Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi - BMT-nin əsas orqanlarından biri. BMT üzvü olan bütün dövlətlərdən ibarətdir. BMT üzvlərinə və ya BMT Təhlükəsizlik Şurasına hər cür məsələlərə və işlərə tövsiyələr vermək səlahiyyəti var. Baş Məclisin qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi cəhətdən üzv dövlətlər üçün məcburi deyil. Məclisin hər il növbəti sessiyası olur. Baş Məclisin nəzdində onun funksiyalarını həyata keçirmək üçün 7 əsas komitə var.