Danimarka

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Danimarka Krallığı
'Kongeriget Danmark'
Danimarka bayrağı Danimarka gerbi
Bayrağı Gerbi
Şüar:
Guds hjælp, Folkets kærlighed, Danmarks styrke
(Allahın köməyi, Xalqların sevgisi, Danimarkanın qüdrəti)
Himn: Der er et yndigt land
("Sevilən torpaq var")
Danimarka – xəritədə yeri
Paytaxt Københavns byvåben 1894.png Kopenhagen
Böyük şəhərlər Kopenhagen- 1 265 min sakin (2015-ci il);Orxus -259 min; Odense -172 min; Olborq -109 min
Rəsmi dil Danimarka dili
Etnik qruplar danimarkalılar -94%; türklər -1,1%;ərəblər-1%; polyaklar -0,7%; almanlar -0,6%
İdarəetmə forması Konstitutsional monarxiya
Kraliça Marqaret II[ 12.I.1972 ~]
Baş nazir Lars Løkke Rasmussen[ 28.6.2015 ~]
Yaranması
 - Dövlətin formalaşması VIII əsr
Aİ-yə qəbul 1 yanvar 1973
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

43.075 km² (134-cü yer)
1,6%
Əhali
• Təxmini sayı ([[2015]])
• Siyahıyaalma (1.1.2001)
Əhali sıxlığı

5 600 min [1] nəfər (113-cü yer)
5 349 212 nəfər
129 nəfər/km²  (78-ci yer)
ÜDM (AQP)
  • Cəmi (2014)
  • Adam başına

$249,5 milyard [2]  (58-ci yer)
$44 300  (3o-cu yer)
ÜDM (nominal)
  • Cəmi ([[2010]])
  • Adam başına

$313,825 milyard  (31-ci yer)
$56.790  (5-ci yer)
İnsan inkişafı indeksi (2013) 0,901  (çox yüksək) (15-ci yer)
Pul vahidi Danimarka kronu (DKK)
Saat qurşağı UTC +1 (UKV)
İnternet domeni .dk
Telefon kodu +45

Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaq­dadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bə­lədiy­yələr (kommuner) vardır. Bununla bərabər KopenhagenFre­de­riksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir.

Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir.

Ərazi[redaktə | əsas redaktə]

Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir. Paytaxt Kopenhagen Zellandiya və Amağer adalarında yerləşir. Bu adalar ölkənin nisbətən böyük adalarıdır (Qrenlandiya istisna olmaqla). Bu ada rəsmi olaraq Danimarkanın mülküdür. Ölkə ərazisi düzənliklərdən ibarətdir. Yalnız Bornholm adaları qayalı relyefə malikdir. Düzənlik relyefin səbəbi qədim Buz dövrüdür. Ən yüksək nöqtəsi Eyer Bavnxoy (173 m) yüksəkliyidir. Ölkə 17 amtoma (vilayət) bölünmüşdür. KopenhagenFerederiksberq müstəqil inzibati ərazi vahidləridir. Ərazisindən 158 km uzunluğu olan Qudeno çayı keçir.

Əhali[redaktə | əsas redaktə]

Danimarkanın əhalisini 5.415.978 nəfər təşkil edir. Əhalinin 96%-ni danimarkalılar, 2%-ni almanlar, farerlər, isveçlər, qalanlarını isə Qrenlandiyada yaşayan eksimoslar təşkil edir. Əhalinin 97%-i protestanlığın lüteran qrupuna daxildir.

Tarixi[redaktə | əsas redaktə]

X əsrdə Vahid Danimarka Krallığı yaradılır. 1397-ci ildə Kalmar uniyası bağlanır. 1538-ci ildə Lüteranlıq əsas din kimi möhkəmlənir. 1849-cu ildə Danimarka konstitusiyalı monarxiya elan olunur. 1940-cı ildə İkinci dünya müharibəsinin gedişində Faşist Almaniyası tərəfindən işğal olunur. 1945-ci il işğaldan azad edilir.

İstinadlar[redaktə | əsas redaktə]

  1. Danimarka Statistikası
  2. Beynəlxalq Valyuta Fondunun Danimarka Hesabatı