APA-nın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək dahi bəstəkarın ömür yolundan və yaradıcılığından söz açıb. Bildirib ki, bu gün görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 107 il bundan əvvəl tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlanıb. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Üzeyir Hacıbəyli həmçinin milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan "Koroğlu" operasını bəstələyib.
Nazir müavini deyib ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Ə.Vəliyev deyib ki, Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilən VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan tanınmış musiqiçilər və kollektivlər iştirak edirlər.
Festival Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın "Koroğlu" operasından uvertüranın səslənməsi ilə açıq elan edilib. Gecədə Azərbaycan Dövlət xor kapellası, Opera və Balet Teatrının balet truppası, Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Musiqili Teatrının ifasında maraqlı konsert proqramı təqdim olunub.
Festival sentyabrın 28-dək davam edəcək.
- 19/09/2015 Rostropoviçlərin ev-muzeyində "Açıq qapı" günü keçirilib
- 19/09/2015 Bakıda “Azərbaycanda rus filmləri həftəsi” keçiriləcək
- 19/09/2015 Üzeyir Hacıbəylinin xatirəsi ABŞ Konqresində ilk dəfə anılıb - VİDEO
- 18/09/2015 Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub - FOTOSESSİYA
- 18/09/2015 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açıb
- 18/09/2015 Görkəmli teatr-kino rejissoru, aktyor Adil İsgəndərovun anım günüdür
- 18/09/2015 Milli Musiqi Günü münasibətilə Fəxri xiyaban ziyarət olunub - FOTOSESSİYA - VİDEO
- 18/09/2015 “Usta söyləyicilərin repertuarı” toplusu çapdan çıxıb
- 17/09/2015 Lənkəranda yeni teatr mövsümü başlayıb - FOTOSESSİYA
- 17/09/2015 Əməkdar artist Anar Şuşalı Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə solo konsert verəcək
- 17/09/2015 ABŞ-da Üzeyir Hacıbəyliyə və Rəşid Behbudova həsr olunmuş poçt markaları buraxılıb - FOTO
- 16/09/2015 Xalq artisti Musa Mirzəyevin səhhətində problem yaranıb
- 16/09/2015 Bəsti Cəfərova: “Akademik Milli Dram Teatrına qarşı çirkin kampaniyanı Nurəddin Mehdixanlı təşkil edir” - MÜSAHİBƏ
- 15/09/2015 Fransanın Azərbaycandakı səfirliyində azərbaycanlı rəssamın sərgisi təşkil olunub - FOTOSESSİYA
- 15/09/2015 Nizami Kino Mərkəzində türk filmlərinin Azərbaycan dilində subtitrlərlə nümayişinə başlanıb
- 15/09/2015 Məşhur aktyor Mixay Volontir ("Budulay") vəfat edib - FOTO - VİDEO
- 15/09/2015 Vahid Mustafayev: “Bu filmləri ərsəyə gətirməyə məcbur edən qorxularım idi” - MÜSAHİBƏ
- 15/09/2015 Opera və Balet Teatrında “Smeşariklərin yeni sərgüzəştləri” tamaşası nümayiş olunacaq
- 12/09/2015 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də açacaq
- 11/09/2015 Baş rejissor: “Mən "Azdrama"ya qalmaqal yatırmağa gəlməmişəm” - VİDEO
- 11/09/2015 Azər Paşa Nemət: “Yararsız tamaşaları repertuardan çıxaracağıq”
- 11/09/2015 Reza Deqatinin Parisdə keçirilən “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi başa çatıb
- 10/09/2015 Bakıda “Baku Sings Naples” adlı konsert keçiriləcək
- 09/09/2015 Müasir İncəsənət Muzeyində “Argentinadan qravürlər” adlı sərgi açılıb
- 09/09/2015 Xalq artisti Habil Əliyev I Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO
- 09/09/2015 Azərbaycan prezidenti İlham Əliyev Habil Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
- 09/09/2015 Moskvada rəssam Əsgər Məmmədovun 70 illik yubileyi qeyd olunub - FOTOSESSİYA
- 09/09/2015 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirilib - FOTOSESSİYA
- 08/09/2015 Xalq artisti Habil Əliyev I Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB
- 07/09/2015 Firəngiz Mütəllimova: “Teatr son vaxtlar bazara çevrildi, kim istəyirsə, gəlib tamaşa hazırlayır” - MÜSAHİBƏ
- 04/09/2015 “Qanlı Yanvar” filmi Monreal festivalında nümayiş olunub - FOTO
- 03/09/2015 Lənkəranda “Ölümə qənşər” sənədli-bədii filminin təqdimatı olub
- 03/09/2015 Habil Əliyev komaya düşüb
- 03/09/2015 “Maşa və ayı” animasiya filminin müəllifləri layihənin bağlanması haqqında fikirləri təkzib ediblər
- 03/09/2015 Kaliforniyanın Santa Monika şəhərində 18 sentyabr tarixi ‘Üzeyir Hacıbəyli Günü” elan olunub
- 02/09/2015 Əməkdar artist Nofəl Vəliyev Türkiyədə “Ən yaxşı rejissor işi” nominasiyasında mükafat alıb
- 02/09/2015 Habil Əliyevin qızı: "Atam artıq heç nəyə reaksiya vermir"
- 31/08/2015 Habil Əliyevin həyat yoldaşı: "Ümidimiz Allaha qalıb"
- 28/08/2015 Heydər Əliyev Fondu Parisdə “Azərbaycan şəhərciyi” təşkil edəcək
- 28/08/2015 “Arşın Mal Alan” filmi Hollivudda ilk dəfə nümayiş olunacaq - VİDEO