İrlandiya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
İrlandiya
Éire
Ireland
İrlandiya bayrağı Coat of arms of Ireland.svg
(Bayraq)
Şüar:
LocationIreland.png
Rəsmi dil İrland dili, İngilis dili
Paytaxt Dublin-1 084 min sakin (2009-cu il)
Prezident Maykl D. Hiqqins[29.X.2011 ~]
Ərazi
 - Ümumi
 - % Su
117-cı yer
70,273 km²
2.0%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
122-ci yer
4 560 min(2015-ci il)
64/km²
Pul vahidi Avro
Saat qurşağı UTC +0
Internet TLD .ie
Telefon kodu 353

İrlandiya RespublikasıAvropada dövlət. 2006 – cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 4 239 848 nəfər,[1] Ərazisi 70 208,67 km² .[2]

İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür. Onu zümrüd ölkəsi də adlandırırlar.

Burada həmişə yağışlı, dumanlı və küləkli hava şəraiti müşahidə olunur. Qışı yumşaq, yayı isə soyuq və buludlu keçir. Ən soyuq aylar yanvar, fevral, ən isti aylar isə iyulavqustdur. İl ərzində temperatur heç vaxt +1 dərəcədən aşağı düşmədiyi kimi +20-dən də yuxarı qalxmır.

Əhalinin 60%-i şəhərlərdə yaşayır. Buraya hər il 2 milyon turist gəlir. İrlandiyanın simvolu üçyarpaqlı yoncadır. Qar nadir hallarda yağır, yağsa da tez əriyir. Hətta, irlandlar öz aralarında zarafat edib belə deyirlər: "Yay qışdan yalnız yağışa görə fərqlənir. Yayda isti, qışda isə soyuq yağışlar yağır".

Görməli yerlər[redaktə | əsas redaktə]

Ölkənin zəngir və maraqlı tarixi var. Buraya gəlsəniz, nəhəng qəsr və qalalar, qeyri-adi muzey və konsert zallarına baş çəkməyi unutmayın. İrlandiyada ən çox diqqətəlayiq olan onun təpəcikləri və məhsuldar otlaqları olan təbiətidir. İrlandiya keçmişlə bağlı əfsanələri sevən insanlar üçün ideal yerdir. Çünki burada yerləşən qəsrlərə yalnız baxmaq yox, eləcə də nömrə sifariş edərək, özünüzü lap qədim zamanlarda hiss edə bilərsiniz. Demək olar ki, hər qraflıqda qəsr yerləşir: Kelduill, Bellintobir, Kerraykfirqus, Kpokxen. Orta əsr feodal qəsr və malikanələrinin sayına görə ola bilsin ki, İrlandiya Avropa ölkələri arasında birinci yer tutur. Təkcə, Kler qarflığında onların sayı 200-ə barəbərdir.

Ölkənin "Ebbi" adlanan milli teatrına, Dövlət konsert salonuna, Çester Bitə məxsus olan və Dublin qəsrində yerləşən kitabxanaya da baş çəksəniz yaxşı olar.

Alış-veriş[redaktə | əsas redaktə]

İrlandiyadan xatirə kimi müxtəlif suvenirlər əldə etmək olar. Bunları hər yerdə tapmaq mümkündür. Lakin hər şəhərin özünəməxsus ənənəsinin də olduğunu unutmaq olmaz. Uoterfordda büllur fabriki, Fermanaqda büllür əşyaların satıldığı mərkəz yerləşir. Bellikdə yerli sənətkarların hazıladığı əl işlərindən almaq olar. Linqsburqda məşhur irlandiya kətanı, yun və tviddən istehsal olunan əşyaları əldə etmək mümkündür.

Ümumiyyətlə, mağazalar saat 9.00-dan 18.00-ə kimi, supermarketlər isə 12.00-dən 18.00-ə kimi işləyir. Kiçik dükanlar səhər saat 7.00-dan 23.00-ə kimi fəaliyyət göstərir.

Mədəniyyəti[redaktə | əsas redaktə]

Son zamanlar 2 min il bundan əvvəl buraya gəlmiş keltlərə məxsus musiqi populyarlaşmağa başlayıb. Onun inkişafının zirvəsi isə XX əsrin 60-70-ci illərinə təsadüf edir.

At irlandların ən sevimli heyvanıdır. Həmişəki kimi burada at minmək dəbdədir. Bunun tarixi qaynaqları olduğu kimi təbii şəraitlə də əlaqəsi var. Ölkədə at yarışları da keçirilir. İrlandiya atları dəfələrlə beynəlxalq müsabiqələrdə qalib gəliblər. Turistlər üçün 380 qolf meydançası var. Müasir rəqslər kimi, ril və ciqa da məşhurdur.

İrlandlarda şotlandlardan fərqli olaraq, kişilərin geydikləri ətəklər (kilt) birrəngli, çox vaxt narıncı, köynəkləri isə yaxasız olur. Qadınlar ağır və haşiyəli şallar örtür, toxunma kəmərlər taxırlar. Paltarlarda ən çox istifadə olunan rəng yaşıldır.

Xarici keçidlər[redaktə | əsas redaktə]

Mənbə[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Central Statistics Office Ireland : Population of each Province, County and City, 2006
  2. Central Statistics Office Ireland : Area by Province

Həmçinin bax[redaktə | əsas redaktə]