Vatikan

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Vatikan
lat. Status Civitatis Vaticanæ
it. Stato della Città del Vaticano
Vatikan bayrağı Vatikan gerbi
Bayrağı Gerbi
Vatikan – xəritədə yeri
Rəsmi dil Latınİtalyan
İdarəetmə forması tamamilə teokratik Konstitusiyalı monarxiya
Roma Papası Fransis
Dövlət Katibi Tarçizo Bertone
Qubernator Covanni Laylo
Ərazi
• Ümumi

0,44 km² (232-ci)
Əhali
• Təxmini sayı (2010)
Əhali sıxlığı

829 nəfər (226-cı)
1884 nəfər/km²
Pul vahidi Avro (EUR)
İnternet domeni .va
Telefon kodu +379
Vatikanda Müqəddəs Pyotr meydanı

Vatikan — müstəqil dövlət-şəhər və Roma Papasının iqamətgahı yerləşən Roma katolik kilsəsinin mərkəzi. Başçısı Roma Papasıdır.

Vatikan şəhər-dövlətinin yaranması 7 iyun 1929-cu ildə imzalanmış Lateran müqaviləsi ilə bağlıdır. İtaliya hökuməti ilə imzalanan "Lateran sazişi"nə əsasən, paytaxt Roma şəhərinin Monte-Vatikano adlanan hissəsində Vatikan dövləti yaranıb. Sahəsi 44 hektar, əhalisi isə cəmi 1000 nəfərə yaxın olan Vatikan dünyanın ən kiçik dövləti sayılır. Paytaxtı Vatikan şəhəridir. Vatikan bütün dövlət atributlarına malikdir, dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır. BMT-nin üzvü olmayan yeganə Avropa dövlətidir.

Vatikan monarxiya olsa da, hakimiyyət irsi xarakter daşımır. Yəni dövlətə, kardinallar tərəfindın seçilmiş şəxs – Roma yepiskopu başçılıq edir.

Dünyanın ən kiçik ölkəsi olan Vatikan, qanunlara görə, ordu yarada bilmir. Vatikan 110 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə edilir(2013-cü ilə olan məlumata görə). Onlar həm Papanı, həm də Vatikan sarayını qorumalıdır. Şəhər isə ümumilkdə İtaliyanın himayəsi altındadır.

Ümumi məlumat[redaktə | əsas redaktə]

Vatikan dövlət şəhəri. Mons Vatikanus təpəsi adindan, latinca-vaticinia-"falçı yeri". İdarə etmə forması- Mütləq teoloji monarxiya. Dövlət başçısı- Roma papası, ömürlük seçilir. Ali qanunverici orqanı- Birpalatası Papa Şurası. Roma papası- xvı Benedikt (2005). Dövlət katibi- Tarçizio Bertone (2006). İnzibati idarəetmə- 5 kardinaldan və komissiyaya tabe olan qubernatordan ibarət xüsusi papa komissiyası. Dövlət dili- İtalyan, latın. Milli bayram- ll İohan Pavlın Roma papası seçildiyi gün- 22 oktyabr (1978). Yerləşir- Roma şəhərinin ərazisində. Əhali- daimi yaşayan əhali yoxdur. Papa, Roma kuriyasının rəhbərləri, Vatikan idarəsinin qulluqçuları 2493 nəfər. Vatikan himayəsində olan 821 nəfər. Qəzetlər- "Osservatore romano" - 50 min nüsxə, "Acensiya internasionale fides" mətbuat agentliyi (AİF). Valyuta....Pul vahidi- Vatikan lirəsi (İtalya lirəsi ilə bərabər işlənir). Papa dövləti əsasən numizmatlar üçün öz sikkələrini buraxır. Tarixi arayış- Vatikan- Frank kıralı Gödək Pipin Romanı və İtalyanın bir neçə əyalətini papa ll Stefana bağışladıqdan sonra 756-cı ildən mövcud olmuş Papa vilayətinin varisidir (1870-ci ilədək). Mövcud sərhədlərdə hazırkı Vatikan müstəqil dövlət kimi 1929-cu ildə yaradılmıştır. Ərazisi-0,44 km2 (517m2)

Cinayətkarlıq[redaktə | əsas redaktə]

Rəsmən dövlət statusuna malik Vatikanın cəmi 530 daimi sakini var. Lakin ərazisində törədilən müxtəlif cinayətlərin sayına görə, Vatikan dünya liderlərindən biridir. Vatikanda cinayətkarlıq səviyyəsinin çox yüksək olmasının səbəblərindən biri buraya gələn turistlər arasında qanun pozuntularıdır. Vatikanın hüquq-mühafizə sturkturu 2010-cu ildə turistlər və zəvvarlarla bağlı 170 cinayət, 1300-ə yaxın mülki iş qaldırıb. Vatikana hər il 17 milyondan artıq turist və zəvvar baş çəkir[1].

İstinadlar[redaktə | əsas redaktə]

  1. Turistlər bu dövlətin başına oyun açır

Xarici keçidlər[redaktə | əsas redaktə]

VikiAnbarda Vatikan ilə əlaqəli mediafayllar var.