Bakı. Hafiz Heydərov, Şəhriyar Əlizadə - APA. “Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Sarkisyan rejiminin əməllərindən bezib Azərbaycana üz tutub".
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
Onun sözlərinə görə, V. Martirosyan ailəsi ilə birlikdə "Cənubi Qafqaz Qadın Konqresinin" həmsədri, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət edərək, Ermənistandakı mövcud rejimin ona qarşı etdiyi fiziki və mənəvi zorakılıqdan bezdiyini, Sarkisyan hakimiyyətinin basqısı nəticəsində ana bətnində olan övladını itirdiyini və başqa yolu olmadığına görə Azərbaycana gəlmək istədiyini bildirib: “Azərbaycanda sığınacaq istəyən Vaan Martirosyan Sarkisyan rejimi tərəfindən olmazın işgəncələrə məruz qalıb. Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib. Novella xanım bizə bu barədə məlumat verdi və biz bu məsələni aidiyyəti qurumlara çatdırdıq. Məsələ müzakirə olunduqdan sonra Vaan Martirosyanın Azərbaycana gəlməsinə razılıq verildi”.
A. Quliyevin sözlərinə görə, bu, bir daha onu göstərir ki, Ermənistanın işğalçı siyasəti, Sarkisyan rejimi təkcə Azərbaycana qarşı deyil, həm də öz xalqına qarşı cinayət törədib: “Baxmayaraq ki, bu gün biz ermənilərlə müharibə şəraitində yaşayırıq və onlar bizim torpaqlarımızı işğal ediblər, biz yenə də Ermənistan rejimindən pənah gətirən və erməni işğalına etiraz edən, əli yüzlərlə azərbaycanlının qanına batan Serj Sarkisyan rejimini ifşa edən bu cür şəxslərə insan hüquqları təşkilatlarının diqqət ayırmasını istəyirik.
Ermənistanda QHT fəallarına və hüquq müdafiəçilərinə qarşı törədilən bu zorakılığa, qeyri-insani rəftara və onların fiziki baxımdan zərərsizləşdirilməsi istiqamətində rəsmi İrəvanın atdığı addımlara Avropa Parlamenti, ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti və digər beynəlxalq hüquq müdafiə təşkilatları adekvat qiymət verəcək və Ermənistan hakimiyyətini ittiham edən müvafiq qətnamə qəbul edəcəklər. Əks halda, bu, həmin təşkilatların əsl mahiyyətini bir daha nümayiş etdirmiş olacaq.
Eyni zamanda bizim Dağlıq Qarabağda olan erməni vətəndaşlarımız bilməlidirlər ki, onların gec-tez tək bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və əmin-amanlıq şəraitində yaşamaqdır. Onlar yalnız o zaman Sarkisyan rejimindən yaxa qurtara və öz gələcəklərini qura bilərlər. Biz Azərbaycan tərəfi olaraq dəfələrlə bəyan etmişik ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və biz onlara konstitusiya çərçivəsində hər cürə dəstək verməyə hazırıq. Hətta biz onlara maliyyə yardımı da etməyə hazırıq. Yetər ki, onlar Ermənistandakı rejimə və işğalçılıq siyasətinə etiraz etsinlər”.
“Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq almaq üçün mənə müraciət etmişdi. Mən də onun müraciətini deputat Azay Quliyevə göndərdim”.
Bunu isə APA-ya açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
O bildirib ki, V. Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib və Azərbaycan tərəfi onun istəyinə müsbət cavab verib.
Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.
APA-nın məlumatına görə, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.
O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.
- 20/09/2015 Bakıda 4 otaqlı ev yanıb
- 20/09/2015 Daşkəsəndə “Azəryolservis”ASC-nin mütəxəssisi döyülüb
- 19/09/2015 Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas edilib
- 19/09/2015 Ağdamda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
- 19/09/2015 Xırdalanda avtomobil yanıb
- 19/09/2015 Ukraynanın Xerson şəhərində itkin düşən azərbaycanlı iş adamının ermənilər tərəfindən öldürüldüyü məlum olub
- 19/09/2015 Quldurluqda şübhəli bilinən şəxs tutulub
- 19/09/2015 Azərbaycanda bir gündə baş vermiş yol qəzalarının statistikası açıqlanıb
- 19/09/2015 Qazax sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb
- 19/09/2015 Goranboy sakini özünü güllələyib - VİDEO
- 19/09/2015 Biləsvuarda ölümlə nəticələnən yol qəzası baş verib
- 19/09/2015 Bir nəfəri öldürməkdə, birini isə bıçaqlamqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
- 19/09/2015 Xuliqanlıqda və adam bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub
- 19/09/2015 Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb
- 19/09/2015 Qaçırılmış maşınlar sahiblərinə qaytarılıb
- 19/09/2015 Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanıb
- 19/09/2015 Bakıda oğurluqda şübhəli bilinən yeniyetmələr tutulub
- 19/09/2015 Axtarışda olan avtomobil Ağdamda tapılaraq sahibinə qaytarılıb
- 19/09/2015 Bakıda 44 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb - VİDEO
- 19/09/2015 Bakıda minik avtomobili, Hacıqabulda isə traktor yanıb
- 19/09/2015 Bakıda baş verən qətlin təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB-1
- 19/09/2015 Salyanda bir gecədə iki bıçaqlanma hadisəsi baş verib
- 18/09/2015 Lənkəranda fərdi ev yanıb
- 18/09/2015 Şamaxıda iki minik maşını toqquşub, 5 nəfər ağır xəsarət alıb
- 18/09/2015 Goranboy sakini bıçaqlanıb
- 18/09/2015 Balakəndə avtomobil piyadanı vurub
- 18/09/2015 Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Sentyabr - VİDEO
- 18/09/2015 Xədicə İsmayılova barəsində hökmdən apellyasiya şikayəti verilib
- 18/09/2015 Göygöldə orta məktəbdə baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb
- 18/09/2015 BQXK-nin Azərbaycan nümayəndəliyi “APA Holding” əməkdaşları üçün seminar keçirib - FOTO - VİDEO
- 18/09/2015 İrandan Azərbaycana külli miqdarda narkotik keçirən dəstə zərərsizləşdirilib - FOTO - VİDEO
- 18/09/2015 Bakıda iki avtomobil toqquşub
- 18/09/2015 Azərbaycan müdafiə nazirinin müavini ABŞ müdafiə katibi köməkçisinin müavini ilə görüşüb
- 18/09/2015 Göygöldə məktəbdə üstünə dəmir boru aşan şagird ölüb - YENİLƏNİB
- 18/09/2015 Azərbaycanda narkotik dövriyyəsində təqsirləndirilən türkiyəli iş adamı və onun şərikinə hökm oxunub
- 18/09/2015 Üç nəfərin ölümünə səbəb olan yol qəzası törədən sürücünün şikayəti əsasında məhkəmə başlayıb
- 18/09/2015 Azərbaycanın müdafiə nazirinin həbsdə olan keçmiş müavini məhkəmədə ifadə verib
- 18/09/2015 Saatlıda avtomobil aşaraq yanıb, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO
- 18/09/2015 Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
- 18/09/2015 Bakıda mikroavtobus yük maşını ilə toqquşub, ölən və yaralanan var