Kosovo

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Balkan yarımadasında Kosovanın yerləşməsi
Kosovo Respublikası
Kosovë / Kosova
Kosova bayrağı Kosova gerbi
Bayrağı Gerbi
Kosova – xəritədə yeri
Paytaxt Priştina
Rəsmi dil Albanca, Türkcə, Serbcə
Etnik qruplar %92 albanlar
  %8 Diğer (türklər, bosniyalılar, Qorani, serblər, Aşkali, Misirli)
Prezident Atifete Jahjaga
Baş Nazir Isa Mustafa (PDK)
Beynəlxalq Mülki nümayəndəsi Pieter Feith (Avropa Birliyi Özəl Təmsilçisi)
Yaranması
 - BMGK 1244 10 İyun 1999
 - ABKHM 16 Fevral 2008
 - Müstəqillik Elanı 17 Fevral 2008
Ərazi
• Ümumi

10.908 m² km²
Əhali
• Təxmini sayı (2013)
• Siyahıyaalma (2011)
Əhali sıxlığı

1 847 708[1] nəfər (150[3])
1 739 825[2] nəfər
159.5 nəfər/km²
Pul vahidi Avro2 () ([[ISO 4217|]])
Saat qurşağı CET (UKV+1)
Yay vaxtı CEST (UKV+2)
Telefon kodu ++3813
Tək tərəfli bir iştirakdır. Kosovo, Eurozone rəsmi üzvü deyil.

Kosovo və ya Kosova (albanca: Kosova və ya Kosovë, serbcə: Косово, Kosovo, türkcə: Kosova) Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisə doğuran ölkə. Ərazidəki alban çoxluğu Kosovo Respublikası adlı dövlətin müstəqilliyinin bütün dünya tərəfindən diplimatik tanımmasına cəhd edir. Serbiya bölgənin Serbiyanın daxilində olan Kosovo və Metoxiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 111 ölkə tanıyıbdır. Azərbaycan Kosovanın müstəqilliyini tanımamışdır.

Kosovanı tanıyan ölkələr (Yaşıl)

Coğrafiya[redaktə | əsas redaktə]

Kosovo Avropanın şərqindəki Balkan yarımadasının ortasında yerləşir. Qonşuları: cənubda AlbaniyaMakedoniya Respublikası, şimalda Serbiya və qərbdə Monteneqrodur. Mərkəzi Priştina şəhəri olan ölkənin ərəzisi 10.908 km²dir .[4]

Əhali[redaktə | əsas redaktə]

1-15 aprel 2011-ci il siyahıyaalınmasının yekunlarına əsasən Kosovo əhalisinin sayı 1.739.825 nəfərdir (875.900 nəfəri kişilər, 863.925 nəfəri qadınlar).[2] Onlardan 661.586 nəfəri və ya 38.03 %-i şəhərlərdə, 1.078.239 nəfəri və ya 61.97 %-i isə kəndlərdə yaşayır.[2]

Milli tərkib[redaktə | əsas redaktə]

Kosovo əhalisinin milli tərkibi[5]
Etnik qrup 1948 1953 1961 1971 1981 1991
toplam əhali 733 034 815 908 963 988 1 243 693 1 584 440 1 956 196
alban 498 244 524 562 646 605 916 168 1 226 736 1 596 072
serb 176 718 189 869 227 016 228 264 209 798 194 190
türk 1 320 34 590 25 764 12 244 12 513 10 445
qaraçı 11 230 11 904 3 202 14 593 34 126 45 745
digər 45 522 54 983 61 401 72 424 101 267 109 744

Dil[redaktə | əsas redaktə]

Kosovo əhalisinin ana dilləri
Dil Sayı, 2011 sa.[2] Nisbəti, 2011 sa.
cəmi 1 739 825 100 %
albanca 1 644 865 94.54 %
boşnakca 28 989 1.67 %
serbcə 27 983 1.61 %
türkcə 19 568 1.12 %
qaraçıca 5 860 0.34 %
digər 10 308 0.59 %
a.d.g.[6] 2 252 0.13 %

Din[redaktə | əsas redaktə]

Kosovo əhalisinin etiqad etdiyi dinlər
Din Etiqad edənlərin sayı, 2011 sa.[2] Nisbəti, 2011 sa.
cəmi 1 739 825 100 %
islam 1 663 412 95.61 %
xristianlıq 64 275[7] 3.70 %
dinsiz 1 242 0.07 %
digər 1 188 0.07 %
c.v.i.[8] 7 213 0.41 %
d.e.g.[9] 2 495 0.14 %

Müstəqillik[redaktə | əsas redaktə]

Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevralın 17-də elan edibdir. Müstəqillik bəyannaməsini parlementdə baş nazir Haşim Taçi elan edib. Müstəqillik bəyannaməsinə görə "Kosova demokratik və çoxmillətli bir dövlət olacaq. Burada yaşayan serb və digər etnik azlıqların da bütün haqları qorunacaq".[10]

Şəhərləri[redaktə | əsas redaktə]

Kosova bələdiyyə mərkəzləri:[11]

Şəhər əhalisi[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Central Intelligence Agency - CİA - The World Factbook: Europe: Kosovo
  2. 2,0 2,1 2,2 2,3 2,4 Kosovo Agency of Statistics: Kosovo population and housing census 2011—Final results
  3. Central Intelligence Agency - CİA - The World Factbook: Country comparison: Population
  4. Kosovo Agency of Statistics: Kosovo in Figures 2009
  5. Kosovo Agency of Statistics: Demographic changes of the Kosovo population 1948-2006
  6. Ana dilini göstərməyənlər
  7. 38.438 nəfəri katoliklər, 25.837 nəfəri isə ortodokslar
  8. Cavab vermək istəməyənlər
  9. Dini etiqadını göstərməyənlər
  10. Zaman, 20 fevral 2008, http://www.zaman.az
  11. Yunik, Mamuşa, Elezhan, Graçaniça, Ranilug, Parteş, Klokot və Kuzey Mitroviça .Müstəqillik sonrakı dövrdə, daxili gərginliyi həll etmək üçün, milli azlıqların yaşadığı yeni bələdiyyələr yaranmışdır.

Xarici keçidlər[redaktə | əsas redaktə]

VikiAnbarda Kosovo ilə əlaqəli mediafayllar var.

Wikivoyage-Logo-v3-icon.svg Wikivoyage-dan Kosovo barədə səyahət məlumatları