16 oktyabr

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
SentyabrOktyabrNoyabr
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31  

16 oktyabr — təqvim ilinin 289-cu günü (uzun illərdə 290-cı). İlin sonuna 76 gün qalır.

Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]

  • 1806RusiyaOsmanlı arasında yeni müharibə başladı.
  • 1830 – Zaqatalada Rusiya işğalına qarşı 21 iyunda başlayan üsyan yatırıldı.
  • 1923 – Uolt Disney şirkəti təsis edildi.
  • 1921 – Azərbaycan SSR Dövlət Bankı təsis edildi.
  • 1924Topqapı muzeyi açıldı.
  • 1946Nürenberq prosesində barəsində ölüm hökmü çıxarılan hərbi canilər edam edildi.
  • 1951Tofiq Bəhramov adına Respublika Stadionu istifadəyə verilmişdir.
  • 1959SSRİ-də ilk dəfə olaraq Moskvada yeraltı piyada keçidləri açıldı.
  • 1964Çin ilk atom sınağını keçirdi.
  • 1968 – SSRİ və Çexoslovakiya arasında sovet qoşunlarının bu ölkədə qalmasına dair protokol imzalandı.
  • 1970 – Ənvər Sadat Misir prezidenti oldu.
  • 1978 – Tarixdə ilk slavyan, 1523-cü ildən bəri romalı olmayan ilk şəxs – polyak Karol Volytila (İkinci İohan Pavel) Roma papası seçildi.
  • 1990 – SSRİ lideri Mixail Qorbaçov "bazar iqtisadiyyatına keçid" haqqında qərar verdi.
  • 1992 – Türkiyə silahlı qüvvələri İraqa daxil oldu.
  • 1992 – 91 nəfər tanınmış Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi.
  • 2004 – Bakı-Tiflis-Ceyhan boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissələri təntənəli mərasimlə birləşdirildi.
  • 2006GUAM Parlament Assambleyasına rəhbərlik Azərbaycana keçdi.
  • 2007Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı keçirildi.

Doğumlar[redaktə | əsas redaktə]


Bayramlar və xüsusi günlər[redaktə | əsas redaktə]

  • Flag of the United Nations.svg Beynəlxalq Anestizoloq Günü, 1846-cı ildən. Birinci dəfə çənəaltı hissədən şişi götürmək üçün efir narkozu nümayiş etdirilib.
  • Flag of the United Nations.svg Boss günü — bütün səviyyələrdə kollektiv rəhbərlərinin bayramı.
  • Flag of the Vatican City.svg Vatikan, Roma Papasının seçilmə günü.

VikiAnbarda 16 oktyabr ilə əlaqəli mediafayllar var.