Sitrus

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
?Sitrus
Portağal}}
Portağalın meyvəsi
Elmi təsnifat
Aləmi: Bitkilər
Şöbə: Örtülütoxumlular
Sinif: İkiləpəlilər
Yarımsinif: Rozid
Sıra: Sədoçiçəklilər
Fəsilə: Sədokimilər
Cins: Sitrus
Elmi adı
Citrus L.
Sinonimlər
Afraurantium A.Chev.

Aurantium Mill.
Citrofortunella J.W.Ingram & H.E.Moore
Eremocitrus Swingle
Fortunella Swingle
Microcitrus Swingle

Pleurocitrus Tanaka, nom. inval.
Tipik növ
Wikispecies-logo.svg
Vikinövlərdə
sistematika
Commons-logo.svg
Şəkil
axtarışı
ÜTMX   28882
MBMM   2706
HE   61101
GEİŞ   g:2640
BEABS   35646

Sitrus (lat. Citrus) – Sədokimilər (Rutaceae) fəsiləsindən bitki cinsi.

Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreyifrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir.

Sitrus bitkilərinin msyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesiidə işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır. Əsas sahələri ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələridir.


Sitrus bitkiləri Azərbaycanda Lənkəran-Astara zonasında becərilir.