26 dekabr

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
NoyabrDekabrYanvar
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31  

26 dekabrQriqorian təqvimi ilə ilin 360-cı günü (uzun illərdə 361-ci). İlin sonuna 5 gün qalır.

Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]

  • 1805Avstriya ilə Fransa arasında Pressburqda sülh müqaviləsi bağlanmışdır.
  • 1825 — Rusiyada "Dekabristlər üsyanı" baş vermişdir.
  • 1898 — Fransız alimləri Mariya və Pyer Kürilər radiyum elementini kəşf ediblər
  • 1968 — İstanbul Universitetində tələbələr rektorluq binasını "işğal" etdiyinə görə Universitetdə dərslər kəsilib
  • 1975 — İlk səsdənsürətli sərnişin təyyarəsi "TU 144" birinci reysini (Moskva-Almatı) həyata keçirib. Sonradan bu sıraya Bakı şəhəri də əlavə edilib
  • 1990 — Əlcəzair Parlamenti "Ərəb dilinin istifadəsi haqqında" qanun qəbul edib
  • 1991 — SSRİ süqut edib, Rusiya Federasiyası müstəqilliyini elan edib
  • 2003 — İranda şiddətli zəlzələ nəticəsində 30 000 nəfər həlak olub
  • 2004 — Hind Okeanında baş verən 9,15 ballıq zəlzələdən sonra (yerli vaxtla 07:58:53) yaranan sunami İndoneziya, Şri-Lanka, Tayland, Malayziya və hətta Somali sahillərində 230 min adamın ölümünə səbəb olmuşdur.
  • 2006 — Nigeriyanın Laqos şəhərində neft boru xəttinin partlaması 500 nəfərin ölümü ilə nəticələnib
  • 2006 — İraq Apelyasiya Məhkəməsi Səddam Hüseyn barədə edam hökmünü qüvvədə saxlayıb.

Azərbaycanda olan hadisələr[redaktə | əsas redaktə]

  • 1957 — SSRİ Ali Məhkəməsi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1936-cı ildə güllələnmiş ikinci katibi Eyyub Xanbudaqova bəraət verib
  • 1991 — Xankəndi şəhəri və digər yaşayış məntəqələrinin tam işğalının və əhalinin deportasiya olunmasının başa çatması.
  • 1991 — Misir və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyıb
  • 1995 — Ramil Usubova general-leytenant rütbəsi verilib
  • 2005 — Dekabrın 23-də gecə Xəzər dənizi üzərində qəzaya uğrayan AN-140 sərnişin təyyarəsinin "qara qutu"su tapılıb

Doğumlar[redaktə | əsas redaktə]

Ölümlər[redaktə | əsas redaktə]

Bayramlar və xüsusi günlər[redaktə | əsas redaktə]