Belarus

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Belarus Respublikası
belar. Рэспубліка Беларусь
Belarus bayrağı Belarus gerbi
Bayrağı Gerbi
Belarus – xəritədə yeri
Paytaxt Minsk
Böyük şəhərlər Minsk, Qomel, Moqilöv, Vitebsk, Qrodno, Brest
Rəsmi dil Belorus, Rus
Etnik qruplar belorus — 83,7%, rus — 8,3%, polyak — 3,1% (2009)[1]
İdarəetmə forması Prezident respublikası
Prezident Aleksandr Lukaşenko
Baş Nazir Andrey Kobyakov [2]
Yaranması
 - SSRİ-dən: 25 avqust 1991
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

207 560 km² (84-cü)
çox az (4700 km²)
Əhali
• Təxmini sayı (2013)
Əhali sıxlığı

9 mln. 461,5 min[3] nəfər (90)
45,6 nəfər/km²
Pul vahidi Belarus rublu (BYR)
İnternet domeni .by
Telefon kodu +375

Belarus Respublikası[4] (belar. Рэспубліка Беларусь) - Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Avrasiya İqtisadi Birliyinin üzvüdür.

XVIII əsrdə ilk dəfə olaraq qədim slavyan torpaqlarının qərb hissəsi belaya rusya (ağ rus mənasını bildir) adlanmağa başlanmışdır. Ölkənin indiki adı da buradan qaynaqlanır.

Tarix[redaktə | əsas redaktə]

Belarusların əcdadları Şərqi Slavyanlardır. 6 və 8-ci əsrlər arasında şərqi slavyanlar Belarus bölgəsinə yerləşdilər və daha əvvəl burada yaşayan Fin-Ogur köklü bəzi tayfaları tərəfindən sıxışdırıldılar. IX əsrin sonunda bölgədə İsveç köklü varyaqlar tərəfindən Polotsk və Turov krallıqları quruldusa da X əsrin sonunda bu krallıqlar Kiyev Knyazlığına birləşdirildilər. X əsrdə bu bölgə Bizans İmparatorluğu tərəfindən xristianlaşdırılan Kiyev Knyazı I Vladimir tərəfindən 988-ci ildən başlayaraq xristianlaşdırıldı.

1237-ci ildə bu krallıqlar daha sonra Polotsk Krallığından ayrılan Minsk və Vitebsk krallıqları ilə birgə muxtariyyət qazansalarsa da həmin il Qızıl Orda dövlətinin vasallı oldular. Bölgə 1239-1320-ci illər arasında Litva Böyük hersoqluğu tərəfindən fəth edildi. Litvalılar dövlətlərinin paytaxtlarını Kernavadan əvvəl Grodnoya (Belarusça: Hrodna), sonra isə Novogrudok (Belarusça: Navahrudak)a köçürdülər və dövlətin rəsmi dili belarusca oldu. Ancaq XIV əsrdə dövlətin paytaxtı əvvəl Trakaiya, sonra Vilnüsa köçürüldü. Litvalılar əvvəl büdpərəstlikdən ortodoksluğa, sonra isə Polşalıların təsiri ilə XV əsrdə katolikliyə keçdilər və bu vəziyyət ortodoks inancını böyük ölçüdə qoruyan belarusların həyatını müəyyənləşdirdi. Bugünkü Belarusiyanı təşkil edən bölgə Litvaya bağlı Brześć Litewski (Bugün Brest), Vitebsk (Belarusça: Viciebsk), Novogrudok, Minsk (Belarusça: Mensk), Polock (Polotsk), Mscislaw (Mstislavl) ve Wilno (Vilnyus) bölgələrinə bölündü.

1386-cı ildə Litva Böyük Hersoqu- Jogalia, II. Wladyslaw adıyla Polşa Kralı olunca, 2 ölkə arasında Jagiellon Sülaləsi vasitəliyi ilə şəxsi birliy quruldu.Belə ki,Litva Hersoqu Jagolia ilə,Polşa Kraliçası Jadviga evləndi.Bu birlik 1569 ilində Lyublin Birliyi müqaviləsi ilə daimi bir birliyə döndü. Litvanın daimi birliydə olmasından güclənməsı 1567'da Podlasya, Volinya, Podolya və Kijow (Kiev) bölgələrinin Polşa Kralı II. Zygmunt tərəfindən ələ keçirilməsinə yol açdı. Bu arada daha sonra Rus Çarlığı'na çevriləcək olan Moskva Knyazlığı'nın təhdidi artmağa başladı. 1514-ildə Smolenski ələ keçirən Ruslar, 1535 ildə Vilnyusa qədər gəldilər. Ruslar, Livonya Müharibəsi (1558-1582) sırasında 1563'da Polotsk'u işğal edərək Litva ordusunu Vilnyus'a qədər geri çəkməsinə baxmayaraq Polşalılar 1572 ilindən etibarən Belarusu geri aldılar və hətta 1581ildə Rusiyanın Velike Luki və Sokol şəhərlərini işğal edib, Pskov şəhərini dağıtdılar.

Coğrafiya[redaktə | əsas redaktə]

No. Bölgə Paytaxt Belarusca Əhali
(01.01.2009 est.)[5]
Subdivisions of Belarus.png
1 Minsk (paytaxt) Мiнск 1,829,100
2 Brest oblastı Brest Брэсцкая вобласць 1,433,100
3 Qomel oblastı Qomel Гомельская вобласць 1,464,500
4 Qrodno oblastı Qrodno Гродзенская вобласць 1,102,800
5 Moqilöv oblastı Moqilöv Магілёўская вобласць 1,123,100
6 Minsk oblastı Minsk Мiнская вобласць 1,454,000
7 Vitebsk oblastı Vitebsk Вiцебская вобласць 1,265,300

Belarusun heç bir dənizə çıxışı yoxdur və əsasən düzən ərazilərdən ibarətdir. Ölkə şərq tərəfdən Rusiya,cənubdan Ukrayna,qərbdən Polşayla, şimal və şimal-qərbdən Litva, Latviyayla həmsərhəddir.

Hökumət[redaktə | əsas redaktə]

Ölkə prezidenti Aleksandr Lukaşenko 1994-cü il 20 İyul tarixindən ölkəni idarə edir.

Siyasət[redaktə | əsas redaktə]

  1. Aqrar Partiya – AP (1995)
  2. Belorus Sosial-Demokrat Partiyası (Xalq Qramadası) – BSDP-XQ (1997)
  3. Belorus Kommunistləri Partiyası – BKP (1995)
  4. Belorus Xalq Cəbhəsi – BXCP (1994)
  5. Belorus Kommunist Partiyası – BKP (1996)

Xarici əlaqələr[redaktə | əsas redaktə]

Belarusun digər ölkələrlə siyasi əlaqələri çox qarışıqdır.Belə ki,ölkə 1991-ci ildə müstəqillik qazanmasından sonra qərb dövlətləri ilə soyuq əlaqələrə malikdir.Buna səbəb Qərb dövlətlərinin Belarus prezidenti Aeksandr Lukaşenkonun onların fikrincə qeyri demokratik ölkəni idarəetməsidir.Xüsusən 2010-сu il Belarusda prezident seçkilərindən sonra bu əlaqələr daha da pisləşmişdir.

Silahlı qüvvələr[redaktə | əsas redaktə]

İllik hərbi xərcləri 176,1 mln. ABŞ dollarıdır.

İqtisadiyyat[redaktə | əsas redaktə]

Belarus güclü iqtisadi sistemə malik olmayan dövlət kimi tanınır. Belarus dünyada daha çox aqrar dövlət kimi tanınır. Ölkədə maldarlıq, əkinçilik, bitkiçilik və aqrar texnika istehsalı çox inkişaf edib. Belə ki, Belarus öz daxili yem tələbatını artıqlamasıyla ödəyir və qonşu dövlətlərə kütləvi halda süd, süd məhsulları, tərəvəz ixrac edir. Belarus 1990-сı illərdə və 2011-ci ildə defoltla üzləşmişdir.

Təsərrüfatın ixtisaslaşmasına və strukturuna əmək ehtiyatlarının bolluğu, Rusiyadan daha ucuz yanacaq və metal idxalı və yerli təbii ehtiyatları müsbət təsir göstərir. Maşınqayırmanın ixtisaslaşmış sahələri-hesablama maşınları, cihazqayırma, məişət maşınqayırması-soyuducular, paltaryuyan maşınlar, k/t maşınları və yük avtomobilləridir (Minsk, Jodino, Mogilyov). Kimya sənayesi əsas istiqaməti-süni kauçuk, şin, plastik kütlələr (Mogilev, Qrodno, Polotsk), Kalium gübrələri (Soliqorsk), meşə emalı və kağız istehsalıdır (Bobruysk, Borisovo, Vitebsk və b.). Yüngül sənayedə əsas yeri kətan parça, ayaqqabı istehsalı və b. tutur. Yeyinti sənayesi əsas sahələrdəndir, yerli xammallarla təmin olunub.Aparıcı sahələri yağ, süd-pendir, ət məhsulları istehsalı, kartofkraxmal istehsalı və b. Yanacaq-energetikanı yerli torf, Rusiyadan aldığı neft-qaz təşkil edir.

Kənd təsərrüfatında əsas yeri heyvandarlıq tutur, südlük-ətlik istiqaməti və donuzçuluq əsas yer tutur. Əkinçilikdə yem istehsalının xüsusi çəkisi böyükdür. Şimal-şərqində kətan becərilir. Taxılçılıqda əsas yeri çovdar əkinləri tutur. Kartofçuluq Belorusiyanın əsas sahəsi hesab olunur. Mərkəz hissəsində geniş yayılıb. Sıx nəqliyyat şəbəkəsinə malikdir.

Əhali[redaktə | əsas redaktə]

Milli tərkib[redaktə | əsas redaktə]

Belarus əhalisinin milli tərkibi
Etnik qruplar 1999 sa.[6] 2009 sa.[7]
cəmi 10 045 237 9 503 807
belorus 8 159 073 7 957 252
rus 1 141 731 785 084
polyak 395 712 294 549
ukraynalı 237 014 158 723
yəhudi 27 810 12 926
erməni 10 191 8 512
tatar 10 146 7 316
qaraçı 9 927 7 079
azərbaycanlı 6 362 5 567
litvalı 6 387 5 087
moldavan 4 267 3 465
türkmən ? 2 685
alman 4 805 2 474
gürcü 3 031 2 400
çinli ? 1 642
özbək 1 571 1 593
latış 2 239 1 549
qazax 1 239 1 355
ərəb ? 1 330
çuvaş 2 242 1 277
mordva 1 677 877
tacik ? 871
bolqar ? 672
yunan ? 617
başqırd 1 091 607
vyetnamlı ? 588
osetin ? 554
koreyalı ? 541
udmurt ? 481
Anadolu türkü ? 469
mari ? 416
puştun ? 429
eston ? 407
ləzgi ? 404
qumuq ? 360
fars ? 323
karel ? 302
çeçen ? 265
komi ? 212
qaqauz ? 204
fin ? 151
avar ? 149
çex ? 121
komi-permyak ? 109
rumın ? 106
m.g. ? 225 921
m.b. ? 608
digər 14 876 5 178
  • Qeyd: m.g.- milliyyətini göstərməyənlər./m.b.- milliyyətini bildirməyənlər.

Dil[redaktə | əsas redaktə]

Belarus Respublikasının dövlət dilləri belarus və rus dilləridir.

Din[redaktə | əsas redaktə]

Əhalinin 80%-ni pravoslavlar, 15%-ni katoliklər təşkil edir.

Belarus tanınmış azərbaycanlıları[redaktə | əsas redaktə]

Azərbaycan tanınmış beloruslar[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Перепись населения — 2009. Статистические публикации // Национальный статистический комитет Республики Беларусь (rus.)
  2. Prezident Administrasiyasının rəhbəri baş nazir oldu 27.12.14
  3. О демографической ситуации в январе — июле 2013 г. // Национальный статистический комитет Республики Беларусь. (rus.)
  4. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında imzalanmış sənədlərin siyahısı
  5. Official population estimations 01-01-2009
  6. National Statistical Committee of the Republic of Belarus: National composition of population of the Republic of Belarus
  7. Population statistics of Eastern Europe: Ethnic composition of Belarus 2009