Yunanıstan

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Helen Respublikası
Ελληνική Δημοκρατία
(Elliniki Dimokratia)
Yunanıstan bayrağı Coat of arms of Greece.svg
(Şüar)
Şüar: Ya Azadlıq, ya Ölüm
Location Greece EU Europe.png
Rəsmi dil Yunan dili
Paytaxt Afina
Prezident Prokopis Pavlopulos
Ərazi
 - Ümumi
 - % Su
94-cı yer
131,957 km²
0.86%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
72-ci yer
10 977 945[1]
82/km²
Pul Avro
Saat qurşağı UTC +2
Internet TLD .gr.eu
Telefon kodu 30

Yunanıstan (yunanca: Ελληνική), Rəsmi adı Helen Respublikası (yunanca: Ελληνική Δημοκρατία) — Avropada dövlət. Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşir. Avropa BirliyiŞimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.

Ölkə yunan dilində Hellas, Avropa dillərində Grek, Greece və s. şəklində, "İliada"da isə axeylərin ölkəsi olaraq adlandırılır.

Etimologiyası[redaktə | əsas redaktə]

Tarixi[redaktə | əsas redaktə]

M. Ö 550də Köhnə Yunanıstan

Yunanıstanın ilk sakinlərinə Pelasgi, yəni "dəniz xalqı" deyilərdi. Yarımadanın bu sakinləri şimaldan işğalçıların təsiri ilə cənuba qaçdılar. Bir-birin ardınca gələn işgallarla cənub sahillərinə və Egey adalarına yayıldılar. E.ə. 3200-cü ildə bölgəyə yeni gələnlərlə birlikdə zamanla Yunana çevrilən bir Hind - Avropa dili gətirdilər.

E.ə. I minillikdə istifadə edilən və Homerin İlliada poemasında istifadə etdiyi köhnə yunan dilindən, günümüzdəki Alban dilinə bənzədiyi və qohum olduğu şəklindəki linqvistik fərziyyə, Dorların köçləri daxilində araşdırılan bir mövzudur.

Günümüzdəki müasir Yunanıstan, 1821 ci ildə Osmanlı dövlətinin İngiltərə, FransaRusiya qarşısında aldığı məğlubiyyətlər nəticəsində, bu imperiyaların qoruma bölgəsi olaraq, İstanbulun idarəsindən qoparılan Mora yarımadasıAfinadan ibarət kiçik bir bölgədə Yunan Krallığı adı altında quruldu. İlk Yunan kralı olaraq da Bavyeralı aristokrat ailədən gələn Otto adında bir Alman təyin edildi.

Daha sonrakı illərdə İstanbulun müharibələri uduzmaları nəticəsində döyüş qalibi imperiyaların təzyiqləri ilə Afinaya bu bölgələri verməyə məcbur qaldı:

1877-1878-ci illərdə baş vermiş Rusiya-Osmanlı müharibəsi nəticəsində verilən bölgə: Tesalya, Orta Yunanıstan

1912-13 Balkan müharibələrində yunanlara verilən bölgə: Epir, Makedoniya (Saloniki), Girit, Kb Ege (Midilli, Sisam) adaları

1918-ci il Birinci Dünya Müharibəsini uduzması ilə verilən bölgə Trakya.

1918 ci ildə qalib dövlətlər müasir Türkiyənin qərb yarısını Yunanıstan, şərq yarısını Ermənistan Qara dəniz Ərzurum, Qars kimi bəzi yaşayış yerləri olmaq üzrə Gürcüstan işğal etmək istəyirdilər. Paytaxt İstanbul olacaq, adı təkrar Konstantinopola dönəcəkdi. Ancaq planları reallaşmadı. 1946-cı ildə , İtaliyanın 1912ci ildə Osmanlı dövlətindən almış olduğu 12 adanın, İngiltərənin olmasıyla, bu adalar da Afina rəhbərliyinə keçdiyində, Afina rəhbərliyi 1821-1946 illər arasındakı 125 ildə, həmişə döyüş qalibi imperiya dövlətlərin yanında yer alaraq, İstanbul əleyhinə, torpaqlarının ərazisi təxminən 10 mislinə çıxarmağı bacarmışdı.

1947-49-cu illərdə Yunanistanda baş vermiş vətəndaş müharibəsi ABŞ-n köməkliyi ilə sona çatdı. Bu illərə daha yaxından nəzər yetirsək 1947-52-ci illərdə Yunanistanda iki partiya arasında (Sosial Demokrat və Liberallar) 14 fərqli hökümət yaradılmış və qısa müddətdə dağılmışdı. Bu 4 il Yunanistanda siyasi vəziyyət olduqca dağınıq bir vəziyyət idi. Bu illər ərzində Yunanistan üçün ən böyük problem Balkanların Şərq blokunun təmsilçisi Bolqarıstanın təhdidləri olmuşdur. Bolqarıstanın 30 il ərzində Yunanıstanı 3 dəfə işğal etdiyini göz önünüə gətirərək Yunanları Qərb meyillərindən uzaqlaşdırmağa çalışırdı. Lakin Yunanların köməyinə ABŞ gəldi. Belə ki, bu təhdidin ardından “şərqdən gələn təhdid” ismarıcı önə çıxaran Yunanistan, ABŞ-ın dəstəyi ilə 1952-ci ildə Türkiyə ilə bərabər NATO-ya üzv oldu. Bu hadisənin ardından NATO-da çıxan qərarla Yunanıstan Yuqoslaviya və Türkiyə ilə birlikdə Balkan blokunu yaratmışdılar. Yunanistanın daxilində baş verən bu münaqişələrin içində ən önəmlisi, ən çox səs-küyə səbbəb olan 1967-ci ilin 21 aprelində baş verən “Qara Polkovniklər” qiyamını qeyd etmək lazımdı. “Qara Polkovniklər” çevriliş edərək hakimiyyətə gəlmişdilər. 7 il Yunanistanda diktatorluq hökm sürmüşdü. “Qara Polkovniklər” rejimi Yunanıstanda olduqca sərt bir rejim tətbiq edirdilər və ümumilikdə Yunanıstanda bu dövrü “qaranlıq” bir dövr olaraq adlandırırdılar. “Polkovik” rejimi Yunanıstan üçün bir o qədər uğurlu olmadı və 1974-cü ildə rejim süqut etdi. Bunun ən əsas səbibi olaraq Yunanistanın Türkiyə ilə olan münasibətlərini göstərmək olar. Çünki 1970-ci ildə Türkiyə və Yunanistan arasında həm Kipr problemi həm Egey dənizi problemi yaşanmaqdaydı. Məhz 1974-cü ildə Yunanların Kiprə müdaxiləsi nəticəsində Türkiyə buna cavab vermişdi. Türkiyədən gələn bu cavab “polkovniklərin” süqutuna zəmin hazırlamış və 7 ildən sonra Yunanıstanda diktatorluq çökdü və ölkədə demokratiya hökm sürməyə başladı. Avropa ölkələri ilə münasibətini getdikcə düzəldən Yunanistan 1980-ci ildə Avropa Birliyinə üzv oldu və daha sonra 1981-ci ildə Yunanıstan Avropa İqtisadi Təşkilatına qatıldı.

Dövlət quruluşu[redaktə | əsas redaktə]

2015-ci ilin fevral ayında keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən keçmiş daxili işlər naziri Prokopis Pavlopulos Yunanıstanın yeni prezidenti seçilmişdir..

İqtisadiyyatı[redaktə | əsas redaktə]

2012-ci ildə Yunanıstan İkinci dünya müharibəsindən bəri ən ağır və ən çətin iqtisadi böhran dövrünü yaşayır. Ölkə iqtisadiyyatı artıq beşinci ildir azalmaqdadır, dövlət borcunun ÜDM-ə nisbəti 160%, işsizlik səviyyəsi isə 21%-dir. Dünyanın 3 böyük reytinq agentliyi olan Fitch Ratings, Moody’sStandard & Poor’s Yunanıstanın reytinqini ən aşağı səviyyəyə endirib. Yunanıstan höküməti borc öhdəliklərinin mübadiləsi üzrə sövdələşməyə özəl kreditorların əksəriyyətinin razılığını alıb ki, bu da ölkəyə defoltdan yayınmaq imkanı verib. [2] Bəzi iqtisadçıların fikrincə, Yunanıstanın təcrübəsi sonda onunla nəticələnəcək ki, banklar başqa dövlətlərə kredit vermək istəməyəcəklər, bu cür borclanma dünyada iqtisadi artımı zəiflədəcək. Narahatlıqlar artıq beynəlxalq hərraclara və neft qiymətlərinə təsir edib. [3] Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu 2012-ci ildə 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.

Əhali[redaktə | əsas redaktə]

Əsas məqalə: Yunanıstan əhalisi

Yunanıstan Milli Statistika Xidmətinin 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumatına əsasən Yunanıstan əhalisi 11.062.508 nəfərdir.[4]

Etnik tərkib[redaktə | əsas redaktə]

Din[redaktə | əsas redaktə]

Dil[redaktə | əsas redaktə]

İdman[redaktə | əsas redaktə]

Yunanıstan Olimpiya oyunlarının vətəni sayılır.

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Population (Demography, Migration and Projections) — Eurostat". http://ec.europa.eu/eurostat/tgm/table.do?tab=table&init=1&language=en&pcode=tps00002&plugin=1. İstifadə tarixi: 27 may 2015–ci il.
  2. Yunanıstan son anda defoltdan yayınıb
  3. Yunanıstan iqtisadiyyatı hələ də təhlükədədir Amerikanın Səsi
  4. Ελληνική Στατιστική Αρχή: Φυσική Κίνηση Πληθυσμού: Υπολογιζόμενος Πληθυσμός - Σύνοψη Πινάκων Επιβίωσης - 2013: Υπολογιζόμενος πληθυσμός κατά φύλο και 5-ετείς ομάδες ηλικιών, την 1η Ιανουαρίου των ετών 2001-2013 (Estimated population by sex and five year age groups, on the 1rst of january for the years 2001-2013)

Xarici keçidlər[redaktə | əsas redaktə]