Uruqvay

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Uruqvay Şərq Respublikası
República Oriental del Uruguay
Uruqvay bayrağı Uruqvay gerbi
Bayrağı Gerbi
Şüar: "Libertad o Muerte"
(isp. "Azadlıq və ya ölüm")
Himn: Uruqvay Şərq Respublikasının himni
Uruqvay Şərq Respublikasının himni
Uruqvay – xəritədə yeri
Paytaxt Montevideo-1 630 min sakin (2009-cu il)
Böyük şəhərlər Montevideo
Rəsmi dil İspan dili
Etnik qruplar
  • 85.8% Ağdərili
  • 5.4% Mulat
  • 2.7% Qaradərili
  • 2.6% Metis
  • 2.0% Hindi
  • 0.8% Melunkan
İdarəetmə forması Prezident respublikası
Prezident Tabaré Vázquez [1.III.2015~ ]
Vitse-Prezident Raúl Sendic [1.III.2015~ ]
Yaranması
 - Braziliya İmperiyasından ayrılması 25 avqust 1825
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

176 220 km² (91-ci yer)
1,5
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (1.IX.2011)
Əhali sıxlığı

3 500 min nəfər (135-ci yer)
3,286,314[1] nəfər
19 nəfər/km²  (198)
ÜDM (AQP)
  • Cəmi (2014)
  • Adam başına

$$56,3 milliard[2]  (94-cü yer)
$$16 500[2]  (80-ci yer)
ÜDM (nominal)
  • Cəmi (2014)
  • Adam başına

$$58.569 bilyon[2]
$$17,204[2]
İnsan inkişafı indeksi (2012) 0.792  ([3]) (51-ci)
Pul vahidi Uruqvay pesosu (UYI)
Saat qurşağı UYT (UKV−3)
Yay vaxtı UYST (UKV−2)
İnternet domeni .uy
Telefon kodu +598

Uruqvay, (isp. República Oriental del Uruguay) — Cənubi Amerikanın cənub tərəfində yerləşən dövlət. Qərbdən Argentina, şimal və şərqdən isə Braziliya ilə sərhəddir. Uruqvayın cənub sərhədlərini isə Atlantika okeanı təşkil edir. Ölkədə 3.3 milyon insan yaşayır. Əhalinin 1.8 milyon nəfərə yaxını Montevideo və digər böyük şəhərlər olmaqla yaşamaqdadır. 176.215 kvadrat kilometr əraziyə sahib olan Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkə hesab olunur.

1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı. Uruqvay 1811-1828-ci illər aralığında davam edən (Argentina-Braziliya müharibəsi) və dörd dövlətə qarşı aparılan (İspaniya, Portuqaliya, ArgentinaBraziliya) azadlıq mübarizəsinin nəticəsində 1828-ci ilin 28 avqustunda Montevideo sülh müqaviləsi imzalanmış və bununlada öz müstəqilliyini əldə etmişdir.

Ölkə ərazisində saxlanılan xarici hərbi qarnizon XX əsrin sonlarına qədər Uruqvayın daxili işlərinə bir başa müdaxilə etmək imkanına sahib oldu. Modern Uruqvay hal-hazırda Konstitusiyalı Respublika olaraq prezident (Xose Muxika) tərəfindən idarə olunur. Prezident dövlətin və hökümətin başçısı sayılır. Uruqvay hazırlanan analitik araşdırmalarda tez-tez Latın Amerikasının iqtisadi baxımdan ən inkişaf etmiş və həyat səviyyəsinin ən yüksək olduğu ölkələrindən biri kimi göstərilir.


Tarixi[redaktə | əsas redaktə]

Əsas məqalə: Uruqvay tarixi

Uruqvay sözünün etimologiyası Quarani dili dilində olan Uruqvay çayı sözündən götürülmüşdür. Sözün tərcüməsi Rəngli quşlar çayı deməkdir.[4] Beynəlxalq aləmdə isə dövlət (isp. La República Oriental del Uruguay) Uruqvay Şərq Respublikası kimi tanınır.[5]

Erkən koloniyalaşma dövrü[redaktə | əsas redaktə]

İspanların Uruqvaya ilk gəlişi 1516-cı ilə təsadüf edir.[6] XV əsrdən etibarən ərazidə yayılmağa başlayan müxtəlif xətəliklər, qızıl və gümüş ehtiyatlarının az olması səbəbindən XVI və XVII əsrlərdə Uruqvayda yeni yerləşim sahələri məhdud sayda salınmışdır.[7] Latın Amerikası bölgəsində üstünlük əldə etməyə çalışan ora əsrlərdə Avropanın iki böyük dəniz dövləti Portuqaliya imperiyasıİspaniya imperiyası Uruqvay üzərində nüfuz üstünlüyü əldə etmək üçün bir-biri ilə mübarizəyə başladı. 1603-cü ildə İspaniya imperiyası tərəfindən kənd təsərrüfatını inkişaf etdirmək üçün ölkədə camış fermaları yaradılır. Uruqvayda ilk koloniya 1624-cü ildə İspanlar tərəfindən salınır və Neqro çayının sahilində yerləşən həmin koloniya Soriano adlandırılır. İspaniya imperiyasının ərazidə möhkəmlənməsindən narahat olan Portuqaliya imperiyası 1669-1671-ci illərdə Sakramento koloniyasının əsasını qoyur və əlavə hərbi məqsədli bir necə qala inşa edir. İspaniya imperiyası Portuqaliyalı dəniz səyyahlarına və ölkəyə gələn Portuqal din misyonerlərinə qarşı ərazidə İspan yaşayış məntəqlərinin sayını sürətlə artırmağa başladı. İspaniya imperiyasını narahat edən məsələlərdən biridə Braziliya - Uruqvay sərhəddində portuqal dilində danışan və onların tərəfini tutan yerli etnik əhalinin artması idi.

Uruqvayın indiki paytaxtı olan Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi məntəqə kimi salınmışdır. Qısa zamanda hərbi şəhərçik olmaqdan çıxan Montevideo liman şəhəri kimi sürətlə inkişaf etməyə başladı. XIX əsrin ortalarında şəhər iqtisadi baxımdan yaxınlıqda yerləşən Buenos Ayres şəhəri ilə rəqabət aparırdı.[8] XIX əsr Uruqvay üçün uğurlu olmadı. Ölkə hələdə iki imperiya arasında mübahisə predimeti olaraq qalırdı və bu hal ölkə iqtisadiyyatına bir başa mənfi təsirini göstərirdi. İspaniya imperiyasıPortuqaliya imperiyasının ardınca Britaniya İmperiyasıda bu nüfuz yarışına qoşuldu. 1806-1807-ci illərdə Britaniya İmperiyası Napoleon müharibələrinin bir parcası olaraq MontevideoBuenos Ayres şəhərlərini ələ keçirməyə başladı. Çətin günlərini yaşayan İspaniya imperiyası ingilislərə ciddi müqavimət göstərə bilmədi və nəticədə Montevideo 1807-ci ildə işğal edilidi. 1834-1835 ci illərdə ölkədə Kolorados və Ağların toqquşması nəticəsində Braziliya müdaxiləsi baş veririr buda tarixi Uruqvay müharibəsi kimi düşür.

İstiqlaliyyət mübarizəsi[redaktə | əsas redaktə]

Əsas məqalələr: Şərq Bandası, Federal Liqası, və Kisplatina

Əhalisi[redaktə | əsas redaktə]

Əhalinin sayı 3,5 mln. (iyul 2010-cu ilin məlumatına görə) Əhalinin illik artımı - 0,4 % Orta ömür müddəti - kişilərdə - 73 yaş, qadınlarda - 80 yaş. Şəhər əhalisi - 92 % (2008) Savadlılıq - 98 % (2003) Rəsmi dövlət dili - ispan dili. Braziliya ilə sərhəd bölgəsində ispan və portuqaliya dillərinin qarışığından ibarət dialekt üstünlük təşkil edir Ənalinin etnik-dini tərkibi ağlar - 88 % metislər - 8 % mulatlar - 4 %

İstinadlar[redaktə | əsas redaktə]

  1. Resultados del Censo de Población 2011: población, crecimiento y estructura por sexo y edad ine.gub.uy
  2. 2,0 2,1 2,2 2,3 "Uruguay". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2012/01/weodata/weorept.aspx?sy=1980&ey=2017&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&pr1.x=67&pr1.y=10&c=298&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC&grp=0&a=. İstifadə tarixi: 4 January 2012.
  3. "Human Development Report 2013". United Nations Development Programme. 14 March 2013. http://hdr.undp.org/en/media/HDR2013_EN_Complete.pdf. İstifadə tarixi: 14 March 2013.
  4. Ministerio de Turismo y Deporte del Uruguay (Spanish, English and Portuguese)
  5. Uruguay - britannica.com
  6. Bureau of Western Hemisphere Affairs. "Background Note: Uruguay". US Department of State.
  7. Bureau of Western Hemisphere Affairs. "Background Note: Uruguay". US Department of State.
  8. Bureau of Western Hemisphere Affairs. "Background Note: Uruguay". US Department of State.

Xarici bağlantılar[redaktə | əsas redaktə]