Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 110.453 məqalə mövcuddur.

Cscr-featured.svg Həftənin seçilmiş məqaləsi

Flag of Erie, Pennsylvania.svg
EriABŞ-ın Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir.

Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır.

Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır. Sahilində yerləşdiyi Eri gölünün parlaqlığına görə şəhər bəzən "Cəvahirat şəhəri" kimi də tanınır. 1972-ci ildə şəhər Amerika Şəhər mükafatını qazanmışdır.

(Davamı...)

Artículo bueno.svg Həftənin yaxşı məqaləsi

Şirvanşahlar saray kompleksi.jpg
Şirvanşahlar sarayıŞirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsiKeyqubad məscidinin qalıqları daxildir.

Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Murad darvazası tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.

Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.

Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir.

(Davamı...)


Bilirsinizmi...

Vikipediya məqalələrindən
Ogi Shirakawa02bs3200.jpg

Günün seçilmiş şəkli

Stift Altenburg Krypta 02.JPG

Avstriyada Altenburq abbatlığının kriptası

 

Emoji u1f4f0.svg Xəbərlər

Esaka şəhərinə gedən yol



Son ölümlər: Taleh Həmid, Bhumibol Adulyadey, Dario Fo, Aleksandr Syomin, Bəhman Qolbarnejad, İslam Kərimov, Primo Sentimenti, Tarık Akan, Şimon Peres

Tarixdə bu gün

Bu gün — 2 noyabr 2 noyabr:
"Molla Nəsrəddin" jurnalının 1906-cı ildə nəşr edilmiş ilk sayının üz qabığı

Digər günlər: 1 noyabr2 noyabr3 noyabr

Feat lists.png Seçilmiş siyahı

Mammad Amin Rasulzade.jpg
Azərbaycan hökumət başçılarının siyahısı — 28 May 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Respublikası prezidentləri və hökumət başçıları bu siyahıda göstərilib.

25 yaşında hakimiyətə gələn Qriqori Kaminski Azərbaycan tarixində ən gənc, Heydər Əliyev isə 70 yaşında ən yaşlı hökumət başçısı olmuşdur. İlham Əliyev Azərbaycanın cari prezidentidir, hansı ki, 2013-ci ildə prezident seçkilərində qələbə qazandı.

(Davamı...)

Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə