25 noyabr

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
OktyabrNoyabrDekabr
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30  

25 noyabrQriqorian təqvimi ilə ilin 329-cu günü (uzun illərdə 330-cu). İlin sonuna 36 gün qalır.

Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]

  • 1177Mönjizare döyüşü baş vermişdir.
  • 1867Alfred Nobel dinamiti patentləşdirmişdir.
  • 1917 — Rusiyada Müəssisan Məclisinə seçkilər keçirilmiş, bu seçkilərdə bolşeviklər cəmi 25% səs ala bilmişdilər.
  • 1932 — SSRİ EA Qafqazşünaslıq Elmi Tədqiqat İnstitutunun bazasında Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialı təsis edilmişdir. Bir müddət sonra isə, Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsi açılmışdır.
  • 1936AlmaniyaYaponiya "Antikomintern paktı"nı imzalamışdır.
  • 1961Dominikan Respublikasında dövlət başçısının sərəncamı əsasında siyasi xadim olan Mirabal bacıları vəhşicəsinə öldürülmüşdür.
  • 1967Bakı metropoliteninin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanmışdır.
  • 1972 — Bakıda Şıx çimərliyi yanında "Xalqlar Dostluğu" parkı salınmışdır.
  • 1973 — Dövlət çevrilişi nəticəsində Yunanıstan prezidenti Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılmışdır.
  • 1977BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul etmişdir.
  • 1991 — Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.
  • 1991 — İlk dəfə Azərbaycanda İranın sənaye malları sərgisi keçirilmiş, sərgi 5 dekabrda başa çatmışdır.
  • 1992 — Çexoslovakiya iki müstəqil dövlətə – Çex RespublikasıSlovakiyaya parçalanmışdır.
  • 1997 — Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanmışdır.
  • 2000Abşeron yarımadasında güclü zəlzələ baş vermiş, köhnə tikililər ciddi xəsarət almışlar.
  • 2008 — Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılmışdır.

Doğumlar[redaktə | əsas redaktə]

Ölümlər[redaktə | əsas redaktə]

Bayramlar və xüsusi günlər[redaktə | əsas redaktə]

  • Beynəlxalq qadınlara qarşı zorakılıqla mübarizə günü.
  • Flag of Bosnia and Herzegovina.svg Bosniya və Herseqovinanın Milli günü (1943-cü ildən).
  • Flag of Suriname.svg Surinamın müstəqillik günü.

VikiAnbarda 25 noyabr ilə əlaqəli mediafayllar var.