Azərbaycan

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Koordinatlar: 40°6′0″ şm. e. 47°19′0″ ş. u. / 40,1° şm. e. 47,31667° ş. u. / 40.10000; 47.31667

Azərbaycan Respublikası
Azərbaycan
Azərbaycan bayrağı Azərbaycan gerbi
Bayrağı Gerbi
Azərbaycan – xəritədə yeri
Paytaxt Baku seal.PNG Bakı
Böyük şəhərlər Bakı (2 181 800)[1]
Ganja coa.PNGGəncə (336 100)[2]
Sumqayıtın gerbi.gifSumqayıt (333 600)[3]

66Minqechevir.pngMingəçevir (100 600)[4]

Xirdalancty.pngXırdalan (94 600)[4]

Rəsmi dil Azərbaycan dili
Etnik qruplar Azərbaycanlılar – 91.60 %,
Ləzgilər – 2.00 %,
Ruslar – 1.30 %,
Talışlar – 1.30 %,
Ermənilər – 1.30 %[q 1],
Digərləri – 2.50 % (2009 sa.)[5]
Prezident İlham Əliyev
Baş nazir Artur Rəsizadə
Yaranması
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

86 600[6] km² (113-cü)
1,7[6]
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (2009)
Əhali sıxlığı

9 611 700[7] nəfər (92[10]-ci)
8 922 447[8][9] nəfər
111[7] (2015) nəfər/km²  (104-cü)
ÜDM (AQP)
  • Cəmi (2015)
  • Adam başına

$168,4 mlrd.[11]  (71-ci yer)
$17.500[12]
ÜDM (nominal)
  • Cəmi (2015)
  • Adam başına

$87.763 mlrd.[11]
$9.278 [11]
İnsan inkişafı indeksi (2012) 0.713  (yüksək) (67-ci)
Pul vahidi Azərbaycan manatı (AZN)
Saat qurşağı AZV (UKV+4)
Yay vaxtı AZYV (UKV+5)
İnternet domeni .az
Telefon kodu +994

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan RespublikasıCənubi Qafqazda , Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan)[13], Gürcüstan, qərbdən Ermənistan, Türkiyə və cənubdan İran ilə həmsərhəddir.[14] Azərbaycanın ekslavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağona bitişik 7 rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20 faizini təşkil edir.[15]

Dövlət sərhədləri cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 392 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.Su sərhədi 825 kilometrdir.

Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 kilometrdir[16].

1918-ci ilin 28 may günü müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində "müttəfiq respublika" statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.

Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik Azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür.

Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa ŞurasıNATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

BMT Baş Assambleyasında 24 oktyabr 2011-ci il seçkiləri zamanı Azərbaycan 155 səs toplayaraq 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri seçilib.[17]

Etimologiya

Azərbaycan sözünün mənşəyi mövzusunda çox dəyişik görüş var. Bunların arasında qabaqda gələn görüşlər bunlardır:

  1. Qədim asların adından qaynaqlanır və "Asər yurdu" deməkdir.[18]
  2. Azər, qədim türkcədə "yüksək", "zənginlərin yeri" olaraq keçər.
  3. Əhəmənilər İmperiyasında qubernatorluq etmiş və Böyük İskəndər tərəfindən fəthindən sonra vəzifəsinə davam etmiş Atropatın adından[19]. qaynaqlanır. Atropatın adına istinadən bu bölgəyə Atropatena adı verilmişdir və Azərbaycanın adı buradan qaynaqlanmışdır.
  4. Digər bir görüşə görə isə o bölgədə böyük bir dövlət qurmuş olan və Xəzər Gölünə də adını verən Xəzərlərin (Kazar, Kuzar, Xazar) adından qaynaqlanır.[20]

Tarixi

Əsas məqalə: Azərbaycan tarixi

Antik era

Qobustan qayası

Daş dövrü Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər davam etmişdir. Daş dövrü dörd mərhələdən – paleolit dövrü (qədim), mezolit dövrü (orta), neolit dövrü (yeni daş dövrü) ve enolit (mis-daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır.

30-10 min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənətetiqadların (sitayiş, ibadət) yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi.

Mezolit Azərbaycanda e.ə. 11–8 minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər.

Tunc dövrü Azərbaycanda e.ə. 4-1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq sürətlə inkişaf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (e.ə. 3-2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir.

Feodal dövrü

Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq üçün Varaz-Qriqora hərbi yardım məqsədilə müraciət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi şücaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. XV əsrin ikinci yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin (1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlara Səfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər.

Yeni dövr

1801-ci ildə Rus imperiyası Şərqi Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaradır. Bunun ardınca 1802-ci ildə rus generalı P.D.Sisianov Azərbaycanı Rusiyaya qatmaq məqsədi ilə hərbi əməliyyatlara başlayır. XIX əsrin II yarısında Şimali Azərbaycanın iqtisadi həyatı Rusiyada kapitalist münasibətlərinin inkişafı ilə sıx əlaqəli idi. Bu baxımdan ölkədə ən iti surətlə neft hasilatı və sənayesi inkişaf edirdi. Artıq 1872-ci ildə neft hasilatında icarə üsulu tətbiq edilməyə başlayır ki, bu da həmin sahədə kapitalist münasibətlərinin inkişafına güclü təkan verir. XX əsrin əvvəllərində Şimali Azərbaycan neft sahəsində dünyada birinci yerdə idi. 1901-ci ildə o dünya neft hasilatının 50%, Rusiya neftinin isə 95% təmin edirdi. Ölkədə kapitalist münasibətlərinin inkişafı ilə paralel kustar sənətkarlıq da mövcud idi. XX əsrin əvvəlində Cənubi Azərbaycanda yaşayan əhalinin vəziyyəti ağır olaraq qalırdı. Bu da cəmiyyətin demək olar ki, bütün təbəqələrində getdikcə artan narazılığa səbəb olurdu. 1908-ci il dekabrın 12-də İranın paytaxtı Tehranda bir qrup tacir döyülərək həbs edilmişdir. Bu fakt kütləvi çıxışların başlanmasına səbəb oldu. Həmin gün 1905-1911-ci illər İran inqilabının başlanması hesab olunur.

Azərbaycan Xalq Cümhuriyyəti

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan Xoyskinin başçılığı ilə ADR hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.

Sovet İttifaqının tərkibində

AzSSR SSRİ tərkibində

1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. İkinci dünya müharibəsi (1939-1945) XX əsrdə ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir və təxminən 300 minə yaxın itki vermişdir.

Üçüncü Respublika dövrü

Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə yəni 19911992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan geniş miqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşdığı Xocalı şəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra 8 mayda ermənilər Azərbaycan mədəniyyətinin çeşməsi Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşadan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı başa çatdı.

Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev (1997-ci il)

1992-ci ilin mayın 18-19-da Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın hüdudlarından olan Laçın rayonunu işğal etdilər. Nəticədə 63341 Laçın sakinləri daimi yaşayış yerlərindən qovuldu. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan -Türkiyə sərhədinin strateji əhəmiyyətə malik sahəsinə hücum etdi. Bu müddət ərzində Respublikanın siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra 1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefaya getməyə məcbur oldu. Həmin ilin mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament dörd gün əvvəl qəbul etdiyi öz qərarını qanunsuz olduğunu elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu.

Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 17 min kvadrat kilometrindən çox torpağı işğal olunmuşdur ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur.

1994-cü ilin sentyabrında Bakıda "Əsrin Müqaviləsi" adı almış neft müqaviləsi bağlandı. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə yönəldilmiş bu və digər müqavilələr Azərbaycana yaxın illərdə qoyulacaq xarici sərmayənin 60 milyard dollardan çox olmağını nəzərdə tutur. Bu müqavilələr dəyərli siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq siyasətində rolunu gücləndirən amil funksiyasını daşıyır. Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri tikilib istifadəyə verilmişdir. Strateji əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" əsas neft ixrac boru kəmərinin tikintisi uğurla həyata keçirilməkdədir.

1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul etmişdir.

Coğrafiya

Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə Bazardüzü dağına qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Şabran, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi – Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər Kəmçi dağı alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 m, Hinaldağ – 3367 m), Murovdağ Gamışdağ – 3724 m, Qarabağ (Böyük Kirs – 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı – 3552 m, Dəlidağ – 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ – 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı – 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir.

Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy – 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.

Landşaft

Azərbaycanda ortalama illik yağış
Azərbaycanda ortalama illik temperatur

Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır.

İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.

Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir.

Biomüxtəliflik

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir.

Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmişdir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Resublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir.

Ermənistan tərəfindən Azərbaycana qarşı edilən təcavüz nəticəsində xeyli ərazilər işğala məruz qalmışdır. Burada yerləşən meşələrə xüsusilə də dağ meşələrə ciddi ziyan vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində işğal altında qalmış 246 min hektar meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır.

Azərbaycanın mədəni bitkiləri

Azərbaycanın fauna və florası çox zəngin olsa da bəzi növlərin təbiətdən silinmə təhlükəsi var. Beləki bəbirlərin sayı Azərbaycanda sürətlə azalmış və yox olmaq təhlükəsindədir. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda onların yalnız 10-13 fərdi qalmışdır. Bunun əsas səbəbi vəhşi cütdırnaqlı heyvanların sayının azalması olmuşdur. Bəbirləri gözəl qiymətli dərilərinə görə də ovlayırlar. Vəhşi Təbiəti Ümumdünya Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan ərazisində təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olub.

Vaşaqa Azərbaycanda əsasən Naxçıvan, Dağlıq Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara zonalarında rast gəlinir. Azərbaycanda çox nadir hallarda Zolaqlı kaftara Bozdağın ətəklərində, Göyçay, Ağdaş, Ağdam, Yevlax, Naxçıvan Muxtar Respublikası ərazilərində təsadüf olunur.

XIX əsrin ortalarında Azərbaycanda ceyran səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Zaqafqaziya dəmir yolu çəkilən dövrədək Tbilisidən Bakıya qədər yayılmışdır. Daha çox ceyrana Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50-ci illərində ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda qorunmayan yerlərdə onlara təsadüf edilmir. Hazırda əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur.

Xəzər suitisi (Phoca caspica) Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). 1987-ci ildə aparılan hesablamara görə Xəzər suitisinin populyasiyalarının ümumi sayı 360-400 min baş təşkil edir (Krılov, 1989), Xəzər dənizi su bioresursları üzrə Komissiyanın 2005-ci ildə apardığı hesablamara görə isə onların sayı 375 min başdır. 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərinin vəziyyəti barədə müzakirə aparmış və Xəzər dənizinin getdikcə çirklənməsini və suitilərin məskəni olan sahil zolağının daralmasını nəzərə alaraq, bu növün statusunu “zəif” növ kimi IUCN qırmızı kitabına daxil etmişdir.

Azərbaycanda məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilmişdir.

Çöl qartalı Azərbaycanda sayı azalan nadir, köçəri növdür. Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Toğlugötürən nəsli kəsilmək üzrə olan, oturaq növdür. Azərbaycanın Böyük və Kiçik Qafqaz və Talış dağları ərazilərində areallaşmışdır.

Dovdaq nadir, qışlayan quş növüdür. Əvvəllər Qızılağac qoruğunda, Acınohur, Muğan və Şirvan çöllərində rast gəlinirdi. Hazırda Kür-Araz ovalığının çöl rayonlarında müşahidə edilir.

Çəhrayı qutannadir, sayı azalmaqda olan qışlayan növdür. Keçmişdə Azərbaycan ovalıqlarının su hövzələrində geniş yayılmışdır. Ancaq görünür ki, indi olduğu kimi keçmişdə də yuvalamırdılar. Qış mövsümündə Xəzərdə və böyük su hövzələrində, o cümlədən iri su anbarlarında (Mingəçevir, Naxçıvan və s.) rast gəlinir. 1993-1996-cı illərdə Dövlət Ekologiya Komitəsinin apardığı inventarizasiyanın nəticələrinə əsasən 500-550 fərd qeydə alınmışdır. Qızılqaz nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür.

Xəzər dənizində və bütün iri daxili su hövzələrində qışlayır. Ən stabil qışlama yerləri – Böyük Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, SarısuKür-Araz düzənliyinin digər iri gölləri. Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır. 1955-ci ildə 13 cüt Salyan rayonunda Ağ-çala gölündə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilmişdir.

Nərə, ağ balıq, çəki, siyənək, kütüm, ziyad, forel, Azərbaycanın su hövzələrində rast gəlinən əsas balıq nəvlərinə aidirlər.

Balıqlar aləmi

2010-ci ildə 439,47 milyon ədəd balıq körpələri süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılmışdır. O cümlədən: nərə cinsli-1,522 milyon ədəd, qızılbalıq-173,61 min ədəd, çəkikimilər-432,08 milyon ədəd, ağ amur-5,75 milyon ədəd. Keçmiş Sovetlər məkanında nərə cinsli balıqların süni artırılması üzrə ilk zavod Neftçala rayonunun Bankə qəsəbəsi yaxınlığında tikilib istifadəyə verilmişdir. Nərə cinsli balıqların süni yolla artırılmasının biotexnologiyası və biotexniki normativləri alimlər tərəfindən məhz bu zavodda hazırlanmış və sonralar digər Xəzəryanı ölkələrdə (Rusiya, Qazaxıstan, İran) inşa edilmiş analojı zavodlarda tətbiq edilmişdir.

Ekologiya

İşğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyət

1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir.[27] Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaraçöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşad, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu.

Siyasət

Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.

Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur.

Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.

Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.

Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.

Xarici siyasət

İnzibati bölgüsü

  1. Abşeron rayonu
  2. Ağdam rayonu
  3. Ağdaş rayonu
  4. Ağcabədi rayonu
  5. Ağstafa rayonu
  6. Ağsu rayonu
  7. Astara rayonu
  8. Babək rayonu*
  9. Balakən rayonu
  10. Bərdə rayonu
  11. Beyləqan rayonu
  12. Biləsuvar rayonu
  13. Cəbrayıl rayonu
  14. Cəlilabad rayonu
  15. Culfa rayonu*
  16. Daşkəsən rayonu
  17. Füzuli rayonu
  18. Gədəbəy rayonu
  19. Goranboy rayonu
  20. Göyçay rayonu
  21. Göygöl rayonu
  22. Hacıqabul rayonu
  23. Xaçmaz rayonu
  24. Xızı rayonu
  25. Xocalı rayonu
  26. Xocavənd rayonu
  27. İmişli rayonu
  28. İsmayıllı rayonu
  29. Kəlbəcər rayonu
  30. Kəngərli rayonu*
  31. (Qıvraq qəsəbəsi)**
  32. Kürdəmir rayonu
  33. Qəbələ rayonu
  34. Qax rayonu
  35. Qazax rayonu
Rayonlar:
Şəki Abşeron rayonu Sumqayıt Bakı Xızı rayonu Siyəzən rayonu Quba rayonu Quba (rayonu Şabran rayonu Xaçmaz rayonu Qusar rayonu Qobustan rayonu Şirvan Hacıqabul rayonu Salyan rayonu Neftçala rayonu Lənkəran rayonu Lənkəran Astara (Rayon) Lerik rayonu Yardımlı rayonu Cəlilabad rayonu Masallı rayonu Biləsuvar rayonu Sabirabad rayonu Saatlı rayonu İmişli rayonu Kürdəmir rayonu Şamaxı rayonu Ağsu rayonu Göyçay rayonu Ucar rayonu Beyləqan rayonu Ağcabədi rayonu Bərdə rayonu Zərdab rayonu İsmayıllı rayonu Qəbələ rayonu Ağdaş rayonu Yevlax Mingəçevir Yevlax rayonu Naftalan Göygöl rayonu Gədəbəy rayonu Samux rayonu Gəncə Şəmkir rayonu Tovuz rayonu Ağstafa rayonu Qazax rayonu Oğuz (Rayon) Şəki rayonu Qax rayonu Zaqatala rayonu Balakən rayonu Şəmkir rayonu Goranboy rayonu Daşkəsən rayonu Tərtər rayonu Ağdam rayonu Xocavənd rayonu Füzuli rayonu Kəlbəcər rayonu Xankəndi Cəbrayıl rayonu Xocalı rayonu Şuşa rayonu Laçın rayonu Qubadlı rayonu Zəngilan rayonu Ordubad rayonu Culfa rayonu Naxçıvan Babək rayonu Şahbuz rayonu Kəngərli rayonu Şərur rayonu Sədərək rayonuAzerbaijan, administrative divisions - de - colored.svg
About this image

İnzibati mərkəzlər:

* Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları

** Qeyd olunmuş rayonlardan başqa bütün rayon mərkəzləri eyni adlı şəhərlərdir

  1. Qobustan rayonu
  2. Quba rayonu
  3. Qubadlı rayonu
  4. Qusar rayonu
  5. Laçın rayonu
  6. Lənkəran rayonu
  7. Lerik rayonu
  8. Masallı rayonu
  9. Neftçala rayonu
  10. Oğuz rayonu
  11. Ordubad rayonu*
  12. Saatlı rayonu
  13. Sabirabad rayonu
  14. Sədərək rayonu*
  15. Salyan rayonu
  16. Samux rayonu
  17. Şabran rayonu
  18. Şahbuz rayonu*
  19. Şəki rayonu
  20. Şamaxı rayonu
  21. Şəmkir rayonu
  22. Şərur rayonu*
  23. Şuşa rayonu
  24. Siyəzən rayonu
  25. Tərtər rayonu
  26. Tovuz rayonu
  27. Ucar rayonu
  28. Yardımlı rayonu
  29. Yevlax rayonu
  30. Zəngilan rayonu
  31. Zaqatala rayonu
  32. Zərdab rayonu

Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir.

Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir.

Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir.

Ordu

Azərbaycan Hərbi Dəniz Qüvvələri Bakıda hərbi parad zamanı.
Azərbaycan Respublikası Daxili Qoşunları Bakıda hərbi parad zamanı.

Azərbaycan Silahlı QüvvələriAzərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava QüvvələriAzərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir.

ABŞ-ın “Global Firepower” araşdırmasına görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 50-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur.[32][33]

2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard ABŞ dolları, 2011-ci ildə 3,413 milyard ABŞ dolları, 2012-ci ildə 3,474 milyard ABŞ dolları, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edir.

Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi kiçik silah, artilleriya sistemləri, tanklar, aviasiya bombaları, pilotsuz nəqliyyat vasitələri, müxtəlif hərbi nəqliyyat vasitələri, hərbi təyyarələr və vertolyotlar istehsal edir. Azərbaycanda istehsal olunan İstiqlal snayper tüfəngi NATO standartlarına uyğundur və Türkiyə, Pakistanİordaniya kimi ölkələrdə istifadə olunur.[34]

İqtisadiyyat

Azərbaycan on iqtisadi rayonlardan ibarətdir. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, Azərbaycan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf BankıAsiya İnkişaf Bankının üzvü olmuşdur.[35] Azərbaycanın bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankı, kommersiya bankları və bank olmayan kredit təşkilatlarından ibarətdir. 1992-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan manatını tədavülə buraxır və bütün kommersiya banklarlarına nəzarət edir.

Azərbaycan sürətlə inkişaf edən enerji sektorununa görə Holland sindromunun bəzi əlamətləri göstərir.[36] Holland sindromu Azərbaycanda inflyasiyaya səbəb olur və qeyri-enerji ixracı daha bahalı edir.[37]

Enerji

Bakıda mancanaq dəzgahı

Azərbaycanın üçdə ikisi neft və təbii qazla zəngindir.[38] Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır.[39] 1994-cü ilin sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin müqaviləsi bağlanmışdır.[40][41]

Azərbaycanın Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur.[39] Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və digər yataqlar mövcuddur.[39] Ən iri dəmir filizi yatağı Daşkəsəndə yerləşir.[39]

Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı, Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.[39]

ARDNŞ-nin alt şirkəti olan Azəriqaz, 2021-ci ilə kimi ölkənin tam qazlaşdırmasını təmin etmək niyyətindədir.[42]

Kənd təsərrüfatı

Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı enerji və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir.[43] Azərbaycanın 54.9% yararlı torpaqlardan ibarətdir.[44] Azərbaycanda pambıqçılıq aparıcı sahələrindən biri olsa da, hazırda bu sahə aqrar islahatından sonra tənəzzülə uğrayıb.[45][46]

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir.[47] 2015-ci il Oxfam təşkilatının ərzağın bolluğu, keyfiyyəti və əhalinin ərzaq almaq imkanlarına görə tərtib olunmuş indeksində, Azərbaycan 125 ölkə arasında 91-ci yeri tutub.[48]

1970-ci illərində Azərbaycanda şərabçılıq sahəsi tam gücü ilə inkişaf edərək müstəqil və dinamik inkişaf edən sahəyə çevrilmişdir.[49] 2011-ci ildə ölkədə istehsal olunan əmtəəlik şərab 693 min dekalitr təşkil edib.[50]

Azərbaycanın balıqçılıq sektoru kiçik olsa da, inkişaf etməkdə olan bir sektordur.[51] 2012-ci ildə Azərbaycanda balıqçılıq təsərrüfatları və fiziki şəxslər tərəfindən 182,3 mln. manat dəyərində 50,6 min ton balıq ovlanıb.[52]

Turizm

Əsas məqalə: Azərbaycanda turizm
Şahdağ Qış-Yay Turizm Kompleksi ölkənin ən böyük qış kurortudur.

Turizm ölkə iqtisadiyyatının mühüm hissəsidir. Azərbaycan 1980-ci ildə tanınmış turizm məkanı idi. Lakin, 1990-cı illərdə Sovet İttifaqının dağılması və Qarabağ müharibəsi, turizm sənayesi və Azərbaycanın turistik imicinə ziyan vurdu.[53]

Ancaq 2000-ci illərin sonunda turizm sektorunda bərpa başladı və ölkədə turist səfərləri artmağa başladı.[54] Son illərdə, Azərbaycan dini, spa və sağlamlıq turizmi üçün tanınmış məkanı olmuşdur.[55] Qış zamanı, Şahdağ Qış-Yay Turizm Kompleksi yerli əhalinin və turistlərin böyük marağına səbəb olur.[56]

Azərbaycan hökuməti ölkəni elit turizm məkanına çevirmək üçün xeyli siyasi və maliyyə resursları yatırıb.[57] Bu tədbirlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tənzimlənir.

Nəqliyyat

Azərbaycan dünyada strateji yeri, İpək Yolu və cənub-şimal dəhlizi kimi proektlərdə mühüm rol oynamasına və ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini vurğulayır.[58][59] Ölkədə nəqliyyat sektoruna dəmir yolu, avtomobil, aviasiya və dəniz nəqliyyatı daxildir.

2003-cü ildə Azərbaycan hökuməti Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi yaratmış və ölkə Vyana konvensiyasının yol hərəkəti üzrə üzvü olmuşdur.[60] Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır.[61] 2009-2014 illəri arası ölkənin nəqliyyat sektoruna cəlb edilmiş investisiyaların həcmi iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş investisiyaların 20 faizini təşkil etmişdir.[62]

2010-cu ilə görə, Azərbaycanda 35 hava limanı və bir heliport fəaliyyət göstərir.[63] 2015-ci ildə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikilməsi, şərqdə Çin və Qazaxıstan dəmir yolunu birləşdirmək vasitəsilə Asiya və Avropa arasında nəqliyyatı təmin etməsi gözlənilir.[64]

Elm və texnologiya

MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır.[65] Azərbaycanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulmuşdur.[65] Son illərdə ölkədə mobil şəbəkə genişləndirilmişdir.[65] Azərbaycanda mövcud olan üç mobil operator tərəfindən müasir 3G xidmətləri göstərilir.[65] 2012-ci ildən ölkədə 4G texnologiyasının da tətbiqinə başlanılmışdır.[65] Ölkədə hər 100 nəfərə 110 mobil abunəçi düşür.[65]

Azərbaycanda dörd GSM operatoru və bir CDMA fəaliyyət göstərir: Azercell, Bakcell, Nar MobileNaxtel.[66]

Azərbaycanın böyük və davamlı inkişaf edən internet sektoru var. 2013-cü ilin nəticələrinə görə Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir, o cümlədən onların 50%-i genişzolaqlı internet istifadəçisidir.[65]

2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə çıxarılmışdır, və bu Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ən yüksək texniki nailiyyətlərdəndir.[67][68] Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri göstərməyə imkan verən peykin artıq kommersiya istismarına başlanılmışdır və o, yaradılmış infrastruktur vasitəsilə Azərbaycan Milli Aerokosmik Agentliyi tərəfindən idarə olunur.[69]

XXI əsrdə Azərbaycanın tanınmış geodinamika və geofizika alimləri bir sıra olmuşdur, onlardan xüsusən Elçin Xəlilov 50-dən çox ixtiranın, o cümlədən, 7 PST (Cenevrə), 1 Avropatent və 5 Avrasiya patenti və 40-dan artıq ölkənin milli patentlərinin və bir elmi kəşfin müəllifi olmuşdur.[70]

Əhali

Əsas məqalələr: Azərbaycan əhalisiAzərbaycanlılar

2014-ci il yanvar ayına olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının əhalisinin sayı 9,477,100 nəfər təşkil edir.[71] Əhalinin 53,1 %-ni şəhər, 46,9 %-ni isə kənd sakinləri təşkil edir. O cümlədən, əhalinin 51 %-ni (4,674,150 nəfər) qadınlar, 49 %-ni (4,490,850 nəfər) kişilər təşkil edir.[72] 201

2009-cu il siyahıyaalınması məlumatlarına əsasən Azərbaycan əhalisinin 91,6%-ni azərbaycanlılar, 2,0%-ni ləzgilər, 1,3%-ni ruslar, 1,3%-ni talışlar, 1,3%-ni ermənilər, 2,5%-ni isə digər etnik qruplar təşkil edir.[5] Azərbaycanda ermənilərin az qala hamısı, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində (Dağlıq Qarabağona bitişik rayonlar) məskunlaşmışdır.




Circle frame.svg

Azərbaycan əhalisinin milli tərkibi (2009)

  azərbaycanlılar (91.6%)

  ləzgilər (2.0%)

  ruslar (1.3%)

  talışlar (1.3%)

  ermənilər (1.3%)

  Qalanları (2.5%)

Urbanizasiya

Azərbaycanda 66 rayon, 77 şəhər, 13 şəhər rayonu, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi və 4260 kənd yaşayış məntəqəsi var.[73]

Dil

Əsas məqalə: Azərbaycan dili

Azərbaycan Respublikası Konstitusiyasının I bölmə, II fəsil, XXI maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.[74] 13-22 aprel 2009-cu il siyahıyaalınmasına əsasən siyahıyaalınma tarixində Azərbaycan Respublikası əhalisinin 8.253.196[75] nəfərinin, yəni 8.922.447 nəfər olan de-yuri əhalinin 92.50%-inin ana dili Azərbaycan dilidir, həmçinin etnik mənsubiyyətindən asılı olmayaraq bütün əhalinin 98.60%-i Azərbaycan dilində sərbəst danışa bilir.

Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 40 milyon Azərbaycanlının da ana dilidir. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 40 milyondan çox adam yaşayır.

Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit vardır.[76] Bu 34 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

Din

Əsas məqalələr: Azərbaycanda dinAzərbaycanda İslam

Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmış din islamdır. Azərbaycanlıların 95%-i müsəlmandır, ondan 85%-i şiə, 15%-i sünni məzhəbinə məxsusdur.[77][78][79] Konstitusiyanın 48-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir və dini azadlığı təmin edir.

Digər dini azlıqlar olan xristianların əksəriyyəti rus pravoslav, gürcü pravoslavErməni Qriqorian Kilsəsinə məxsusdur (Erməni Qriqorian Kilsəsi, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində fəaldır).[80] Digər xristian məzhəbləri Lüteranlıq, BaptizmMolokanlardır.[81] Xristianlar əhalinin 3,1%-ni təşkil edir.[80] Yəhudilərin çoxu dağ yəhudiləriəşkinazi yəhudiləridir.[78] Azərbaycanda Bəhailik, Hare KrişnaYehovanın Şahidləri icmaları, eləcə də digər dini icmalar fəaliyyət göstərir.[78]

Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəstlik, yəni Zərdüştlük dininə sitayiş etsədə,[82] Atəşgah məbədi səyahətçilərə görə, Bakıda min ildən çox Hindu zəvvarları üçün səfər yeri olmuşdur.[83]

Təhsil

Əsas məqalə: Azərbaycanda təhsil

1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar sistemli xarakter alıb.[84] Həmin proqram əsasında digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub.

Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollecali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.

Mədəniyyət

Musiqi

Əsas məqalə: Azərbaycan musiqisi

Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Azərbaycan musiqisi çox əsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.

Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir. Keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irsimiz olan muğamlar inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşayır.

Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, tarzən Sadıqcanın və b.-nın, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.

Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adları da şöhrət qazanmışdır.

XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musisinin səviyyəsinə qalxmışlar. Yeni təmayüllərlə yanaşı, milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşmiş janr və formaları, eləcə də xalq çalğı alətlərimiz xüsusi qayğı ilə qorunub saxlanılır. Bizə mirsa qalmış bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin bünövrəsi, onun müxtəlif sahələrini qidalandıran bir örnəkdir.

Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləri Şövkət MəmmədovaBülbüldür. Şövkət Məmmədova (1897-1981) milli opera səhnəmizdə çıxış edən ilk qadın müğənni olmuşdur. Bülbül (1897-1961) sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir. Azərbaycan vokal məktəbinin şanlı yetirmələri sırasında Firəngiz Əhmədova, Fatma Muxtarova, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Rəşid Behbudovun adları vokal sənəti tarixində, Həqiqət Rzayeva, Rübabə Muradova, Məmmədağa Muradov, Zeynəb Xanlarova muğam ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələri Fidan QasımovaXuraman Qasımova bacılarıdır.

Ədəbiyyat

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) ərazisində meydana çıxmış və müəllifliyi Zərdüşt peyğəmbərə aid edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI əsrdə "Kitabi-Dədə Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Siklop) təkan vermişdir.

XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi. Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir.

XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır. İzzəddin HəsənoğluŞeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər.

Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri – Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar. "Əxlaqi-Nasiri" kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.

XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin "Divan"ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur.

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında "qəlb şairi" kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr – Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

Təsviri incəsənət

Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir.[85] Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.[85]

Lahıcda misdən düzəlmiş əl işi.

XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi.[85] XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. "Molla Nəsrəddin" və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır.[86] "Molla Nəsrəddin" jurnalının rəssamı Əzim Əzimzadə dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır.[86] Müasir satirik qrafikanın inkişafı əsasən "Kirpi" jurnalının fəaliyyəti ilə bağlıdır.[87]

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist – rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. Azərbaycan xalçaları 2010-cu ilin noyabr ayında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmışdır.[88][89]

Mətbəx

Əsas məqalə: Azərbaycan mətbəxi

Memarlıq

Əsas məqalə: Azərbaycan memarlığı

Azərbaycan memarlığı Şərq və Qərb elementlərindən ibarətdir.[90] X-XII yüzillərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranmışdır.[91] Bunlar Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləridir. Bu memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi.[91] Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif Küseyir oğlu türbəsiMöminə Xatun türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Naxçıvani yaradıcılığı təşkil edir.[91]

Müasir Azərbaycanda Qız qalasıŞirvanşahlar Sarayı kimi bir çox qədim memarlıq xəzinələri indiyə kimi qorunub qalmışdır. Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub.[91] Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.[91]

Son yüz il ərzində Azərbaycan memarlığı böyük itkilər vermişdir. Bundan əlavə 1990-cı illərdə Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmışdır. Qarabağ müharibəsi nəticəsində Qarabağ və ətraf ərazilərdə Azərbaycanın külli miqdarda memarlıq abidələri vəhşicəsinə məhv edilmişdir.[92] Müstəqillik qazanandan sonra da, Azərbaycanın ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı kimi müasir binalar, Alov qüllələri, SOCAR Tower kimi göydələnlər tikilmişdir.[93]

Rəssamlıq

Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri olan Bəhruz Kəngərlinin yaratdığı "İlanlı dağ Ay işığında", "Günəş batarkən", "Bahar" mənzərələri, "Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz insanların portretləri, "Elçilik", "Toy" kimi məişət kompozisiyaları Azərbaycan rəssamlığının dəyərli örnəklərindəndir.

1950-ci illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Mikayıl AbdullayevinSəttar Bəhlulzadənin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur.[87] Tahir Salahovun "Növbədən qayıdanlar", "Səhər qatarı", "Abşeron qadınları", "Yeni dəniz" tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur.[87] Orijinal və bənzərsiz yaradıcılığa malik Toğrul Nərimanbəyovun əsərlərində doğma yurdun təbiəti, müasirlərinin obrazı əlvan dekorativ boyalarla təsvir edilir.[87] Fərman Qulamov və b. əsərlərində Azərbaycan mifoloji təsəvvürləri ilə müasir boyakarlıq axtarışları uzlaşmışdır.[87] Tofiq Cavadov, Fərhad Xəlilov, Əsgər Əsgərov və b. rəssamlar mənzərə janrında orijinal tablolar yaratmışlar.[87]

Ölkənin görkəmli rəssamlarından Ələkbər Rzaquliyev, Nadir Əbdürrəhmanov, Maral Rəhmanzadə, Vidadi Nərimanbəyov, Böyükağa Mirzəzadə Azərbaycan incəsənətində xüsusilə fərqlənmişlər.[87]

Kinematoqrafiya

Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır.[94] İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.[94] 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.[94] Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur.[94] Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.[94] Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır.[94] 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə özünün ildönümünü bayram etdiyi günlərdə kinematoqrafçılar onu lentə almış, "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı sənədli film yaratmış və o, həmin ilin iyul ayında ekranlarda geniş nümayiş etdirilmişdir.[94]

1950-ci illərinin ikinci yarısından sonra, xüsusilə 1960-cı illərin sonunda Azərbaycan kinosunda bir canlanma əmələ gəldi.[94] Bu illərdə kinostudiyada "O olmasın, bu olsun", "Bir məhəllədən iki nəfər", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Telefonçu qız", "Yenilməz batalyon", "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Bizim Cəbiş müəllim", "Dəli Kür", "Şərikli çörək" kimi sənət əsərləri yaradıldı.[94]

1970-1990-ci illəri Azərbaycan kinosunun intibah dövrü adlandırırlar.[94] Həmin dövrdə çəkilmiş bir sıra kino əsərlərində, o cümlədən "Sevil", "Dədə Qorqud", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Ad günü", "Babək", "Təkcə adanı özünlə apara bilməzsən", "Atları yəhərləyin", "Yaramaz", "Fəryad" filmlərində tarixi və müasir həyata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tuturdu.[94]

SSRİ dağıldığından sonra ilk dövrdə Azərbaycanda baş verən məlum hadisələr, hakimiyyət uğrunda gedən mübarizə, Qarabağ müharibəsi və s. Azərbaycan kinematoqrafını inkişafdan saxladı, hətta tənəzzülə uğratdı.[94] Ancaq 2000-ci illərin sonunda Azərbaycan kinematoqrafı özünü bərpa etməyə başladı, Qafqaz, Qanlı Yanvar, Qala, Sahə, Çölçü, Buta, Dolu, Nabat kimi filmlər Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatının "Ən yaxşı əcnəbi film" nominasiyasına namizədliyini irəli sürmüşdür və bir sıra beynəlxalq festivallarda uğur qazanmışdır.[95][96]

İdman

Əsas məqalə: Azərbaycanda idman
Qurban Qurbanov Azərbaycan-İngiltərə qarşılaşmasından əvvəl Devid Bekhemlə görüşür

Azərbaycanda idmanın qədim kökləri var, və hətta indi ənənəvi və müasir idmanlar tətbiq edilir. Güləş Azərbaycanda da qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuşdur. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü olduğundan sonra, Olimpiya oyunlarında güləş üzrə 14 medal qazanmışdır. Azərbaycanın ən uğurlu güləşçiləri Namiq Abdullayev, Toğrul Əsgərov, Rövşən Bayramov, Şərif Şərifov, Mariya StadnikFərid Mansurovdur.

Futbol Azərbaycanda ən sevimli idman növüdür. 2010-cu ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən aparılan statistikaya görə, ölkədə qeydiyyatdan keçən 10 min nəfərin 9 122-si futbolçu, qalanı isə məşqçilər və digər texniki işlərlə məşğul olan şəxslərdir.[97] Azərbaycan milli futbol yığması ölkə futbol klubları ilə müqayisədə beynəlxalq arenada nisbətən zəif cıxış nümayiş etdirir. Azərbaycanın ən uğurlu futbol klubları Neftçi BakıQarabağdır. 2012-ci ildə Neftçi Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.[98] 2014-cü ildə “Qarabağ” Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə ikinci vəsiqə qazanmış klub oldu.[99] Bundan əlavə, “Qarabağ” yarışın əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.[100]

Azərbaycan dünya şahmatında güclü ölkələrdən biridir. Ölkədə bir çox beynəlxalq şahmat turnirləri və müsabiqələr keçirilib, 2009 və 2013-ci ildə isə Azərbaycanın kişilərdən ibarət şahmat yığması Avropa çempionu olmuşdur.[101] Ölkənin şahmat məktəblərinin görkəmli şahmatçılarından olan Vüqar Həşimov, Vladimir Makoqonov, Harri Kasparov, Şəhriyar MəmmədyarovTeymur Rəcəbov dünya şahmatına böyük təsir etmiş və böyük uğurlara nail olmuşlar. Nərd oyununun yaranma tarixi bəzən İranla da bağlansa da, Azərbaycanda yerli əhali arasında sevilən oyunlardan biri sayılır.[102]

Azərbaycanda voleybol həmişə ən böyük rəğbət bəslənilən idman növü olmuşdur və Voleybol üzrə Azərbaycan Superliqası dünyanın ən güclü qadın liqalarından biri sayılır.[103] Son illərdə Rabitə Bakı, Azərreyl Bakı, İqtisadçı BakıLokomotiv Bakı Avropa kuboklarında böyük uğur əldə etmişlər.[104] Azərbaycanın ən uğurlu voleybolçuları Valeriya Korotenko, Oksana Parxomenko, İnessa Qorxmaz, Natalya Məmmədova, Alla HəsənovaPolina Rəhimovadır.

2016-ci ildə Azərbaycan “Formula 1” yarışına ev sahibliyi edəcək.[105]

Digər tanınmış Azərbaycan idmançıları, cüdoçular Elnur Məmmədli, Mövlud Mirəliyev, Elxan Məmmədov, karateçi Rəfael Ağayev, ağırlıqqaldıran Nizami Paşayev, boksçular Rövşən Hüseynov, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Şahin İmranov, Ağası Məmmədov, paralimpiyaçı İlham Zəkiyev, kikboksçular Eduard Məmmədov, Zabit Səmədov və qaydasız döyüş üzrə güləşçi Azad Əsgərovdur.

8 dekabr 2012-ci il tarixində Azərbaycan 2015 Avropa Oyunlarının ev sahibi seçilmişdir. Ölkə bədii gimnastika üzrə 25-ci Avropa çempionatıFİFA U-17 Qadınlararası Dünya Çempionatının ev sahibi olmuşdur. Ölkədə keçirilən ən əhəmiyyətli illik idman turnirləri Baku CupTur de Azərbaycan beynəlxalq veloturudur.

Həmçinin bax

Qeydlər

  1. Azərbaycanda ermənilərin az qala hamısı, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində (Dağlıq Qarabağona bitişik rayonlar) məskunlaşmışdır.

İstinadlar

  1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: Bakı ş.ə.d. (yenilənmə: 1 yanvar, 2014-cü il)
  2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: Gəncə ş.ə.d. (yenilənmə: 1 yanvar, 2015-cü il)
  3. Sitat səhvi: Invalid <ref> tag; no text was provided for refs named Sumqay.C4.B1t_.C5.9F..C9.99.d.
  4. 4,0 4,1 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər) (yenilənmə: 19 yanvar, 2014-cü il)
  5. 5,0 5,1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: Population by ethnic groups – by population census (Etnik qrupların əhalisi – əhalinin siyahıyaalınması üzrə). (ing.)
  6. 6,0 6,1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: Statistik nəşrlər: Azərbaycan rəqəmlərdə: Ümumi məlumat: Coğrafi məlumatlar — yoxlanılıb: 8.11.2014
  7. 7,0 7,1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: Mətbu məlumat: Аzərbаycаndа dеmоqrаfik vəziyyət — xəbərin yayınlanma tarixi: 13.04.2015, yoxlanılıb: 10.05.2015
  8. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: 6.1 Ev təsərrüfatlarının sayı və ölçüsü (əhalinin 2009-cu il siyahıyaalınması əsasında)---1 və ya 2
  9. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: 1.1. Əhalinin sayının dəyişilməsi
  10. Central Intelligence Agency - CİA - The World Factbook: Country comparison: Population (Azerbaijan population number: 9,686,210 by July 2014 estimation)
  11. 11,0 11,1 11,2 World Economic Outlook Database, April 2012, Beynəlxalq Valyuta Fondu, yoxlanılıb: 5 may, 2014-cü il.
  12. Sitat səhvi: Invalid <ref> tag; no text was provided for refs named World_Economic_Outlook_Database.2C_April_2015
  13. Эксперты: Российско-азербайджанская граница закрепит статус разделенных народов
  14. Иран — Общие сведения о стране
  15. США и Россия разыграют новый "кавказский гамбит". Теперь — в Азербайджане
  16. http://www.azerbaijan.az/portal/General/Square/square_a.html
  17. http://news.day.az/politics/295243.html
  18. Mahmud İsmayılov. Azerbaycan tarihi. Bakü, Azerneşr, 1992. s.3.
  19. Chaumont, M.L. (1989). "Atropates", Encyclopedia Iranica. Routledge & Kegan Paul. (ing.)
  20. Azerbaycan Demokratik Cumhuriyeti'nin Kuruluşu, Dilara Mehmetoğlu. (türk.)
  21. http://www.eco.gov.az/milliparklar.php Milli parklar
  22. http://www.azerbaijan.az/portal/maps/zoogeographic_a.html Zoocoğrafi xəritə
  23. Резолюция СБ ООН № 822 от 30 апреля 1993 года
  24. Резолюция СБ ООН № 853 от 29 июля 1993 годa
  25. Резолюция СБ ООН № 874 от от 14 октября 1993 годa
  26. Резолюция СБ ООН № 884 от 12 ноября 1993 годa
  27. http://www.eco.gov.az/ekoloji-terror.php İşğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyə
  28. Резолюция СБ ООН № 822 от 30 апреля 1993 года
  29. Резолюция СБ ООН № 853 от 29 июля 1993 годa
  30. Резолюция СБ ООН № 874 от от 14 октября 1993 годa
  31. Резолюция СБ ООН № 884 от 12 ноября 1993 годa
  32. Azərbaycan ordusu dünyada 50-ci yerdədir
  33. Azərbaycan ordusu güclüdürmü?
  34. Robert Stirling: Special Forces Sniper Skills
  35. "Azerbaijan – General Information". Heydar Aliyev Foundation. Arxivləşdirilib on 5 May 2007. http://www.azerbaijan.az/_Economy/_GeneralInfo/_generalInfo_e.html. İstifadə tarixi: 2007-05-22.
  36. Azerbaijan: Baku Hedging its Economic Bets
  37. Dealing with Azerbaijan's Oil Boom
  38. GENERAL INFORMATION ON NATURE OF AZERBAIJAN
  39. 39,0 39,1 39,2 39,3 39,4 AZƏRBAYCANIN TƏBİƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT
  40. Contract of the Century
  41. Azerbaijan celebrates 20th anniversary of “Contract of the Century”
  42. "SOCAR plans to completed full gasification of Azerbaijan only by 2021". Azerbaijan Business Center. http://abc.az/eng/news_13_02_2010_42618.html. İstifadə tarixi: 6 June 2010.
  43. Agriculture in Azerbaijan
  44. AZƏRBAYCANIN ƏRAZİSİ
  45. Pambıqçılıq niyə batır?
  46. Azərbaycanda pambıqçılıq inkişaf etmir (VİDEO)
  47. 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edildi
  48. Hollandiya ərzağın bolluğuna və keyfiyyətinə görə dünyada birinci ölkədir
  49. Şərabçılıq biznesi: “uzunmüddətli perspektivə” malik mənfəət
  50. Azərbaycanda şərabçılıq inkişaf edir
  51. Qapalı balıq yetişdirmə laboratoriyası
  52. Ötən il Azərbaycanda 51 min ton balıq ovlanıb
  53. Rapid Tourism Assessment for the Azerbaijan Tourism Sector Development Program
  54. Azərbaycan Qarabağın turizm imkanlarını təbliğ edir
  55. Azerbaijan: Baku Boom Has Yet to Hit Regions
  56. Bayram tətilində on minlərlə insan bölgələrdəki turizm məkanlarına axışdı
  57. Azərbaycanı gizli mirvariyə bənzətdi...
  58. Azərbaycanın Uzaq Şərqlə yaxın əlaqələri
  59. Böyük Britaniyanın enerji naziri Azərbaycana gəlir
  60. Viana convention members
  61. Yeni mərhələdə regionların sosial-iqtisadi inkişaf problemləri
  62. Bakı-Tbilisi-Qars dəmiryol xətti "2015-ci ildə işə düşəcək"
  63. Azerbaijan on CIA Factbook
  64. Ziya Məmmədov: "Qazaxıstan və Çin Bakı-Tbilisi-Qars dəmiryolunun inşasına böyük maraq göstərir"
  65. 65,0 65,1 65,2 65,3 65,4 65,5 65,6 Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün MİLLİ STRATEGİYA
  66. "Naxtel" GSM tezliklərindən istifadə etmək üçün lisenziya almağa hazırlaşır
  67. "Azerbaijan signs deal with Arianespace to launch satellite". Space Travel. Arxivləşdirilib on 6 November 2010. http://www.space-travel.com/reports/Azerbaijan_signs_deal_with_Arianespace_to_launch_satellite_999.html. İstifadə tarixi: 5 November 2010.
  68. "Orbital Contracted to Build Azerbaijan's First Satellite". SatelliteToday. 28 November 2010. Arxivləşdirilib on 10 May 2011. http://www.satellitetoday.com/st/headlines/Orbital-Contracted-to-Build-Azerbaijans-First-Satellite_34220.html. İstifadə tarixi: 1 April 2011.
  69. "Arianespace signs deal to launch Azerbaijani satellite". News.Az. Arxivləşdirilib on 8 November 2010. http://www.news.az/articles/tech/26038. İstifadə tarixi: 5 November 2010.
  70. Professor Elçin Xəlilovun 55 yaşı tamam olur
  71. Azərbaycan əhalisi 9 milyon 477 min nəfərə çatıb
  72. "Population". Azerbaijan Gender Information Center. Arxivləşdirilib from [1] on 10 May 2007. //web.archive.org/web/20070510154101/http://gender-az.org/shablon_en.shtml?doc/en/about/country. İstifadə tarixi: 2007-05-27.
  73. Demoqrafik göstəricilər
  74. Konstitusiya – Milli Məclis — yoxlanılıb: 27.11.2014
  75. United Nations Statistics Division: Demographic and Social Topics: Population: Statistics: Demographic Yearbook: Introduction: United Nations Demographic Yearbook: Statistics: Population Censuses' Datasets (1995 - Present): Ethnocultural characteristics: Population by language, sex and urban/rural residence. Select filters: Country or Area—>Azerbaijan, Year—>2009, Area—>Total+Urban+Rural, Sex—>Both Sexes+Male+Female, Apply Filters.
  76. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya: Azərbaycan dili
  77. "Şeyxülislamdan sünni-şiə statistikası — Meydan + jurnalı". http://meydan-plus.com/din/1721-eyxlislamdan-snni-i-statistikas.html. İstifadə tarixi: 25 iyun 2015. Xəbərin onlayn yayımlanma tarixi: 15 fevral 2015
  78. 78,0 78,1 78,2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. Prezident Kitabxanası: Administrative Department of the President of the Republic of Azerbaijan – Presidential Library – Religion (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi – Prezident Kitabxanası – Din). (ing.)
  79. Mapping the Muslim population (ing.)
  80. 80,0 80,1 Global Christianity:Azerbaijan
  81. FACTFILE - AZERBAIJAN: 125 Religious Groups Reregistered.
  82. Meena Iyer, Faith & philosophy of Zoroastrianism (2009), p.323: Excerpt: "At the city of Baku in former Iranian province of Arran, today known as the republic of Azerbaijan, on the shore of the Caspian Sea, there was for a long time a very old fire-temple.."
  83. Scott Cameron Levi "The Indian diaspora in Central Asia and its trade, 1550–1900", BRILL, 2002, ISBN 978-90-04-12320-5,p. 129
  84. Azərbaycanda təhsil islahatları
  85. 85,0 85,1 85,2 Qədim dövrlərdə və orta əsrlərdə təsviri sənətin inkişafı
  86. 86,0 86,1 Təsviri sənət XIX əsrdə və XX əsrin birinci yarısında
  87. 87,0 87,1 87,2 87,3 87,4 87,5 87,6 Təsviri sənət XX əsrin ikinci yarısında
  88. The traditional art of Azerbaijani carpet weaving in the Republic of Azerbaijan
  89. Azerbaijani carpet entered UNESCO List of Intangible Cultural Heritage
  90. Baku's Architecture
  91. 91,0 91,1 91,2 91,3 91,4 Memarlıq haqqında
  92. Memarliq
  93. Azerbaijan counts human cost of architecture
  94. 94,00 94,01 94,02 94,03 94,04 94,05 94,06 94,07 94,08 94,09 94,10 94,11 Kino tarixi keçmişi yaşadan mənbədir
  95. Film Review: ‘Nabat’
  96. Фильм «Град» на карабахскую тематику скажет свое слово в азербайджанском кино – Министр
  97. Azərbaycanda nə qədər futbolçu var?
  98. ЦСКА вылетел из еврокубков
  99. «Карабах» выбил «Твенте» из Лиги Европы
  100. Avrokuboklarda ilk dəftərimiz
  101. Azerbaijan’s chess team became European champion
  102. Azərbaycanda nərdin yeni növləri yaradıldı
  103. More than just Mammadova: Azerbaijan’s ladies cause World Championship upset
  104. Turning black gold into sporting glitter: what Azerbaijan tells us about modern sport
  105. Bakı 2016-cı ildə “Formula 1” yarışına ev sahibliyi edəcək

Xarici keçidlər

VikiAnbarda Azərbaycan ilə əlaqəli mediafayllar var.