Bolqarıstan

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Bolqarıstan Respublikası
Република България
Republika Bǎlgarija
Bolqarıstan bayrağı Bolqarıstan gerbi
Bayrağı Gerbi
Şüar: Съединението прави силата
Himn: Мила Родино
Bolqarıstan – xəritədə yeri
Paytaxt Sofiya
Böyük şəhərlər Sofiya — 1 174 min nəfər (2011-ci il)
Rəsmi dil Bolqar dili
Etnik qruplar Bolqar - 82,5%, Türk - 8%, Qaraçı - 4,4%, Pomak - 3%
İdarəetmə forması Parlament respublikası
Prezident Rosen Plevneliyev
Baş nazir Plamen Oreşarski
Yaranması
 - Müstəqillik 3 mart 1878
Aİ-yə qəbul 2007
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

110 879 km² (105-ci yer)
0,3
Əhali
• Təxmini sayı (2014)
• Siyahıyaalma (2011)
Əhali sıxlığı

7 480 000 nəfər (98-ci yer)
7 351 234 nəfər
67 nəfər/km²  (124-cü)
ÜDM (AQP)
  • Cəmi (2013)
  • Adam başına

$104,6 milyard  (74-cü yer)
$14 400  (93-cü yer)
ÜDM (nominal)
  • Cəmi (2010)
  • Adam başına

$44,843 milyard  (68-ci yer)
$$5.955  (68-ci yer)
İnsan inkişafı indeksi (2013) 0,782  (yüksək) (57-ci yer)
Pul vahidi lev (BGN)
Saat qurşağı UTC+2 (UKV)
İnternet domeni .bg
Telefon kodu +359

Bolqarıstan Respublikası (bolq. Република България) — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.

Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən SerbiyaMakedoniya Respublikası, cənubdan YunanıstanTürkiyə ilə həmsərhəddir.

Əfsanəyə görə, Allah dünyadakı torpaqları xalqlar arasında bölüşdürən vaxt bolqarlardan savayı bütün xalqlar "auksionda" iştirak ediblər. Bolqarlar isə bu vaxt torpaqda "eşələnirmişlər", – axşamacan zəmilərdə toxum səpirmişlər. Allah onların bu zəhmətkeşliyini görüb onlara cənnəti – indi Bolqarıstan adlanan ərazini hədiyyə edib.

Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.

Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır.

Demoqrafiya[redaktə | əsas redaktə]

Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir .[1]

Milli tərkib[redaktə | əsas redaktə]

Bolqarıstan əhalisinin milli tərkibi
Etnik qruplar 2001 sa.[2][3][4] 2011 sa.[5][6]
cəmi 7,928,901 7,364,570
bolqar 6,655,210 5,664,624
türk 746,664 588,318
qaraçı 370,908 325,343
rus 15,595 9,978
erməni 10,832 6,552
arumın 10,566 3,684
makedoniyalı 5,071 1,654
qaraqaçan 4,107 2,556
yunan 3,408 1,379
ukraynalı 2,489 1,789
yəhudi 1,363 1,162
rumın 1,088 891
krım tatarı 1,803 *
qaqauz 540 *
digər 16,449 19,659*
m.g. 86,915 53,391

Bolqarlar[redaktə | əsas redaktə]

  • 2001-ci il siyahıya alınmasına əsasən 7.928.901 nəfər olan Bolqarıstan əhalisinin 83,94%-i (6.655.210 nəfər) öz milli mənsubiyyətini bolqar olaraq göstərmişdir. 2001-ci il siyahıya alması zamanı onlardan 6.622.850 nəfəri ana dilini Bolqar dili olduğunu bildirdi. 6.655.210 nəfər Bolqarın 6.315.938 nəfəri xristianlığa (6.263.536 nəfəri pravoslav, 37.811 nəfəri katolik, 14.591 nəfəri protestant), 131.531 nəfəri islama, 107.741 nəfəri isə digər dinlərə etiqad edir. [3]

Pomaklar[redaktə | əsas redaktə]

2001-ci il əhali siyahıyaalınmasına əsasən pomaklar etnik anlamda bolqar olaraq siyahıya alınmışdırlar. Saylarının siyahıyaalmaya əsasən 131,531 nəfər olduğu məlum olmuşdur. Ancaq qeyri-rəsmi təxminlərə əsasən siyahıyaalınma zamanı pomaqların sayı təxminən 160,000-240,000 nəfər arasında olmuşdur.[7]

Türklər[redaktə | əsas redaktə]

Türk əsilli tayfaların Bolqarıstan Respublikasının ərazisində məskunlaşması tarixi təxminən III əsrin sonu IV əsrin əvvəllərində başlanmış və Osmanlı İmperiyasının Bolqarıstanın ərazisinin fəthinədək davam etmişdir .

  • 2001-ci ildə aparılmış siyahıya almaya əsasən ölkə əhalisinin 9,42%-i (746.664 nəfər) öz etnik mənsubiyyətini Türk olaraq göstərmişdir. Beləliklə bu siyahıya alma zamanı türklərin 720.136 nəfəri ana dilini türkcə, 26.147 nəfəri isə Bolqar dili olaraq göstərmişdir. Dini inanc baxımından isə türklərin 713.024 nəfəri islama (660.003 nəfəri sünni, 53.021 nəfəri qızılbaş), 10.052 nəfəri xristianlığa (5.425 nəfəri provoslav, 2.561 nəfəri katolik, 2.066 nəfəri protestant), 23.588 nəfəri isə digər dinlərə etiqad edirlər. [3]

Qaraçılar[redaktə | əsas redaktə]

  • 2001-ci il siyahıya alması zamanı 370.908 nəfər öz etnik mənsubiyyətini Qaraçı (bolqarca : Роми) olaraq göstərmişdir. Onların 204.977 nəfəri xristianlığa (180.326 nəfəri pravoslav, 24.651 nəfəri protestant), 103.436 nəfəri islama, 62.495 nəfəri isə digər dinlərə etiqad edir. Siyahıya almaya əsasən Qaraçıların 319.821 nəfəri ana dilini qaraçı dili (bolqarca : майчин език), 26.147 nəfəri bolqar dili, 24.214 nəfəri türkcə, 726 nəfəri isə digər dillər kimi göstərmişdir. [3]

Bölgələrlə bağlı statistik göstəricilər[redaktə | əsas redaktə]

# Bölgənin adı Əhalisi Ərazisi (kv. km) Sıxlıq
1 Sofiya şəhəri 1.220.196 1.241.5 983.4
2 Burqaz 878.145 14.659.7 59.7
3 Varna 991.901 11.927.8 83.0
4 Loveç 1.048.025 15.150.0 69.0
5 Montana 653.285 10.622.0 61.7
6 Plovdiv 1.289.991 13.625.2 94.5
7 Ruse 835.713 10.838.2 77.8
8 Sofiya 1.003.761 19.100.4 52.9
9 Haskovo 1.055.010 13.897.0 76.0
10 Cəmi 8.976.027 110.618 80.8

Adın etimologiyası[redaktə | əsas redaktə]

Bolqar xalqının etnonimindən.

Tarix[redaktə | əsas redaktə]

Bolqarıstan beş əsr ərzində Osmanlı imperiyasına daxil olub. Buna baxmayaraq, bütün bu dövr ərzində Bolqarıstanda pravoslav ənənələri güclü olub.

Müasir tarix[redaktə | əsas redaktə]

Birinci dünya müharibəsində Almaniya imperiyası tərəfində döyüşən Bolqarıstanın vəziyyəti müharibədəki məğlubiyyətdən sonra daha da pisləşdi. 1919-cu ilin əvvəli üçün ölkədəki 300 iri sənaye müəssisəsindən ancaq 74-ü işləyirdi. 1919-cu ilin avqustunda və 1920-ci ilin martında keçirilən seçkilərdə Bolqarıstan Xalq Əkinçilik İttifaqı (BXƏİ) və Bolqarıstan Kommunist partiyası (tesnyaklar) qələbə qazandılar. BXƏİ lideri A.Stanboliyskinin başçılığı ilə hökümət təşkil olundu. Hökümət bir sıra demokratik islahatlar keçirdi. 1922-ci ildə Bolqarıstanda Xalq Anlaşması və Hərbi cəmiyyət kimi faşist təşkilatları meydana gəldi. Onlar 1923-cü ilin iyununda dövlət çevrilişi edərək Stanboliyski hökümətini devirdilər. Onun özü faşistlər tərəfindən vəhşicəsinə öldürüldü. Ölkədə faşist diktaturası yaradıldı. 1931-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə müxalifətdə olan burjua partiyalarının təşkil etdiyi Xalq bloku qələbə qazandı. Malinovun başçılığı ilə onların nümayəndələrindən ibarət koalisyon hökümət yaradıldı. Hökümətdə əsas rolu vaxtilə faşist çevrilişində iştirak etmiş Demokratik partiya oynayırdı. 1932-ci ildə faşist tipli yeni Nasional-Sosialist Hərəkat partiyasıZveno təşkilatları meydana gəldi. 1934-cü ilin mayında K.Georgiyevin Zveno qrupu tərəfindən dövlət çevrilişi edildi. 1935-ci ildə təşkil olunmuş yeni dövlət çevrilişi nəticəsində İtaliya kralının qızı ilə evlənmiş çar Boris hakimiyyətə gəldi. Beləliklə, Bolqarıstanda monarxist faşist diktaturası bərqərar oldu. Faşist Almaniyasının və İtaliyanın köməyi ilə ölkədə sürətli silahlanma başlandı. İkinci dünya müharibəsindən sonra, Bolqarıstan demək olar ki, yarım əsr Sovet İttifaqının əlaltısına çevrildi. Ölkənin 2004-cü il mart ayında NATO-ya daxil olması Qərb dünyasına inteqrasiya yolunda Bolqarıstanın ən böyük uğuru oldu.

Kommunizmin dağılmasından sonra Bolqarıstanın demokratiya və bazar iqtisadiyyatına keçidi asan olmadı. 90-cı illərin birinci yarısında siyasi qeyri-stabillik və tətillər davam etdi. Öz partiyalarının adını sosialist kimi dəyişdirən kommunistlər yenə də böyük təsirə malik idilər. 90-cı illərin ikinci yarısında isə ölkədə daha çox stabillik, iqtisadi islahatların həyata keçirilməsində inkişafın hiss edilməsi müşahidə olunub. 2001-2005-ci illər arasında baş nazir vəzifəsini keçmiş çar II Simeon tutanda, ölkə iqtisadiyyatını Avropa Birliyi meyarlarına uyğunlaşdırmaq məqsədilə aktiv bazar islahatları keçirdi. Nəticədə, Bolqarıstan inflyasiyanın və həmin vaxta qədər 20 faizə çatan işsizliyin azalması ilə iqtisadi inkişafa nail oldu. Buna baxmayaraq, əhalinin həyat səviyyəsi və gəliri hələ də aşağı olaraq qalır. 2004-cü ildə Bolqarıstan Avropa Birliyinə (AB) namizədlər arasına düşmədi. Amma artıq 2005-ci ilin aprel ayında ölkə birliyə daxil olmaq barədə müqavilə imzaladı və 2007-ci il yanvarın 1-dən Avropa Birliyinin tərkibinə daxil olması ilə əlaqədar razılıq əldə etdi.

Siyasət[redaktə | əsas redaktə]

1. Demokratik Qüvvələr İttifaqı – DQİ (1989) sədr: N.Mixaylova;

2. Bolqarıstan Sosialist Partiyası – BSP (1991) sədr: S.Stanişev;
3. Xalq İttifaqı: Demokratik Partiya və Bolqarıstan Xalq Əkinçi İttifaqı, lider: A.Mozer;
4. Azad Demokrat İttifaqı, lider: S.Sofyaneki.

İnzibati ərazilər[redaktə | əsas redaktə]

8 vilayətdən ibarətdir. Vilayətlər icmalara bölünür.

Silahlı qüvvələr[redaktə | əsas redaktə]

İllik hərbi xərclər 356 mln. dol. (2002)

İqtisadiyyat[redaktə | əsas redaktə]

İxracat

Maşınqayırma məhsulları, ərzaq məhsulları, çaxır, tütün, yanacaq, xammal, ayaqqabı, dəmir.

İdxal

Enerji daşıyıcıları, avtomobilılər, xalq istehlakı malları.

Dil[redaktə | əsas redaktə]

Bolqar dili.

Din[redaktə | əsas redaktə]

2001-ci il siyahıya almasının yekunlarına əsasən Bolqarıstanda 96 dini cərəyan qeydə alınmışdır .[3]

MİLLİ STATİSTİKA İNSTİTUTU HESABATI (2001)
Dini cərəyanlar Say, 2001 s.a.[3] Say, 2011 s.a.[8]
Toplam 7 928 901 7 364 570
Pravoslav xristianlar 6 552 751 4 374 135
Katolik xristianlar 43 811 48 945
Protestant xristianlar 42 308 64 476
Qriqoryan xristianlar 6 500 1 715
Sünni müsəlmanlar 913 957 546 004
Qızılbaş müsəlmanlar 53 021 27 407
Digər müsəlmanlar * 3 728
Buddistlər 1 042 *
İudaistlər 653 706
Digər 314 858* *

İstinadlar[redaktə | əsas redaktə]

  1. Национален Статистически Институт :6.1.1. Население по области, общини, местоживеене и пол – Данни
  2. National, regional and minority languages in Europe. Frankfurt am Main, 2011. İSBN: 9783631603659. Contents: On the minority languages in Bulgaria, page 97-106
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 Национален съвет за сътрудничество по етническите и интеграционните въпроси :Етнически Малцинствени Общности
  4. Национален Статистически Институт :Население към 01.03.2001 г. по области и етническа група
  5. Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, пол и етническа група
  6. Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, възраст и етническа група 1
  7. Minority Rights Group International: Bulgaria :Bulgarian-speaking Muslims (Pomaks)
  8. Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население по местоживеене, възраст и вероизповедание---..Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката

Xarici keçidlər[redaktə | əsas redaktə]