Fransa Qvianası

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Fransa Qvianası
Bayraq Gerb
Bayraq
Gerb
Xəritə
Location-Guyane-France.png
Məlumatlar
Ölkə Flag of France.svg Fransa
Paytaxt Kayenna
Rəsmi dili Fransız
Ərazi 91 min km²
Əhali 245 min nəfər (2015)
Əhali sıxlığı 2,7 nəfər/km²
Pul vahidi Avro
Arrondissementlər 2
Kantonlar 19
Kommunalar 22
İdarə üsulu Dənizarxası departament
Telefon kodu +594
Saat qurşağı UTC-3
Domen .gf

Fransa Qvianası[Mənbə göstərin]Cənubi Amerikanın şimal-şərqində, Atlantik okeanı sahilində yerləşmiş Fransanın dənizaşırı departamenti və ölkənin 26 region arasında bir dənizaşırı regiondur.

Paytaxtı Kayennadır. SurinamBraziliya ilə həmsərhəddir. Sahəsi 83,534 km², əhali 202 min adam (2006-cı ildə). İqlimi subekvatorial, isti və rütubətlidir. İlk fransız kolonistləri müasir Qviana ərazisinə 1604-cü ildə gəlmişlər. 1635-ci ildə Fransanın müstamləkəsi elan edilmişdir. XVII əsr - XIX əsrin əvvəllərində bu ərazi uğrunda hollandiyalılar, ingilislər və fransızlar arasında gedən rəqabət 1817-ci ildə Fransanın hakimiyyətinin qəti bərqərar olması ilə başa çatdı. Böyük Fransa inqilabı dövründən sürgün yerinə çevrilmişdi. 1946-cı ildən Fransanın dənizaşırı departamenti statusu almışdır.

Beynəlxalq aeroport (Kayenna-Roşambo aeroportu) və kosmodrom (Kuru kosmodromu) var.

Kayyena şəhər mərkəzi

Həmçinin bax[redaktə | əsas redaktə]

VikiAnbarda Fransa Qvianası ilə əlaqəli mediafayllar var.