Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 99.079 məqalə mövcuddur.

Cscr-featured.svg Həftənin seçilmiş məqaləsi

Mazanar volleyball 00166u.jpg
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır.Populyarlıq kütləsinə görə komanda idman növlərində futbolbasketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz xokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir.

İlk beynəlxalq voleybol turniri 1922-ci ildə Y.M.C.A-nın çempionatında 11 əyalətdən 27 komandanın qatılımı ilə gərçəkləşmişdir. Altı il sonra isə yeni qaydalara ehtiyac olduğu görülmüş və USVBA (ABŞ Voleybol Federasiyası) qurulmuşdur. 1937-ci ildə Bostonda Qeyri-peşəkar İdman Növləri Birliyinin qərarı ilə həmin federasiya voleybolda qanunverici və icraçı orqan olmuşdur.

1946-cı ildə ilk dəfə olaraq Cənubi Amerika Voleybol Konfederasiyası yaradılmışdır. Braziliyalı Selio Neqreiros de Barros adlı şəxs bu konfederasiyasının rəhbəri olur.Maraqlısı budur ki, Cənubi Amerika Voleybol Konfederasiyası Beynəlxalq Voleybol Federasiyasından daha öncə yaradılmışdır. Belə ki, yalnız 1947-ci ildə Parisdə təşkil olunan beynəlxalq konqresdə Beynəlxalq Voleybol Federasiyasının əsası qoyulmuşdur. Bu federasiyaya ilk abunə olan ölkələr isə bunlar idi: ABŞ, Belçika, Braziliya, Fransa, Hollandiya, İtaliya, Macarıstan, Misir, Portuqaliya, Polşa, UruqvayYuqoslaviya. Braziliya ilə Uruqvay eyni zamanda CSV-nın da üvləri idi. Şimali AmerikaAfrikadakı ilk belə qurumların yaradılması isə 1972-ci ilədək sonlanmışdır.

(Davamı...)

Artículo bueno.svg Həftənin yaxşı məqaləsi

REPIN Ivan Terrible&Ivan.jpg
İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə — rus rəssamı İlya Repinin 1883-1885-ci illərdə çəkdiyi rəsm əsəridir.. Əsərdə İvan Qroznının həyatından ən əfsanəvi epizodu təsvir edilib; qəzəb tutmasında olan çar öz oğluna, yəni şahzadə İvana öldürücü zərbə vurur (bu hadisənin tarixi əsası indiyə kimi tam olaraq qəbul edilməyib). Qroznının üz cizgilərində olan peşmançılıq iztirabı və göz yaşları içərisində dərddən ağlını itirmiş atasını bağışlayan mülayim şahzadə rəsm əsərində çox aydın və ekspressiv formada göstərilir. Əsər, Moskvanın Dövlət Tretyakov qalereyasının toplusunda saxlanılır.

3 iyul 1583 və yaxud 16 noyabr 1581-ci ildə (bəzi tarixçilər güman edirlər ki, hadisə 1581-ci ilin noyabrında baş verib, digər tədqiqatçılar 1582-ci ilin noyabr ayına istinad edirlər) Çar palatalarında bu vaxta qədər Avropanın heç bir hakim sülaləsi arasında görünməyən XVI əsrin ən müəmmalı qətl hadisəsi baş verir. İvan Qroznı emosiyalarını cilovlaya bilməyərək, var gücü ilə öz əsasını oğlu çareviç İvanın gicgahına vurur. Zərbə güclü və dəqiq idi - yazıq şahzadə yerindəcə dünyasını dəyişir. Deyilənlərə görə, İvan Qroznı baş verənlər barədə çox həyəcan keçirirdi, axı bu onun böyük və ən sevimli oğlu idi. İkinci oğlu ölkəni idarə etmək üçün elə əvvəlcədən hazır deyildi. Yeri gəlmişkən, ötən bu andan yəni 450 ildən artıq bir müddət ərzində, hadisə barədə bir neçə maraqlı versiya yaranmışdı. (Davamı...)

Bilirsinizmi...

Vikipediya məqalələrindən
Djenne great mud mosque.jpg

Günün seçilmiş şəkli

Búlandshöfði, Vesturland, Islandia, 2014-08-14, DD 085.JPG


 

Emoji u1f4f0.svg Xəbərlər

Gennadi Padalka


Son ölümlər: Vəfadar Rzayev, Mahal İsmayıloğlu, Rasim Musayev, Ağamusa Axundov, İlham Əsgərov, Habil Əliyev, Vəliəhd Vəliyev


Tarixdə bu gün

Bu gün — 21 sentyabr: XI İnnokenti Papa taxtına çıxmışdır; Malta müstəqilliyini elan etmişdir.
XI İnnokenti

Digər günlər: 20 sentyabr21 sentyabr22 sentyabr

Feat lists.png Seçilmiş siyahı

Mişel Obama

ABŞ-ın birinci xanımlarının siyahısıAğ Evin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini ABŞ prezidentinin xanımı yerinə yetirir, lakin bəzən bu titulu dövlət başçısının həyat yoldaşı olmayan xanımlar da daşıyır. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da həyat yoldaşı hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Ənənəyə görə, Ağ Evin sahibəsi öz işinin yerinə yetirilməsi müddətində heç bir əmək fəaliyyəti icra etmir. Onların vəzifələri dairəsinə, həm də Ağ Evin mərasimləri haqqında qayğılar da daxildir. Birinci xanımın öz xidmət ştatı var, bura - Ağ Evin ümumi katibi, işçilərin ştatının rəhbərləri, mətbuat katibi, baş floristi və baş aşbazlar daxildir. Birinci xanımın ofisi prezident ofisinin qoludur.

Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə