Monako

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Monako Knyazlığı
fr. Principauté de Monaco'
Monako bayrağı Monako gerbi
Bayrağı Gerbi
Monako – xəritədə yeri
Paytaxt Monako-Vill
Böyük şəhərlər Monako-Vill, Monte Karlo, La Konadamin, Fovyey
Rəsmi dil Fransız
Dövlət dini Katolik
Etnik qruplar fransızlar -45% ,italiyalılar -20% ,moneqasklar -16 %
İdarəetmə forması Dualistik, konstitusiyalı monarxiya
Knyaz II Albert (IV.2005~)
Dövlət naziri Mişel ROJE (III.2010~)
Ərazi
• Ümumi

2,02 km² (236 yer)
Əhali
• Təxmini sayı (2013)
• Siyahıyaalma (2008)
Əhali sıxlığı

34 min nəfər (210-cu yer)
31 109 nəfər
17 000 nəfər/km²
ÜDM (AQP)
  • Cəmi (2011)
  • Adam başına

$5 748 million $  (166 yer)
$70 700 $  (6 yer)
Pul vahidi Avro (EUR)
Saat qurşağı +1 (UKV)
İnternet domeni .mc
MonacoLibreDeDroits.jpg

Monako knyazlığıAvropa dövləti. Rəsmi adı Monako knyazlığıdır fr. Principauté de Monaco. moneqask dilində: Principatu de Múnegu; Oksitan dilində: Principat de Mónegue; italyanca: Principato di Monaco). Sahəsi 2,02 km²-dir. Bu dövlət dünyada fransızdilli ən kiçik ərazi sayılır. Knyazlığa Qrimaldi sülaləsindən olan 2 Albert başçılq edir.

1911-ci il konstitusiyasına görə, Monako rəsmi olaraq 3 bələdiyyəyə (kommuna) bölünür:

  1. Monako(Monako-Vil) knyazlığın paytaxtıdır, knyazların iqamətgahı burada yerləşir.
  2. Monte Karlo - şərq və şimal-şərqi əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.
  3. La Kondamin - limanın da daxil olduğu şimal-qərb bölgəni əhatə edir.

Monakonun 20 otelində dünyanın müxtəlif dillərində danışan qonaqlara rast gəlmək mümkündür. Monako knyazlığı öz qonaqlarını 7 əsrlik zəngin qəhrəmanlıq hadisələri ilə dolu Qrimaldi ailəsinin tarixi ilə tanış edir. Köhnə şəhər üzərində ucalan knyaz sarayı öz memarlığı və hər gün düz günorta baş verən gözətçi dəyişikliyi ilə məşhudur. Sarayın ətraflarında isə digər görməli yerlər var; qeyri-adi akvariuma malik Okeanoqraf muzeyi, həmişə yaşıl Ekzotik bitkilər bağı, Monte-Karlo kazinosu, Dəniz muzeyi, kino muzeyi, Monako knyazının köhnə avtomobillər kolleksiyası ekspozisiyası və s.

Monako incəsənətlə yaşayır. Burada hər il müxtəlif sərgilər, solo və filarmonik konsertlər keçirilir, dünyanın mxtəlif yerlərindən gəlmiş məşhur opera müğənniləri və balet truppaları çıxış edirlər.

Monakoda Knyaz sarayı çoxəsrlik adət-ənənənin mühafizəkarıdır. Saray 1215-ci ildə Genuya qalasının yerində tikilmişdir. Sarayın qabaq hissəsini tutan, XVI (16-cı) əsr Genuya rəssamlarının əsərlərindən ibarət italyan qalereyası, Lüdovik XV (15-ci) qonaq otağı öz gözəlliyi ilə seçilir. Qışda qara, yayda ağ parad formasına malik karabiner gözətçilərinin növbə dəyişməsi hər gün saat 11:55-də təntənəli surətdə həyata keçirilir.

Monakoda İdman[redaktə | əsas redaktə]

Monako burada keçirilən idman hadisələri ilə də tanınmışdır; məşhur Formula 1 Qran-Pri yarışları, tennis üzrə bütün dünyada məşhur «Open» turniri, at yarışları, yaxta yarışları, müxtəlif yarışlar və çempionatlar. Aktiv istirahət həvəskarları; su xizəyi və motosikl, yelkən qayıqları və vindserfinq ilə də məşğul ola bilərlər. Məşhur Kantri-Klubun tennis kortları və dəniz səviyyəsindən 1890 m hündürlükdə yerləşən qolf meydançası ilin fəslindən asılı olmayaraq hamı üçün açıqdır.

Maraqlı faktlar[redaktə | əsas redaktə]

  • Monakonun Milli orkestrinin üzvlərinin sayı ordusundakı əsgərlərin sayından çoxdur.
  • 2010-cu ilin sentyabrında Monakodan yola düşən günəş enerjisi ilə çalışan ilk gəmi yer üzünü 587 günə dövr edib. 28 ölkə, 3 okean, 11 dəniz qət edən bu gəmi dünyada günəş enerjisi ilə çalışan ən böyük gəmidir. Gəminin adı MS Turanor PlanetSolar-dır.

Həmçinin bax[redaktə | əsas redaktə]