Yanvar

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
DekabrYanvarFevral
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

YanvarQriqorian təqvimində ilin birinci ayıdır. 31 gündən ibarətdir.

Hersoq Berri Janviyenin zəngin anları

Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma allahı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur.

Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir.

Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur.

Yanvar sözünün ilk mənası qapı deməkdir. Başlanğıc,zaman tanrısı olan Yunus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu.Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.