Qırğızıstan

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Qırğızıstan Respublikası
Кыргыз Республикасы
Kyrgyz Respublikasy
Кыргызская Республика
Kyrgyzskaya Respublika'
Qırğızıstan bayrağı Qırğızıstan gerbi
Bayrağı Gerbi
Qırğızıstan – xəritədə yeri
Paytaxt Bişkek-854 min(2009-cu il)
Böyük şəhərlər Bişkek
Rəsmi dil Qırğız, rus
Etnik qruplar Qırğız 64,86%
Özbək 13,79%
Rus 12,51%
Digər 8,84% (1999 c.)
Prezident Almazbek Atambayev[1.XII.2011 ~]
Baş Nazir Coomart Otorbayev[2.IV.2014 ~]
Yaranması
 - Müstəqilliyin elan edilməsi 31 avqust 1991
 - Müstəqilliyin təsdiq olunması 25 dekabr 1991
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

199 900 km² (87-cı)
3,6%
Əhali
• Təxmini sayı (2009)
Əhali sıxlığı

5 663 100[1][2] nəfər (111-ci yer)
28 nəfər/km²  (176-cı yer)
ÜDM (AQP)
  • Cəmi (2013)
  • Adam başına

$14,3 milyard  (145-ci yer)
$2 500  (185-ci yer)
ÜDM (nominal)
  • Cəmi (2008)
  • Adam başına

$$5,05 milyard
$$950
İnsan inkişafı indeksi (2013) 0,622  (orta) (125-cı)
Pul vahidi Som (KGS)
Saat qurşağı Qırğızıstan vaxtı (UKV+6)
İnternet domeni .kg
Telefon kodu +996

Qırğızıstan (Qırğızca: Кыргызстан; Rus dili: Киргизия, oxunuşu: Kirgizia və ya Kirghizia, IPA: /ˈkəːgɪztan/) – Orta Asiyada dövlət.

Coğrafiya[redaktə | əsas redaktə]

Tyanşan dağları
Qırğızıstan xəritəsi

Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır. Tanrı dağları ölkənin 80%-ini əhatə etdiyi üçün ölkəni bəzən "Mərkəzi Asiyaın İsveçrəsi" adlandırırlar[3]. Tanrı dağları şimal-qərbində yerləşən və ölkənin ən böyük gölü olan İsıkgöll gölü Titikakadan sonra dünyanın ən hündür dağ gölüdür.

Qırğızıstan dövlətinin əyalətləri

Coğrafi mövqeyi və təbiəti[redaktə | əsas redaktə]

Qırğızıstan Respubliikası Mərkəzi Asiyada, okeanlardan uzaq, materik daxilində yüksək dağlıq regionda – Tyanşan, Talas, Qırğız, Türküstan dağlarında yerləşir. Ən uca zirvələri Qələbə piki (7439 metr) və Xan-Tenqridir (6995 metr). Dağlar arasında geniş İssıkkul, Narın, Talas vadiləri və Fərqanə çökəkliyinin Qırğızıstana aid olan cənub və şərq dağətəyi sahələri yerləşir. Ərazinin 95%-I 1000 metrdən yüksəkdə yerləşir. Qırğızıstan dağlarının geoloji quruluşunda, əsasən, Paleozoy erasının müxtəlif mənşəli süxurları iştirak edir. Dağəmələgəlmə prosesi davam edir. Kaynozoy çöküntüləri isə yalnız dağarası çökəkliklərdə və dağətəyində yayılmışdır. Qırğızıstanda əlvan metallar – mis, molibden, demir filizi, qızıl, civə, qurğuşun yataqları, dağarası çökəkliklərdə isə neft və kömür ehtiyatları mövcuddur.

İqlim[redaktə | əsas redaktə]

Qırğızıstan ərazisi subtropik və mülayim iqlim qurşağında yerləşir. Orta və yüksək dağlıqda sərt iqlim, dağarası çökəkliklərdə bir qədər mülayim iqlim hakimdir. Ən isti ayın orta temperature dağarası çökəkliklərdə (məsələn, İssıkkul çökəkliyində) 16-22 °C, qarlı və buzlu zirvələrdə 0 °C-dən aşağıdır. Yanvar ayında dağətəyi və düzənlik sahələrdə orta aylıq temperatur -1 °C olduğu halda, dağlıq ərazilərdə 15 °C -27 °C olur. Yağıntılar düzənlik və qapalı çökəkliklərdə 100 mm-dən 300 mm-ə qədər, dağlarda isə 900-100 mm-dək artır.

Daxili sular[redaktə | əsas redaktə]

Qırğızıstan çayları Aral, Tarim, İssıkkul və Ballxaş hövzələrinə aiddir. Çayların əksəriyyəti yayda daşır. Orta dağlığın çayları yeraltı, yağış və qar sularından qidalanır, əsasən yazda, və qismən yayda daşır. Çaylar böyük enerji mənbəyidir. Çu, Narın, Çatkal, Aksay çayları daha böyükdür. Onların üzərində su anbarları və su elektrik stansiyaları tikilmişdir. Respublikada 2 mindən artıq dağ gölü var. Bunlardan ən böyükləri İssıkkul, Songöl və Çatırgöldür.

Torpaq və bitki örtüyü[redaktə | əsas redaktə]

Torpaq və bitki örtüyü yüksəkliyə görə və yamacların səmtindən asılı olaraq kəskin dəyişir. Dağətəyi qapalı çökəkliklərdə və dağların qərb yamaclarında, əsasən, boz və boz-qonur torpaqlar, səhra və yarımsıhra bitkiləri inkişaf etmişdir. Çox yağıntı alan yüksəkliklərdə küknar, qoz meşələri, Türküstan, Alatau, Talas dağlarında meşə-kollar yayılmışdır. Yüksək dağ vadilərində hündürlükdən asılı olaraq dağ-çöl, dağ-çəmən, dağ-tundra bitkiləri geniş yer tutur və heyvandarlığın inkişafında böyük rol oynayır. Uca dağ massivləri daimi qar və buzlarla örtülüdür. Buzlaqların ümumi sahəsi 6578 km2-dən artıqdır. Xan-Tenqri massivindəki buzlaq daha nəhəngdir.

Əhali[redaktə | əsas redaktə]

Əsas məqalə: Qırğızıstan əhalisi

Qırğızların etnik tarixi hun, sak və usun qəbilələri ilə bağlıdır. Bu qədim türk qəbilələri e.ə VII əsrdə köçəri tayfa ittifaqları yaratmışdılar. Sonrakı əsrlərdə Qırğızıstan ərazisi müxtəlif yadelli dövlətlərin əsarəti altına düşmüşdür. Ölkə XIX əsrdə Rusiyanın tərkibinə daxil edilmişdir. Qırğızıstan 1991-ci ildən müstəqilliyini elan etmiş parlamentli respublikadır. Ölkənin başçısı prezidentdir.

Qırğızıstan çoxmillətli ölkədir. Burada ruslar, özbəklər, ukraynalılar, tatarlar, qazaxlar, taciklər, uyğurlar, almanlar və 1930-1940-cı ilərdə buraya sürgün olunan azərbaycanlılar yaşayır.

Ölkənin relyefii əhalinin məskunlaşmasına və ərazinin təsərrüfat baxımından mənimsənilməsinə güclü təsir etmişdir. Əhalinin 80%-dən çoxu dağətəyi düzənliklərdə və çay vadilərində cəmləşmişdir. Təbii artım yüksəkdir – hər 1000 nəfərdə 16 nəfər. Orta sıxlıq 1 km2- 27 nəfərdir. Əhalisi çox sıx olan ərazilər Çu, FərqanəTalas vadiləridir.

Əmək ehtiyatlarının sürətlə artması əhalinin işlə təmin edilməsini çətinləşdirir. Bu, xüsusilə, qadın əməyindən istifadə olunmasında özünü qabarıq göstərir. Şəhər əhalisinin demək olar ki, 40%-i Qırğızıstanın paytaxtı Bişkek şəhərində yaşayır. Qırğızlar cəm halda ölkə sərhədlərindən kənarda da yaşayırlar.

Bişkek şəhəri dəmir və avtomobil yolları ilə Mərkəzi Asiyanın digər respublikaları ilə əlaqələnir. Şəhər ölkənin böyük elm və mədəniyyət mərkəzidir. Burada Elmlər Akademiyası, ali məktəblər, teatrlar, muzeylər və s. var.

Müasir iqtisadi-sosial vəziyyət[redaktə | əsas redaktə]

Qırğızıstan iqtisadiyyatına görə aqrar-sənaye ölkəsidir. Ölkə müstəqillik qazandıqdan sonra dövlət əmlakının özəlləşdirilməsi prosesi hələ də davam edir. Müstəqilliyin ilk illərində təsərrüfatın bütün sahələrində tənəzzül baş vermişdir. Elektroenergetika, yüngül, yeyinti sənayeləri, o cümlədən əlvan metallurgiya və maşınqayırma sənayesi ixtisaslaşmış sahələrdir.

Elektrik enerjisi ölkənin cənubunda Narın çayı üzərindəki SES-lər kaskadında cəmlənmişdir.

Əlvan metallurgiya sənayenin mühüm sahəsidir. Civə, sürmə, qalay, qurğuşun-sink filizləri çıxarılır. Tikinti materialları, yüngül (pambıqtəmizləmə, dəri-ayaqqabı, toxuculuq) və yeyinti (ət, süd, dənüyütmə) sənayesi var.

Aqrar-sənaye kompleksi[redaktə | əsas redaktə]

Aqrar-sənaye kompleksi Qırğızıstan üçün həmişə önəmli olmuşdur. Digər sahələrin inkişafında olan gerilik kənd təsərrüfatında, xüsusilə heyvandarlıqda hiss olunmaqdadır.

Əkin sahələri cəmi 1.4 milyon hektardır. Buna baxmayaraq, Qırğızıstanda ildə on minlərlə ton pambıq, taxıl, tütün, üzüm, kartof, tərəvəz yığılır. Qırğızıstan taxıla olan tələbatını ödəyir. Çu və Fərqanə vadilərində bağçılıq və üzümçülük inkişaf etmişdir.

Qırğızıstanda kənd təsərrüfatı heyvandarlığa əsaslanır. Buna səbəb təbii yem bazasının geniş olmasıdır. Heyvandarlığın aparıcı sahələri zərifyunlu qoyunçuluq və atçılıqdır. İldə 15 min tondan (dünyada üçüncü yer) çox yun istehsal edilir. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 88%-i özəl müəssisələrin payına düşür.

Nəqliyyat[redaktə | əsas redaktə]

Ölkə ərazisi dəmir yolu nəqliyyatı ilə tam təmin olunmasa da, xarici iqtisadi əlaqələr, əsasən, dəmir yolu vasitəsi ilə həyata keçirilir. Əsas avtomobil yolları Bişkek-, Bişkek-Balıqçı, Bişkek-Narın respublikanın ən mühüm sənaye və kənd təsərrüfatı rayonlarını birləşdirir.

Təyyarə uçuşları 50-dən çox dövlətə reysləri olan "Kırqızstan aba jolloru" aviaşirkəti tərəfindən həyata keçirilir.

Turizm[redaktə | əsas redaktə]

Mərkəzi Asiyanın füsunkar təbiət abidəsi olan İssıkkul gölü beynəlxalq əhəmiyyətli turizm, müalicə və istirahət mərkəzidir. Gölü dünya turizm mərkəzlərindən birinə çevirmək üçün dövlət proqramı hazırlanmışdır.

İqtisadi əlaqələri[redaktə | əsas redaktə]

Qırğızıstan Mərkəzi Asiyada Ümumdünya Ticarət Təşkilatına daxil olan yeganə ölkədir. Ölkədə istehsal olunan əlvan metalların 40%-dən çoxu ixrac olunur. Qazaxıstan, Tacikistan, Özbəkistan, ABŞ, Türkiyə, AFR, Çin, Rusiya, İsveçrə ilə ticarət əlaqələri var.

Qırğızıstan bir sıra beynəlxalq və regional təşkilatların – BMT, MDB, Avrasiya İqtisadi Birliyi, Mərkəzi Asiya Əməkdaşlığı və s.-nin üzvüdür.

Maraqlı faktlar[redaktə | əsas redaktə]

  • Qırğız xalqının kəşməkəşli tarixi görkəmli yazıçı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərində öz əksini tapmışdır.
  • Çin Xalq Respublikasında əhalisi qırğızlardan ibarət Qızılsu-Qırğız Muxtar Vilayəti mövcuddur.
  • Qırğız xalqının tarixi "Manas" dastanında əks olunmuşdur
  • Qırğızlar dünyada ət və süd məhsullarından ən çox istifadə edən xalqlardan biridir. Ənənəvi içki-yaşıl çay və kumısdır. Onlar bayram günlərində öz milli geyimlərini (canavar dərisindən hazırlanmış baş geyimi) geyir, "yurta"larda dincəlməyə üstünlük verirlər.
  • İssıkkul, okean səviyyəsindən 1600 metr hündürlükdə yerləşməsinə baxmayaraq, donmur. Gölün müqəddəsliyi haqqında çoxlu əfsanələr vardır.

İstinadlar[redaktə | əsas redaktə]

  1. Национальный статистический комитет Кыргызской Республики: Численность постоянного населения Кыргызской Республики, по предварительной оценке, на 1 января 2013 г.
  2. Кыргызское телеграфное агентство — КирТАГ: Численность населения Кыргызстана за 2012 год увеличилась на 2% и составила 5 млн 663 тыс. человек. Дата публикации‎: 2013, Февраль 15
  3. Times Online

Xarici keçidlər[redaktə | əsas redaktə]

VikiAnbarda Qırğızıstan ilə əlaqəli mediafayllar var.

Həmçinin bax[redaktə | əsas redaktə]

Qırğızıstanın vilayətləri Flag of Kyrgyzstan
BatkənÇuyİsıkgölCəlalabadNarinTalas