Makedoniya Respublikası

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Makedoniya Respublikası
Република Македонија
Makedoniya bayrağı Makedoniya gerbi
Bayrağı Gerbi
Şüar: Слобода или смрт (mak.)
"Ya azadlıq, ya ölüm"
Himn: Денес над Македонија (mak.)
"Bu gün Makedoniya üzərində"
Makedoniya – xəritədə yeri
Paytaxt Skopye
Böyük şəhərlər Skopye- 501 min nəfər ( 2014-cü il).
Rəsmi dil Makedon dili
Etnik qruplar Makedonlar (64,2%), albanlar (25,2%), türklər (3,9%), digər (6,7%)
Prezident George İvanov [12.V.2009 ]
Baş nazir Nikola Qruyevski [26.VIII.2006 ]
Yaranması
 - Müstəqillik elan edilməsi 8 sentyabr 1991
 - Beynəlxalq tanınma 8 aprel 1993
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

25 713 km² (148-ci)
1,9
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (1.XII.2002)
Əhali sıxlığı

2 100 min [1] nəfər (144-cü)
2 022 547 nəfər
83 nəfər/km²  (113-cü)
ÜDM (AQP)
  • Cəmi (2008)
  • Adam başına

$$18,82 milyard
$$9 157
ÜDM (nominal)
  • Cəmi (2008)
  • Adam başına

$$9,57 milyard
$$4 656
İnsan inkişafı indeksi (2008) 0,808  (yüksək) (68-ci)
Pul vahidi Makedoniya denarı (MKD)
Saat qurşağı CET (UKV+1)
Yay vaxtı CEST (UKV+2)
İnternet domeni .mk
Telefon kodu +389

Makedoniya Respublikası (mak. Република Македонија), qısaca Makedoniya — Cənub-Şərqi Avropada, Balkan Yarımadasında ölkə. Şimalda Serbiya, qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə Bolqarıstan ilə qonşudur. Birləşmiş Millətlər tərəfindən 1993-cü ildə müstəqil ölkə kimi tanınmışdır. Yunanıstanın təzyiqləri nəticəsində ölkənin adı BMT-də Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) (makedonca: Поранешна Југословенска Република Македонија - ПЈРМ) kimi qəbul edilib.[2]

500 min nəfər əhalisi olan paytaxt Skopye eyni zamanda ölkənin ən böyük şəhəridir. Buşəhər 1961-ci ildə zəlzələnəticəsində tamamilə dağılmış və yenidən qurulmuşdur. Hazırda ölkənin əsas sənaye və ticarət mərkəzidir. Makedoniyanın digər böyük şəhərləri bunlardır: Monastr, Kumanovo, Prilep, Qalxandalan, Ohri, Veles, İştip, Qoçanı, Gostivar, Ustrumca. Ölkə ərazisinin çox hissəsini dərin vadiləri olan dağlar, dik yamacları olan təpəliklər və meşə massivləri tutur. Ölkədə 50-yə yaxın təbii və süni göl, eləcə də hündürlüyü 2,000 metrdən artıq 16 dağ var. Makedoniya ərazisində olan ən böyük göl Oxrid gölü, ən uzun çay Vandar çayıdır.

Ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Frankofonun, Dünya Ticarət Təşkilatının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. Makedoniya 2005-ci ilin dekabr ayından Avropa İttifaqına üzv olmaq üçün danışıqlar aparır. Bundan başqa ölkə Şimali Atlantika Müqaviləsi Təşkilatıına (NATO) üzv olmaq istəyən ölkələr sırasındadır.

Tarix[redaktə | əsas redaktə]

Bugünkü Makedoniya torpaqları, tarixdə bir çox dövlət və imperatorluğun sərhədləri içində olmuşdur. Bunlar içində Roma İmperatorluğu (sonrasında Şərq Roma İmperatorluğu) və Osmanlı İmperatorluğu, bölgədə hökm sürən imperatorluqlardandır.

600 ilə yaxın müddət Osmanlı suverenliyində qalan bölgə, XX əsrdə Yuqoslaviya Sosialist Federativ Respublikasının ən cənub hissələrini təşkil etmişdir.

1991-ci ildə muxtar respublika Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikasının daxili döyüşlərə girdiyi dövrdə müstəqilliyini elan etmişdir.

Əhali[redaktə | əsas redaktə]

Əsas məqalə: Makedoniya əhalisi
Skopye türklərinin bayrağı

30 iyun 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Makedoniya əhalisi 2.061.044 nəfər, bütün ölkə üzrə əhalinin orta sıxlığı isə 1 km²-ə 80.2 nəfərdir.[1]

Milli tərkib[redaktə | əsas redaktə]

Makedoniya Respublikasının əhalisinin 2/3 hissəsini makedoniyalı slavyanlar, 1/4 hissəsini albanlar, 4 faizini türklər və təxminən 2,7 faizini serblər, rumınlar və qaraçılar təşkil edirlər.

Dil[redaktə | əsas redaktə]

Ölkə əhalisinin 68%-i rəsmi dövlət dili olan makedon dilində, 25%-i alban, 3%-i türk, 2%-i isə serb-xorvat dillərində danışır. Dini etiqadına görə Makedoniya əhalisinin 64%-i pravoslavdır. Müsəlmanlar ölkə əhalisinin 33%-ni təşkil edir. Makedoniyanın paytaxtı, eyni zamanda ən böyük şəhəri olan Skopyedə 380 min nəfər yaşayır.

Din[redaktə | əsas redaktə]

2002-ci il siyahıyaalınmasının yekunlarına əsasən əhalisinin 65 %-i pravoslav, 32 %-i müsəlman, 3 %-i əsasən katolikprotestant xrisitian və iudaistdir.[3]

Həmçinin bax[redaktə | əsas redaktə]

Şəkillər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1,0 1,1 State Statistical Office of the Republic of Macedonia :Population
  2. United Nations Resolution 225 (1993)
  3. " New Balkan Politics " — Journal of politics: Interethnic relations in Macedonia: People Centred Analyses. İssue 12, 2010.

Xarici keçidlər[redaktə | əsas redaktə]

VikiAnbarda Makedoniya Respublikası ilə əlaqəli mediafayllar var.