Mərakeş

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Koordinatlar: 34°02′ şm. e. 6°51′ ş. u. / 34,033° şm. e. 6,85° q. u. / 34.033; -6.850

Mərakeş Krallığı
ərəb. المملكة المغربية‎‎
bər.
fr. 
Royaume du Maroc'
Mərakeş bayrağı Mərakeş gerbi
Bayrağı Gerbi
Şüar: Allah, Vətən və Kral
Himn: Mərakeş himni
Mərakeş – xəritədə yeri
Paytaxt Rabat
Böyük şəhərlər Kasablanka
Rəsmi dil Ərəb dili[1]
Amaziğ[2]
İdarəetmə forması Konstitusiyalı monarxiya
Kral VI Məhəmməd
Baş nazir Abdelilah Benkirane
Əhali
• Təxmini sayı (2011)
• Siyahıyaalma (2011)
Əhali sıxlığı

35,000,000[3] nəfər
38-ci nəfər
71.6 nəfər/km²  (122-ci)
Pul vahidi Mərakeş dirhəmi (MAD)
İnternet domeni .ma
Telefon kodu +212

Mərakeş (Ərəb dilində: المغرب‎‎, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (Ərəb dilində: المملكة المغربية‎‎, Əl-Məmləkə Əl-Məğribiyə) - Afrika materikinin şimal-qərb hissəsində ərəb dövləti. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.

Tarixi[redaktə | əsas redaktə]

Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (əl-Murabiyun, əl-Muvahhidun, Marinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır.

Əlmoravilər[redaktə | əsas redaktə]

Əsas məqalə: Əlmoravilər

Əlmohadlar[redaktə | əsas redaktə]

Əsas məqalə: Əlmohadlar

Coğrafiyası[redaktə | əsas redaktə]

Məğrib Krallığı geniş çay sisteminə malikdir. Atlantik okeanına tökülən əsas çaylar Umm ər-rabi, Sibu, Tansift, Dera çaylarıdır.

İqlimi ölkənin şərq və cənubunda isti və quru, Aralıq dənizi və Atlantik okeanı sahilləri isə mülayim və yağışlıdır.

İqtisadiyyatı[redaktə | əsas redaktə]

Yağışın çox olması kənd təsərrüfatına şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfat da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir.

Məğrib dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Digər təbii sərvətləri kömür, qurğuşun, dəmir filizi, gümüş və misdir.

Əsas ixrac malları fosfat turşusu, sitrus meyvələri, balıq (sardinya) yağları və xurmadır.

Sənayenin əsasını dağ-mədən sənayesi, gübrə, toxuculuq, xalçaçılıq, neft emalı, sement, qənd və meyvə şirəsi istehsalı təşkil edir.

Əhalisi[redaktə | əsas redaktə]

Əhalinin ümumi sayı - 33,8 mlyn. MisirSudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%i isə bərbərlərdir. Mərakeşdə 7 min yəhudi yaşayır.


Mərakeş

İstinadlar[redaktə | əsas redaktə]

  1. "An Islamic and fully sovereign state whose official language is Tamazight, the Kingdom of Morocco constitutes a part of the Great Maghreb." "Moroccan Constitution". 2011. http://latimesblogs.latimes.com/babylonbeyond/2011/06/morocco-reform-can-lead-to-a-genuine-constitutional-monarchy.html "An Islamic and fully sovereign state whose official language is Tamazight, the Kingdom of Morocco constitutes a part of the Great Maghreb.".
  2. "BBC News – Morocco's King Mohammed unveils constitutional reforms". 2011-06-18. http://www.bbc.co.uk/news/world-africa-13816974.
  3. Site institutionnel du Haut-Commissariat au Plan du Royaume du Maroc. Hcp.ma. Retrieved on 2011-07-23.

Həmçinin bax[redaktə | əsas redaktə]