesablanmışdır. (O dövrkü əhalinin 6,3%-i) Ancaq 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi ölkədəki taxmini müsəlman sayı 5-6 milyon olaraq açıqlanmışdır.Müsəlman əhalinin əksəriyyəti Ərəb, Məğrib,zənci mənşəlilər və Türklər təşkil etməkdədir. (Əhalinin 8%-i və yaxud 10%-i) Fransada yaşayan yəhudilərin ümumi sayı isə 600 mindir və Avropadakı ən böyük yəhudi diasporasıdır. Fransadakı dünyəvilik faktı 1905-ci ildən bu yana Fransız hökumətinin hərhansı bir dini tanımasına əngəl olmaqdadır. Bunun yerinə Fransız hökuməti yalnız dini qurum, dərnək və təşkilatlanmaları tanyır və mövcud qanunlar daxilində bu qurumların siyasətə müdaxilə etməsinə mane olur. Scientology, Tanrı'nın Övladı, Moon təriqəti və Günəş Məbədi kimi dini axımlar Fransada təriqət olaraq görülür və digər dinlər ilə eyni bərabər statusa sahib deyillərdir. Təriqətlər isə Fransada xoş qarşılanmayan qurumlardır.

Ərazi[redaktə | əsas redaktə]

France template.png

Fransa həm coğrafi, həm də təbii şəraitinin müxtəlifliyinə görə fərqlənir. Fransanın geniş dəniz sərhədləri və Avropanın ən iri nəqliyyat magistralı Reyn çayının onun ərazisində axması, ölkənin iqtisadi əlaqələrinin inkişafında olduqca əlverişli şərait yaratmışdır. Faydalı qazıntılarla, xüsusilə yanacaq resursları ilə kasad olmasına baxmayaraq (uran istisna olmaqla), Fransa zəngin hidroenerji sərvətlərinə (AlpPrineydə), məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir.

Keçmiş müstəmləkə imperiyası olmuş, bir vaxtlar iqtisadi gücünə görə dünyada Böyük Britaniyadan sonra II yeri tutan Fransa indi bir sıra göstəricilərinə görə, xüsusilə sənaye istehsalının ümumi həcminə görə, ABŞ, YaponiyaAlmaniyadan xeyli geridə qalır.

Fransanın təsərrüfatının ərazi strukturu əsasən XIX əsrdə sənaye çevrilişindən sonra formalaşmışdır. Bu dövrdə əlverişli coğrafi mövqeyinə görə və mineral ehtiyatlarına (xüsusilə dəmir filiz və kömür) malik olan şimal və şərq rayonları daha sürətlə inkişaf etmişdir. Nəticədə ölkənin sənayesi getdikcə daha çox bu rayonlarda təmərküzləşmişdir. İndi də Fransanın 60%-dən çoxu və sənaye məhsulları istehsalının 75%-ə qədəri Havr-Marsel xəttindən şərqdə yerləşir. Ən iri sənaye mərkəzləri Paris, Marsel, Havr, Dünkerk, Lill, Strasburq, Lion, Bordo, Nant, Tuluzadır.

Paris ölkənin paytaxtı olmaqla yanaşı, həm də onun ən mühüm iqtisadi mərkəzidir. Fransanın sənaye məhsullarının 30%-i Paris şəhərində təmərküzləşmişdir. Burada emaledici sənayenin (avtomobilqayırma, təyyarəqayırma, kimya sənayesi və s) 100-ə qədər iri müəssisəsi, başlıca olaraq ən müassir elmtutumlu sahələr yerləşir.

İstehsalın ənənəvi yerləşdirmə xüsusiyyətləri ilə yanaşı yeni amillər meydana gəlmişdir. Sənayenin yeni sahələrinin (neft-kimya, neft emalı) sürətli inkişafı, eləcə də köhnə sahələrin (qarametallurgiya və s.) idxal xammala keçməsi dənizsahili rayonların təsərrüfat potensialının güclənməsinə səbəb olmuşdur.

Fransanın təsərrüfatında aqrar bölmənin İngiltərə və Almaniyaya nisbətən mühüm əhəmiyyəti var. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci yeri, üzüm yığımına və şərab istehsalına görə isə dünyada ilk yerlərdən birini tutur. Fransa kənd təsərrüfatı məhsullarının iri istehsalçısı olmaqla yanaşı, həm də onun iri ixracatçısıdır.


Fransa regionları[redaktə | əsas redaktə]

Fransa şəhərləri[redaktə | əsas redaktə]

Tarixi[redaktə | əsas redaktə]

Fransa tarixi
Fransa dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Tarixönü Fransa
Antik Fransa
Roma Qalliyası (b.e.ə.220481)
Orta əsrlər Fransası
Sülalələr:
Merovinqlər (481751)
Karolinqlər (751987)
Kapetinqlər (9871328)
Valya (13281589)
Burbonlar (15891792, 18141848)
İnqilaba qədərki Fransa
Fransada şərti monarxiya (13021614)
Yüzillik müharibə (1337-1453)
Jakeriya üsyanı (1358)
Nant razılaşması
Fransa mütləqiyyəti (16431789)
Müasir Fransa
Böyük Fransa inqilabı (17891799)
Yakobinlər (17931794)
Konvent (17921795):
Jirondistlər, Montanyarlar
Əbukir dəniz döyüşü (1798)
Əbukir döyüşü (1799)
Fransa Direktoriyası
I Fransa Respublikası (17921804)
I Fransa İmperiyası (18041814)
Tilsit sülhü (1807)
Burbonların bərpası (18141830)
İyul mütləqiyyəti (18301848)
II Fransa Respublikası (18481852)
II Fransa İmperiyası (18521870)
III Fransa Respublikası (18701940)
Paris Kommunası (1871)
Dreyfus işi (1894-1906)
Vişi rejimi (19401944)
Fransa Respublikasında müvvəqqəti hökumət (19441946)
IV Fransa Respublikası (19461958)
V Fransa Respublikası (1958)

Fransa portalı
b·m·r
Lütesiyanın planı

Lütesiyanın (Parisin qədim adı) əsası e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür. Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildə Yuli Sezarın Qall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.

e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, sakinlər Lutesiya şəhərinə oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı lütesiyalılara saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salmışlar. Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.

Orta əsrlər[redaktə | əsas redaktə]

Parisin planı, 1223-cü il

Romalıların hökmranlığı 508-ci ildə franklıların gəlişindən sonra süqut etdi. Filipp II Avqustun hakimiyyəti illərində şəhərin müdahiəsi möhkımləndirilmiş: 1190-cı ildə sağ sahil, 1210-cu ildə sol sahil boyu qala divarları, şəhərinh qərb hissəsidə isə Luvr qəsiri tikilmişdir.

XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif və dini mərkəzinə cevrilməyə başlayır. XIII əsrdən etibarən sol sahil boyu soralar Strabon universitetinin yaranmasında mühüm rol oynamış coxlu kolleclər acılır.

XIV əsrdə Böyük bulvar deyilən yerdə, sol sahil boyu yeni qala divarları tikilir.

Yeni tarix[redaktə | əsas redaktə]

XIV Lüdovikin zamanında kral iqamətgahı Versala köçürülür. Buna baxmayaraq Parisin artan iqtisadi potensialı və əhalisi onu siyasi mərkəz olaraq daha da aktuallaşdırır. 1844-cü ildə indiki dairəvi yol boyu sayca üçüncü qala divari tikilərək şəhərətrafı 16 girişli qala divarlarının uzunluğu 36 km-ə çatdırılır.

Bastiliyanın alınması

XIX əsrdə 21 beynəlxalq sərginin beşi Parisdə keçirilir ki, bu da şəhərin mədəni siyasi həyatına çox müsbət təsirini göstərir.

Eyfel qülləsi Ümumdünya sərgisi münasibətilə 1889-cu ildə tikilmişdir.

Almanlar tərəfindən Parisin işğalı, fəhlələrdən, xırda sənətkarlardan və burjuaziyadan ibarət Paris Kommunası Fransa imperiyasını süquta yetirir.

Əsas məqalə: Böyük Fransa inqilabı
Əsas məqalə: Bastiliyanın alınması
Əsas məqalə: Vandeya üsyanı

Böyük Fransa inqilabı (1789-1799) - Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial qiyam.

İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.

Əsas məqalə: Fransa Direktoriyası

Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası tərəfindən irəli sürülür və Ansionlar Şurası tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171). Direktoriya iclasının yetərsayı üçün 3 üzvünün iştirakı vacibdir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 142).

İkinci dünya müharibəsində şəhər faşist Almaniyası tərəfindən işğal edilir və işğal 1944-cü ilə kimi davam edir.

Setif və Gelma qətliamı — 8 may 1945-ci ildə Əlcəzairin Setif, Guelma və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir.

1968-ci ildə Paris kütləvi ixtişaşlar meydanına çevrilir ki, bu da hakimiyyət dəyişikliyi ilə nəticələnir.

Tarixi şəxsiyyətlər[redaktə | əsas redaktə]

Əsas məqalə: Napoleon Bonapart

Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; 15 avqust 1769 – 5 may 1821) — Fransa imperatoru, bacarıqlı sərkərdə. I Napoleon həyatı boyu aşağıdakı vəzifələri daşıyıb : Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu (9 noyabr 1799 — 20 mart 1804), fransızların imperatoru (18 may 1804 — 11 aprel 1814, 12 mart 1815 — 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 — 17 mart 1805), İtaliya kralı (17 mart 1805 — 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 — 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 — 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808—1809).

Əsas məqalə: III Napoleon

III Napoleon tam adı Şarl Lui Napoleon Bonapart (fr. Charles Louis Napoléon Bonaparte; 20 aprel 1808, Paris – 9 yanvar 1873 Chislehurst, London) — II Respublika prezidenti, fransızların ilk prezidenti və II Fransa Impeiyasının III. İmperatoru I Napoleonun qardaşı oğlu olmuşdur.

Bir sıra çevriliş cəhdindən sonra dinc yolla 1848-ci ildə II Respublika prezidenti kimi hakimiyyətə gəlmiş, 1851-ci ildə qanuni hakimiyyəti ləğv edib avtoritar polis rejimi yaradaraq bir ildən sonra özünü III İmperator elan edir. On illik qəddar bonapartizm ideyaları altında idarəçilikdən sonra 1860-cı ildə demokratik reformalar apararaq Fransanın iqtisadi, sənaye potensiyalının güclü inkişafına səbəb olmuşdur. 1870-ci ildə liberal konstitusiya qəbul edildikdən sonra, hakimiyyət yenidən qanuni parlamentə qayıdır. Fransa – Prussiya müharibəsində almanlara əsir düşən III Napoleon Fransanın sonuncu monarxı sayılır.

Əsas məqalə: Şarl de Qoll

Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 22 noyabr 1890 – 9 noyabr 1970) – fransız generalı və siyasətçisi. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmişdir. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq etmişdir. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı o, yeni hökumətin yaradılması üçün tapşırıq alır. Qoll bu ərəfədə konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll elə həmin il yeni respublikanın prezidenti seçilir. O, 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynamışdır. Onun qoyub getdiyi "Qollizm" ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır.

Tarixi abidələri və arxitekturası[redaktə | əsas redaktə]

Fransanın görməli yerləri çoxdur. Bura memarlıq tikililəri, küçə və meydanlar, körpülər və s. aiddir. Bunlardan üçü – Napoleonun sərəncmı ilə 1806-1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmiş Zəfər tağı, 18871889-cu illər arasında Qustav Eyfelin layihəsi əsasında inşa edilmiş Eyfel qülləsiXII əsrdə Site adasında tikilmiş Notr-Dam de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir.

Əsas məqalə: Zəfər tağı (Paris)
Əsas məqalə: Eyfel qülləsi
Əsas məqalə: Notr-Dam de Pari
Əsas məqalə: Luvr muzeyi
Əsas məqalə: Qarnye Sarayı

Hökumət[redaktə | əsas redaktə]

İdarəetmə forması prezidentli respublikadır.

Ali qanunverici orqan - ikipalatalı parlament (Milli məclis və Senat)

Ali icraçı orqan - Nazirlər Soveti

Baş nazir - Frensua Fiyon (16 may 2007)

Coğrafiyası[redaktə | əsas redaktə]

Fransanın böyük bir hissəsi Qərbi Avropada yerəlşir.Onun materik hissəsi şimal-şərqdə Belçika,Lüksemburq ve Almaniya,şərqdə-Isveçrə,cənub-şərqdə-Monako və Italiya,cənub-qərbdə-Ispanya və Andorra ilə sərhəddir.Fransanın sahili 4 su hövzəsi ilə yuyulur(La-Manş,Atlantik okeanı,Şimal dənizi və Araliq dənizi).Ölkənin qərb və şimal sahilləri Atlantik dənizi ilə(Biskay körfəzi və La-Manş boğazı),cənub sahili isə -Araliq dənizi(Lion körfəzi və Liquriy dənizi) ilə yuyulur.Dəniz sərhədlərinin uzunluğu 5500 kilometrdir.

Fransa Qərbi Avropa ərazisində  yerləşən ən böyük ölkədir.Fransa demək olar ki, Avropa İttifaqınin ərazisinin beşdə birini tutur.Həmçinin Aralıq dənizində yerləşən Korsika adası ve iyirmiden çox asılı ərazilərdə bu dovlətin tərkibinə daxildir.Ölkənin ümumi sahəsi 547.030 kvadrat kilometr.

İqimi[redaktə | əsas redaktə]

Fransanın avropa hissəsində mülayim dəniz iqlimi,şərqdə mülayim-kontinental,cənubda isə subtropik iqlim muşahidə edilir.Yay kifayət qədər isti və quru olur- iyulda orta hava tempiraturu + 23-25 dərəcəyə çatır,qış aylarında isə hava yagışlı keçir,orta tempiratur isə + 7-8 ° C olur.

Yağıntıntilarin əsas hissəsi yanvar-aprel aylarında düşür və onların ümumi sayı 600-1000 mm arasında dəyişir.

Satellite image of France in August 2002.jpg

Təhsil[redaktə | əsas redaktə]

Fransanın müasir təhsil sistemi sonuncu 200 ildə təşəkkül tapmış və dünyada ən qabaqcıl təhsil sistemlərindən birinə çevrilmişdir. Onun başlıca xüsusiyyəti dövlət təhsil müəssisələrinə sahib olmasıdır. Fransada təhsil almaq xaricilər də daxil olmaqla, hamı üçün pulsuzdur.(Düzdür, universitetlərdə tələbələrdən nominal ödəmə alınır). Daha bir xüsusiyyəti isə təhsilin əyalətlərdə də paytaxtda olduğu kimi keyfiyyətli olmasıdır.

Sonuncu məlumatlara görə, Fransada şagird və tələbələrin sayı 15 mln. yüksəlib və bu da ölkədəki əhalinin 4/1 təşkil edir. Ölkədə 7 min kollec və 2600 lisey var. Hər il dövlət büdcəsindən təhsilə 21 faiz vəsait ayrılır.

Fransadakı təhsil sistemi çox aydın ifadə edilən milli xüsusiyyətlərə malikdir. Bu ölkədə silklərə bölünmə, diplom və təhsil alma dərəcələrinin xüsusi sistemləri var. Dövlət təhsil müəssisələrində verilən diplomlara qarşı xüsusi yanaşma olur: belə ki, onlar digər özəl məktəb və universitetlərə nisbətən daha yüksək qiymətləndirilir.

Fransada təhsil sistemi[redaktə | əsas redaktə]

=== Dil mərkəzləri ===Sitat səhvi: Invalid <ref> tag; refs with no name must have content

Fransız dilinin xarici dil kimi tədris olunması üçün ixtisaslaşmış məktəb və kurslar Fransada çoxdur. Danışıq təcrübəsini təkmilləşdirmək üçün ölkənin demək olar ki, bütün iri şəhərlərində qısamüddətli kurslar tapmaq olar.

Dərsləri Fransızlar keçirlər. Təlimə kommunikativ (əlaqə, ünsiyyət) üsul salınmışdır. Əsasən, dərslər formalaşmağa söykənir, danışıq dilində təcrübənin mükəmməlləşdirilməsi və inkişafına, əsas diqqət isə qrammatika və tələffüzə sərf edilir. Uşaqlar üçün uyğunlaşdırılan xüsusi işlənmiş proqramlar vardır. Qəbuletmə zamanı tələbələr bilik səviyyələrinin təyin olunması üçün testlərdən keçirlər.

Dilin öyrənilməsi adətən, fransız mədəniyyəti və adət – ənənələrinin bir sıra elementləri ilə əlaqələndirilir. Dərslərin xaricində, məktəblər Fransanın tarixinə, adətlərinə və müasir dövrünə həsr edilmiş mövzular üzərində müzakirələr və müxtəlif ekskursiyalar təşkil edirlər. Bir qayda olaraq, hər bir təhsil müəssisəsində sərbəst iş üçün xüsusi mərkəz , kitabxana, internetə qoşulan kompüterlər, audio və video kurslarla işləmək üçün avadanlıqlar vardır.

Fransada kolleclər[redaktə | əsas redaktə]

Kolleclər orta ixtisas təhsili sahəsidir. Fransada belələri mövcud deyildir. Burada kollecləri 2-ci dərəcəli orta məktəblər adlandırırlar. 2-3 il təhsil müddətində hansısa bir iş peşəsi almaq olar. Bir qayda olaraq, təhsil alanlar buraxılış imtahanından sonra sənaye və yaxud müxtəlif xidmət sahələrinə işləməyə gedirlər.

Başqa çıxış yolu da var: kolleci bitirdikdən sonra əmək peşəsi təlimi mərkəzlərindən birinə daxil ola bilər və öz ixtisasına uyğun olaraq işləyə bilməsi üçün sertifikat ala bilər.

Fransada orta və yüksək təhsil arasında elə bir ciddi sərhəd yoxdur. Birinci ikinci üçün pilləkən rolunu daşıyır.

Fransada universitetlər[redaktə | əsas redaktə]

Fransanın ən nüfuzlu təhsil müəssisələri Parisdə yerləşir. Sarbonna universitetinin əsası 1257-ci ildə xeyriyyə məqsədilə onlarla kasıb tələbənin təhsil ala bilməsi üçün Robert Sarbon tərəfindən yaradılmış kolleclə qoyulmuşdur. XIV əsrdən etibarən universitet adlanaraq, Parisin və Fransanın ən iri və nüfuzlu təhsil müəssisəsinə çevrilmişdir. 1968-ci il islahatından sonra universitet 13 müstəqil ali təhsil müəssisəsinə bölünmüşdür.

Fransanın ali təhsil sistemi bu gün yüksəlmə dövrünü yaşayır. Əgər 1980-ci ildə tələbələrin sayı 1.2 mln idisə, 2001-ci ildə bu göstərici 2 mln-ya çatdı və artmağa da davam edir. Fransa torpağında ali təhsil alan hər 10 tələbədən biri əcnəbidir.

Fransada təhsil sürətli və çevikdir. Universitet təhsili 3 hissəyə ayrılır. Tələbələr hər birini bitirdikdə diplom alırlar.

Birinci hissə iki il üçün hesablanıb və ümumi (DEUG) və ya elmi-texniki (DEUST) universitet təhsili diplomunu almaq üçün imtahanla tamamlanır. Çoxları məhz bu pillədə dayanırlar, çünki, belə sənəd yaxşı iş tapmaq üçün şərait yaradır.

İkinci hissə də 2-3 illik təhsildən ibarətdir. Birinci ili bitirdikdən sonra lisenziyalı diplom verilir, növbəti isə magistr diplomunu almaqla bitir.

Nəhayət, 3-cü hissə seçilmiş peşənin daha dərindən öyrənilməsini təklif edir və sərbəst elmi işlə müşayiət olunur, hansı ki, bu işə iddialı olanlar proqrama daxil olmasına qədər bu mövzunun dürüst və qısaca ifadə olunmasına borcludurlar. Bu mərhələni müvəffəqiyyətlə keçənlərə xüsusi ali təhsil və ya əsaslı təhsil diplomu verilir.

Fransada təxminən 80 universitet və 300-ə yaxın məktəb vardır. Fransız ali məktəbləri öz ölçülərinə görə fərqlənirlər, lakin bütövlükdə yerləşdiyi yerdən asılı olmayaraq, yüksək keyfiyyətli təhsil vəd edirlər. Böyük əyalətlərdəki şəhərlərdə – Lill, Ren, Tuluza, Eks-an-Provay-sa, Bordo, Qrenoblyada, Lion bir qayda olaraq, kiçik xüsusiyyətləri ilə fərqlənirlər. Burada 2-ci və 3-cü hissənin tələbələri daha çoxdur. Nəhayət, fransız tələbələrinin 4/1-nin toplaşdığı Parisin ətrafında demək olar ki, nə lazımdı hər şeyi tapmaq olar. İstər fakültə, istər proqram, istərsə də ixtisaslaşdırma olsun.

Fransada universitetlərin rəsmi reytinqi mövcud deyildir, lakin yekunlaşmış nəticələr haqqında danışmaq olar. Necə ki, Fransanın alman dili öyrədən ən yaxşı fakültəsi Strasburq Universitetindədir, məsələn, Monpelye Universitetində təbiət elmləri və tibb fakültələri daha yaxşı təşkil olunmuşdur. Ən ali ticarət məktəbi, ali iqtisadi və ticarət elmləri məktəbi, Parisin ali ticarət məktəbi və başqalarını flaqmanlar aralarında biznes – təhsili adlandırırlar.

Prinsip etibarilə, universitetlər və ali məktəblər arasında fərq mövcud deyildir. Yalnız yaranmış tarixi tiplərdən söhbət gedə bilər.

Ali təhsil məzununun diplomu nüfuzuna görə, bəzən universitet diplomundan daha yüksək qiymətləndirilir. Bunlardan 1-cilər fransız inqilabından əvvəl yaranmışdı: Dağ məktəbi 1783-cü ildə. Bir il sonra körpü və yolların çəkilməsi üçün tikilmiş krallıq məktəbi. Bir qayda olaraq, böyük biznesə və siyasətə gedən yol məhz onlardan keçir. Ekol Normal, Ali Təsərrüfat məktəbi, Ali Ticarət məktəbi, Texniki məktəb, mühəndis vətəndaşlar üçün Mərkəzi məktəb, Hərbi ümumqoşun məktəbi daha çox məşhurdurlar. Doğrudur, əcnəbinin buraya daxil olması çox çətindir, belə ki, hər iş ayrı-ayrılıqda, lazımınca araşdırılır, çox vaxt rədd edilir. Ən yaxşı şans BAC attestatına sahib olanlardadır, ancaq onlara da 1-2 il xüsusi məşğələ siniflərində çalışmaq, amansız konkursda səbirli olmaq lazım gələcəkdir. Fransız ali məktəblərinə daxil olmağın bir neçə yolu var. Birincisi, rəsmi nöqteyi-nəzərdən BAC-bakalavr attestatı əldə etmək üçün ən sadə yoldur. Bu sənəd universitetə 100 faizlik buraxılışdır, lakin, heyf ki, onu yalnız fransız liseyini bitirdikdən sonra imtahan verərək və yaxşı nəticə əldə edərək almaq olar. Buna görə, onun bütün sadəliklərinə baxmayaraq, elə də yüngül adlandırmaq olmaz.

Başqa variantlar da var. Fransanın hansı ali məktəbində təhsil almaq istədiyini bilən şəxs ən yaxşısı, həmin ali məktəbin komissiyasına məktub göndərərək, niyə bu təhsil sahəsində oxumaq istədiyinin səbəbini yazmağı və bir az da özü haqqında danışmağı sınasın. Şans müsbət cavab almaq istəyən elə insanlarda baş qaldırır ki, onlar oxuduqları ali məktəbləri qurban verə bilərlər və yenidən 1-ci kursa, lakin fransızca davam etməlidirlər.

Əgər sizin namizədliyiniz Fransada bəyənilsə, onlar sizə fransız dilində DALF testə cavab vermək üçün dəvət göndərəcəklər. Bundan əlavə, sizi DALF almanız üçün imtahana buraxsınlar deyə, ilk iş olaraq, çox da çətin olmayan daha bir imtahan verməlisiniz və fransız dilini DELF öyrəndiyinizə görə diplom almalısınız.

Universitetlərin bir çoxunda əcnəbilər üçün hazırlıq kursları fəaliyyət göstərir. Əsasən, fransız dilinə yiyələnməyə daha çox yer verilir. Kim ki, kursun sonunda imtahanları verə bilir, o həmin ali məktəbin tələbəsi olur.

Son illərdə bəzi ali təhsil müəssisələrində, xüsusilə özəllərdə ingilis dilində magistr proqramları yaradılıb. Onlar əcnəbilərə istiqamətləndirilmiş və 1-2 illik təhsil ehtimal olunur. Bura daxil olmaq üçün dinlədiyin kurslar və aldığın qiymətlər barədə diplom və akademik arayış , bundan başqa, TOEFL (550-700) və ya İELTS (6.0-7.0 bal) testinin nəticələrini vermək lazımdır. Bəzən ingilis dilində imtahanları məktəb özü təşkil edir. Belə proqramlarda təhsil almaq ödənişlidir.

Siyasət[redaktə | əsas redaktə]

Xarici siyasətinin idarəedilməsinin Fransa sistemi bəzi fərqli xüsusiyyətlərə və ənənələrə malikdir. 1958-ci və sonrakı illərin hadisələri Fransanı prezident respublikasına çevirdi. Məlum olduğu kimi, bu general Ş. de Qollun adı ilə bağlıdır. Parlament iki palatadan ibarətdir: Milli məclis və senat. Milli məclis bilavasitə, senat bilvasitə səsvermə yolu ilə seçilir. Senatda ərazi vahidləri və xaricdə yaşayan fransızlar təmsil olunur. Fransızların ifadəsinə görə, parlament haqqında bölmə konstitusiyanın «künc-bucağında» yerləşir. Lakin müharibənin elan edilməsi kimi mühüm məsələnin həlli məhz parlamentin səlahiyyətlərində təsbit edilib. Həmçinin Milli Məclis hökümətə inam yaxud inamsızlıq (o cümlədən xarici siyasət sahəsində) nümayiş etdirmək hüququna malikdir. Bəzi beynəlxalq müqavilələr yalnız parlament tərəfindən təsdiqlənə bilər. Əsas funksiyalar – səfir təyin etmək və xarici səfirləri akreditə etmək, sazişlərin bağlanması haqda danışıqları aparmaq və həmin sazişləri ratifikasiya etmək, Milli təhlükəsizliyi təmin etmək və hərbi qüvvələrin başçısı olmaq, prezidentin əlində cəmləşib. Baş nazirin rolu Böyük Britaniyaya nisbətən xeyli aşağıdır. Bununla yanaşı, baş nazir hökümətə başçılıq edir və deməli, gündəlik olaraq xarici siyasət məsələləri ilə də məşğul olur. Həmçinin konstitusiya şurası mövcuddur. Şura 9 illik səlahiyyətlərə malik olan 9 üzvdən ibarətdir və xarici siyasi fəaliyyətə nəzarət edir. Ölkənin bütün keçmiş prezidentləri ömürlük bu şuranın üzvləridirlər. Xarici siyasətin əsas halqası tarixçəsi 1628-ci ilə gedib çıxan XİN. 1853-cü ildən nazirlik məşhur Ke d’Orse bulvarında yerləşir. Ona nazir başçılıq edir, nazir yanında dəftərxana fəaliyyət göstərir. Həmçinin avropa və frankofon işləri üzrə iki nazir müavini də var. Xarici əlaqələr orqanlarına Frankofon cəmiyyətinin mərkəzi orqanları da aiddir. 1952-ci ilin 19 sentyabr dekreti ilə Fransanın diplomatik xidməti ümumi inzibatçılıq qulluqçularından ayrılmış, diplomatik və konsul personalı dörd məmur qrupuna bölünmüşdür: elçilər, məsləhətçilər və xarici işlər üzrə katiblər, Şərq üzrə mütəxəssislər və iş icraatçıları. Həmçinin iqtisadi işlər üzrə referentlər, attaşelər və s. var. Xarici nümayəndəliklərdə adətən siyasi, ticari-siyasi, konsul, protokol, həmçinin mətbuat, mədəniyyət şöbələri yaradılır.

Fransa partiyaları:

Fransa Sosialist Partiyası - FSP, Lider: F.Oland

Fransa Kommunist Partiyası - FKP, Lider: J.Byuffe

Fransa Uğurunda Hərəkat - FUH, Lider: F.Deviye

Milli Cəbhə, Lider: J.J.Penn

İstinadlar[redaktə | əsas redaktə]


Xarici keçidlər[redaktə | əsas redaktə]